23-10-2022, 15:32
Rusların itkiləri artırUkrayna silahlı qüvvələri cənubda 17 işğalçını, Qrad MLRS-ni və üç sursat anbarını məhv edib. Bu barədə “Cənub” əməliyyat komandanlığı oktyabrın 21-də əməliyyat şəraitinin yekunlarına dair öz “Facebook” səhifəsində məlumat yayıb. "Aviasiyamız Berislavski və Baştanski rayonlarında, düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqelərinə - həmçinin Kaxovkada toplanan düşmən texnikası və möhkəm nöqtələrinə 10 zərbə endirib. Raket və artilleriya bölmələri 220 atəş tapşırığını yerinə yetirib. Düşmən itkiləri cəbhədə təmin edilib. Berislav vilayətində “Qrad” reaktiv yaylım atəş sistemi, bir tank, bir minaatan, 3 zirehli maşın və 3 sursat anbarı. Daha 6 zirehli texnika və 2 minaatan məhv edilib”, - məlumatda deyilir.
22-10-2022, 21:56
Conson namizəd olmaq üçün yetərli səs toplayıbBoris Conson Böyük Britaniyanın Baş naziri postuna namizəd olmaq üçün yetərli sayda dəstəyə malikdir. Bu barədə "The Sunday Times" nəşri Consonun yaxın ətrafına istinadən yazıb. Britaniyanın Baş naziri postuna namizəd olmaq üçün siyasətçilər parlamentin 100 deputatının dəstəyini qazanmalıdır. Qəzet Consonu dəstəkləyən deputatların sayının 100-ə çatdığını bildirib. Conson isə hələlik rəsmi olaraq namizədliyini elan etməyib. Qeyd edək ki, Britaniyanın 44 gün Baş naziri olan Liz Trass dünən istefa verib. Hələlik yalnız İcmalar Palatasının rəhbəri Penni Mordaunt ölkənin son 6 ildə beşinci Baş naziri olmaq üçün namizədliyini irəli sürüb. Consonun dövründə maliyyə naziri vəzifəsini tutan Rişi Sunak da potensial namizədlərdən biridir.
22-10-2022, 21:53
Hindistanda ağır qəza - 15 nəfər öldüHindistanın Madhya-Pradeş ştatında sərnişin avtobusu qəzaya uğrayıb.
Butov.az xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. Əksəriyyəti fəhlə olan yaralılar xəstəxanaya çatdırılıb. Qeyd edək ki, Hindistan dünyada yol qəzalarında ölüm hallarının ən yüksək olduğu ölkədir. Qəzaların səbəbi ehtiyatsız idarəetmə, baxımsız yollar və nəqliyyat vasitələrinin köhnə olmasıdır.
22-10-2022, 21:50
Ukraynada 1,5 milyon insan işıqsız qaldıOktyabrın 22-də Rusiyanın Ukraynanın infrastrukturuna genişmiqyaslı hücumu nəticəsində 7 rayonda 1,5 milyona yaxın abonentin elektrik enerjisi təchizatı dayandırılıb. Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
“Düşmən ölkəmizin müxtəlif bölgələrində enerji obyektlərinə zərbələr endirməkdə davam edir. Mütəxəssislər dərhal zərər görmüş ərazilərdə təmir işlərinə başlayırlar. İşıq olacaq. Qənaət haqqında unutmayın!", - rəsmi məlumatda bildirilib.
22-10-2022, 15:59
Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış - Yaralılar varÖzbəkistanın Müdafiə Nazirliyinə məxsus hərbi anbarda güclü partlayış olub.
Butov.az xəbər verir ki, hadisə Sırdərya vilayətində baş verib. Məlumata görə, partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb. Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yaxınlıqdakı yaşayış evlərinə də ziyan dəyib. Partlayışın ilkin səbəbi hələlik açıqlanmayıb.
