“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
11-01-2026, 20:29
Minaya düşən şəxsin son durumu AÇIQLANDI


Minaya düşən şəxsin son durumu AÇIQLANDI

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində minaya düşən kişi hazırda əməliyyat olunur.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il təvəllüdlü şəxs (kişi) 11.01.2026-cı il tarixində saat 14:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti stabildir.
11-01-2026, 19:50
İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian


İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian

İran xalqını meydanlara çıxmağa, mövqeyini ifadə etməyə və iğtişaşların onun tələblərini təhrif etməsinə imkan verməməyə çağırırıq.
İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya ilə müraciətində bildirib.
Pezeşkian mülki şəxslərin həlakı ilə bağlı başsağlığı verib və gəncləri terrorizmə və iğtişaşlarda iştiraka qarşı xəbərdar edib:
“Biz sülh yolu ilə keçirilən etirazları rəsmi şəkildə tanıyır və etirazçılarla dialoqu öz borcumuz hesab edirik. Ölkə daxilində etiraz edən bütün tərəflərlə görüşməyə hazırıq.
11-01-2026, 19:36
Venesuelanı ABŞ qoruyacaq


Venesuelanı ABŞ qoruyacaq

ABŞ prezidenti Donald Tramp Venesuela və Kuba ilə bağlı sərt açıqlama verib.
Tramp sosial şəbəkədə paylaşdığı bəyanatda bildirib ki, Kuba uzun illər Venesueladan neft və maliyyə dəstəyi alaraq bunun əvəzində Venesuela rəhbərliyini qoruyub, lakin bu dövr artıq başa çatıb.
Trampın sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduronu qoruyan kubalı qüvvələrin əksəriyyəti ABŞ-ın ötən həftə həyata keçirdiyi zərbə nəticəsində məhv edilib. O vurğulayıb ki, Venesuelanın artıq “ölkəni illərlə girov saxlayan quldurların və reketlərin” müdafiəsinə ehtiyacı yoxdur.
ABŞ prezidenti qeyd edib ki, bundan sonra Venesuelanı dünyanın ən güclü ordusuna sahib olan Amerika Birləşmiş Ştatları qoruyacaq. Tramp əlavə edib ki, Kubaya nə neft, nə də pul axını davam edəcək və bu göstərici “sıfır” olacaq.
Bəyanatında Tramp Kubaya açıq xəbərdarlıq edərək, “çox gec olmadan razılaşmaya getməyi” tövsiyə edib.
11-01-2026, 19:22
Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ


]Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoil”a məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti ələ keçirilmiş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini və Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya ordusunun hərbi və iqtisadi potensialının azaldılması tədbirləri çərçivəsində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər dənizində “Lukoil”a məxsus strukturlara zərbələr endirib. Bu obyektlər Rusiya ordusuna dəstək fəaliyyətlərində iştirak edir.
Qeyd edilib ki, zərbələr qeydə alınıb. Zərərin miqdarı hələ də müəyyən edilir.
Luqansk bölgəsinin müvəqqəti ələ keçirilmiş ərazisindəki Baraniçevo kəndi yaxınlığında Buk-M3 zenit-raket sistemi buraxılış qurğusu da atəşə tutulub. Baş Qərargahın qeyd etdiyi kimi, bu orta mənzilli hava hücumundan müdafiə sistemi aerodinamik hədəfləri vurmaq üçün nəzərdə tutulub.
İlkin məlumatlara görə, zərbələr və partlayışlar qeydə alınıb.
Bundan əlavə, Rusiya ordusunun loqistik və döyüş imkanlarını azaltmaq üçün 49-cu Ordunun loqistik bölməsi atəşə tutulub.
Baş Qərargah Müdafiə Qüvvələrinin Rusiya qoşunlarının hərbi-iqtisadi imkanlarını və hücum potensialını sistematik şəkildə zəiflətməyə davam etdiyini vurğulayıb.
Zərbələr Ukraynaya qarşı silahlı təcavüzdə birbaşa iştirak edən hədəflərə endirilib.
11-01-2026, 18:59
İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu


İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”a məxsus bir neçə hərbi obyektə, o cümlədən silah anbarlarına və istehsal müəssisələrinə yeni hava zərbələri endirib.
Bu barədə ordunun açıqlamasında qeyd olunub.
İsrail tərəfi bu addımı “Hizbullah”ın atəşkəs razılaşmasını sistematik şəkildə pozmasına cavab kimi qiymətləndirib. Məlumata görə, bu gün həyata keçirilən zərbələr zamanı hədəf olaraq qruplaşmanın silah gizlətdiyi hərbi şaxtalar və infrastruktur obyektləri seçilib.
Xatırladaq ki, Livan Silahlı Qüvvələri yanvarın 8-də ölkənin cənubunda – Litani çayına qədər olan ərazidə silahlı qrupların tərksilah edilməsi planının birinci mərhələsini uğurla başa vurduğunu elan etmişdi.
11-01-2026, 18:45
İranda etirazçılar geri çəkilmirlər


