Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 14-06-2022, 14:18
Türkiyədə israilli turistlərə hücum etmək istəyən iranlı kəşfiyyatçılar saxlanılıblar
Türkiyənin təhlükəsizlik orqanları İstanbulda israilli turistlərə hücum planlaşdıran bir qrup iranlı kəşfiyyatçının kimliyini müəyyən edib.

Bu barədə “Yediot Ahronot” nəşri xəbər verib.

Nəşrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə əməliyyatçısı Türkiyədə həbs edilib.

Türkiyə mediasında isə bir qrup iranlının hələ də azadlıqda olduğu, bu səbəbdən onların israillilərə hücum təhlükəsinin qaldığı vurğulanıb.

Qeyd edək ki, mayın 30-da İsrailin xarici işlər naziri Yair Lapid İstanbulda olan israilliləri ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.

“Türkiyədə son həftələrdə baş verən hadisələrdən və İranın İstanbulda istirahət edən israillilərə hücum cəhdlərindən sonra biz İsrail vətəndaşlarını oraya səyahət etməkdən çəkinməyə çağırırıq”, - deyə nazir bildirib.

Bundan sonra İsrail Milli Təhlükəsizlik Şurası Türkiyəyə səfər xəbərdarlığı edib. Hazırda İsraildə İstanbul üçün 4-cü səviyyə xəbərdarlığı var ki, bu, israillilər üçün təhlükə dərəcəsi baxımından İran, Əfqanıstan və bəzi başqa yerlərlə müqayisə oluna bilər.

İsrailin baş nazir ofisi də Türkiyədə ölkə vətəndaşları üçün təhdidin olduğunu bəyan edib.

Buna qədər bildirilmişdi ki, son həftələr İranda qeyri-müəyyən şəraitdə aeronavtika, pilotsuz təyyarələrin, raketlərin və peyklərin hazırlanması, habelə nüvə sahəsi üzrə bir neçə tanınmış alim və ekspert ölüb ya da həlak olub. İran bu hadisələrin arxasında İsrail kəşfiyyatçılarının dayandığına inanır.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!