Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 19-11-2019, 13:06
21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR

İranda benzinin bahalaşması ilə müşayiət olunan son günlərin hadisələri, Cənubi Azərbaycanda baş verən xalqın etiraz çıxışlarını əlaqələndirmək və onların sapmasının qarşısını almaq mәqsәdilә “Azәrbaycan Koordinasiya Komitəsi”nin yaradılması başqa müxalifət qüvvələri ilə birlikdə cənubi azərbaycanlıların həqiqi demokratik quruluş yaratmaq uğrunda mübarizəsini təşkil etmək baxımından 21 Azər hərəkatına, onun buraxdığı səhvlərə, məğlubiyyət səbəblərinə bir daha diqqət yetirmək, onları araşdırmaq, yeni hərəkət xəttini müəyyənləşdirmək lüzumunu yenidən gündəmə gətirməkdədir.
***
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Cənubi Azərbaycanda xalqın milli-demokratik hüquqlar uğrunda mübarizəsi nəticəsində 1945-ci ilin dekabr ayının 12-də (21 Azər günü) Azərbaycan Milli Məclisinin açılmasından və Azərbaycan Milli Hökumətinin təşkilindən 74 il keçir. Bununla belə 21 Azər hərəkatına rəhbərlik edən həmin firqənin fəaliyyəti, Azərbaycan Milli Hökumətinin bir illik fəaliyyəti zamanı gördüyü işlər bu gün də azərbaycanlılarla yanaşı bütün İran xalqlarının yaddaşında ən mühüm hadisələrdən biri kimi qalmaqdadır. Belə ki, bütün İran xalqları Azərbaycan hərəkatı simasında özlərinin möhkəm və sarsılmaz arxasını görürdü, ona özlərinin mübarizə dayağı kimi baxırdılar. Bu zaman İran mətbuatı yazırdı: “Pişəvəri deyir ki, Azərbaycan durduqca, İran azadixahlarını boğmaq qeyri mümkün olacaqdır”.
Bu günə kimi 21 Azər hərəkatına həsr edilmiş elmi, tarixi və publisistik yazılarda onun məğlubiyyət səbəbi belə şərh edilmişdir: “Azərbaycan Əyalət Əncüməni Azərbaycanın imperializmin avantürasının altına düşməməsi və İran daxilində qardaş qırğınının qarşısını almaq üçün 1946-cı il dekabr ayının 11-də Azərbaycan Xalq Qoşunlarına və fədai qüvvələrinə İran dövlətinin silahlı qüvvələrinə müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək göstərişi verdi” (M.M.Çeşmazər. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti. Cənubi Azərbaycan, 1945-1946-cı illər. Bakı, “Elm”, 1986, s.145).
21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR

