Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
13-08-2025, 16:11
Avropa Tramp-Putin görüşündən NARAHATDIR


Avropa Tramp-Putin görüşündən NARAHATDIR

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin cümə günü Alyaskada baş tutacaq sammitdə Ukraynada müharibəyə son qoya biləcək razılaşmanı müzakirə edəcəklər.
Görüşün həm də Avropanın təhlükəsizlik arxitekturasına ciddi təsir göstərəcəyi gözlənilir.
Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Trampla danışıqlar aparmağı planlaşdırır. Onlar indiyədək Ukraynanın əsas silah tədarükçüsü olan ABŞ-ın Kiyevə əlverişsiz sülh şərtləri diktə edə biləcəyindən ehtiyatlanırlar.
Tramp ötən həftə bəyan edib ki, “hər iki tərəfin xeyrinə bəzi ərazilərin dəyişdirilməsi” gündəmdə ola bilər.
Bu bəyanat Kiyev və Avropa paytaxtlarında narahatlıq yaradıb.
Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 19 faizinə nəzarət edir, Ukrayna isə beynəlxalq səviyyədə tanınmış Rusiya ərazisinə sahib deyil.
ABŞ-ın keçmiş diplomatı Daniel Frid xəbərdarlıq edib ki, Tramp Putinin “aldadıcı” təkliflərinə uyarsa, Ukraynanın ziyanına pis razılaşma baş verə bilər. O, "reuters"ə bildirib ki, alternativ olaraq, tərəflər yalnız “de-fakto” tanınan atəşkəs xəttinə razılaşa, amma Rusiya işğalının hüquqi tanınmasından yayınmış ola bilərlər.
Sabit sülh üçün həm də Ukraynanın NATO-ya üzvlük arzusu, ordusunun ölçüsü ilə bağlı Moskvanın tələbləri, təhlükəsizlik zəmanətləri və Qərbin Rusiyaya qarşı sanksiyalarının gələcəyi kimi məsələlər həll edilməlidir.
Zelenski vurğulayıb ki, Ukrayna Konstitusiyası ərazi güzəştlərinə yalnız referendum yolu ilə icazə verir. Analitiklər hesab edirlər ki, Kiyev hüquqi tanınmadan, faktiki olaraq döyüş xəttinin dondurulması variantına daha çox meylli ola bilər.
Əgər Tramp Kiyevi razı salmaqda çətinlik çəksə, silah və kəşfiyyat dəstəyini dayandırmaqla təzyiq göstərə bilər. Avropa rəsmiləri isə ABŞ kəşfiyyat imkanlarının itirilməsini Ukrayna üçün ən böyük boşluq kimi qiymətləndirirlər.
ABŞ-ın Kiyevdəki keçmiş səfiri Con Herbst hesab edir ki, Trampın Ukraynanı “tərk etməsi” onu Putinə güzəştə gedən lider kimi göstərə bilər və bu, daxildə siyasi zərbə olar.
Avropa İttifaqı ölkələri bəyan edib ki, Ukrayna öz gələcəyini sərbəst müəyyən etməlidir və onlar Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazırdırlar. NATO-nun keçmiş sözçüsü Oana Lunkesku avropalıları Ukraynaya silah yardımını sürətləndirməyə və sentyabrda Aİ-yə üzvlük danışıqlarına başlamağa çağırıb.
Beynəlxalq münasibətlər üzrə ekspert Jana Kobzova isə vurğulayıb ki, əgər Alyaskadan “qəbuledilməz” razılaşma çıxarsa, Avropa paytaxtları Trampla yeni diplomatik “cazibə hücumuna” keçəcək. Onun sözlərinə görə, Avropa liderləri anlayır ki, Ukraynanın təhlükəsizliyi Avropanın ümumi təhlükəsizliyindən ayrılmazdır.
13-08-2025, 15:32
Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı reaksiya - RƏSMİ


Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı reaksiya - RƏSMİ

Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Tramp Marşrutu" layihəsinin (Zəngəzur dəhlizi) detallarını öyrənmək niyyətindədir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev “Tramp marşrutu” ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, layihənin detallarını öyrənənədək və hələ açıqlanmayan sənədi nəzərdən keçirənədək nazirlik rəsmi mövqeyini bildirməyəcək.
Diplomatın sözlərinə görə, Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı Rusiyanın sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır.
Fadeyev qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli razılaşmaları aktuallığını saxlayan sənədlər hesab edir və tərəflərin heç biri bu razılaşmalardan çıxmaq niyyətini açıqlamayıb.
12-08-2025, 23:02
Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB


Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB

“Alyaskada görüş Rusiya Prezidentinin Trampa görüş üçün müraciətindən sonra təşkil edilib”.
Bu sözləri Ağ Evin sözçüsü Kerolayn Livit keçirdiyi brifinqdə bildirib.
“Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada Putinlə Tramp arasındakı görüşə niyə dəvət olunmayıb”? sualın Ağ Ev rəsmisi belə cavab verib: “Prezident Tramp görüşə Vladimir Putinin müraciətindən sonra razılıq verib”.
Görüş avqustun 15-də Alyaskada keçiriləcək.
12-08-2025, 22:50
Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio


Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio

Prezident Tramp sülhü prioritet edərək, razılaşmalar əldə etmək istədiyini bildirir.
Bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, son zamanlar olan sülh razılaşmaları Trampın xidmətləridir:
“O, sülhün prezidenti olmaq istədiyini bəyan etdi. Beləliklə, hər hansı bir dəyişiklik edə biləcəyimiz bir münaqişə gördükdə, işə qarışırıq və bu baxımdan yaxşı uğur qazanırıq. Hindistan - Pakistan, Tailand - Kamboca, bir neçə gün əvvəl Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır”, - deyə Rubio əlavə edib.
12-08-2025, 16:30
Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi


Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi

Çin hökuməti Çexiya prezidenti Petr Pavel ilə əlaqələri kəsib.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Pekin 14-cü Dalay Lama ilə görüşünə cavab olaraq Çexiya lideri ilə bütün əlaqələri kəsmək qərarına gəlib.
"Dəfələrlə etirazlara və Çinin güclü müqavimətinə baxmayaraq, Çexiya prezidenti Petr Pavel Dalay Lama ilə görüşmək üçün Hindistana səfər edib. Bu, Çexiya hökumətinin Çin tərəfi qarşısında götürdüyü siyasi öhdəliklərə ciddi şəkildə ziddir və Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir", - Çin XİN qeyd edib.
Pekin Çexiya prezidentinin belə bir addımını qətiyyətlə pisləyib və onun Tibetin ruhani lideri ilə görüşünə görə Çexiya tərəfinə öz etirazını bildirib.
Qeyd edək ki, ötən ayın sonu Yaponiyaya səfərini başa vurduqdan sonra Çexiya prezidenti Hindistana şəxsi səfər edib və iyulun 27-də 14-cü Dalay Lama ilə görüşüb, Tibetin ruhani liderini bu yaxınlarda 90 illik yubileyi münasibətilə təbrik edib.
12-08-2025, 14:33
Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər


Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər

Ukrayna müharibəyə son qoymaq və NATO-ya üzvlük haqqı qazanmaq üçün bəzi ərazilərindən imtina edə bilər.
Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinə Donald Trampın hələ də nəzarət olan Ukrayna torpaqlarının verilməsini nəzərdə tutan sülh həllini rədd etmələrini deyib. Bununla belə, artıq Rusiyanın əlində olan Ukrayna əraziləri müzakirə mövzusu ola bilər.
Qəzet qeyd edir ki, cəbhə xətti dondurula və Luqansk, Donetsk, Zaporojye, Xerson və Krımda işğal etdiyi ərazilər üzərində nəzarəti faktiki olaraq Rusiyaya təhvil verilə bilər.
Kiyevin bu məsələdə mövqeyinin yumşaldılması Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində baş verib.
Qeyd edək ki, Donald Tramp Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün avqustun 15-də Alyaskada Vladimir Putinlə görüşə ümid etdiyini bildirib. Kreml tarixi və yeri təsdiqləyib. CBS News-un məlumatına görə, Zelenski də müzakirələrə qoşula bilər.
11-08-2025, 22:14
İsraildən Xameneiyə xəbərdarlıq


İsraildən Xameneiyə xəbərdarlıq

İsrailin müdafiə naziri İsrael Katz növbəti dəfə İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneini təhdid edib.
İsrailli nazir bu barədə “X” hesabında paylaşım edib.
“Xameneiyə sığınacaqdan çıxanda arabir gözlərini göyə qaldırmasını və hər uğultuya diqqətlə qulaq asmasını məsləhət görürəm”.
11-08-2025, 21:47
Kallas Ceyhun Bayramovla nələrdən danışdı


Kallas Ceyhun Bayramovla nələrdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.
Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ-nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

19:20

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.
Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindən bildirilib.
Kallas Ermənistan və Azərbaycan arasında tam hüquqlu normallaşmaya dair sazişin həyata keçirilməsinə dəstəyini təklif edib.
Məlumata görə, Avropa diplomatiyasının rəhbəri, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb.
11-08-2025, 21:30
Türkiyədə ard-arda ikinci zəlzələ


Türkiyədə ard-arda ikinci zəlzələ

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,1 maqnitudada zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Ardınca 4.5 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Qeyd olunub ki, zəlzələnin dərinliyi 8,57 kilometr olub.
Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.
11-08-2025, 20:55
Paşinyan həmkarına Vaşinqton görüşü barədə məlumat verdi


Paşinyan həmkarına Vaşinqton görüşü barədə məlumat verdi

Gürcüstan və Ermənistanın baş nazirləri telefonla danışıblar.
Nikol Paşinyan avqustun 8-də ABŞ-də keçirilən üçtərəfli danışıqların nəticələrini İrakli Kobaxidzeyə məruzə edib və Vaşinqtonda əldə olunmuş razılaşmalara ictimai dəstəyinə görə təşəkkür edib.
Nazirlər İrəvan və Bakı arasında sülhün bütün Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğulayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!