“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                       
11-08-2025, 20:55
Paşinyan həmkarına Vaşinqton görüşü barədə məlumat verdi


Paşinyan həmkarına Vaşinqton görüşü barədə məlumat verdi

Gürcüstan və Ermənistanın baş nazirləri telefonla danışıblar.
Nikol Paşinyan avqustun 8-də ABŞ-də keçirilən üçtərəfli danışıqların nəticələrini İrakli Kobaxidzeyə məruzə edib və Vaşinqtonda əldə olunmuş razılaşmalara ictimai dəstəyinə görə təşəkkür edib.
Nazirlər İrəvan və Bakı arasında sülhün bütün Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğulayıblar.
11-08-2025, 20:46
Tramp Bakı və İrəvan arasında sülhdən danışdı


Tramp Bakı və İrəvan arasında sülhdən danışdı

ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi.
Bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.
“Münaqişə 37 il davam etdi. İki lider bildirdi ki, heç vaxt bu məsələnin həll oluna biləcəyini düşünməzdilər. Rusiya bu problemi həll etməyə çalışdı. Vəziyyət qəliz idi, lakin biz bunu bacardıq”, - o bildirib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.
Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların bloklanmasına dair memorandum imzalayıblar.
11-08-2025, 20:28
Azərbaycanın yanında olacağıq - Ərdoğan


Azərbaycanın yanında olacağıq - Ərdoğan

ABŞ-də Azərbycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma davamlı sülhə gedən yolda tarixi bir addımdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını qeyd edib: “30 illik işğaldan sonra Qarabağın azadlığına qovuşması ilə bölgəmizdə yeni mərhələ başlamışdı. 8 avqustda Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhə gedən yolda tarixi bir addımdır.
Azərbaycana qarşı sanksiyaların qüvvədən düşməsi də sevindiricidir. Türkiyə olaraq Azərbaycanın yanında olacağıq”.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını xatırladıb və telefon danışığında bölgədəki kommunikasiyaların açılması, Türkiyə-Ermənistan sərhədinin hansı şərtlər daxilində açılacağını müzakirə edib.
11-08-2025, 19:36
Lavrov Mirzoyanla Vaşinqton görüşünü müzakirə etdi


Lavrov Mirzoyanla Vaşinqton görüşünü müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla telefonla Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderləri arasında təmasların detallarını müzakirə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ və Azərbaycan prezidentləri Donald Trampla İlham Əliyev arasında baş tutan təmasların təfərrüatları barədə məlumat verib”, - məlumatda deyilir.
Söhbət zamanı Lavrov İrəvan və Bakı arasında üçtərəfli razılaşmalara uyğun olaraq davamlı sülhün vacibliyini vurğulayıb.
“Moskva bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşmasına yardım etməyə hazırdır”, - Rusiya XİN-in bəyanatında deyilir.
Nazirlər həmçinin Rusiya-Ermənistan gündəliyinin bir sıra aktual məsələlərini də müzakirə ediblər.
11-08-2025, 19:23
Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etdi


Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etdi

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.
11-08-2025, 19:09
Avropa missiyasının fəaliyyətinə xitam verilir


Avropa missiyasının fəaliyyətinə xitam verilir

Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyi götürüb.
Saziş layihəsində tərəflərin bir-birinə qarşı güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə öhdəliyi ilə yanaşı, öz ərazilərini üçüncü dövlətlərin digər tərəfə qarşı təcavüzü üçün istifadəyə yol verilməməsi müddəasının əks olunması mövcud regional reallıqlar və bölgədə olan hərbi mövcudluq kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, Azərbaycanda hər hansı bir üçüncü tərəfin hərbi mövcudluğu olmadığı halda, Ermənistanda hərbi mövcudluq olması fonunda, bu öhdəliyin layihədə əks olunması təsadüfi hesab edilməməlidir. Eyni qaydada, saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirməməklə bağlı öhdəliyi xüsusi diqqət tələb edir. Məlum olduğu kimi, məhz bu element saziş layihəsində ən son mərhələyə kimi açıq qalan məsələlərdən biri idi və Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu müddəaya razılıq vermək istəmirdi.
Sözügedən müddəa hazırda Ermənistan ərazisində yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) kontekstində xüsusi əhəmiyyət kəsb edir və Ermənistan tərəfinin bu missiyanın fəaliyyətinə xitam vermək öhdəliyini ehtiva edir.
11-08-2025, 18:49
Paşinyan bu dəfə Tokayevə zəng etdi


