Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb .....                        4 ölkə Azərbaycan qazı ilə bağlı bəyanat yaydı .....                        Şahin Şıxlinski saxlanıldı - Yekaterinburqa aparılır .....                        Türkiyədə növbədənkənar seçki? - Nazir tarix AÇIQLADI .....                        Azyaşlı Kürdə batdı .....                        Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ .....                        Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişi tutuldu - YENİLƏNİB .....                        Lənkəran sakini Serbiyada binadan yıxılaraq öldü .....                        CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                       
Tarix : 23-08-2023, 21:27
Qəzaya uğrayan təyyarədə Priqojin də var


Qəzaya uğrayan təyyarədə Priqojin də var

Rusiyanın Tver vilayətində qəzaya uğrayan “Embraer Legacy” təyyarəsinin sərnişinləri arasında “Vaqner” muzdlularının sahibi Yevgeni Priqojin də var.
Bu barədə "Interfax", TASS və RİA agentlikləri Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən bildirib.
“Bu gecə Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısında Yevgeni Priqojinin adı və soyadı da var”, - deyə idarədən bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində üç ekipaj üzvü olmaqla 10 nəfər olub. İdarədən bildirilib ki, ilkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub.
“Embraer Legacy” təyyarəsi avqustun 23-də Moskva vaxtı ilə saat 18:40 radələrində Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. "Flightradar24"ün məlumatına görə, RA-02795 quyruq nömrəli təyyarə, "Embraer Legacy 600" müntəzəm olaraq Moskva-Peterburq marşrutu ilə uçurdu. "Vaqner" təyyarəni 2020-ci ilin sentyabrında alıb.
"Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edir.
Fövqəladə hallar xidməti qəza yerində 4 nəfərin cəsədinin tapıldığını bildirib. Təyyarə yarım saatdan az müddətə uçuşda olub və yerə çırpılaraq yanıb. Hadisənin səbəbləri açıqlanmır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!