Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 14-06-2024, 14:46
İranda prezidentliyə namizəd olan yeganə din xadiminin dosyesi


İranda prezidentliyə namizəd olan yeganə din xadiminin dosyesi

İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Bu dəfə Mustafa Purməhəmmədinin kim olduğunu diqqətə çatdırırıq.
O, İranın keçmiş daxili işlər və ədliyyə naziri kimi tanınır.
Mustafa Purməhəmmədi 2005-2008-ci illərdə daxili işlər, 2013-2017-ci illərdə ədliyyə naziri vəzifələrində çalışıb.
İranın siyasi dairələrində nüfuzlu şəxs kimi tanınan Purməhəmmədi ölkə prezidentliyinə namizədliyini irəli sürən yeganə din xadimidir. Amma o, prezident seçilə biləcəkmi?
Mustafa Purməhəmmədi 1959-cu ilin dekabrında İranın Qum şəhərində anadan olub. Qumdakı Haqqani məktəbində şəriət hüququ (fiqh), hüquq prinsipləri və fəlsəfəni öyrənib. Daha sonra fiqh və İslam hüququ üzrə doktorluq dərəcəsinə bərabər dördüncü səviyyəli diplomunu tamamlayıb.
Hüccətül-islam Purməhəmmədi İslamda qanuni hüquqlar və siyasi fikrin nəzəri əsasları haqqında çoxlu kitab və məqalələr yazıb.
1979-1986-cı illərdə Xuzistan, Hormozqan və Xorasan əyalətlərində İslam İnqilabı məhkəmələrinin prokuroru vəzifəsində çalışıb.
1986-1987-ci illərdə Qərbi İran silahlı qüvvələrinin inqilabi məhkəmələrinin prokuroru olub.
1987-ci ildən Kəşfiyyat Nazirliyində (ETTELAAT) müşavir, Nazirliyin Xarici işlər idarəsinin rəisi, nazir müavini kimi müxtəlif vəzifələrdə çalışmağa başlayıb. Onun kəşfiyyat nazirinin müavini kimi səlahiyyət müddəti 1999-cu ildə başa çatıb.
Mustafa Purməhəmmədi 1981-ci ildə yaradılmış İslam İnqilabı Sənədləri Mərkəzinin qəyyumlar şurasının üzvü və prezidentidir.
2000-ci ildə Mustafa Mustafa Purməhəmmədi Tehrandakı İmam Sadiq Universitetində siyasi elmlər üzrə müəllim işləyib.
2005-ci ilin iyulunda Hüccətül-İslam Purməhəmmədi o vaxtkı prezident Mahmud Əhmədinejadın təklif etdiyi daxili işlər naziri postuna İslami Şura Məclisindən etimad səsi almağa müvəffəq olub. O, 2008-ci ildə kabinet dəyişikliyindən sonra vəzifəsini tərk edib. Daha sonra Milli Nəzarət Təşkilatının rəhbəri olan Mustafa Purməhəmmədi 2013-cü ilə qədər bu vəzifəni icra edib.
İran konstitusiyasına görə, məhkəmə sistemi ilə əlaqəli olan Milli Nəzarət Təşkilatına “hökumətin inzibati orqanları tərəfindən işlərin düzgün aparılmasına və qanunların düzgün icrasına nəzarət etmək” tapşırılıb.
2013-cü ildə keçmiş prezident Həsən Ruhaninin hakimiyyəti dövründə yenidən ölkənin daxili işlər naziri təyin edilən Mustafa Purməhəmmədi 4 il bu vəzifəni icra edib.
Bu xəbər ilə bağlı
İran prezidenti olmaq istəyən mer - Əlirza Zakani kimdir?
Mühafizəkar Mustafa Purməhəmmədi hazırda ədliyyə nazirinin müşaviri vəzifəsini icra edir və eyni zamanda 1988-ci ildə qurulan “Came-i Ruhaniyati Mübariz” siyasi partiyasının baş katibidir.
Siyasi ekspertlər iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılan Mustafa Purməhəmmədinin geniş sosial bazaya malik olmadığını bildirirlər. Bu səbəbədən də onun prezident seçilə bilmək şansı çox azdır. Mustafa Purməhəmmədi hansısa namizədin xeyrinə geri də çəkilə bilər.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.
Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!