Paşinyan: “İrəvan “Erməni yol ayrıcı” proqramını yenidən formatlayıb”"İrəvan Cənubi Qafqazda “sülh yollarının kəsişməsi” konsepsiyasını beynəlxalq tərəfdaşlara göndərəcək".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, broşür artıq çap olunma mərhələsindədir.
"Konsepsiya Ermənistanın regional kommunikasiyaların açılması və sülhlə bağlı mövqelərini əks etdirir. İrəvan “Erməni yol ayrıcı” proqramını yenidən formatlayıb və onu ictimaiyyət üçün daha əlçatan edir", - Paşinyan belə deyib.