Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
23-09-2025, 16:52
Polşa Belarusla sərhədini açır


Polşa Belarusla sərhədini açır

Polşa Belarus ilə sərhədi açmaq qərarına gəlib, müvafiq sənəd bu gün imzalanacaq.
Bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
Polşa sentyabrın 12-si gecə saatlarında sərhədi bağlayıb və bunun Rusiya-Belarus "Qərb-2025" hərbi təlimlərinin başlanması ilə əlaqədar olduğunu bildirib.
Həmin təlimlər sentyabrın 16-da başa çatıb.
23-09-2025, 16:43
Rusiyanın daha 2 təyyarəsi vuruldu


Rusiyanın daha 2 təyyarəsi vuruldu

Krımın Rusiya işğalında olan Kaça hərbi aerodromunda iki təyyarə vurulub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, təyyarələri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri vurub.
22-09-2025, 20:56
Moskvada nə baş verir?


Moskvada nə baş verir?

Moskva meri Sergey Sobyanin Rusiya paytaxtı üzərində naməlum pilotsuz uçuş aparatlarının hücumu barədə məlumat verib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri hədəfləri zərərsizləşdirir, hadisə yerlərində bütün təcili xidmətlər işləyir.
Aviasiya resurslarının məlumatına görə, Moskva istiqamətində olan bir sıra sərnişin reysləri geri çevrilib.
Rusiya teleqram kanallarının yaydığı xəbərlərə əsasən, paytaxt ətrafı və bir sıra rayonlarda partlayış səsləri eşidilib. Reutov, Skolkovo, Odintsovo, eləcə də Konjkovo, Kuzminki, Çertanovo və mərkəzi Moskva sakinləri ən azı 10 güclü səsin eşidildiyini bildiriblər. Partlayış səsləri həmçinin Zelenoqrad və Naxabino qəsəbəsində də qeydə alınıb.
Hazırda rəsmi qurumlar əlavə məlumat açıqlamayıb. İlkin ehtimala görə, hava hücumundan müdafiə sistemləri pilotsuz aparatlara qarşı işləyib.
22-09-2025, 20:14
Suriya liderindən vacib mesaj


Suriya liderindən vacib mesaj

Suriya hazırda bərpa prosesindədir və bütün ölkələrlə normal münasibətləri dəstəkləyir.
Bunu BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda çıxış edən Suriya Prezidenti Əhməd əş-Şəraa bildirib.
O, İsrailin dəfələrlə Suriyaya hücum etdiyini və Colan təpələrini hələ də işğal altında saxladığını vurğulayıb:
“Suriya bərpa mərhələsindədir və müharibədən yayınmağa çalışır.”
O, İsraillə münasibətlərə da aydınlıq gətirib.
“İsrailin təhlükəsizliklə bağlı real narahatlığı varmı, yoxsa söhbət ekspansionist ambisiyalardan gedir? Bu, danışıqlar zamanı üzə çıxacaq.”
22-09-2025, 19:47
Ərdoğan məqalə yazdı: Fələstini tanıyın!


Ərdoğan məqalə yazdı: Fələstini tanıyın!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb.
Bu barədə o, Amerikanın “Newsweek” nəşrinə yazdığı məqalədə bildirib.
Ərdoğanın sözlərinə görə, Ankara atəşkəs və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün səylərini davam etdirir.
"Ədalətli sülh o zaman mümkündür ki, Fələstin xalqı 1967-ci il sərhədləri daxilində bütöv ərazisi olan və paytaxtı Şərqi Qüds olan müstəqil dövlətə nail olsun. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün vacibdir. Bizim dünya xalqlarına çağırışımız Fələstin dövlətini tanımaqdır", - o qeyd edib.
22-09-2025, 18:07
Gürcüstanda inqilab olmayacaq


Gürcüstanda inqilab olmayacaq

Ukrayna xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilən inqilablardan sonra iki müharibədən sağ çıxıb. Biz Gürcüstanda bunun baş verməsinə imkan verməyəcəyik.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, xarici agentlərin Gürcüstanda inqilab həyata keçirmələrinə imkan verilməyəcək. Bunun üçün Gürcüstan hökumətinin bütün resursları var.
"Siz xarici kəşfiyyat xidmətlərinin “Maydanı” necə maliyyələşdirdiyini, sonra da bütün bunların Ukrayna üçün necə nəticələndiyini xatırlayırsınız. Bu gün xarici xidmət orqanlarının inqilab ssenarisindən sonra Ukrayna dövləti dağılıb. Amma biz Ukrayna ssenarisinin Gürcüstanda həyata keçirilməsinə icazə verə bilmərik. Ona görə də bizim bu cür maliyyələşdirmə və kənar müdaxilə ilə bağlı bütün faktları açıqlamağımız çox vacibdir”, - deyə Baş nazir bildirib.
22-09-2025, 16:46
İran Ermənistana yeni səfir təyin etdi


İran Ermənistana yeni səfir təyin etdi

İranın Ermənistandakı yeni səfrinin adı məlum olub.
“Tasnim” agentliyinin məlumatına görə, Xəlil Şirqolami İranın Ermənistandakı yeni səfiri təyin olunub.
Şirqolami hazırda İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində tədqiqat və təhlillər üzrə direktor müavinidir.
İranın İrəvandakı keçmiş səfiri Mehdi Sübhani bu günlərdə missiyasını başa vurub. Mehdi Sübhani daim Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalıb.
22-09-2025, 14:42
Ter-Petrosyan hirsləndi: Paşinyanın həyasızlığının həddi yoxdur!


