Gəncə sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü .....                        "Neftçi"dən növbəti qələbə .....                        İtaliyadan Ukraynaya hərbi yardım .....                        İsrail genişmiqyaslı quru əməliyyatına başladı .....                        Nigeriyada bərə qəzası - 37 nəfər öldü .....                        Hindistanda yanğın - 17 ölü .....                        Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir .....                        Prezidentin nəvəsi dünya çempionu oldu .....                        Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var .....                       
6-09-2024, 15:43
Deputat partiyasından istefa verib


Deputat partiyasından istefa verib

Türkiyədə İYİ Partiyadan Kayserinin deputatı Dursun Ataş partiyadan istefa verib. Bu barədə TRT yazıb.
Qeyd edək ki, İYİ Partiyada "yarpaq tökümü" davam edir.
6-09-2024, 15:35
Paşinyan Putinin toplantısına gedir


Paşinyan Putinin toplantısına gedir

Ermənistan baş nazir Nikol Paşinyan səviyyəsində BRİKS sammitində iştirak edəcək.
Bu barədə hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyan bildirib.
Sammit oktyabrın 22-24-də Kazanda baş tutacaq. BRİKS sammitinə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək.
Bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın sammitdə iştirak edəcəyini bildirsə də, Ermənistan tərəfinin hansı səviyyədə iştirak edəcəyini dəqiqləşdirməmişdi.
6-09-2024, 14:30
“Rusiya Ukrayna ilə İstanbul prinsiplərinə qayıtmağa hazırdır, amma...” - Lavrov


“Rusiya Ukrayna ilə İstanbul prinsiplərinə qayıtmağa hazırdır, amma...” - Lavrov

Rusiya Ukraynadakı münaqişənin həllinin İstanbul prinsiplərinə qayıtmağa hazır olardı, lakin artıq yeni reallıqlar əsasında.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumu çərçivəsində RBC-yə müsahibəsində deyib.
O, 2022-ci ildə danışıqların necə getdiyini xatırladıb:
“Nümayəndə heyətləri Belarusda və İstanbulda bir neçə dəfə görüşdülər və ukraynalıların “gətirdikləri” prinsipləri razılaşdırdılar.
Həmin prinsiplər bu gün də aktualdır. Prezident Putin dəfələrlə deyib ki, əgər danışıqlar aparmaq istəyirlərsə, heç olmasa Zelenski onu qadağan edən fərmanı ləğv etsin”.
Lavrov İstanbul prinsiplərinin Ukraynanın NATO-ya qoşulmayacağına, bloklara qoşulmama statusunun qorunub saxlanmasına zəmanət verdiyini xatırladıb və Ukraynanın özünü rahat hiss etməsi üçün təhlükəsizlik təminatlarını təsvir edib.
“İstənilən halda biz həmin prinsiplərə qayıtmağa hazırıq, lakin təbii ki, yeni reallıqları nəzərə alaraq”, - Lavrov vurğulayıb.
6-09-2024, 14:23
XİN başçılarının “3+3” formatlı görüşünün vaxtı müəyyənləşib


XİN başçılarının “3+3” formatlı görüşünün vaxtı müəyyənləşib

Xarici işlər nazirlərinin Türkiyədə baş tutacaq “3+3” formatında görüşünün vaxtı müəyyənləşib.
Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.
“Konkret müddətlər var, bu, diplomatik kanallar vasitəsilə elan olunacaq”, - deyə səfir bildirib.
Ermənistanın Xarici İşlər Nazirliyidaha əvvəl bildirmişdi ki, İrəvan Türkiyədə keçiriləcək xarici işlər nazirlərinin “3+3” formatlı görüşündə iştirakla bağlı hələ qərar verməyib.
6-09-2024, 13:34
İran səfiri Zəngəzur dəhlizini yenə “qırmızı xətt” adlandırdı


İran səfiri Zəngəzur dəhlizini yenə “qırmızı xətt” adlandırdı

İran növbəti dəfə Ermənistanın himayədarı rolunda çıxış edib.
İranın Ermənistandakı səfiri Mehdi Sobhani ölkəsinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ifadə edib.
“İran əmin edir ki, “Zəngəzur dəhlizi” deyilən layihə reallığa çevrilə bilməz”, - Mehdi Sobhani vurğulayıb.
Səfir İranın Ermənistanın ərazi bütövlüyü, milli suverenliyi və müstəqilliyini dəstəklədiyini bir daha təsdiqləyib.
O əlavə edib ki, Ermənistanın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir.
Qeyd edək ki, İran rəsmiləri bundan əvvəl də dəfələrlə Zəngəzur dəhlizi əleyhinə bəyanatlar səsləndiriblər.
6-09-2024, 12:55
Zelenski Ukraynanın nəzarət etdiyi Rusiya ərazilərini açıqladı


