Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
21-09-2025, 00:09
Uşaqlar Ağrı dağının Ermənistanda olmadığını bilmirlər - Paşinyan


Uşaqlar Ağrı dağının Ermənistanda olmadığını bilmirlər - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan erməni uşaqların Ağrı dağının ərazi mənsubiyyəti barədə məlumatsız olmalarından danışıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
"Mən uşaqlardan Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70%-i Ararat (Ağrı dağı - red.) cavabını verdilər. Onlar bu dağın Ermənistan ərazisində olmadığını belə bilmirlər. Hətta bizimlə, ermənilərlə ünsiyyətdə olan bir çoxları da bunu bilmir, çünki biz bunu belə təqdim edirik. Onlar sonradan təəccüblənirlər ki, məgər bu dağ Ermənistan ərazisində yerləşir? Belə halda bizim barəmizdə nə düşünürlər?" - deyə baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, bir çox erməni, o cümlədən də yaşlılar Ağrı dağının Türkiyə ərazisində olduğunu dərk etmir.
20-09-2025, 23:51
Rusiyaya qarşı Türkiyə sistemi istifadə ediləcək


Rusiyaya qarşı Türkiyə sistemi istifadə ediləcək

Polşa və Rumıniya son vaxtlar Rusiya pilotsuz uçuş aparatlarının NATO məkanını pozması halları fonunda Türkiyədə istehsal olunan “Merops” (Multispectral Extended Range Optical Sight) hava nəzarət sistemindən istifadə etməyi planlaşdırır.
Bu sistemin operatorlarının hazırlanması mərhələsində Ukraynanın da iştirakı nəzərdə tutulur.
“Merops” helikopterlərə montaj oluna bilər, buludlu hava şəraitində belə düşmən obyektlərini aşkar etmə qabiliyyətinə malikdir. Bu sistem ilk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim edilib.
20-09-2025, 23:06
Trampın qızı türk milyarderin yaxtasında


Trampın qızı türk milyarderin yaxtasında

ABŞ Prezidenti Donald Trampın qızı Tiffani Tramp və həyat yoldaşı Maykl Bulos yay tətilini Fransa Rivyerasında keçiriblər.
“The New York Times” yazır ki, cütlük dəyəri həftədə 1,4 milyon dollardan artıq olan “Phoenix 2” superyaxtasında istirahət edib.
Lüks yaxta türkiyəli milyarder Ercümənt Bayegan və həyat yoldaşı Ruyə Bayegana məxsusdur. Mətbuatda yaxtanın icarə haqqını Bulos ailəsinin ödəyib-ödəmədiyi açıqlanmasa da, bu səfər sosial mediada və ABŞ mediasında böyük müzakirələrə səbəb olub.
Maykl Bulos məşhur iş adamı və Tramp administrasiyasının Afrika üzrə xüsusi elçisi Massad Bulosun oğludur. Massad Bulos 2024-cü il seçkilərində ABŞ-dakı ərəb diasporasının Trampa dəstəyini səfərbər edən əsas fiqurlardan biri olub. Trampın yenidən Ağ Evə qayıdışından sonra o, əvvəlcə Yaxın Şərq üzrə baş müşavir, daha sonra isə Afrika üzrə xüsusi elçi təyin edilib.
Qəzet yazır ki, Maddad Bulos Qətərdə Liviya rəsmiləri ilə qapalı görüş keçirib və Tramp administrasiyasının Liviya inqilabından sonra dondurulan milyardlarla dolları aktivləşdirməyu planlaşdırdığını bildirib. Bu vəsaitin bir hissəsi Amerika şirkətlərinin Liviya enerji və infrastruktur layihələrinə yönəldilməlidir.
Bu qalmaqal Tramp ailəsinin bahalı dəniz səyahətləri ilə bağlı ilk hal deyil. Avqustda Trampın digər kürəkəni Cared Kuşner, 2,5 milyon dollarlıq superyaxta icarəyə götürməsi ilə gündəmə gəlmişdi.
20-09-2025, 20:54
Rusiya təyyarələri vurulsun!


Rusiya təyyarələri vurulsun!

