Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı .....                        Azərbaycanda bu avtobuslarda gedişhaqqı 60 qəpik oldu - YENİ SİYAHI .....                        “Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər” .....                        Ərdoğandan əhali ilə bağlı XƏBƏRDARLIQ .....                        Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək .....                        Tofiq Xanəliyevə şərti cəza verildi .....                        DÇ-2026-da pley-off mərhələsinin püşkü atıldı - Türkiyənin rəqibi müəyyənləşdi .....                        Köhnə avtomobil nömrələrində də defis silinəcək? - RƏSMİ CAVAB .....                        34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI .....                       
Tarix : 28-02-2019, 13:18
Serbiyada “Nəsimi medalı” təsis edildi

Serbiyanın nüfuzlu və qədim tarixə malik “Serbiya Kral Akademiyası”nın rəyasət heyəti Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin adına yubiley medalının təsis edilməsi barədə qərar qəbul edib.
Butov.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.
2019-cu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsi münasibətilə Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyi tərəfindən Serbiya Kral Akademiyasına müraciət edilib və Azərbaycanın dahi şairinin adının daşıyan medalın təsis edilməsinin nəzərdən keçirilməsi xahiş olunub.
Müraciət əsasında Serbiya Kral Akademiyasında cari ilin 8 və 11 fevral tarixlərində rəyasət heyətinin müşavirəsi keçirilib və 20 fevral tarixində Azərbaycanın dahi şairi İmaməddin Nəsimi adına yubiley medalının təsis edilməsi barədə müvafiq qərar qəbul edilib. Qərarla həmçinin Serbiyanın dahi yazıçısı, şair, Nobel mükafatçısı İvo Andriçin adına xatirə medalı təsis edilib.
Nəsiminin 650 illiyinə həsr ediləcək yubiley medalı ilə Azərbaycan və Serbiyada öz fəaliyyəti ilə xüsusi fərqlənən yazıçı və şairlərin təltif edilməsi nəzərdə tutulur.
Müşavirədə həmçinin Azərbaycanın Serbiyadakı Səfirliyi və Serbiya Kral Akademiyasının dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Nəsiminin 650 illik yubileyinə həsr edilmiş simpoziumun keçirilməsinə dair təklif müzakirə edilib və təklif yekdilliklə qəbul olunub.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!