İranda etirazçılar geri çəkilmirlər

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab verəcəyini bəyan edib. Bu xəbərdarlıq etirazçıların hökumətin sərt tədbirlərinə baxmayaraq küçələrə çıxmağa davam etdiyi bir vaxtda səsləndirilib.
BBC-yə danışan iki xəstəxananın tibb işçiləri son iki gün ərzində 100-dən çox cəsədin xəstəxanalara gətirildiyini bildiriblər.
Məlumata görə, etirazlar artıq İranın bütün əyalətlərində 100-dən çox şəhər və qəsəbəyə yayılıb.
İranın baş prokuroru bildirib ki, etiraz edən hər kəs “Allaha düşmən” hesab ediləcək və bu, ölüm hökmü ilə cəzalandırıla bilən cinayətdir.
Məlumatda o da qeyd edilir ki, etirazlar gücləndikcə ölənlərin və yaralananların sayı artmaqda davam edir. İki insan haqları təşkilatı təhlükəsizlik əməkdaşları da daxil olmaqla 100-dən çox insanın həlak olduğunu bildirib.
Bir neçə xəstəxananın əməkdaşları BBC-yə deyiblər ki, yaralı və ölənlərin çoxluğu səbəbindən xəstəxanalar həddindən artıq yüklənib.
Beynəlxalq media qurumları İrandan birbaşa reportaj hazırlaya bilmir. Buna baxmayaraq, bəzi videolar yayılıb və media nümayəndələri İranda olan bir neçə şəxslə danışa bilib.
İranın ikinci ən böyük şəhəri olan Məşhəddə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar barədə xəbərlər var.
11-01-2026, 18:34
Sabah hava onlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ


Sabah hava onlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yanvarın 12-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
11-01-2026, 18:11
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır


Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə 12 yanvar tarixindən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayır.
Bu barədə Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq.
Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Biletləri ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə almaq olar.
Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın imkanlarının artırılmasına, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
11-01-2026, 18:05
Gülüstan vilayətində iğtişaş təşkilatçıları SAXLANILDILAR


Gülüstan vilayətində iğtişaş təşkilatçıları SAXLANILDILAR

İranın Gülüstan vilayətində iğtişaşların bir sıra təşkilatçıları saxlanılıb, digərləri isə təqib altındadır və yaxın zamanda həbs olunacaqlar.
Bu barədə Gülüstan vilayətinin Məhkəmə İdarəsi məlumat yayıb.
Bildirilib ki, baş verən iğtişaşlar zamanı Gürganda 4 bank binası dağıdılıb və daha 2 bank binasına 50% ziyan vurulub.
Bundan başqa, Gürgan vilayətinin inzibati binası da yandırılıb.
11-01-2026, 17:44
Pezeşkian xalqı meydanlara çağırdı


Pezeşkian xalqı meydanlara çağırdı

“İran xalqı iğtişaşlarla razılaşmadığını ifadə etmək üçün küçələrə çıxmalıdır”.
İran prezidenti Məsud Pezeşkianın bu sözlərini "Al Mayadeen" telekanalı yayıb.
İran prezidenti xalqa televiziya müraciətində bildirib:
“İran xalqını meydanlara çıxmağa, mövqeyini ifadə etməyə və iğtişaşların onun tələblərini təhrif etməsinə imkan verməməyə çağırırıq”, – deyə prezident bildirib. O vurğulayıb ki, “İran cəmiyyəti məscidləri yandıranları qəbul etmir”.
Pezeşkian mülki şəxslərin həlakı ilə bağlı başsağlığı verib və gəncləri terrorizmə və iğtişaşlarda iştiraka qarşı xəbərdar edib. “Biz sülh yolu ilə keçirilən etirazları rəsmi şəkildə tanıyır və etirazçılarla dialoqu öz borcumuz hesab edirik. Ölkə daxilində etiraz edən bütün tərəflərlə görüşməyə hazırıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2025-ci il dekabrın 29-da Tehranda rialın məzənnəsinin kəskin ucuzlaşmasına etiraz olaraq ticarətçilərin aksiyaları başlayıb. Dekabrın 30-da etirazlara tələbələr də qoşulub. İğtişaşlar ölkənin əksər böyük şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də küçələrdə silahlı naməlum qruplar peyda olub, hüquq-mühafizə orqanları ilə toqquşmaların sayı artıb. İran hakimiyyəti iğtişaş törədənləri terrorçu adlandırıb və hadisələrin təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!