Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
21-03-2023, 15:56
ABŞ və Rusiya arasında gərginlik yaşanıb


ABŞ və Rusiya arasında gərginlik yaşanıb

Martın 20-da Baltik dənizi üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin 2 ədəd B-52N strateji bombardmançı təyyarəsinin uçduğunu müəyyən edib. Bundan sonra Rusiya Su-35 qırıcı təyyarəsini havaya qaldırıb. "Bombardmançı təyyarələr dövlət sərhədindən uzaqlaşdıqdan sonra qırıcı aerodroma qayıdıb. Rusiya qırıcısının uçuşu hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olaraq həyata keçirilib", - açıqlamada deyilir.
21-03-2023, 15:32
ABŞ-dan Türkiyə və Suriyaya 50 milyon dollarlıq yardım


ABŞ-dan Türkiyə və Suriyaya 50 milyon dollarlıq yardım

ABŞ fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən şəxslərə əlavə 50 milyon dollar yardım edəcək. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bəyanatında bildirilir. "Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkmiş insanlara yardım üçün əlavə 50 milyon dollarlıq təcili humanitar yardım öhdəliyi qəbul edilib", - açıqlamada deyilir. Məlumatda vurğulanır ki, bununla da ABŞ-ın zəlzələ çərçivəsində göndərdiyi humanitar yardımın məbləği 235 milyon dollara çatıb. Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveçin təşkilatçılığı ilə Türkiyə və Suriyaya yardım üçün Beynəlxalq Donorlar Konfransı keçirilib. "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb.
21-03-2023, 00:04
Parlament Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürdü


Parlament Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürdü

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nı təmsil edən Kamal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb. Fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib. İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər. Qeyd olunub ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.
21-03-2023, 00:01
Konfransda Türkiyə və Suriya üçün 7 milyard dollar toplandı


Konfransda Türkiyə və Suriya üçün 7 milyard dollar toplandı

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveç tərəfindən təşkil edilən Beynəlxalq Donorlar Konfransı başa çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. İsveçin Baş naziri Ulf Kristerssonun məlumatına görə, "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb. O, zəlzələlərdən zərər çəkənlərin tək olmadığını və dəstəyin davam edəcəyini bildirib. Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, bu konfrans hələlik başlanğıcdır: "Bu gün beynəlxalq ictimaiyyətin Türkiyə və Suriyadakı yenidənqurma səylərini güclü şəkildə dəstəklədiyini görməkdən çox xoşbəxtəm. Bu konfrans yalnız başlanğıcdır. Qarşıda bizi çox iş gözləyir. Gələcək həftələr, aylar və illərdə də birlikdə işləməyə davam edəcəyik. Biz öhdəliklərin tam və vaxtında yerinə yetirilməsini təmin edəcəyik". Konfransa canlı bağlantı ilə qoşulan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ursula fon der Leyenə və Kristerssona təşəkkür edib. "Bu çətin günlərdə bütün dostlarımızın, qurumları, üzv və namizəd ölkələri ilə Avropa İttifaqının, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların həmrəyliyini heç vaxt unutmayacağıq”. O, Türkiyədəki zəlzələlərin ölkə iqtisadiyyatına 100 milyard dollardan çox zərər vurduğunu bildirib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da konfransda iştirak edib və ölkəmizin 100 milyon dollar yardım verəcəyini açıqlayıb.
20-03-2023, 23:50
Blinken Paşinyanla telefon danışığı aparıb


Blinken Paşinyanla telefon danışığı aparıb

ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub. Paşinyan və Blinken Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda kommunikasiya əlaqələrinin açılması barədə fikir mübadiləsi aparıblar.
20-03-2023, 23:39
Təhsilimizi gücləndirmək üçün 45 min müəllim işə götürəcəyik - Ərdoğan


Təhsilimizi gücləndirmək üçün 45 min müəllim işə götürəcəyik - Ərdoğan

"Hörmətli vətəndaşlarım, dəyərli təhsil ictimaiyyətimizin nümayəndələri, burada sizinlə bir şad xəbəri bölüşmək istəyirəm. Təhsil sistemimizin keyfiyyətini yüksəltmək və kadrlarımızı daha da gücləndirmək üçün 45 min yeni müəllim işə götürəcəyik. Biz müəllimlərimizi fəlakət bölgələrinə ilk növbədə zəlzələnin yaralarını sağaltmaq üçün göndərəcəyik. Bütün müəllimlərimizi, onların ailələrini, tələbələri və təhsil ictimaiyyətimizə xeyirli olsun". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan twitter səhifəsində yazıb.
20-03-2023, 23:31
Qərb Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır - Lavrov


Qərb Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır - Lavrov

“Qərb öz xidmətlərini üç Cənubi Qafqaz ölkəsinə sırımağa çalışır və Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır. Bu, öz sərhədlərindən uzaqda, hər yerdə hökmranlıq etmək, öz hegemonluğunu təsdiq etmək üçün edilir". Bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. "Qərb geosiyasi gündəmlərlə yanaşı, növbəti rəngli inqilaba hazırlıq adlandırıla biləcək fəaliyyətlərlə məşğul olan QHT-lərə müxtəlif dəstəkləri təbliğ edir. Biz regionda Qərblə dialoq üçün heç bir imkan və ehtiyac görmürük”, - deyə Lavrov əlavə edib.
20-03-2023, 23:27
Kiyevdə komendant saatının müddəti dəyişdi


Kiyevdə komendant saatının müddəti dəyişdi

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko 2023-cü il martın 26-dan etibarən Kiyevdə komendant saatının müddətinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə məlumatı Kiyev şəhər Hərbi Administrasiyası "Telegram" hesabında paylaşıb. Yeni qərara əsasən, martın 26-dan komendant saatı 00:00-dan 05:00-a qədər olacaq. Qeyd edək ki, bundan öncə komendant saatı 00:00-dan 06:00-a kimi davam edirdi.
20-03-2023, 23:21
Türkiyədə baş vermiş zəlzələnin vurduğu ziyan 104 milyarda çatır


Türkiyədə baş vermiş zəlzələnin vurduğu ziyan 104 milyarda çatır

"Zəlzələnin səbəb olduğu ziyanın dəyərinin təxminən 104 milyard dollara çatacağı anlaşılır. Bu miqyasda fəlakətin öhdəsindən heç bir ölkənin təkbaşına çıxması mümkün deyil". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zəlzələ bölgəsindəki 11 əyalətdə dağılmış, təcili sökülməsi vacib olan, ağır zədələnmiş və ya istifadəyə yararsız binaların sayı 298 minə çatır", - deyə o əlavə edib.
20-03-2023, 23:18
Avropa Komissiyası Türkiyəyə 1 milyard avroluq yardım ayırdı


Avropa Komissiyası Türkiyəyə 1 milyard avroluq yardım ayırdı

Avropa Komissiyası Türkiyəyə 1 milyard, Suriyaya isə 108 milyon avro məbləğində yardım ayırıb. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib. Onun sözlərinə görə, hər iki ölkəyə ayrılan vəsait zəlzələ bölgələrində bərpa-quruculuq işlərinə xərclənəcək. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!