Çexiya Prezidenti Petr Pavel Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozması ilə bağlı sərt açıqlama verib.
O, Çexiya televiziyasına müsahibəsində bildirib ki, hava məkanının pozulması hərbi cavab üçün əsasdır:
“Belə hallara operativ reaksiya verilməlidir, o cümlədən hərbi yolla. Rusiya çox tez başa düşəcək ki, səhv edib və yolverilməz sərhədi keçib. Təəssüf ki, bu, münaqişə riski yaradır, amma biz pisliyə boyun əyməməliyik”, – Pavel vurğulayıb.
Prezidentin sözlərinə görə, NATO ölkələri belə təyyarələri vurmaqdan çəkinməməlidirlər:
“Hava məkanının pozulması müdafiə mexanizmlərinin işə düşməsi üçün səbəbdir. Bu isə həmin təyyarənin vurulması deməkdir. Bunu nə biz, nə də Rusiya istəmir, amma qaydanı pozan tərəf nəticə ilə üzləşməlidir.”
20-09-2025, 15:21
Paşinyan 4-cü Ermənistan Respublikasını elan etdi: referendum anonsu verdi


Paşinyan 4-cü Ermənistan Respublikasını elan etdi: referendum anonsu verdi

Hakim “Mülki Müqavilə” partiyası Dördüncü Ermənistan Respublikasının yaradılmasını öz məqsədi kimi elan edir.
Bunu “Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan qurultayda çıxışı zamanı deyib.
O, yeni “strategiyasının” doqquz bəndini qeyd edib.
Baş nazirin sözlərinə görə, seçkilərdə xalqın etimadını qazandıqdan sonra partiya yeni Konstitusiya üzrə referendumun keçirilməsi üçün ümummilli prosesə start verəcək.
Hökumət öz səylərini Ermənistanın 1991-ci il Alma-Ata sazişi ilə müəyyən edilmiş, 29 743 kvadrat kilometr ərazini əhatə edən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslandıracaq.
Respublika bu prosesi regionallaşma səyləri və ya balanslaşdırılmış xarici siyasət yürüdülməsi ilə qarşı-qarşıya qoymadan, Avropa Birliyinə daxil olmaq üçün fəaliyyətini gücləndirəcək. Hakimiyyət bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında sülhü institusionallaşdıraraq bütün qonşularla sülh və mehriban münasibətlər qurmaq üçün “xalqın iradəsini həyata keçirməyə” davam edəcək.
Hökumət “qanunsuz əmlakın müsadirəsini, dövlət maraqlarının müdafiəsini təşviq edəcək, korrupsiyaya qarşı mübarizəni dərinləşdirəcək”.
“Müstəqil məhkəmə sisteminin qurulması” davam edəcək. Əmək, təhsil və iqtisadi rəqabət vasitəsilə firavanlığa can atmaq həvəsləndiriləcək. “Sülh yollarının kəsişməsi” təşəbbüsü də daxil olmaqla kommunikasiyaların blokdan çıxarılması prosesi davam edəcək.
Sonda Paşinyan səhnədə müharibədə həlak olanların xatirəsini yad edərək, onların xatirəsini əbədiləşdirməyin ən təsirli yolu kimi Dördüncü Respublikanın qurulmasını adlandırıb.
1991-ci il sentyabrın 21-də Ermənistanda referendum keçirilib və əhalinin 94%-i müstəqil respublikanın yaradılmasına səs verib. 1991-ci il sentyabrın 23-də Ermənistan Ali Soveti Ermənistan Respublikasının müstəqilliyini elan edib.
20-09-2025, 14:59
Ruslar Ukraynada daha iki kəndi işğal etdilər


Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Rusiyanın Ordusunun “Şərq” güc qruplaşması Ukraynada Dnepropetrovsk vilayətinin Berezove kəndini nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Digər məlumata görə, şənbə gününə keçən gecə Rusiya qüvvələri Sapsan əməliyyat-taktiki kompleksini inkişaf etdirən, çoxməqsədli zərbə və kəşfiyyat PUA-ları, PUA-lar və pilotsuz uçuş aparatları istehsal edən Ukrayna hərbi-sənaye kompleksinin obyektlərinə dronlardan istifadə etməklə kütləvi zərbə endirib.
"Zərbənin məqsədlərinə nail olunub. Bütün təyin olunmuş hədəflər vurulub", - Rusiya Müdafiə Nazirliyi qeyd edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının Zaporojye vilayətinin Olqovskoye kəndini tutduğunu açıqlamışdı.
20-09-2025, 14:48
Paşinyan II Qaregini hədələdi: getməlidir!


Paşinyan II Qaregini hədələdi: getməlidir!

