Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Toy tortundan 60 nəfər zəhərləndi .....                       
10-12-2022, 16:25
İran PUA-ları ilə Ukraynaya hücum edildi


İran PUA-ları ilə Ukraynaya hücum edildi

Dekabrın 10-na keçən gecə rus işğalçıları İranın “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri (PUA) ilə Ukraynaya hücum ediblər. 15 pilotsuz təyyarədən 10-u məhv edilib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatında deyilir. Məlumata görə, gecə saatlarında Ukraynanın cənub bölgələri hücuma məruz qalıb. Pilotsuz təyyarələrin üçdə ikisi vurulub. "Dekabrın 10-na keçən gecə rus işğalçıları İran istehsalı olan "Şahed-136/131" kamikadze pilotsuz təyyarələri ilə Ukraynanın cənubuna hücum ediblər. Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Yuğ" hava komandanlığının bölmələri düşmənin 10 pilotsuz təyyarəsini vurub. Onlar Xerson, Nikolayev və Odessa vilayətləri üzərində məhv edilib”, - rəsmi məlumatda bildirilir.
10-12-2022, 16:19
Müharibənin müddəti Putini narahat etmir


Müharibənin müddəti Putini narahat etmir

Kreml rəhbəri Vladimir Putin Rusiyanın Ukraynada apardığı müharibənin müddəti haqqında danışıb. Putin qeyd edib ki, uzun proses müharibə deyil, Ukraynadakı vəziyyətin nizamlanmasıdır. Putin müharibənin uzanmasından narahat olmadığını göstərməyə çalışıb: “Heç bir problem yoxdur. Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünü şəffaf aparır - hesabatlarda hər şey öz əksini tapıb. Bütövlükdə nizamlanma prosesinə gəlincə, bəli: bu, yəqin ki, asan olmayacaq, müəyyən vaxt aparacaq”. Bundan əvvəl Putin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələrinin görünməsini uzun proses adlandırmışdı. “Əlbəttə, bu uzun proses ola bilər”, - deyə dövlət başçısı bildirmişdi.
10-12-2022, 16:11
Gürcüstana hərbi yardım paketi təsdiqləndi


Gürcüstana hərbi yardım paketi təsdiqləndi

Avropa İttifaqı Şurası Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək üçün 20 milyon avroluq yardım paketini təsdiqləyib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Qərar Avropa Sülh Fondunun (APF) proqramı, Avropa İttifaqının ümumi müdafiə və təhlükəsizlik siyasəti çərçivəsində qəbul edilib. Yardımla əlaqədar Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstək veriləcək. Həmçinin yardım paketi hərbi tibb, hərbi mühəndislik və nəqliyyat potensialının gücləndirilməsinə yönəldiləcək.
10-12-2022, 16:09
ABŞ-dan Ukraynaya 275 milyon dollarlıq hərbi yardım


ABŞ-dan Ukraynaya 275 milyon dollarlıq hərbi yardım

ABŞ Ukraynaya 275 milyon dollarlıq hərbi yardım ayırıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya 275 milyon dollar hərbi yardım ayrılmasına icazə verib. Hərbi yardıma nələrin daxil edildiyi açıqlanmayıb. Bir neçə gün əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadən yazıb ki, yeni hərbi yardım paketinə pilotsuz uçuş aparatları əleyhinə mübarizə sistemləri, hava hücumundan müdafiə sistemləri, HIMARS raket qurğuları, 155 mm çaplı mərmilər və zirehli maşınlar daxil ola bilər.
10-12-2022, 16:07
ABŞ müdafiə nazirindən Rusiyayla bağlı açıqlama


