Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 20-10-2016, 15:32
Baş Konfrans “Qalaaltı” da keçiriləcək

2018-ci ildə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Konfransı “Qalaaltı” kurort mərkəzində keçiriləcək

19-20 oktyabr 2016-cı il tarixində İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edir.
Baş Konfrans “Qalaaltı” da keçiriləcək

Tədbirin gündəliyində öz əksini tapmış bir neçə məsələlərdən biri də 2018-ci ildə Assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla 3 ölkədən birində keçirilməsinin səsə qoyulması olmuşdur. Azərbaycan üzrə koordinator Günel Aslanova tərəfindən “Qalaaltı” müalicə istirahət kompleksinin təqdimatı keçirilmiş, qonaqlara bu kompleksin müalicə və termal suyunun əhəmiyyəti haqqında məlumatlar verilmişdir.
Baş Konfrans “Qalaaltı” da keçiriləcək


Çıxışında Azərbaycanın bu təşkilatdakı fəaliyyətini xüsusi vurğulayan EHTTA-nın prezidenti Guiseppa Bellandi, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də daha uğurlu olacağına ümid etdiyini bildirmişdir.
Baş Konfrans “Qalaaltı” da keçiriləcək

Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olmuş və bu ali tədbirin 2018-ci ilin may ayında məhz “Qalaaltı” kurort mərkəzində keçirilməsi qərara alınmışdır. Bildiririk ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilmişdir.
Baş Konfrans “Qalaaltı” da keçiriləcək

Həmçinin konfransda, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının yeni rəsmi kataloqunun təqdimatı keçirilmişdir ki, bu nəşrin xəritəsinə artıq ölkəmiz də əlavə olunmuş, Azərbaycanın termal bölgəsi olan Qalaaltı kurort mərkəzi haqqında geniş məlumatlar və fotoşəkillər öz əksini tapmışdır. EHTTA tərəfindən bu kataloqun noyabr ayında Londonda keçiriləcək “WTM 2016” beynəlxalq turizm sərgisində paylanılması nəzərdə tutulmuşdur. Kataloqun elektron versiyası ilə qeyd olunan link vasitəsilə tanış olmaq mümkündür: (http://www.ehtta.eu/images/stories/EHTTA_Brochure_2016.pdf)
Qeyd edək ki, Qalaaltı kurort mərkəzinin üzv olduğu bu marşrutun Türkiyənin Bursa və Çexiyanın Karlovı Varı şəhərində təqdimatları keçirilmişdir.
Məlumat üçün bildiririk ki, bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!