Gürcüstandan Ukraynaya etiraz .....                        “Qarabağ”ın oyunu heç-heçə ilə başa çatdı - VİDEO .....                        Məktəb dərsliklərində dəyişiklik edildi .....                        Qalmaqallı həkimin adı plastik cərrahların siyahısında yox imiş .....                        Türkiyədə böyük qızıl yatağı aşkar edilib .....                        Prezidentin qızları şəhid anaları ilə birlikdə - FOTO .....                        Erməni yazıçılar istəsələr, sülh müzakirələri apararam - ANAR .....                        Markaryanın həbs müddətini uzadıldı .....                        Trampın gördüyü işlər açıqlandı - Siyahıda Azərbaycan da var .....                       
13-02-2023, 21:38
Batumidə partlayış baş verib


Batumidə partlayış baş verib

Gürcüstanın Batumi bölgəsində dəniz sahilində dəniz minası olduğu ehtimal edilən qurğu partlayıb. Bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb. Hadisə qurudan təxminən 25 metr aralıda baş verib, partlayış səsi ətrafda eşidilib. İlkin məlumata görə, hadisə nəticəsində tələfat və dağıntı olmayıb.
13-02-2023, 21:28
Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasını dəyişdirir


Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasını dəyişdirir

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların “rəhbəri” Arayik Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasına dəyişiklik etməyi planlaşdırır. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilir ki, Arutyunyan qondarma qurumun “rəhbərinin” Qarabağdakı ermənilər tərəfindən “seçilməsini” istəmir. Dəyişikliyə əsasən, separatçıların “rəhbərini” saxta rejimin “parlamenti” təyin edəcək. Bu dəyişiklik Arutyunyanın Moskva səfərindən sonra elan edilib. “Hraparak” qəzetinin məlumatına görə, bir neçə gün əvvəl Arayik Arutyunyan müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya gedib. O, Rusiyada bir sıra dairələrlə gizli görüşlərdən sonra yenidən Xankəndiyə qayıdıb. Onun ardınca Ruben Vardanyan da Moskvaya çağırılıb. Güman edilir ki, tətbiqi nəzərdə tutulan dəyişiklik Rusiya tərəfindən tələb edilib. Bəzi eksertlərin fikrincə, Moskva bu yolla Arayikin yerinə “Rusiyanın adamı” hesab edilən milyarder Ruben Vardanyanı gətirəcək. Arutyunyanın aqibətinin necə olacağı sual altındadır.
13-02-2023, 21:12
Vizaların qarşılıqlı ləğvində Rusiyanın fikrini gözləyirik - İran səfiri


Vizaların qarşılıqlı ləğvində Rusiyanın fikrini gözləyirik - İran səfiri

Rusiya və İran iki ölkə vətəndaşları üçün vizanı qarşılıqlı şəkildə ləğv edə bilər. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. O qeyd edib ki, Tehran vizaların qarşılıqlı ləğv edilməsi üçün müraciət edib və Rusiya rəsmilərindən cavab gözləyir. “Belə bir perspektiv var. İran iki ölkə arasında vizaların ləğvinə razıdır. Hətta bu məsələ ilə bağlı ölkəmizdə də addımlar atılıb. Rusiya rəsmilərinin fikrini gözləyirik. Əgər Rusiya razı olsa, biz qısa zamanda vizasız rejimə keçə bilərik”, - deyə Cəlali mətbuat konfransında vurğulayıb.
13-02-2023, 15:40
Zəlzələ qurbanlarının sayı 31 mini keçib


Zəlzələ qurbanlarının sayı 31 mini keçib

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
13-02-2023, 15:34
Ermənistan müxalifəti Türkiyəyə humanitar yardıma görə Paşinyanı tənqid etdi


Ermənistan müxalifəti Türkiyəyə humanitar yardıma görə Paşinyanı tənqid etdi

Ermənistan müxalifəti Paşinyan hakimiyyətini Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verdiyinə və humanitar yardım göndərdiyinə görə tənqid edib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın liderliyi ilə qurulan parlamentdəki "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan İrəvanın zəlzələ ilə bağlı addımlarını "qədərindən artıq" adlandırıb. O, Türkiyənin 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycana göstərdiyi fəal dəstəyi xatırladıb və Ankaranın İrəvana "düşmən münasibəti" göstərdiyini bəyan edib. "Ankaraya qarşı bu cür münasibət indi heç bir məntiqi çərçivəyə sığmır. Türkiyənin Ermənistan istiqamətində bundan sonrakı siyasəti ona göstərilən humanitar yardım və ya Ermənistanın ali rəhbərliyinin çoxsaylı başsağlığı ilə müəyyən edilməyəcək", - deyə erməni deputat hakimiyyəti tənqid edib.
13-02-2023, 15:29
Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur - Deputat


Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur - Deputat

"Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili üçün Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur". Bunu Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Sarkis Xandanyan deyib. "İrəvan hər hansı vasitəçinin təkliflərini nəzərdən keçirməyə hazırdır və Tbilisinin səyləri müsbət qiymətləndirilir", - deyə o bildirib. "Ermənistan tərəfinin iştirakı konkret andakı vəziyyətdən, görüşün gündəliyindən asılıdır", - deyə deputat əlavə edib. Qeyd edək ki, bundan əvvəl İrəvan Moskvada keçirilən üçtərəfli görüşdən imtina etmişdi.
12-02-2023, 19:08
Hatay hava limanındakı fəsadlar aradan qaldırıldı


Hatay hava limanındakı fəsadlar aradan qaldırıldı

Türkiyənin Antakya vilayətində yerləşən Hatay hava limanında zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılıb. Bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılan təmir-bərpa işləri ilə aeroport uçuşlar üçün tam hazırdır və işlək vəziyyətə gətirilib. Qeyd edək ki, Hatay hava limanının zəlzələ nəticəsində uçuş-enmə zolağı tamamilə dağılmışdı. Bu, bölgəyə hava yolu ilə yardımların daşınmasında və xilasedicilərin cəlb olunmasında çətinliklər yaradırdı.
12-02-2023, 19:01
Zəlzələ qurbanlarının sayı 30 minə çatır


Zəlzələ qurbanlarının sayı 30 minə çatır

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Həmçinin 147 934 nəfərin təxliyə edildiyi bildirilib.
12-02-2023, 18:58
Türkiyədə 18 nəfərin yaralanmasıyla nəticələnən partlayış baş verib


Türkiyədə 18 nəfərin yaralanmasıyla nəticələnən partlayış baş verib

Türkiyənin Balıkesir vilayətində partlayış baş verib. Hadisə vilayətin Susurluk rayonunda qeydə alınıb. Belə ki, ərazidə yerləşən istehsal müəssisələrindən birində qaz sızması nəticəsində partlayış olub. Nəticədə 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.
12-02-2023, 18:49
Zəlzələylə bağlı 134 şübhəli şəxslə bağlı tədbir görülüb


Zəlzələylə bağlı 134 şübhəli şəxslə bağlı tədbir görülüb

"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində134 şübhəli şəxs barəsində tədbir görülüb". Bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib. Nazirin sözlərinə görə, onlardan 3-ü həbs edilib, 7-si saxlanılıb, daha 114 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam edir. "Zəlzələ zonasında məhkəmə prosesləri 2 ay müddətinə dayandırılıb", - deyə Bozdağ bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!