25-09-2022, 18:17
İran parlamentinin saytı dağıdıldı "Anonymous" hacker qrupu İran parlamentinin saytını dağıdıb.
Butov.az xəbər verir ki, hackerlər İran hökumətinin rəsmi saytlarına hücumu davam etdirərək, bu dəfə ölkə parlamentinin saytını ələ keçiriblər. Hackerlər, həmçinin iranlı deputatların mobil telefon nömrələrini yayıblar: "Onlardan soruşun ki, niyə diktatoru müdafiə edirlər?".
25-09-2022, 18:08
Rusiya tələbələri də müharibəyə göndərirRusiyadakı özəl universitetlərin tələbələri qismən səfərbərliyə çağırıla bilər. Bu barədə Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi məlumat yayıb. “Hazırda Təhsil Nazirliyi yuxarı orqanlarla bu məsələ ilə bağlı məsləhətləşmələr aparır. Hələlik prezidentin sərəncamında deyilir ki, yalnız dövlət təhsil müəssisələrinin tələbələrinin hərbi xidmətə çağırışdan möhləti var”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, bir neçə gün öncə Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb.
25-09-2022, 18:06
Ərdoğan sosial şəbəkələrdən imtina etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan sosial mediadan imtina etdiyini açıqlayıb.
Butov.az xəbər verir ki, yerli mediaya müsahibə verən B.Ərdoğan sosial şəbəkələri izləmədiyini deyib."Sosial media hesablarımdan uzun müddətdir istifadə etmirəm. Ancaq bir nəfər məndən "bunu gördünmü?" deyə soruşanda, göndərəndə fərqinə varıram”, - deyə o bildirib. Prezidentin oğlu bunun səbəbini belə izah edib:"Həqiqətən də vaxtımı və gündəmimi mümkün qədər müəyyən etməyə və idarə etməyə çalışıram. Eyni şeyi başqalarına da tövsiyə edirəm. Həyatımı mənalı etmək istəyirəm. Təbii ki, mənim işim akademik işim olub. Müəyyən səviyyəli təhsil aldıqdan sonra ondan cəmiyyətin xeyrinə necə istifadə edə biləcəyimi düşündüm. Bütün bunlar kimlik və mədəni dirçəliş sahəsində görülən işlərdir. Biz bunu mədəni dirçəliş adlandıra bilərik. Biz bunu dəyərlərimizin yenidən üzə çıxması adlandıra bilərik. Deyə bilərik ki, bu torpağı vətənimiz edən dəyərlərin təkrarı və mənimsənilməsidir. İstər təhsil, istər ənənəvi idman, istərsə də türk musiqisi sahəsində təhsil... "Ömrünü nəyə sərf etdin?" soruşanda faydalı cavab vermək istəyirəm".
25-09-2022, 18:00
Tehran Londona nota verdiİran Böyük Britaniyaya nota verib.
Butov.az xəbər verir ki, Böyük Britaniyanın Tehrandakı səfiri Simon Şerkliff İran Xarici İşlər Nazirliyinə çağırılıb. Britaniyanın son günlər İranla bağlı sərgilədiyi sərt mövqeyə və ittihamlara görə Tehranın Londona nota ünvanladığı qeyd olunub.
25-09-2022, 17:56
Türkmənistan Avropaya yaxınlaşırTürkmənistan Avropa İttifaqı (Aİ) ilə iqtisadiyyat, ekologiya, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Avropa İttifaqına yaxınlaşmanın hansı istiqamətlərdə baş tutacağı tam olaraq açıqlanmayıb.
25-09-2022, 17:54
Qırğızıstan və Tacikistan razılaşdı - Sənəd imzalandıQırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib. Onun sözlərinə görə, danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində baş tutub. Taşiyev protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.
25-09-2022, 17:52
ABŞ-dan Tbilisiyə çağırış: Rusları ölkəyə buraxmayın!"Gürcüstan sərhədini bağlasa və ən azı qısa müddətdə rusiyalı turistləri ölkəyə buraxmasa, bu çox müdrik qərar olardı". Bunu ABŞ Konqresinin üzvü Adam Kinzinger özünün "Twitter" səhifəsində yazıb.“Hərbçi yaşındakı kişilərin bu kiçik, lakin vacib müttəfiqə axını çox təhlükəlidir", - deyə amerikalı konqresmen qeyd edib. Xatırladaq ki, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra bu ölkədən Gürcüstan və digər qonşu dövlətlərə kütləvi axın müşahidə edilir.
25-09-2022, 17:48
İrandan İraqa hücum - Qərargahlar bombardman edildiİran Silahlı Qüvvələrinin quru qoşunları İraqın şimal regionlarını artilleriya atəşinə tutub.
Butov.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) məlumatına görə, İraqın şimalında yerləşən terrorçu qruplaşmaların mövqeləri və qərargahları bombardman edilib. Artilleriya atəşinin nəticələri barədə hələlik məlumat verilmir. İranın rəsmi mediası bildirir ki, bu barədə Sepahın bəyanatla çıxış edəcəyi gözlənilir.
25-09-2022, 17:46
Enerji böhranı - Fransızlar odun dövrünə qayıdırFransada enerji böhranı odun satan şirkətlərin səhmlərini 700 faiz bahalaşdırıb.
Butov.az xəbər verir ki, enerji qiymətlərinin qalxması ilə əlaqədar olaraq, əhalinin oduna təlabatı kəskin artıb. Məlumata görə, qış öncəsi qaz və işığın bahalaşması vətəndaşları alternativ yanacaqdan istifadəyə təhrik edir. Bundan əlavə, hökumətin yaşıl yanacağın təşviqi və son iki ildə neft, habelə kömür qazanlarının quraşdırılmasına qadağa qoyması oduna tələbi artıran digər səbəb olub.
25-09-2022, 17:41
İrandakı aksiyalarda ölənlərin sayı artıbİranda aksiyalar zamanı daha 10 nəfər həlak olub. Bu barədə İrana məxsus teleqram kanalları məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları etirazçılara atəş açıb. Nəticədən onlardan bir neçəsi ölüb. Yaralılar barədə hələlik xəbər verilməyib. Ümumilikdə ölənlərin sayı 40-dan çoxdur. Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.