Çeşmazər (Eyvazov) Mirqasım Mikayıl oğlu (1920-2000, Bakı): Təbrizdə Milli Hökumət dövründə açılmış radionu ilk olaraq səsləndirmiş və bir il müddətində onun direktoru kimi işləmişdir. Mirqasım Çeşmazər eyni zamanda Seyid Cəfər Pişəvərinin köməkçisi olmuşdur. 15 il AMEA-nın Şərqşünaslıq İnstitutunda «Cənubi Azərbaycan tarixi» şöbəsində elmi fəaliyyətlə məşğul olmuş, “Azərbaycan Demokrat Firqəsinin (ADF) yaranması və fəaliyyəti (Cənubi Azərbaycan 1945-1946-cı illər)” mövzusunda elmi işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. M. Çeşmazər 1956 -1960-cı illərdə ADP MK-nın birinci katibi olmuşdur.
10 ilə yaxın bir müddət ərzində M.Çeşmazər ilə bir yerdə AMEA-nın Şərqşünaslıq İnstitutunda “Cənubi Azərbaycan” şöbəsində elmi fəaliyyətlə məşğul olmaq mənə də qismət oldu. 21 Azər hərəkatı haqqında çox tez-tez xatirələrini bizimlə bölüşərdi. Amma onun ADF-nin yaranması və fəaliyyətinə həsr etdiyi elmi tədqiqat əsərlərində 21 Azər hərəkatının məğlubiyyət səbəbləri barədə o dövr üçün konyekturaya uyğun ortaya qoyduğu mövqe (Azərbaycan Xalq Qoşunlarına və fədai qüvvələrinə İran dövlətinin silahlı qüvvələrinə müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək göstərişi barədə Azərbaycan Əyalət Əncüməninin qərarı) ilə danışdığı xatirələrindəki mövqeyi ziddiyət təşkil edirdi. O deyirdi ki, Azərbaycan Əyalət Əncüməninin bu qərarı mötəbər sayıla bilməzdi, belə ki, o, səs çoxluğu ilə qəbul edilməmişdi, çünki həmin qərarın qəbul olunduğu 11 dekabr 1946-cı il tarixində Azərbaycan Əyalət Əncüməninin nümayəndələri və ADF MK-nın əksər üzvləri Təbrizi tərk etmişdilər.
Uzun illər keçdikdən sonra Azərbaycan Əyalət Əncüməninin bu qərarının hansı şəraitdə, kim tərəfindən verilməsi barədə sənədlər ortaya çıxdı və M.Çeşmazərin bizimlə xatirələrində bölüşdüyü mövqeyi təsdiqləndi. Bununla bağlı 12 dekabr 1945-cı ildə Azərbaycan Milli Hökuməti (AMH) yaranarkən onun tərkibində Daxili İşlər naziri vəzifəsini icra etmiş, 13 iyun 1946-cı il tarixində AMH ilə Qəvam hökuməti arasında imzalanmış razılaşmaya görə isə Azərbaycan ostandarı olmuş dr.Salamullah Cavidin tərtib və 1979-cu ildə Tehranda çap etdirdiyi “Azərbaycan Milli hərəkatı haqqında Amerika Xarici İşlər Nazirliyinin məktubları” adlı kitabında açıq aydın etiraf olunur ki, Azərbaycan Əyalət Əncüməninin Azərbaycan Xalq Qoşunlarına və fədai qüvvələrinə İran dövlətinin silahlı qüvvələrinə müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək göstərişi barədə qərarını o, həmin zamanda Əyalət Əncüməninin sədri olan Şəbüstəri ilə birlikdə qəbul etmiş və Qəvama teleqramla göndərmişlər. Həmin kitabın 69-cu səhifəsində bu məlumat belə getmişdir: “Qəvam Amerikanın nəzəri ilə ekspertlər əvəzinə şahın razılığı ilə qabaqdan hazırlanmış planlarla İran qoşununa və mürtəcelər tərəfindən dövlətin nəzəri ilə təşkil edilmiş çeriklərə (əslində bunlar şah və mürtəce dairəlırin göstərişi ilə hazırlanmış mülki geyimdə quldur dəstələri idi – S.B.) hücum əmri verdi. Qaflankuh cəbhəsindənki vuruşmadan sonra Azərbaycan qoşununun tankı və topu, daha doğrusu, tüfəng və pulemyotundan başqa öz silahı olmadığı üçün Qaflankuhu buraxdı.
21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR

