İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
9-07-2023, 10:06
Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirildi


Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirildi

Özbəkistanda növbədənkənar prezident seçkilərində ölkənin diplomatik və digər nümayəndəliklərinin nəzdində təşkil olunmuş 39 xarici ölkədəki 56 məntəqə istisna olmaqla, digər 10 784 seçki məntəqəsində səsvermə başlayıb. Seçkilərdə onlarla dövləti və beynəlxalq təşkilatı təmsil edən 800-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən 1500-ə yaxın yerli və xarici jurnalist akkreditasiyadan keçib.
Qeyd edək ki, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev seçkilərdə prezidentliyə namizəddirlər.
8-07-2023, 23:17
Almaniyada keçirilən festival iğtişaşlara çevrildi - 22 polis yaralandı


Almaniyada keçirilən festival iğtişaşlara çevrildi - 22 polis yaralandı

Almaniyanın Gissen şəhərində keçirilən “Eritreya festivalı” zamanı iğtişaşlar baş verib. Bu barədə "Tagesschau" nəşri yazıb. İğtişaşlar zamanı 22 polis əməkdaşı yaralanıb. Təxminən 250 nəfərin iştirakı ilə ilk nümayiş iyulun 7-də axşam saatlarında baş tutub, bir nəfər zorakılığa təhrik etdiyinə görə saxlanılıb. Bu gün günortadan sonra şəhərin mərkəzində festivala qarşı mitinq başlayıb. Polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, asayiş keşikçilərinə daş, tüstü bombası və butulkalar atılıb.
Nəticədə 200-ə yaxın adam qısa müddətə saxlanılıb, azı 60 nəfər nəzarətə götürülüb. İyulun 9-da tədbirdə 2,5 minədək insanın iştirak edəcəyi gözlənilir.
8-07-2023, 19:11
Mirzoyan makedoniyalı həmkarıyla görüşdü


Mirzoyan makedoniyalı həmkarıyla görüşdü

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bu barədə Osmani "Twitter"də bildirib. Görüşdə Qafqaz regionunda stabillik və təhlükəsizliklə bağlı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.
8-07-2023, 15:53
Gürcüstanda etiraz aksiyası keçirildi


Gürcüstanda etiraz aksiyası keçirildi

Gürcüstanın paytaxtında etiraz aksiyası keçirilir. Aksiya LGBT festivalına qarşı təşkil olunub. Milli dəyərləri müdafiə edənlərin yürüşünə yüzlərlə insan qatılıb. Onlar Tbilisinin mərkəzində, Vaja Pşavelanın abidəsi önünə toplaşıb. Aksiyaçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb. Polis etirazçılardan bir neçə nəfəri saxlayıb.
8-07-2023, 14:40
Rusiya və Ermənistan nümayəndələri sülh müqaviləsini müzakirə etdi


Rusiya və Ermənistan nümayəndələri sülh müqaviləsini müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ermənistanlı həmkarı Vahe Gevorkyan arasında telefon danışığı olub. Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. Onlar, həmçinin tərəflər arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişatı barədə fikir mübadiləsi aparıblar.
8-07-2023, 14:06
Bayden Ukraynanın NATO-ya üzv olmasıyla bağlı danışdı


Bayden Ukraynanın NATO-ya üzv olmasıyla bağlı danışdı

ABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya üzv olması məsələsinə aydınlıq gətirib. Bayden bildirib ki, Ukrayna müharibə şəraitində NATO-ya daxil olmağa hazır deyil. Amerika lideri bu məsələyə yalnız sülhün bərqərar olmasından sonra baxılacağını deyib. Bayden eyni zamanda onu da qeyd edib ki, NATO ölkələri hazırda Ukraynanın üzvlük perspektivləri ilə bağlı fikir ayrılığına malikdirlər.
8-07-2023, 13:56
İranda polis məntəqəsinə silahlı basqın


İranda polis məntəqəsinə silahlı basqın

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslər polis məntəqəsinə hücum ediblər. Hücum nəticəsində azı bir polis əməkdaşı həlak olub. İnsidentin yerli vaxtla saat 7:15-də əyalətin administrativ mərkəzi olan Zahedan şəhərində baş verdiyi bildirilir. Şəhər prokurorluğunun məlumatına görə, əvvəlcə polis məntəqəsi yaxınlığında partlayış törədilib, bundan sonra bir neçə naməlum şəxs binaya daxil olaraq atəş açmağa başlayıb.
8-07-2023, 12:17
Peskovdan açıqlama: Putinlə Ərdoğanın görüşü olacaq


Peskovdan açıqlama: Putinlə Ərdoğanın görüşü olacaq

“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil.
Qeyd edək ki, daha əvvəl liderlərin avqust ayında görüşəcəkləri bildirilmişdi.
8-07-2023, 10:29
Türkiyə Ukrayna xalqı ilə həmrəydir - Ərdoğan


Türkiyə Ukrayna xalqı ilə həmrəydir - Ərdoğan

Türkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitməsini arzu edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, son bir il ərzində “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib. Ərdoğan sazişin uzadılmasına ümid etdiyini bildirib. Türkiyə lideri, həmçinin Ukraynanın NATO üzvlüyünə layiq olduğunu qeyd edib. “Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik”, - Prezident vurğulayıb. Ərdoğan onu da diqqətə çatdırıb ki, Türkiyə müharibənin beynəlxalq hüquq əsasında sona çatması üçün ən çox səy göstərən ölkədir.
7-07-2023, 21:04
Paşinyan gürcüstanlı həmkarıyla görüşdü


Paşinyan gürcüstanlı həmkarıyla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə Gürcüstanın hökuməti məlumat yayıb. Baş nazirlər iki ölkə arasındakı əlaqələri, həmçinin regionda və dünyada təhlükəsizlik mühitini nəzərdən keçiriblər. Qaribaşvili Dinc Qonşuluq Təşəbbüsü çərçivəsində regionda sülhün inkişafı üçün Azərbaycan və Ermənistan arasında birbaşa səylərə davam etməyə hazır olduğunu ifadə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!