Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Ermənilər illərdi musiqimizi oğurlayır .....                        Sən təkcə mənim anam deyildin .....                        Borçalıdan başlanan alim ömrü .....                        “Övladımın qəhrəmanlığı ilə fəxr edirəm” .....                        Qəlbin monoloqu", yaxud ömrümüzün nur payı .....                        Spiker “Partizan döyüşçüsü” abidəsini ziyarət etdi .....                        İlham Əliyev iki nazirə yeni vəzifə verdi .....                        Tariximizin varlıq qaynağı: Naxçıvan .....                       
14-07-2023, 18:27
Taxıl müqaviləsinin uzadılmasıyla bağlı açıqlama verilməyib - Peskov


Taxıl müqaviləsinin uzadılmasıyla bağlı açıqlama verilməyib - Peskov

Rusiya taxıl müqaviləsinin uzadılması ilə bağlı heç bir açıqlama verməyib. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "İnterfaks"a açıqlamasında bildirib. “Biz bununla bağlı heç bir açıqlama verməmişik”, – Peskov deyib.
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lər Rusiyanın taxıl sazişinin uzadılmasına razılıq verməsi barədə xəbər yayımlayıb.
14-07-2023, 17:46
Bayden Priqojinin taleyindən danışdı


Bayden Priqojinin taleyindən danışdı

ABŞ prezidenti Co Bayden "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin taleyindən danışıb. O, zarafat etməkdən də yayınmayıb.
Belə ki, Bayden Priqojinə yediyinə fikir verməyi tövsiyə edib və zarafat edib ki, özü də onun yerinə yediklərinə qarşı diqqətli olacaq.
Xatırladaq ki, 24 iyunda "Vaqner"çilər qiyama qalxmışdılar.
14-07-2023, 17:38
Eks-prezidentin mülkləri əlindən alına bilər


Eks-prezidentin mülkləri əlindən alına bilər

Ermənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin əmlakı, avtomobilləri, pul əmanətləri qeyri-qanuni mənşəyinə görə müsadirə oluna bilər. Antikorrupsiya Məhkəməsi bununla bağlı müvafiq addımlar ata bilər.
Belə ki, məhkəmə Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub.
Qeyd olunub ki, söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, hətta erməni və xarici şirkətlərdəki səhmlərdən gedir.
14-07-2023, 17:19
Ərdoğan İrqaın Baş naziriylə telefon danışığı apardı


Ərdoğan İrqaın Baş naziriylə telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Muhammed Sudani ilə telefon danışığı aparıb. Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Türkiyə ilə İraq arasında iqtisadi və ticarət əlaqələri, eləcə də regional məsələlər müzakirə mövzusu olub.
14-07-2023, 17:05
İrəvanda həyəcanlı anlar yaşandı


İrəvanda həyəcanlı anlar yaşandı

Ermənistanın paytaxtı İrəvanda həyəcanlı anlar yaşanır. Bu haqda "Hraparak" nəşri məlumat yayıb.
Bildirilib ki, İrəvanda binalara və yol kənarlarına hava hücumu siqnalından sonra necə hərəkət etmək barədə göstərişlərin yer aldığı vərəqlər vurulub.
Xəbərdaredici vərəqlər əsasən İrəvanın mərkəzində yerləşən Kentron rayonundakı binaların girişlərinə yapışdırılıb. Bununla vətəndaşlara hava hücumu siqnalından sonra davranış qaydaları izah edilir və ən yaxın sığınacaqların ünvanı göstərilir.
Qeyd edək ki, sözügedən elanın kimlər tərəfindən hazırlandığı və hansı məqsədlə binalara vurulduğu məlum deyil.

14-07-2023, 16:37
Ərdoğan taxıl sazişinin uzadılmasından danışdı


Ərdoğan taxıl sazişinin uzadılmasından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin uzadılmasından danışıb. O, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri barədə məlumat verib. "Cənab Putini avqustda qonaq etməyə hazırlaşırıq. Qara dənizdəki taxıl koridoru ilə bağlı razılaşmanın müddətinin uzadılmasında həmfikirik. BMT baş katibi Antonio Quterrreş Putinə bir məktub göndərib. Ümid edirik ki, taxıl koridorunun fəaliyyət göstərməsini təmin edərik", - deyə o qeyd edib. Ərdoğan Putinin səfəri ilə bağlı dəqiq tarixi açıqlamayıb.
14-07-2023, 15:54
Şolts Putinlə yenidən danışmağa hazır olduğunu bildirdi


Şolts Putinlə yenidən danışmağa hazır olduğunu bildirdi

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə yenidən danışmağa hazır olduğunu bildirib. Bu barədə Rusiya mətbuatı yazıb. "Təbii ki, mən onunla yenidən danışacağam", - o bildirib. Bununla belə, Şolts hazırda Putinlə danışıq üçün dəqiq tarixlərin olmadığını qeyd edib.
14-07-2023, 15:30
Putin Təhlükəsiz Şurası ilə toplantı keçirdi


Putin Təhlükəsiz Şurası ilə toplantı keçirdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantı keçirib. Bu barədə Kreml məlumat yayıb. İclasda kritik obyektlərin qorunması üçün əlavə tədbirlər müzakirə edilib.
14-07-2023, 14:02
“Vaqner” hüquqi şəsxs kimi mövcud deyil - Peskov


“Vaqner” hüquqi şəsxs kimi mövcud deyil - Peskov

"Özəl hərbi şirkətlərin statusu məsələsinə baxılacaq, lakin hələlik "Vaqner" hüquqi şəxs kimi mövcud deyil və əvvəl də mövcud deyildi . Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O, çıxışı zamanı bir çox məsələlərə toxunub: "Putinin BRICS sammitində iştirak formatı hələ müəyyən edilməyib, müzakirələr davam edir. Putinin təqvimində hələ Ərdoğanla telefon danışığı yoxdur, lakin lazım gələrsə, danışıqları təşkil etmək olar. Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri effektiv işləyir. Taxıl müqaviləsinin müddəti başa çatana qədər Rusiya Federasiyası əlavə olaraq gələcək fəaliyyətlərini işləyəcək".
Peskov Macarıstanın baş naziri Viktor Orbanın ABŞ siyasətinin Ukraynadakı münaqişənin uzanmasına kömək etməsinə dair qiymətləndirməsi ilə razılaşdığını bəyan edib.
"Məhz ABŞ Ukraynanı daima son ukraynalıya qədər döyüşməyə həvəsləndirir və Kiyevə yeni silahların verilməsini təşviq edir", - o iddia edib.
14-07-2023, 13:37
Türkiyəli nazir Borellə də görüşdü


Türkiyəli nazir Borellə də görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borellə görüşüb. Bu barədə Borel tviter səhifəsində paylaşım edib.
"Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla ilk üzbəüz görüşü gerçəkləşdirdiyimiz üçün xoşbəxtəm. Aİ-Türkiyə əlaqəlaərinə, Aralıq dənizinin şərqindəki vəziyyətə və gərginliyin azaldılmasına ehtiyac duyulduğuna və bur sıra regional və qlobal mövzuya diqqət yetirdik. Birlikdə konstruktiv şəkildə işləməyi səbirsizliklə gözləyirəm", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!