Gürcüstandan Ukraynaya etiraz .....                        “Qarabağ”ın oyunu heç-heçə ilə başa çatdı - VİDEO .....                        Məktəb dərsliklərində dəyişiklik edildi .....                        Qalmaqallı həkimin adı plastik cərrahların siyahısında yox imiş .....                        Türkiyədə böyük qızıl yatağı aşkar edilib .....                        Prezidentin qızları şəhid anaları ilə birlikdə - FOTO .....                        Erməni yazıçılar istəsələr, sülh müzakirələri apararam - ANAR .....                        Markaryanın həbs müddətini uzadıldı .....                        Trampın gördüyü işlər açıqlandı - Siyahıda Azərbaycan da var .....                       
12-02-2023, 18:44
Türkiyə prezidenti Qətər əmiri ilə görüşdü


Türkiyə prezidenti Qətər əmiri ilə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbi ilə Türkiyəyə gələn Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Sani ilə görüşüb. Bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.
12-02-2023, 18:41
Zəlzələ bölgəsindəki məktəblər marta qədər bağlanıb


Zəlzələ bölgəsindəki məktəblər marta qədər bağlanıb

Türkiyənin 10 vilayətində orta məktəblər 1 mart tarixinə qədər bağlanıb. Bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer məlumat verib. "Başqa regionlarda isə 20 fevraldan dərslər başlayacaq", - deyə o əlavə edib.
12-02-2023, 15:29
Reznikov Odessada mətbuat konfransı keçirdi


Reznikov Odessada mətbuat konfransı keçirdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Odessa şəhərində mətbuat konfransı keçirib. O, şəhərin işğal edilə bilməyəcəyini diqqətə çatdırıb. "Odessanı işğal etmək imkanına sahib olmaq üçün Rusiya Federasiyasının başlanğıc olaraq Qara dənizdə üstünlüyə sahib olmağa ehtiyacı var. Bundan əlavə, "Harpoon" gəmi əleyhinə sistemləri işləyir, ona görə də dənizdən Odessaya yaxınlaşmaq üçün bir şans görmürəm", - deyə o bildirib. Ukraynanın cənubundakı sol sahil ərazilərindən danışan Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, orada vəziyyət daha gərgindir, çünki düşmənin silah-sursatını artırmaq, texnika ilə təminat və qoşun yeritmək imkanı var. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
12-02-2023, 15:18
Ancelina Colidən zəlzələylə bağlı yardım çağırışı


Ancelina Colidən zəlzələylə bağlı yardım çağırışı

Dünya şöhrətli amerikalı aktrisa Ancelina Coli Türkiyə və Suriyaya yardım çağırışı edib. O, instagram hesabında Suriyada axtarış-xilasetmə işləri aparan işçinin videosunu paylaşaraq “Bizim köməyinizə ehtiyacımız var” yazıb. Paylaşımda Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın pilotsuz təyyarə ilə çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən kadr da yer alıb. “Ürəyim Suriya və Türkiyə xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər”, - deyə məşhur aktrisa qeyd edib.
11-02-2023, 22:01
Zəlzələ qurbanlarının sayı 22 mini keçdi


Zəlzələ qurbanlarının sayı 22 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O qeyd edib ki, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.
11-02-2023, 21:57
35 ildən sonra Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açıldı


35 ildən sonra Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açıldı

Ermənistan Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələyə görə bu ölkəyə humanitar yardım göndərib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, humanitar yardımın göndərilməsi üçün 35 ildən sonra ilk dəfə olaraq Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açılıb. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç twitter hesabında iki ölkəni ayıran Araz çayının Türkiyə tərəfindəki Alican keçid məntəqəsindən keçən yük maşınlarının fotolarını paylaşıb. "Mən Türkiyənin zəlzələ bölgəsində xalqımızın əzablarını yüngülləşdirmək üçün Ermənistan xalqının göndərdiyi səxavətli yardımı həmişə xatırlayacağam", - deyə Kılıç bildirib və Ermənistan rəsmilərinə təşəkkür edib. Agentlik bildirir ki, bu keçid məntəqəsindən sonuncu dəfə 1988-ci ildə istifadə edilib. Həmin il Spitakda baş verən zəlzələyə görə Türk Qızıl Aypara Cəmiyyəti Ermənistana yardım göndərib. Qeyd edək ki, sərhəd keçid məntəqəsi Ermənistanın Qarabağı işğal etməsinə etiraz olaraq 1993-cü ildə Türkiyə tərəfindən bağlanıb. Keçid məntəqəsinin açılması Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüşlərdə müzakirə mövzusu olub.
11-02-2023, 21:32
Zelenski Avropa İttifaqına üzv olacağına ümidlidir


Zelenski Avropa İttifaqına üzv olacağına ümidlidir

Ukrayna prezidenti Volodimir Zelenski bəzi Avropa liderlərinin bədbin proqnozlarına baxmayaraq, ölkəsinin iki ildən sonra Avropa İttifaqına (Aİ) üzv olacağına ümid edir. Bu barədə o, "JP Morgan" tərəfindən təşkil edilən investisiya forumunda çıxışı zamanı bildirib. Prezidentin sözlərinə görə, son bir ildə Ukraynada çox şey dəyişib, xüsusən, korrupsiyaya qarşı mübarizədə ciddi yol qət edilib. “Bu gün dünya liderləri arasında bəzi pessimistlər var, Ukraynanın Avropa İttifaqına üzv olması üçün daha on il vaxt lazım olduğunu deyirlər. Amma bizi tanımırlar, hətta bəzən ruhumuzdan, enerjimizdən qorxurlar. Ona görə də mən hesab edirəm ki, biz iki ildən sonra Avropa İttifaqında olmalıyıq”, - deyə Zelenski qeyd edib.

11-02-2023, 21:25
Zelenski Türkiyə səfirliyinə baş çəkdi


Zelenski Türkiyə səfirliyinə baş çəkdi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Kiyevdəki səfirliyinə baş çəkib. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. O, səfirliyin önünə gül dəstələri qoyub və matəm kitabına ürək sözlərini yazıb. “Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - deyə Zelenski bildirib.
11-02-2023, 21:20
Zəlzələ nəticəsində dağılan binalarla bağlı 29 nəfər həbs olunub


Zəlzələ nəticəsində dağılan binalarla bağlı 29 nəfər həbs olunub

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağılan binalarla bağlı Diyarbakırda 29 nəfər həbs olunub. Bu barədə Türkiyə Baş Prokurorluğundan bildirilib. Məlumata görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar aparılır. Qeyd edək ki, bundan öncə dağılan binalardakı nöqsanlara görə bir neçə nəfərin saxlanılması barədə məlumatlar yayılmışdı.
11-02-2023, 17:36
Zəlzələ qurbanlarının sayı 21 mini keçdi


Zəlzələ qurbanlarının sayı 21 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda bildirib. Təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!