“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
7-01-2026, 16:28
Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd hazırlayan şəxslə bağlı qərar verdi


Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd hazırlayan şəxslə bağlı qərar verdi

Deputat Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilən Rəşad Əhmədovun kassasiya şikayəti təmin olunmayıb.
Bu barədə Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Belə ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, hadisə 2023-cü il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Daha sonra təqsirləndirilən şəxslər və zərərçəkən tərəf apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.
7-01-2026, 16:23
Gömrük Komitəsinin vəzifəli şəxsləri barədə iş məhkəməyə göndərildi


Gömrük Komitəsinin vəzifəli şəxsləri barədə iş məhkəməyə göndərildi

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"İbtidai istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan Respublikasının vətəndaşı Etibar Hatəmli və İran İslam Respublikasının vətəndaşı Rezayan Jafar Rafıe oğlu ilə cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə etməklə aldıqları külli miqdarda rüşvət müqabilində Jafar Rezayanın İran İslam Respublikasında əldə edib istifadəsində olan sərnişin avtobusunun yük yerində saxladığı ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycan Respublikasına məxsus aksiz markası markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkə ərazisinə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə halında külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma), Etibar Hatəmliyə həmin Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Jafar Rezayana isə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə ittiham elan edilərək Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Jafar Rezayan barəsində isə digər qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib",-məlumatda deyilir.
7-01-2026, 16:19
Azərbaycanda 300-dən çox qadın fəlsəfə doktoru oldu


Azərbaycanda 300-dən çox qadın fəlsəfə doktoru oldu

Ötən il elmi dərəcə alan qadın və kişi iddiaçıların sayı açıqlanıb.
Bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.
Belə ki, 2025-ci ildə 322 qadın,152 kişi fəlsəfə doktoru adını alıb. Həmçinin 37 qadına və 45 kişiyə elmlər doktoru adı verilib.
7-01-2026, 16:11
Azərbaycan 101 ölkə arasında 5-cidir


Azərbaycan 101 ölkə arasında 5-cidir

“Dünya Bankının “Business Ready – B-READY 2025” hesabatının hazırlanma metodologiyası ölkələrin inkişafını 10 mühüm mövzu üzrə 3 istiqamətdə maksimal 33,33 balla qiymətləndirir. Həmin mövzulardan biri də kommunal xidmətlərlə bağlıdır”.
Bu barədə “Aztelekom”dan məlumat verilib.
Bildirilib ki, ölkəmizin 31,05 balla 101 ölkə arasında 5-ci yerdə qərarlaşdığı “Əməliyyat effektivliyi” istiqaməti aşağıdakı 3 faktor üzrə qiymətləndirilib:
“Əlçatanlıq – ərazidə fəaliyyət göstərən internet provayderinin biznes müştəriləri üçün təqdim etdiyi internet xidmətlərinin əlçatanlığı, qiymət uyğunluğu və keyfiyyəti, müxtəlif internet xidmətlərinin ayrılıqda və ya paket şəklində təklif edilməsi.
Texniki xidmət – texniki xidmət tezliyi, sorğudan sonra yeni müştərinin aktivləşmə müddəti, elektrik kəsintiləri istisna olmaqla il ərzində internet kəsintiləri və ya sürət zəifləmələrinin başvermə aralığı və ümumiyyətlə etibarlılığı.
Maliyyə uyğunluğu – həmçinin sözügedən göstəricilərin təsərrüfatlar üçün maliyyə baxımından əlverişli olması.
Bu göstəricilərdə ölkəmizin yüksək nəticə göstərməsi son illər həyata keçirilən sistemli və məqsədyönlü islahatların nəticəsidir”.
Xatırladaq ki, 2021 – 2025-ci illəri əhatə edən və AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin əsas operatorlarından biri kimi çıxış etdiyi “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində ölkə üzrə telekommunikasiya infrastrukturunun yenilənməsi və dayanıqlı internet xidmətlərinin genişləndirilməsi sözügedən göstəriciyə birbaşa təsir edib.
Sözügedən layihə müddətində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib.
Görülən işlər nəticəsində internet xidmətlərinin keyfiyyəti və etibarlılığı artıb, əməliyyat prosesləri sadələşib və istifadəçilər üçün xidmətlər daha əlçatan olub.
Qeyd edək ki, rəqəmsal infrastrukturun gücləndirilməsi yalnız vətəndaşlar üçün deyil, eyni zamanda biznes mühiti, sahibkarlıq fəaliyyəti və investisiya cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. “Aztelekom” MMC bu istiqamətdə dövlətin rəqəmsallaşma strategiyasına uyğun olaraq fəaliyyətini davam etdirir.
Xatırladaq ki, layihənin HBR Türkiyə və Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında uğurlu biznes keysi kimi yer alması, eləcə də “Ookla” tərəfindən analitik məqalənin dərc olunması “Aztelekom” üçün mühüm nailiyyət olub. Ölkə tarixində ilk dəfə olaraq 5 beynəlxalq mükafata layiq görülüb.
7-01-2026, 15:57
İdmançımız üç il müddətinə yarışlardan kənarlaşdırıldı


