27-05-2025, 17:58
Pezeşkian Omanda səfərdədirİran Prezidenti Məsud Pezeşkian Oman sultanı Heysəm bin Tariq Al Saidin dəvəti ilə bu ölkədə səfərdədir.
Məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, sultan Məsud Pezeşkianı rəsmi şəkildə qarşılayıb.
Səfər çərçivəsində ikitərəfli, regional və qlobal məsələlər müzakirə edilib.
Qeyd edək ki, Oman ABŞ ilə İran arasında birbaşa olmayan görüşlərə vasitəçi kimi ev sahibliyi edir.
27-05-2025, 17:10
Türkiyədə yeni konstitusiya üzərində işlər başladıTürkiyədə yeni konstitusiyanın hazırlanmasına başlanılıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, yeni sənəd üzərində işlər ötən gün etibarən başlayıb.
Prezidentin sözlərinə görə, yeni konstitusiya üzərində 10 hüquqşünas çalışır.
"Bu milləti çevriliş konstitusiyasının biabırçılığından mütləq xilas edəcəyik", - Ərdoğan bildirib.
Türkiyə lideri parlamentdə təmsil olunan digər partiyaların da prosesə töhfələri ilə ortaq məxrəcə gələ biləcəyini ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Ərdoğan bundan əvvəl də Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.
27-05-2025, 15:38
Qəzzada ölənlərin sayı 54 mini keçdiQəzzanın Səhiyyə Nazirliyi İsrailin mühasirəyə alınan və atəşə tutulan ərazilərə hücumları nəticəsində ölənlərin son gündəlik sayını açıqlayıb.
"Əl-Cəzirə"nin məlumatına görə, son 24 saat ərzində azı 79 nəfər ölüb, 163 nəfər yaralanıb.
Bu rəqəmlərdən sonra müharibə başlayandan bəri Qəzzada ölənlərin sayı 54 056 nəfərə çatıb, 123 129 nəfər isə yaralanıb.
Dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var və təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir.
26-05-2025, 22:34
Serbiya qaz sazişini sentyabrın sonuna qədər uzatdıSerbiya Rusiya ilə təbii qaz müqaviləsinin müddətini sentyabrın sonuna qədər uzadıb, qiymətdə hər hansı artım yoxdur.
Bunu “Srbijagas” şirkətinin direktoru Duşan Bayatoviç deyib.
“Rusiya qazının Serbiyaya tədarükü ilə bağlı mövcud müqavilənin müddətinin eyni şərtlərlə sentyabrın 30-dək uzadılmasına dair razılıq əldə olunub. Bu, “Banatski Dvor” və Macarıstandakı yeraltı qaz anbarlarını qış mövsümünə qədər doldurmağa imkan verəcək. Ev təsərrüfatları üçün təbii qazın qiymətində hər hansı artım olmayacaq. Rusiya təbii qazı olmadan sabit təchizatın həlli mümkün deyil”, - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya qazının Serbiyaya tədarükünə dair mövcud qaz sazişinin müddəti mayın sonu başa çatırdı.
26-05-2025, 22:10
Makron arvadının ona şillə vurmasından danışdıFransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makronun ona şillə vurması ilə bağlı yayılan görüntülərdən danışıb.
Fransa lideri hadisəni zarafat kimi dəyərləndirib:
"Həyat yoldaşımla mübahisə edirdik, daha doğrusu, zarafatlaşırdıq. Bunun bir növ qlobal fəlakətə çevrilməsinə təəccüblənirəm və bəzi insanlar bunu izah etmək üçün hətta fərziyyələr irəli sürürlər. Biz sadəcə zarafat edirdik, bunu kifayət qədər tez-tez edirik", - deyə o qeyd edib.
26-05-2025, 20:53
Hakan Fidan Putinlə görüşdüRusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Tərəflərin nələri müzakirə etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, H.Fidan Rusiyada səfərdədir.
26-05-2025, 16:28
Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdüHakan Fidan Moskvada Putinin köməkçisi Medinski ilə görüşüb.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvaya ikigünlük səfəri çərçivəsində Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb.
Görüşdə müzakirə edilən məsələlər açıqlanmayıb.
Qeyd edək ki, Medinski İstanbulda Ukrayna ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəridir.
26-05-2025, 16:20
Daha bir ölkədə Rus evi bağlandıSuriyadakı Rus evi fəaliyyətini dayandırıb.
Bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov məlumat verib.
O, Suriyadakı Rus Evinin fəaliyyətinin və bu ölkədən tələbələrin işə qəbulunun müvəqqəti dayandırıldığını açıqlayıb.
Mərkəzin işinin dondurulması qərarı regiondakı qeyri-sabit vəziyyət fonunda Rusiya səfirliyinin tövsiyələri ilə bağlıdır. Təşkilatın əməkdaşları təxliyə edilib, sənədlərin yoxlanılmasında çətinliklər yarandığı üçün Suriyalı tələbələrin dövlət kvotasına əsasən işə qəbulu dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycandakı Rus evinin fəaliyyəti dayandırılıb.
26-05-2025, 15:36
Şahbaz Şərif İranda səfərdədirPakistanın Baş naziri Şahbaz Şərif İrana səfər edib.
Şahbaz Şərifi Tehranın Mehrabad hava limanında İranın daxili işlər naziri İskəndər Momeni qarşılayıb.
O, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlərlə bağlı İran rəsmiləri ilə görüşlər keçirəcək.
25-05-2025, 15:48
Putinin helikopterini vurmağa çalışdılarMayın 20-də Rusiya prezidenti Vladimir Putinin olduğu helikopter Kursk vilayətinə səfəri zamanı Ukraynanın kütləvi PUA hücumunun episentrində olub.
Bu barədə Rusiya hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin bildirib.
Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Qoşunları eyni vaxtda həm döyüş aparıb, həm də prezidentin helikopterinin havada təhlükəsizliyini təmin edib.