İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
25-07-2023, 21:43
Lavrov üçtərəfli görüşlə bağlı açıqlama verdi


Lavrov üçtərəfli görüşlə bağlı açıqlama verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə dair açıqlama verib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov bildirib ki, Rusiya 10 noyabr sazişindən irəli gələn öhdəliyinə əasən Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu oynamağa davam edir.
O qeyd edib ki, görüşlərdə kommunikasiyaların açılması və maneəsiz hərəkətin bərpası, eləcə də Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası müzakirə olunub.
25-07-2023, 19:50
Danimarkada “Quran” yenidən yandırıldı


Danimarkada “Quran” yenidən yandırıldı

Danimarkada bu gün yenidən Qurani-Kərim yandırılıb.
Aksiya Misir və Türkiyənin Kopenhagendəki səfirlikləri önündə baş tutub.
İslam əleyhdarı olan bir qrup radikal millətçi Quran kitablarını yandırıb.
Danimarka və İsveç hökumətləri öz növbələrində İslamın müqəddəs kitabının yandırılmasını pisləyərək bundan təəssüfləndiklərini, lakin söz azadlığını qoruyan qanunlar çərçivəsində həmin aksiyaların qarşısını ala bilməyəcəklərini elan edib.
“Bu təxribatçı və rüsvayçı hərəkətlər Danimarka hökumətinin fikirlərini əks etdirmir. Hamını deskalasiyaya çağırırıq, zorakılıq heç vaxt cavab olmamalıdır”, - deyə Danimarka hökumətinin saytında yerləşdirilən müraciətdə vurğulanıb.
25-07-2023, 18:09
Tərəflərin mövqelərinin uzaq olduğu problemlər var - Mirzoyan


Tərəflərin mövqelərinin uzaq olduğu problemlər var - Mirzoyan

Bəzi məsələlərdə konkret nəticələr, bəzilərində razılıq əldə etmək perspektivləri var.
Bunu Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, İrəvan Bakı ilə danışıqlar aparmağa meyillidir. "Lakin tərəflərin mövqelərinin hələ də uzaq olduğu problemlər var”, - Mirzoyan bildirib.
Qeyd edək ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilir.
25-07-2023, 17:45
Hatayda meşə yanğınları yaşayış məntəqələrinə qədər çatdı


Hatayda meşə yanğınları yaşayış məntəqələrinə qədər çatdı

Türkiyənin Hatay vilayətində meşə yanğını başlayıb.
Antakyaya yaxın yerləşən meşə massivində başlayan yanğın nəzarətdən çıxaraq yaşayış məntəqələrinə doğru hərəkət edib.
Məlumata görə, ən təhlükəli vəziyyət Antakyanın Kisecik rayonunda yaşanır. Yanğının evlərə tərəf yaxınlaşması səbəbindən vətəndaşlar təxliyə olunmağa başlayıb.
Yanğınsöndürən qruplar qurudan və havadan alovun söndürülməsi üçün əraziyə cəlb ediliblər.
25-07-2023, 15:15
Çində XİN Başçısı vəzifəsindən azad edildi


Çində XİN Başçısı vəzifəsindən azad edildi

Çin parlamenti ölkənin xarici işlər naziri Qin Qanqı vəzifəsindən azad edib.
Bu barədə "Reuters" agentliyi yerli mətbuata istinadən məlumat yayıb.
Bildirilir ki, yeni qərarla Vanq Yi Çinin yeni xarici işlər naziri təyin edilib. O, 2022-ci ilin dekabr ayına qədər xarici işlər naziri olub, daha sonra Kommunist Partiyasının baş diplomatı təyin olunub.
Qeyd edək ki, Qin Qanq son bir ay ərzində ictimaiyyət qarşısına çıxmayıb. Çin Xarici İşlər Nazirliyi onun harada olması və səhhətinin vəziyyəti ilə bağlı açıqlama verməyib. Qərb mediası nazirin Çin telekanallarından birinin jurnalisti ilə nikahdankənar münasibət qurduğunu və buna görə ictimai sahədən yoxa çıxdığını bildirib.
25-07-2023, 14:33
Azərbaycanın ərazi bütövlüyünü həmişə tanımışıq - Paşinyan


Azərbaycanın ərazi bütövlüyünü həmişə tanımışıq - Paşinyan

Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O çıxışı zamanı yenidən Qarabağ mövzusuna toxunub. Baş nazir vurğulayıb ki, dünyada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur.
Paşinyan əlavə edib ki, Ermənistan Qarabağın əhalisinin taleyini həll edə bilməz.
25-07-2023, 14:10
Bakı Qarabağ ermənilərini müzakirə etməkdən imtina etməyib - Paşinyan


Bakı Qarabağ ermənilərini müzakirə etməkdən imtina etməyib - Paşinyan

"Bakı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib".
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan bir-birinə etibar etmir.
"Ona görə də inamsızlığı aradan qaldırmaq üçün addımlar atılmalıdır", - deyə Baş nazir qeyd edib.
25-07-2023, 12:46
Rusiya öz öhdəliklərini yerinə yetirəcək - Şura sədri


Rusiya öz öhdəliklərini yerinə yetirəcək - Şura sədri

Taxıl müqaviləsinə xitam verildikdən sonra Rusiya öz öhdəliklərini yerinə yetirəcək. Afrika ölkələrinə həm kommersiya, həm də pulsuz əsaslarla taxıl və gübrə tədarük ediləcək.
Bu barədə parlamentin yaz sessiyasının yekunlarına dair mətbuat konfransında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
“Rusiya öz öhdəliklərini yerinə yetirəcək, bizim bunun üçün alət və imkanlarımız var”, - Matviyenko Rusiyanın taxıl müqaviləsini ləğv etmək qərarını şərh edərkən deyib.
Qeyd edək ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çornomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verir. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.
Saziş ötən həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.
25-07-2023, 12:35
Zelenski Britaniyanın Baş naziri ilə telefon danışığı apardı


Zelenski Britaniyanın Baş naziri ilə telefon danışığı apardı

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya Baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb. Bu barədə Zelenski özünün "Twitter" hesabında yazıb.
Telefon danışığı zamanı Rusiyanın Odessanın tarixi mərkəzini və liman infrastrukturunu məhv etməsi müzakirə olunub. Tərəflər, həmçinin müdafiə sahəsində əməkdaşlıq, Ukraynanın hücum əməliyyatlarının gedişatı barədə fikir mübadiləsi aparıblar.
"Cənab Baş Nazir və mən NATO-nun Vilnüsdə keçirilən Sammitində G7-nin Ukraynaya Birgə Dəstək Bəyannaməsinin qəbul edilməsini və sonradan digər ölkələrin də ona qoşulmasını qeyd etdik. Biz onu ikitərəfli əsasda konkret təhlükəsizlik zəmanətləri ilə zənginləşdirmək üçün gələcək addımları da müzakirə etdik", - Zelenski vurğulayıb.
25-07-2023, 12:01
Sabiq prezidentin təhlükəsizliyi təmin olunmayacaq - Sərəncam imzalandı


Sabiq prezidentin təhlükəsizliyi təmin olunmayacaq - Sərəncam imzalandı

Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti bundan sonra ölkənin birinci prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyini təmin etməyəcək.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
O, həmçinin Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu kimi təşkilatların qəyyumlar şurasının rəhbəri statusunu itirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!