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabr və ya oktyabrda Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginə qarşı mitinqin keçiriləcəyini bildirib və belə bir təşəbbüsün kilsəyə qarşı deyil, daha çox onun təmizlənməsinə yönəldiyini vurğulayıb.
Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Mən kilsəyə qarşı nəsə etmək istədiyimiz barədə qərəzli fikirdən irəli gələn sualları qəbuledilməz hesab edirəm. Mən həmişə demişəm: Erməni Apostol Kilsəsi mənim ziyarətgahımdır, ailəmin ziyarətgahıdır, şəxsi ziyarətgahımdır. Mən müqəddəs yerimə qarşı gedə bilmərəm. Etməyi planlaşdırdığımız hər şey kilsənin adınadır", - o qeyd edib.
Paşinyan katolikosu (adını çəkmədən) kəskin tənqid edib.
"Ruhani həyata heç bir aidiyyatı olmayan və dindar olmayan şəxsin Erməni Apostol Kilsəsinə rəhbərlik etməsi qəbuledilməzdir. Bu, mümkün deyil. Bu faktı qeydə almaq qalır".
O, II Qareginin Erməni Apostol Kilsəsinin rəhbərliyindən getməli olduğunu vurğulayıb.
Yeni Konstitusiyada kilsə ilə bağlı müddəanın dəyişdirilməsinin mümkünlüyünü şərh edən baş nazir əlavə edib ki, ideya kilsənin dövlətə tabe olması deyil:
“Mən kilsənin Rəbbimiz və peyğəmbərimiz İsa Məsihə tabe olmasını istəyirəm, çünki bu, Məsihin kilsəsidir”.
O, həmçinin qeyd edib ki, kilsə ilə bağlı konstitusiya müddəaları hələ müzakirə olunmayıb, müvafiq nəzəri və ya siyasi müzakirələr hələ də aparılmayıb.
20-09-2025, 11:31
Erməni analar məni şok etdilər! - Paşinyan


Erməni analar məni şok etdilər! - Paşinyan

“Erməni analar 9 noyabr 2020-ci il tarixli sənədi (İkinci Qarabağ müharibəsini dayandıran üçtərəfli bəyanat-red.) imzaladığım və müharibəni bitirdiyim üçün mənə təşəkkür etdilər”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının qurultayında çıxışı zamanı deyib.
“Bu mənim üçün əsl şok oldu. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham etdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, xalqın, o cümlədən kişilərin səsidir”, - Paşinyan bildirib.
19-09-2025, 18:53
Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi


Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi

Rusiya Hərbi Hava Qüvvələrinin üç MiQ-31 qırıcısı Estoniya hava məkanına daxil olaraq paytaxt Tallinə cəmi 9 km məsafəyə qədər yaxınlaşıb və təxminən 12 dəqiqə orada qalıb.
Politico"nun məlumatına görə, Şimal Atlantika Alyansı bu təxribatı dayandırmaq üçün İtaliyaya məxsus F-35 qırıcılarını havaya qaldırıb.
MiQ-31-lər Rusiya ordusunun “Kinjal” hipersəs raketləri daşıya bilən ağır təyyarələridir və bu hadisə NATO-nun şərq sərhədində ciddi eskalasiya kimi dəyərləndirilir.
Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini çağıraraq hava sahəsinin pozuntusuna görə rəsmi etiraz notası təqdim edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, bu il artıq dördüncü dəfə Rusiya Estoniya hava məkanını pozur:
“Bu gün baş verən hava məkanı pozuntusu misilsiz dərəcədə cəsarətli idi. Artan təzyiqlərə qarşı siyasi və iqtisadi cavablar daha da gücləndirilməlidir.”
Hadisə fonunda Estoniya Müdafiə Qüvvələri hava sərhədlərinin pozulması ssenarilərini məşq etmək üçün fövqəladə təlimlərə başlayıb.
Latviya Seymi Rusiyadan və Belarusdan gələn risklər səbəbindən sərhədlərin tam bağlanması qərarını qəbul edib. Polşa da Belarusla sərhəddə eyni addımı atıb.
Mütəxəssislər baş verənləri NATO-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər.
19-09-2025, 18:03
Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq


Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq

Avropa İttifaqı Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq.
Bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos İrəvanda Baş nazirin müavini Mqer Qriqoryanla birgə mətbuata açıqlamasında deyib.
“Ermənistan üçün Dayanıqlılıq və İnkişaf Proqramının ikinci mərhələsi üçün maliyyə təmin etdiyimizi elan etməkdən böyük şərəf duyuram. Bu, 200 milyon avrodan artıqdır ki, bu da əlaqə, dayanıqlılıq və biznesin inkişafına sərmayələri artıracaq”, - Aİ komissarı vurğulayıb.
Aİ komissarı qeyd edib ki, 2021-ci ildən Ermənistan üçün 2,5 milyard avrodan çox investisiya səfərbər edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!