Paşinyan bu dəfə Tokayevə zəng etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə "Akorda" məlumat yayıb.
Qazaxıstan lideri onu Vaşinqtonda əldə olunmuş razılaşmalar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə təbrik edib və prosesi dəstəklədiyini bildirib.
Tokayevin sözlərinə görə, bəyannamə Cənubi Qafqazda genişmiqyaslı beynəlxalq əməkdaşlığa, eləcə də Qazaxıstan və Ermənistan arasında daha fəal iqtisadi və qarşılıqlı investisiya fəaliyyətinə yol açır. O, Astananın danışıqlar platformasını təqdim etməklə İrəvan və Bakı arasında siyasi dialoqu asanlaşdırmağa davam etməyə hazır olduğunu təsdiqləyib.
Paşinyan Qazaxıstan tərəfini sülh prosesinin bəzi aspektləri barədə məlumatlandırıb, xüsusilə ABŞ Prezidenti Donald Trampın mühüm vasitəçilik rolunu qeyd edib. O, Astananın Ermənistan və Azərbaycanı barışdırmaq səylərini yüksək qiymətləndirib və yeni əməkdaşlıq sazişləri imzalamaq üçün bu il Qazaxıstana səfər etmək niyyətini təsdiqləyib.
Tokayev bildirib ki, artıq Astanada Paşinyanın ilin sonuna planlaşdırılan rəsmi səfəri üçün hazırlıqlara başlanılıb.
11-08-2025, 16:49
İran Vaşinqton razılaşmalarına mane ola bilməyəcək


İran Vaşinqton razılaşmalarına mane ola bilməyəcək

İran Vaşinqton görüşündən sonra xarici müdaxilələr barədə narahatlığını bildirib, Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamədən kənarda qalmaqdan ehtiyat etdiyini bəyan edib.
Bu barədə “The Guardian” qəzetinin təhlilində qeyd olunub.
Nəşr bildirib ki, Azərbaycan və Ermənistan 35 illik düşmənçiliyə son qoymağa yaxınlaşıb, Vaşinqtonda sülh bəyannaməsi imzalayıblar, ABŞ-nin özəl konsorsiumunun İran sərhədində yerləşən strateji dəhlizə nəzarət etməsinə razılıq veriblər.
“Ermənistanın cənub hissəsindən keçəcək həmin dəhliz Azərbaycanı onun Naxçıvan anklavı ilə birləşdirəcək, bu isə Bakının uzun illərdir irəli sürdüyü tələbdir. ABŞ həmin dəhlizə nəzarət edəcək, lakin o, 99 illik torpaq icarəsi müqaviləsi əsasında Ermənistanın suverenliyi altında qalacaq. Bu razılaşma bölgədə qüvvələr balansını dəyişəcək. Bəzi iranlı şərhçilər bu sazişi “İranın regionda geosiyasi boğulması” kimi qiymətləndiriblər”, - deyə müəllif vurğulayıb.
“The Guardian” yazır ki, Ermənistan ilə İranın şimal hissəsi arasındakı sərhəd boyunca yerləşən dəhliz üzərində nəzarət iki ölkə arasında sülhün əsas maneələrindən biri olub.
"İranın ABŞ, Ermənistan və Azərbaycanın qarşılıqlı faydalı hesab etdiyi bu razılaşmaya mane olmaq üçün edə biləcəyi çox az şey var”, - deyə məqalədə qeyd olunub.
Müəllif əlavə edib ki, İran və Rusiya ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmadan zərər görə bilərlər.
11-08-2025, 16:44
Paşinyan Ərdoğanla sülh sazişini müzakirə etdi


Paşinyan Ərdoğanla sülh sazişini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Paşinyan Ərdoğana avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələri, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş”in paraflanması, Minsk qrupunun mexanizmlərini ləğv etmək üçün ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında açılacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi) barədə məlumat verib.
Baş nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinə çıxmaq üçün imkan yaradır.
Ermənistan-Türkiyə ikitərəfli gündəliyindəki məsələlər, xüsusən də əvvəllər əldə edilmiş razılaşmaların icrasının gedişi müzakirə olunub.
Paşinyan vurğulayıb ki, bu razılaşmaların həyata keçirilməsi üçün atmosfer indi həmişəkindən daha əlverişlidir.
Liderlər fəal siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
10-08-2025, 22:15
Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı


Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, bir bina çöküb.
Dağıntılar altından dörd nəfər çıxarılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!