Azərbaycan Demokrat Firqəsinin Siyasi Bürosu vəziyyəti nəzərə alıb qardaş qanı tökməmək üçün hərbi əməliyyatları dayandırmaq qərarı verdi və qərar oldu, ostandarlıq və Əyalət Əncüməni tərəfindən şaha və Qəvama teleqraf verilsin. Mən və mərhum Şəbüstəri haqqında danışılan teleqrafları vurduq, amma dövlət hərbi əməliyyatları dayandırmağa əhəmiyyət verməyib, qoşunu Azərbaycana daxil etdi, olmazın qətl, qarət və həbslər törətdi”.
Əslində müharibə şəraitində belə qərarları Parlament və ya Əyalət Əncüməni tərəfindən fövqəladə səlahiyyətlər almış Ali Baş komandan verə bilər. 13 iyun 1946-cı il tarixində AMH ilə Qəvam hökuməti arasında imzalanmış razılaşmadan sonra belə bir səlahiyyət ADF sədri S.C.Pişəvəriyə verilməliydi. S.Cavidin adıgedən kitabının 73-cü səhifsində bu barədə belə məlumat verilir: “Qəvam ilə Pişəvəri danışığından üstü örtülü qərar olmuşdu, Razılaşma düzəlinəndən sonra Pişəvəri Fərmandar-e Koll-e Azərbaycan (Azərbaycanın Ali Baş Komandanı – S.B.) olsun”.
Bütün ortada olan bu məlumatların əksinə olaraq 21 Azər hərəkatına rəhbərlik edən ADF və MK-nın sədri S.C.Pişəvərinin Amerika və ingilis imperializminin birbaşa dəstəyi ilə şah qoşunu və onlara dəstək olan xüsusi hazırlanmış mürtəce qüvvələrin Azərbaycana hücumu zamanı yaranmış çox ağır siyasi şəraitdə tutduğu mövqe birmənalı olaraq təslim xarakteri daşımamışdır. Əksinə o, Azərbaycan Demokrat Firqəsinin və Mərkəzi Komitəsinin sədri kimi Azərbaycan Fəhlə və Zəhmətkeşlər İttifaqının Mərkəzi Şurasının sədri Məhəmməd Biriya ilə birlikdə ADF orqanı olan “Azərbaycan” qəzetinin 20 Azər (11 dekabr) 1946-cı il tarixli 81 (370)-ci sayında çap etdirdiyi Bəyanatla Azərbaycanın fəhlə, kəndli və azadlıqsevər ziyalılarına, Azərbaycanda yaşayan şərəfli arvadlara, namuslu kişilərə, əsrlər boyu zülm və əsarət, aclıq və çılpaqlığa dözmüş bütün qeyrətli insanlara müraciət edir və deyir: “İndi Qəvam hökuməti xalq düşmənləri hökumətidir. Bu hökumət isə İranı amerikalılara satmaq istəyir. Onların pul və sərvəti və xalqın qanını sormaq həvəsi bunların gözlərini tutmuşdur. Azərbaycan xalqı isə öz azadlığını onların mənafeyinə qurban edə bilməz... İndi azərbaycanlı bu mənfur hökumət və onun tərəfdarlarının əleyhinə hər cür hərəkət etməyə haqlıdır. Hər bir şərafətli və namuslu insan bu mübarizədə kömək etməli, bizim arxamızda durmalıdır. Çünki Qəvam bizə münasibətdə ən alçaq, ən aşağı bişərəflərdən pis rəftar etdi. Biz bütün İran azadixahları ilə bərabər onu iş başına gətirdik, o isə xalqı aldatmaq üçün xalq nümayəndələrindən bir neçəsini də hökumətə keçirtdi, sonra isə bizim və xalq nümayəndələrinin sədaqət və səmimiyyətindən sui-istifadə edib hər iki tərəfə qorxaq yol kəsənlər kimi arxadan xəncərini endirdi. Bizim xalqımız isə bu alçağa soyuqqanlıqla baxa bilməzdi, ona görə ayağa qalxdı, ona görə dəstə-dəstə müharibə meydanına getmək üçün Təbrizə axıb gəlməkdədir.
Əziz həmvətənlər! Biz azad yaşamaq, öz səadətini öz gücü ilə təmin etmək istəyən nəcib və qəhrəman Azərbaycan xalqının azadlığını müdafiə etmək yolunda ölümə gedirik... Dünya bilir ki, biz sülh və saziş təmini üçün heç bir fədakarlıqdan çəkinməmişik, dünya bilir ki, biz yalnız bu kimi səhnələrin qabağını almaq üçün Milli Hökumətimizi ləğv edib, Milli Məclisimizi Əyaləti Əncümənə çevirdik (13 iyun 1946-cı il tarixində AMH ilə Qəvam hökuməti arasında imzalanmış razılaşmanın şərtlərinə uyğun olaraq – S.B.), qoy dünya bunu da görüb anlasın ki, xalq düşmənləri bizim güzəştlərimizdən sui-istifadə edib azadlığımızı silah gücünə ortadan aparmağa başlamışlar, hesabı biz özümüz çəkərik, amma yaddan çıxmasın, bu faciənin məsuliyyəti Tehranın boynundadır, çünki biz sonuncu mümkün həddə qədər güzəştə getdik və axırıncı səngərə qədər geri oturduq”.
Müştərək Bəyanatın sonunda S.C.Pişəvəri və M.Biriya tərəfindən həmvətənlərinə azadlıq və demokratiya uğrunda mübarizədə onlara böyük ruh yüksəkliyi verən və Azərbaycan xalqının gələcəyinə böyük nikbinlik və ümidlə baxmağa və bu yolda onları ayağa qalxıb silaha sarılmağa və əldə edilmiş nailiyyətləri qorumağa səsləyən müraciət olunur: “Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəsin əlindən nə gəlirsə azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə yerinə yetirək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız, bizim qoşun gücü ilə aldığımız azadlıqla fəxr etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcəkdir”.
Göründüyü kimi, 21 Azər hərəkatı, ona rəhbərlik edən Firqə və fəalları, xalq qoşunu və fədailər, könüllü dəstələr son ana qədər geri çəkilmək və silahı yerə qoymaq barədə Ali Baş Komandandan heç bir göstəriş almamışlar, əksinə onun çağırışına uyğun olaraq döyüş meydanlarında olmuş, düşmənlə üz-üzə dayanmış, azadlıq və demokratiya yolunda əldə etdikləri nailiyyətlərini qorumağa çalışmış, lazım gəldikdə bu yolda şəhid olmuşlar. Onlar məğlub edilməmişlər, yalnız döyüşü uduzmuşlar. Döyüşü uduzmaq isə hələ qələbəni əldən vermək demək deyildir.
21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR
21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR
21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR
21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR
21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR
[center]21 Azər: Azərbaycan xalqı təslim olmadı, yalnız döyüşü uduzdu - FOTOLAR

Bayramzadə Səməd Zülfəli oğlu,
dosent, tarix üzrə fəlsəfə doktoru,
AMEA akad.Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri
Bakı, 19.11.2019


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!