Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 5-10-2022, 17:27
Putin Ukraynanın 4 regionu ilə bağlı qanunu imzaladı


Putin Ukraynanın 4 regionu ilə bağlı qanunu imzaladı

Prezident Vladimir Putin Rusiyaya yeni ərazilərin daxil olması ilə bağlı qanunları imzalayıb. Butov.az xəbər verir ki, söhbət Ukraynadan qoparılan 4 regiondan gedir. Vladimir Putin qondarma “Luqansk xalq respublikası”nın, qondarma “Donetsk xalq respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya qəbulu haqqında müqaviləni ratifikasiya edən federal qanunu imzalayıb. Beləliklə, Rusiya regionlarının sayı 85-dən 89-a, Rusiyanın ərazisi isə təxminən 113.000 kvadrat kilometr artacaq. Dörd yeni subyektin sakinləri Rusiya vətəndaşlığını alacaqlar: bunun üçün yeni vətəndaşlar and içməli olacaqlar, ondan yetkinlik yaşına çatmayanlar və fəaliyyət qabiliyyəti olmayanlar azad edilir. İndi “LXR”, “DXR”, Xerson və Zaporojye vilayətləri 2026-cı ilə qədər davam edəcək keçid dövrünü gözləyəcək. Bu müddət ərzində orada prokurorlar, məhkəmələr, notariuslar, vəkillər palataları yaradılmalıdır. Dörd yeni region tədricən mövcud hüquq-mühafizə orqanlarını Rusiyaya inteqrasiya edəcək. Yeni ərazilərdə Rusiya qaydaları qüvvəyə minənədək və keçid dövrünün sonuna qədər yerli hakimiyyət orqanları Rusiyaya qoşulmazdan əvvəl regionlarda qüvvədə olan qanunlara arxalana bilərlər. Xatırladaq ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin adları çəkilən regionlarda keçirilən referendumun nəticələrinə görə Kremldə çıxış edib, bundan sonra onların rəhbərləri ilə regionların Rusiyanın tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb. Daha sonra Rusiya Konstitusiya Məhkəməsi bu müqavilələri Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq tanıyıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!