İdmançımız üç il müddətinə yarışlardan kənarlaşdırıldı

Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.
Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.
7-01-2026, 13:04
Prezidentin Zəngəzur dəhlizi ilə bağlı  siyasi-strateji hədəfi real nəticələrlə müşayiət olunur.


Prezidentin Zəngəzur dəhlizi ilə bağlı siyasi-strateji hədəfi real nəticələrlə müşayiət olunur.

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ötən ilin tarixi il olduğunu vurğulayaraq qeyd edib ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Dövlət başçısı eyni zamanda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaranmasının, Zəngəzur dəhlizininn açılmasının reallaşacağını inamla bildirib.
Müsahibəsində Azərbaycan Prezidenti ötən il ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb: “Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır.
Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlanmışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada, rəsmi Zirvə Qəbələdə keçirilmişdir və bu ənənəni indi digər ölkələr də davam etdirirlər.
Hazırda işğaldan azad edilmiş rayonlarımız beynəlxalq əhəmiyyətli tədbirlərin, forumların və rəsmi görüşlərin keçirildiyi mühüm mərkəzlərə çevrilmişdir. Bu fakt Azərbaycanın artan beynəlxalq nüfuzunun, eləcə də dövlət başçısının uzaqgörən siyasətinin bariz göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin qlobal tədbirlərə ev sahibliyi etməsi ölkəmizin regional və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.”
Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv olması istiqamətində müəyyənləşdirdiyi strateji hədəfdən danışaraq bildirib ki, Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm.
Qeyd edək ki, bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir və bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycanın təşəbbüsü ilə respublikamızda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və Azərbaycan da təşkilatda fəal üzv kimi iştirak edəcək. Bu təşəbbüs Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əməkdaşlıq platformalarında mövqelərinin daha da möhkəmləndirilməsinə xidmət edir. D-8 kimi nüfuzlu təşkilata üzvlük ölkəmizin inkişaf etməkdə olan dövlətlərlə iqtisadi əlaqələrinin genişlənməsi, ticarət dövriyyəsinin artırılması və yeni investisiya imkanlarının yaradılması baxımından böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, bu strateji addım Azərbaycanın çoxtərəfli diplomatiya siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan xarici siyasət kursu ölkəmizin regional və qlobal təşəbbüslərdə fəal iştirakını təmin edir, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. D-8 təşkilatına üzvlük perspektivi həmçinin enerji, nəqliyyat, rəqəmsal inkişaf və humanitar sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi məqsədyönlü və ardıcıl xarici siyasətin əsas prioritetlərindən biri də Zəngəzur dəhlizinin reallaşdırılmasıdır. Bu strateji layihə təkcə regional nəqliyyat-kommunikasiya xətlərinin bərpası deyil, eyni zamanda Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin açılması yönümündə görülən önəmli işlərə diqqət çəkib: “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında da şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir.”
Dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq öz müsbət nəticələrini verməkdədir.
Prezident İlham Əliyevin prinsipial mövqeyi və qətiyyətli siyasi iradəsi nəticəsində bu layihə beynəlxalq gündəmdə mühüm yer tutmuş, regional və qlobal aktorların diqqət mərkəzinə çevrilmişdir. Dəhlizin açılması Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən əsas amillərdən biri kimi dəyərləndirilir.
Hazırda Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində mövcud olan əsas maneələr aradan qaldırılmış, proses praktik mərhələyə daxil olmuşdur. Bu, Prezident İlham Əliyevin diplomatik çevikliyinin, strateji baxışının və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan bu layihə vasitəsilə regionda əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilmək potensialını daha da gücləndirir.
Eyni zamanda, Zəngəzur dəhlizi Türk dünyasının inteqrasiyası baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu nəqliyyat xətti türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin dərinləşməsinə yeni impuls verir. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində artan rolunu bir daha təsdiqləyir.
Ümumilikdə, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur. Bu strateji təşəbbüs Azərbaycanın milli maraqlarına tam cavab verməklə yanaşı, regionda sülh, əməkdaşlıq və davamlı inkişaf üçün yeni imkanlar açır.

