Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                        Çin orbitə 6 peyk buraxdı .....                        Bakının mərkəzi küçələrindən biri bağlanır .....                        Gürcüstan Azərbaycandan kömək istədi .....                        Bulvarda dənizdən meyit çıxarıldı .....                        Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov .....                       
Tarix : 10-12-2018, 16:08
“ 21 Azər” İstiqlal Muzeyində qeyd olundu

Ötən şənbə günü İstiqlal Muzeyində “ 21 Azər” Hərəkatının 73-cü ildönümü qeyd olundu. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin birgə keçirdikləri tədbirdə hər iki qurumun təmsilçiləri, alimlər, təhqiqatçılar, media təmsilçiləri iştirak etdilər.
Firqənin və inqilabın rəhbəri Seyid Cəfər Pişəvərinin, onun silahdaşlarının, mühacirətdə dünyasını dəyişənlərin xatirələri sükutla yad edildi.
“ 21 Azər” İstiqlal Muzeyində qeyd olundu

İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə bildirdi ki, biz 15-ci ildir “ 21 Azər”lə bağlı tədbirlərimizə belə anımla başlayırıq. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin məruzəsində ADF-nin yaranması və fəaliyyətinə yeni baxış konkret sənədlərə əsasən təhlilini tapdı. Sonra ADF MK-nın və İMC-nin rəhbərliyində təmsil olunan, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru Adilə Çernikbulənd hadisələrin canlı şahidi və iştirakçısı kimi gördüklərini, müşahidə etdiklərini dilə gətirdi. Qeyd etdi ki, Seyid Cəfər Pişəvəri və silahdaşları İran tarixində elə islahatlara imza atıblar ki, bunlar heç vaxt unudulmayacaq: “Mühacirətdə bizlərə göstərilən doğma münasibəti, qayğı nümunələrini də heç vaxt unutmayacağıq. Biz illər ərzində özümüzü daim doğmaların əhatəsində hiss etmişik”.
“ 21 Azər” İstiqlal Muzeyində qeyd olundu
“ 21 Azər” İstiqlal Muzeyində qeyd olundu

Rəhim Hüseynzadə əlavə edib ki, buna aid saya gəlməz misalların cərgəsinə daha ikisi əlavə olunub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamları ilə daha iki nəfər fədai övladı dövlət mükafatına layiq görülüb. Belə ki, tarix və şərqşünaslıq elminin inkişafına verdiyi töhfələrə görə alimlərimizdən Solmaz Rüstəmova-Tohidi əməkdar elm xadimi, Əkrəm Rəhimli- Bijə isə xüsusi diplomla təltif olunublar. Dövlət rəhbərinə təşkilatları adından təşəkkürlərini yetirən cəmiyyət sədri sözü tarixçi alimlərə verib. Hər iki çıxışda dövrün hadisələri, ictimai-siyasi şəraiti, aparıcı qüvvələri, Milli Hökumətin islahatları, inqilaba basqılar və sair məsələlər ətraflı şərh olundu.
“ 21 Azər” İstiqlal Muzeyində qeyd olundu

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini Murtuza Nizamoğlu “ 21 Azər” Hərəkatının təsir gücünün əbədi olduğuna işarə edərək bunu əyani müşahidələri ilə əsaslandırıb. İbrahim Şiri (Xalq Fədailəri Partiyası) mənsub olduğu təşkilatın adından iclas iştirakçılarını “ 21 Azərin”in ildönümü münasibətilə təbrik edib”. Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Kərimov (Dasi) gənclərin və yeniyetmələrin hərəkatda iştirakı barədə xatirələri də maraqla dinlənilib.
Tanınmış jurnalist Ənvər Qafarlı hər iki təşkilatın milli tariximizin şanlı səhifələrini təbliğinə dair aktiv tədbirlər keçirməsini təqdirəlayiq hal sayıb. İranlı Mühacirlər Ədəbi Birliyin sədri, “Dədə Qorqud” Beynəlxalq mükafatı laureatı Tariyel Ümid mübariz ruhlu şeirlərini öxuyub.
Cəmiyyətin sədri yekun sözündə tədbirin milli azadlıq tariximizə aid misilsiz sənədlərin, eksponatların toplandığı mötəbər bir yerdə keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı və İstiqlal Muzeyinin rəhbərliyinə hər iki təşkilatın təşəkkürlərini bildirdi.


Paylaş



Bölmə: Xəbər / Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!