22-10-2022, 15:43
Rusların itkiləri artırUkrayna silahlı qüvvələri cənubda 17 işğalçını, Qrad MLRS-ni və üç sursat anbarını məhv edib. Bu barədə “Cənub” əməliyyat komandanlığı oktyabrın 21-də əməliyyat şəraitinin yekunlarına dair öz “Facebook” səhifəsində məlumat yayıb. "Aviasiyamız Berislavski və Baştanski rayonlarında, düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqelərinə - həmçinin Kaxovkada toplanan düşmən texnikası və möhkəm nöqtələrinə 10 zərbə endirib. Raket və artilleriya bölmələri 220 atəş tapşırığını yerinə yetirib. Düşmən itkiləri cəbhədə təmin edilib. Berislav vilayətində “Qrad” reaktiv yaylım atəş sistemi, bir tank, bir minaatan, 3 zirehli maşın və 3 sursat anbarı. Daha 6 zirehli texnika və 2 minaatan məhv edilib”, - məlumatda deyilir.
22-10-2022, 15:38
İrandan daha bir hədə dolu açıqlamaİran lazım bildiyi yerdə hərbi təlimlər keçirəcək. Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Həsən Həmməti bildirib. O, əlavə edib ki, İslam Respublikası Cənubi Qafqazın sərhədlərində heç bir dəyişikliyi qəbul etməyəcək. Deputat İranın şimal-qərbində Azərbaycanla sərhəddə keçirilən SEPAH təlimlərini şərh edərkən deyib ki, “bu təlimlər güc nümayişi idi, mesajı qonşu ölkələr üçün sülh və dostluq, düşmənlərə qarşı istənilən təhlükəyə qəti cavabdır”. “Ölkənin şimal sərhədlərində baş verən hadisələr bizim üçün önəmlidir və lazım gəldikdə ölkənin hüquq və təhlükəsizliyini qorumaq üçün təlimlər keçiririk... Heç bir beynəlxalq hüquq region ölkələrində sərhəd dəyişikliyinə icazə vermir; hesab edirik ki, hər bir ölkənin öz ləyaqəti və mövqeyi var, regiondakı bütün ölkələrin ərazi bütövlüyü qorunmalıdır”. Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları bir neçə bölmənin iştirakı ilə İranın şimal-qərb sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları Azərbaycanla sərhəddə ponton körpüləri tikmək və Araz çayını keçmək üzrə məşq edib. Həmçinin helikopter əməliyyatları və paraşütlə tullanma, gecə zərbələri, döyüş helikopterlərinin iştirakı ilə missiyalar, kamikadze pilotsuz uçuş aparatları, eləcə də hipotetik düşmən tərəfindən idarə olunan marşrutların və yüksəkliklərin ələ keçirilməsi planları hazırlanıb.
22-10-2022, 15:35
Ukraynada ruslara təlim keçən iranlılar öldürüldüUkraynanın Rusiya tərəfindən ələ keçirilən ərazilərində rus hərbçilərə təlim keçən İranın 10 hərbi qulluqçusu Ukrayna ordusunun endirdiyi zərbələr nəticəsində ölüb. Bu barədə İsrailin nüfuzlu "Jerusalem Post" qəzeti məlumat yayıb. Hadisənin detalları barədə açıqlama verilməyib. Bundan əvvəl “The New York Times” nəşri ABŞ kəşfiyyatının məxfi məlumatlarına istinadən qeyd edib ki, İran rusiyalılara kömək üçün işğal olunmuş Krıma təlimatçılar göndərib.
21-10-2022, 21:53
İran Ermənistanın Təbrizdə konsulluq açmasına razılıq verdiİran hökuməti Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunu açmağa hazırdır. Bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. Nazir, həmçinin əlavə edib ki, İran hökumətinin Qafanda Baş konsulluq açmaq qərarı İran və Ermənistan xalqları arasında "çoxillik və tarixi əlaqələrin" dərinliyini göstərir.
21-10-2022, 21:50
Ukraynada enerji infrastrukturunun 40 faizi zədələnibRusiya Federasiyası Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukraynada enerji infrastrukturunun 30-40 faizi zədələnib. Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, bütün zədələnmiş stansiyalar öz işini dayandırmasa da, zərbələr istehsal gücünün ən azı yarısına təsir edib. Nazir vurulan zərəri bir neçə milyard dollar qiymətləndirib. Qluşçenko elektrik enerjisinin idxalını enerji sektorundakı problemin həlli yollarından biri hesab edir. O qeyd edib ki, artıq potensial təchizatçılarla danışıqlar aparılır.