Zamin Zeynal
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini,
"Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri
7-01-2026, 01:29
Masazıra gedənlərin nəzərinə!


Masazıra gedənlərin nəzərinə!

Xidmət keyfiyyətinin artırılması və sərnişin məmnuniyyətinin təmin olunması məqsədilə yanvarın 7-dən Abşeron rayonunun Masazır qəsəbəsini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə 10 müasir, komfortlu, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən "King Long" markalı avtobus cəlb edilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, daşıyıcı tərəfindən marşrut üzrə avtobusların bir qismi 2025-ci ildə yenilənib. Hazırda isə yeni alınan və sərnişin tutumu yüksək olan nəqliyyat vasitələri xətt üzrə istismara buraxılır. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Marşrut üzrə 25 avtobus 6-7 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
6-01-2026, 23:27
Ukrayna üçün vacib sənəd imzalandı


Ukrayna üçün vacib sənəd imzalandı

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət Bəyannaməsini imzalayıblar.
Bu, çərşənbə axşamı Parisdə “İstəklilər koalisiyası”nın sammitindən sonra baş verib.
"Ukrayna, Fransa və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Ukraynanın müdafiəsini, yenidən qurulmasını və strateji dayanıqlığını dəstəkləmək üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət Bəyannaməsi imzalanıb”, - deyə məlumatda bildirilir.
Fransa Prezidentinin sözlərinə görə, müharibə bitdikdən sonra Ukrayna ordusunun sayı 700 min olacaq və Qərb tərəfdaşları dəstək verəcəklərini öhdələrinə götürüblər.
O əlavə edib ki, atəşkəs rejiminə əməl olunmasını təmin etmək üçün “İstəklilər koalisiyası”nın xarici qüvvələri Ukraynada quruda, havada və dənizdə yerləşdiriləcək.
6-01-2026, 22:33
Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat


Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Zahid Məmmədov işdən çıxarılıb.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb.
Digər əmrlə adıçəkilən qurumun rəisi vəzifəsinə Zaur Mirzəzadə təyinat alıb.
Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi. Bundan bir neçə gün sonra F.Məlikov nöqsanlara görə vəzifəsindən azad edilib. Noyabr ayında isə onun yerinə Zahid Məmmədov təyin olunmuşdu.
6-01-2026, 22:16
Ağsuda maşın aşdı - Ölən var


Ağsuda maşın aşdı - Ölən var

Muğanlı–İsmayıllı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə axşam saatlarında avtomobil yolunun Ağsu rayonunun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb. Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!