“Ana dilim, varlığım” - yaddaşlardan silinməyəcək .....                        Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib .....                        Ukrayna ordusu əks-hücumlara başladı .....                        Hindistan ABŞ-la danışıqları təxirə saldı .....                        Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu .....                        Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var .....                        Yollarda görünüş 500 metrədək məhdudlaşacaq .....                        Rusiyada bu hava limanı bağlandı .....                       
Tarix : 16-12-2020, 17:12
Son 24 saat ərzində İranda koronavirusdan 213 nəfər həyatını itirib
Sərt karantin tədbirlərindən sonra İranda koronavirusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında verib. O bildirib ki, son 24 saat ərzində İranda 7 min 603 nəfər koronavirusa yoluxub, 213 nəfər isə həyatını itirib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 131 min 77 nəfərə, ölənlərin sayı isə 52 min 883-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsi davam edən 5 min 678 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 844 min 430 xəstə sağalaraq evə buraxılıb.

İranın Səhiyyə Nazirliyindən bildirilib ki, koronavirus xəstələrinin müalicəsi üçün lazım olan dərman preparatlarının sanksiyalar ucbatından ölkəyə gətirilməsi olduqca çətinləşib. Bu vəziyyət virusa qarşı mübarizə tədbirlərinə maneə yaradır. Lakin buna baxmayaraq İran daxili istehsal hesabına xəstələri dərmanlarla təmin etmək imkanına malikdir.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!