Ter-Petrosyan hirsləndi: Paşinyanın həyasızlığının həddi yoxdur!

"Nikol Paşinyanın həyasızlığının həddi-hüdudu yoxdur". Bunu Facebook səhifəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yazıb.
O, xüsusilə qeyd edib: “Ermənistanın Müstəqillik Gününü korlamamaq üçün dünənki mesajımda mövzuya toxunmadım. Amma artıq yazmalıyam: Siz “Artsax Ermənistandır, nöqtə” şüarı ilə Azərbaycana müharibə elan etdiniz və sarsıdıcı məğlubiyyətə uğradınız;
Rusiya prezidenti Vladimir Putinin müharibəni bitirmək təklifini axmaqcasına rədd etdiniz;
Siz Qarabağı tamamilə ermənisizləşdirib 5000 gənci qurban verdiniz, 10 mindən çox əsgəri şikəst etdiniz;
Siz "Qarabağın hərbi-siyasi rəhbərliyinin üzvləri"ni girov kimi Azərbaycana təhvil verdisiniz və Bakı həbsxanalarında saxlanılan onlarla erməninin imdad çağırışına məhəl qoymursunuz;
Cinayət siyasətiniz nəticəsində Ermənistanda sığınacaq tapmış minlərlə Qarabağ qaçqınına qarşı qəddarlıq edirsiniz;
Və bütün bunlardan sonra siz hər gün erməni xalqına sülh gətirdiyinizi, bunun müqabilində minnətdarlıq gözlədiyinizi, daha doğrusu, tələb etdiyinizi kinayə ilə bəyan edir, öyünürsünüz, amma bunu almayaraq bütün ödünüzü onlara yönəldirsiniz.
Yeri gəlmişkən, müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. O bu müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib.
Bir şey dəqiqdir: Paşinyan artıq Meruzan Artsruni, Vahan Mamikonyan, Vasak Syuni, Melik Şahnazarov və Melik Frangüllə yanaşı, məşhur erməni satqınlarının xatirə lövhəsində özünə yer tutub".
22-09-2025, 13:38
İranın xarici işlər naziri ABŞ-a getdi


İranın xarici işlər naziri ABŞ-a getdi

İranın xarici işlər naziri Abbas Arakçi və rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib.
Xarici işlər naziri bu səfər zamanı BMT Baş Assambleyasının gündəliyi ilə bağlı sessiya və müzakirələrdə iştirak edəcək, İranın mövqeyini və fikirlərini izah edəcək.
Arakçi həmçinin digər ölkələrdən olan həmkarları və mətbuat mənsubları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək və müzakirələr aparacaq.
21-09-2025, 21:08
Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!”


Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!”

ABŞ Prezidenti Donald Tramp yenidən Əfqanıstanın gündəminə çevrilib. O, Baqram hərbi bazasının ABŞ-a qaytarılmasını tələb edib və əks halda “pis şeylərin baş verəcəyini” deyib. O, bu sözləri həm sosial şəbəkədəki hesabında, həm də Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında səsləndirilib.
Tramp bazanı “dünyanın ən güclü hərbi obyektlərindən biri” adlandırıb və onun “Çinin nüvə silahı istehsal etdiyi bölgəyə cəmi bir saatlıq məsafədə” yerləşdiyini vurğulayıb. O, həmçinin keçmiş prezident Co Baydeni ABŞ qoşunlarını 2021-ci ildə Əfqanıstandan çıxardığına görə sərt tənqid edib.
"The Wall Street Journal"ın məlumatına görə, hazırda Vaşinqton Kabil ilə bazada kiçik ABŞ kontingentinin yerləşdirilməsi üçün danışıqlar aparır.
Taliban bu bəyanata sərt reaksiya verib.
Hərəkatın yaydığı rəsmi açıqlamada ABŞ-a “realizm və rasional siyasət” yürütmək tövsiyə olunub və Dohadakı razılaşmanı xatırladaraq Vaşinqtonun “Əfqanıstanın daxili işlərinə qarışmamaq” öhdəliyinə sadiq qalmalı olduğu bildirilib.
“Əgər ABŞ Bagram bazasına qayıtmağa cəhd etsə, biz daha 20 il döyüşməyə hazırıq”, - Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid bildirib.
Taliban sözçüsü Zabihullah Mücahid də ABŞ hərbi iştirakının qəbuledilməz olduğunu deyib və illərlə davam edən müharibəni xatırladıb.
Xatırladaq ki, Baqram bazası Kabildən 60 km məsafədə yerləşir və 1950-ci illərdə inşa edilib. Sovet işğalı dövründə SSRİ-nin əsas hava bazası olub, daha sonra ABŞ-ın Əfqanıstandakı əməliyyatlarının mərkəzinə çevrilib. 2012-ci ildə buradan 100 mindən çox ABŞ hərbçisi keçib. Hal-hazırda baza Əfqanıstan Müdafiə Nazirliyinin idarəsindədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!