Zelenski Ukraynanın nəzarət etdiyi Rusiya ərazilərini açıqladı

Rusiya bir ayda Kursk vilayətində 6 min əsgərini itirib və ya onlar yaralanıb.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Ramşteyn görüşündə deyib.
Prezident həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri artıq yüzdən çox yaşayış məntəqəsinin daxil olduğu 1300 km Rusiya ərazisinə nəzarət edir.
5-09-2024, 17:58
Ermənistanda "Qərbi Nil" qızdırmasına yoluxanların sayı artıb


Ermənistanda "Qərbi Nil" qızdırmasına yoluxanların sayı artıb

Ermənistanda "Qərbi Nil" qızdırmasına ümumilikdə 108 yoluxma halı qeydə alınıb.
Bunu ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib.
Onun sözlərinə görə, xəstəliyin yayılma tempi hələ də kifayət qədər səmərəli şəkildə azalmır və bütün ay ərzində aktiv profilaktik işlər aparılmalıdır.
Nazir əlavə edib ki, vəziyyət narahatedicidir, çünki bu xəstəlik bir çox ölkələrdə, təkcə Ermənistanda deyil, uzun illər sonra ilk dəfə aşkar edilib.
"İlk günlərdən qızdırmanın diaqnostikası və müalicəsi üzrə işlər lazımi qaydada aparılıb. Xəstəlik hallarının artmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər görülüb", - deyə Avanesyan bildirib.
Qeyd edək ki, Ermənistanda bu xəstəlik diaqnozu qoyulmuş bir xəstə vəfat edib. Daha üç vətəndaşın ölümü barədə məlumat verilsə də, Səhiyyə Nazirliyi bunu təsdiqləməyib.
İndiyə qədər yoluxmaların sayı 92 idi.
5-09-2024, 17:40
Qazaxıstan Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi


Qazaxıstan Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi

Qazaxıstan Ukraynadakı vətəndaşlarına gərginliyin artması ilə əlaqədar ölkəni tərk etməyi tövsiyə edib.
Bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.
"Respublika vətəndaşları Qazaxıstana qayıtmaq üçün quru yollardan - Polşa və ya Moldovadan keçib, daha sonra kommersiya hava nəqliyyatına keçə bilərlər”, - səfirliyin saytında bildirilir.
Eyni zamanda, Polşaya daxil olmaq üçün Şengen vizası lazımdır, Moldovaya daxil olmaq üçün isə viza tələb olunmur, deyə diplomatik nümayəndəlik aydınlaşdırıb.
Səfirlik həmçinin insanları hava hücumu siqnalları səsləndikdə dərhal sığınacaqlara getməyə, öz təhlükəsizlik tədbirlərinə riayət etməyə və rəsmi orqanların tövsiyələrinə əməl etməyə çağırıb.
5-09-2024, 17:32
Ararat Mirzoyan məhkəməyə çağırıldı


Ararat Mirzoyan məhkəməyə çağırıldı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə çağırılıb.
Mirzoyanın döyülməsi işi üzrə dindirilib.
Təqsirləndirilən şəxs Avropa çempionu Torqom Asatryandır. Torqomun atası israr edir ki, oğlu Mirzoyanı vurmayıb. 10 şahid dindirilib, onlardan heç biri Torqomun iddia edilən cinayəti ilə bağlı ifadə verməyib.
Xatırladaq ki, 44 günlük müharibənin başa çatması ilə bağlı üçtərəfli bəyannamənin imzalandığı gecə paytaxtda bir qrup vətəndaş həmin vaxt parlamentin sədri olmuş Ararat Mirzoyana hücum edərək, onu döyüb. Hüquq-mühafizə orqanları 4 ilə yaxındır ki, bu işi araşdırır.
Mirzoyanın dindirilməsinə qədər məhkəmə iclasları açıq olub, bugünkü iclasda dövlət ittihamçısı iclasın qapalı keçirilməsini istəyib. Sədrlik edən hakim Jora Çiçoyan vəsatəti təmin edib.
5-09-2024, 15:01
Fransaya yeni baş nazir təyin edildi


Fransaya yeni baş nazir təyin edildi

Fransaya yeni baş nazir təyin edilib.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bundan sonra Mişel Barnier Fransanın baş naziri vəzifəsini icra edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!