Azərbaycanda vulkan püskürdü .....                        Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi" - Aqşin Yenisey .....                        Yıldız Tilbe Vəfa Şərifovanı MƏHKƏMƏYƏ VERİR .....                        "Qurtuluş"un rəhbəri həbs edildi - YENİLƏNİB .....                        Arakçi Ərdoğanın qəbulunda .....                        Qonşunun 13 yaşlı qızına təcavüz edən şəxs AĞIR CƏZALANDIRILDI .....                        907-ci düzəlişin ləğvi müzakirə edildi .....                        Avropa Rusiyaya sanksiyalardan 1.5 trilyon avro itirib .....                        Tramp şəxsən Putindən xahiş edib .....                       
23-08-2023, 14:46
Zelenski: “Finlandiyanın Ukraynaya davamlı və praktiki yardımına görə minnətdaram”


Zelenski: “Finlandiyanın Ukraynaya davamlı və praktiki yardımına görə minnətdaram”

"Bu gün Finlandiyanın Baş naziri Petteri Orpo ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı müzakirə etdik".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski rəsmi teleqram kanalında yazıb.
"Mən yeni, artıq 18-ci müdafiə dəstəyi paketinə görə minnətdaram. Bunlar bizim indi həqiqətən ehtiyacımız olan sursat və artilleriyadır. Mən Finlandiyanın Ukraynaya davamlı və praktiki yardımına - hərbi, humanitar dəstəyə və Rusiyaya qarşı sanksiyalara görə minnətdaram.
Ölkənizin azadlıq və müstəqillik uğrunda mübarizəmizlə həmrəyliyinə və Sülh Formulasını həyata keçirmək üçün birgə işimizə görə təşəkkür edirəm. Təhlükəsizlik hər kəs üçün vacibdir", - o qeyd edib.
23-08-2023, 14:41
Krımda Rusiyaya məxsus S-400 hava sistemi məhv edildi


Krımda Rusiyaya məxsus S-400 hava sistemi məhv edildi

Bu gün Ukrayna ordusu ilhaq edilən Krım yarımdasında Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Avqustun 23-də saat 10:00-da Tarxankut burnunun Olenevka kəndi yaxınlığında Rusiyaya məxsus S-400 “Triumf” raket buraxılış qurğusu, eləcə də işğalçıların şəxsi heyəti tamamilə sıradan çıxarılıb", - açıqlamada deyilir.
Qeyd edək ki, S-400 Rusiyanın istifadə etdiyi ən güclü hava hücumundan müdafiə sistemidir. Sistemin ölkə daxilində qiyməti 200 milyon dollar, ixrac qiyməti isə 500 milyon dollardır.
23-08-2023, 13:53
Türkiyə XİN İraq Prezidentiylə görüşdü


Türkiyə XİN İraq Prezidentiylə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında ikitərəfli ticarətin artırılması, terrorla mübarizə, transsərhəd sulardan səmərəli istifadə məsələləri müzakirə edilib.
23-08-2023, 13:44
Macarıstan Prezidenti Ukraynaya səfər etdi


Macarıstan Prezidenti Ukraynaya səfər etdi

Macarıstan Prezidenti Katalin Novak Ukraynaya səfər edib.
Bu barədə o, özünün "Twitter" hesabında bildirib.
Novak Kiyevdən şəkil paylaşıb. "Ukrayna uğrunda şəhid olanların xatirə divarının qarşısında ehtiramımı bildirdim", - deyə paylaşımda qeyd edib.
23-08-2023, 11:46
İlk F-16 Niderlanddan Ukraynaya gəldi - Reznikov


İlk F-16 Niderlanddan Ukraynaya gəldi - Reznikov

"İlk F-16 Niderlanddan Ukraynaya gəldi!".
Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov X-də yazıb.
O, Niderlandın müdafiə nazirindən F-16 qırıcısının maketini alarkən çəkilən fotoya belə başlıq seçib.
"Böyük ov üçün geri sayım başladı", - o qeyd edib.
Xatırladaq ki, Niderland Ukraynaya 42 ədəd F-16 tədarükünə razılıq verib.
23-08-2023, 11:33
Litva və Portuqaliya Prezidentləri Kiyevə səfər etdi