ABŞ müdafiə nazirindən Rusiyayla bağlı açıqlama

Rusiya nüvə arsenalını genişləndirir və modernləşdirir. Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. O, Rusiya prezidenti Vladimir Putinin dünyanı nüvə silahı ilə təhdid etdiyini bildirib. "Kreml Ukraynaya qarşı qəddar və əsassız müharibəsini davam etdirir. Bütün dünya Putinin çox məsuliyyətsiz nüvə müharibəsi ilə təhdid etdiyini görüb”, - Ostin qeyd edib.
10-12-2022, 16:03
Ölkə rəhbərlərindən İrana xəbərdarlıq


Ölkə rəhbərlərindən İrana xəbərdarlıq

Ər-Riyadda rəsmi səfərdə olan Çin lideri Si Cinpin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz İranı dövlətlərin daxili işlərinə qarışmamağa çağırıblar. Bu barədə Saudi Press agentliyi məlumat yayıb. Bildirilib ki, iki ölkənin liderləri İranın nüvə proqramının dinc xarakter daşımasını təmin etmək üçün əməkdaşlığın gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Bundan əlavə, Ər-Riyad və Pekin Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa, “nüvə silahlarının yayılmaması rejimini qorumağa və mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə hörmətlə yanaşmağa” çağırıblar. Bəyanatda o da qeyd olunub ki, tərəflər İranın dəstəklədiyi hutsilərin sülhə gətirilməsini təmin etmək məqsədilə BMT-nin Yəmən üzrə xüsusi elçisinin fəaliyyətini və Yəmən Prezident Şurasının səylərini müdafiə etdiklərini bəyan ediblər.
9-12-2022, 18:00
İranda qardaşlar eyni vaxtda edam edildi


İranda qardaşlar eyni vaxtda edam edildi

İranın Sistan-Bəlucistan əyalətində Ömər, Nasir və Nuşirəvan adlı üç qardaş eyni vaxtda edam edilib. İran hakimiyətindən narazı etnik bəluclar ölkənin bayrağı rəngində parçanın üzərinə “Ədalət, Azadlıq, ərəb, kürd, bəluç, türk, azəri, bəxtiyari, fars, bir olaq, bir olaq!” şüarı yazaraq rejimdən narazılıqlarını bildiriblər.

9-12-2022, 17:42
İranda qardaşlar eyni vaxtda edam edildi


İranda qardaşlar eyni vaxtda edam edildi

İranın Sistan-Bəlucistan əyalətində Ömər, Nasir və Nuşirəvan adlı üç qardaş eyni vaxtda edam edilib. İran hakimiyətindən narazı etnik bəluclar ölkənin bayrağı rəngində parçanın üzərinə “Ədalət, Azadlıq, ərəb, kürd, bəluç, türk, azəri, bəxtiyari, fars, bir olaq, bir olaq!” şüarı yazaraq rejimdən narazılıqlarını bildiriblər.

9-12-2022, 17:36
Xameneinin bacısı qızı həbs cəzasına məhkum edildi


Xameneinin bacısı qızı həbs cəzasına məhkum edildi

İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunub. İranın hakim rejiminə qarşı çıxaran Fəridə Muradxani 15 il müddətinə həbs cəzasına məhkum edilib. Onun vəkili Məhəmməd Hüseyn Ağassi məlumatı təsdiqləyib. Bildirib ki, məhkəmə Fəridə Muradxanini ruhani olmamaqda ittiham edib. Xatırladaq ki, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də saxlanılıb. Onun mətbuata açıqlamalarında hakimiyyət əleyhinə sərt fikirlər səsləndirməsi, molla rejimini tənqid etməsi xüsusilə diqqət çəkib.
9-12-2022, 17:22
Zelenski: “Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”


Zelenski: “Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”

Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinin iştirakçılarına video müraciəti zamanı Türkiyənin Ukrayna məsələsindəki rolunu yüksək qiymətləndirib. O, Ukrayna və Rusiya arasında əsirlərin qarşılıqlı dəyişdirilməsinə kömək etdiyinə görə Ərdoğana minnətdar olduqlarını söyləyib. “Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”, - Zelenski deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!