Litva və Portuqaliya Prezidentləri Kiyevə səfər etdi

Litva prezidenti Gitanas Nauseda Ukraynanın Müstəqillik Günündə Kiyevə səfər edib.
Bu barədə o, X-də yazıb.
"Mən Ukraynanın Müstəqillik Gününü qardaş Ukrayna xalqı ilə birlikdə qeyd etmək üçün Kiyevdəyəm. Ukraynanın qələbəsi yaxındadır! Litva lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək", - Nauseda qeyd edib.
"Unian"ın məlumatına görə, həmçinin Portuqaliya prezidenti Marselo Rebelo de Suza da ilk dəfə Kiyevə gəlib.

22-08-2023, 16:20
Türkiyə və Bolqarıstanın XİN Başçıları görüşdü


Türkiyə və Bolqarıstanın XİN Başçıları görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstan baş nazirinin müavini və XİN başçısı Mariya Qabriellə görüşüb.
Bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım edilib.
Görüş bolqar nazirin Ankaraya səfəri çərçivəsində baş tutub.
Söhbət zamanı tərəflər iqtisadiyyat, ticarət, mədəniyyət, turizm, nəqliyyat, enerji və müdafiə sənayesi sahəsindəki əməkdaşlıq, ticarət həcminin 10 milyard avroya çatdırılması ilə bağlı ortaq hədəf, energetika əməkdaşlığı kontekstində regiondakı enerji təklifi təhlükəsizliyi, nizamsız miqrasiya və terrorizm kimi problemlərə qarşı birlikdə atıla biləcək addımlar, Bolqarıstandakı türklərin durumu, Ukrayna müharibəsi və Qara dənizin təhlükəsizliyi başda olmaqla, regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

22-08-2023, 15:42
Ərdoğan qısa müddətdə Rusiyaya yollanır


Ərdoğan qısa müddətdə Rusiyaya yollanır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiyaya gedəcək.
Bu barədə “Yeni Şafak” qəzeti Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır.
Nəşr vurğulayır ki, Ərdoğanın səfəri “Taxıl sazişi”nin bərpası üçün ən mühüm addım olacaq. Məlumata görə, Ərdoğanın baş müşaviri Akif Çağatay Kılıç isə Ukraynaya gedəcək.
Bundan əvvəl Putinin avqustun sonunda Türkiyəyə gedəcəyi bildirilirdi.
22-08-2023, 14:57
İranın yeni PUA-sı təqdim olundu


İranın yeni PUA-sı təqdim olundu

İran hakimiyyəti yerli istehsal edilən "Mohajer-10" zərbə tipli pilotsuz uçuş aparatını (PUA) təqdim edib.
Bu barədə "Isna" agentliyi məlumat yayıb.
İddiaya görə, PUA 2000 km uçuş məsafəsinə malikdir və 7 km hündürlükdə uça bilir.
"Mohajer-10"un maksimal yanacaq ehtiyatı 450 litr, maksimum yük çəkisi 300 kq, sürəti isə 210 km/saatdır. PUA elektron müharibə, kəşfiyyat sistemləri ilə təchiz olunub və müxtəlif növ sursatları, o cümlədən "Qaem" və "Almas" bombalarını daşıya bilir.
Qeyd edək ki, İran "Mohajer-6" da daxil olmaqla Rusiyaya PUA-lar tədarük edib.
22-08-2023, 14:05
Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır


Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır

"Biz danışıqlar platformaları arasında fərq qoymuruq".
Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan belçikalı həmkarı Haca Labiblə İrəvanda keçirdiyi brifinqdə deyib.
"Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır. Bu platformalarda əldə olunan razılaşmaların işləməsi və həyata keçirilməsi bizim üçün vacibdir.
Təəssüflər olsun ki, bəzən razılıq əldə olunsa da, həyata keçmir", - Mirzoyan əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!