Gürcüstandan Ukraynaya etiraz .....                        “Qarabağ”ın oyunu heç-heçə ilə başa çatdı - VİDEO .....                        Məktəb dərsliklərində dəyişiklik edildi .....                        Qalmaqallı həkimin adı plastik cərrahların siyahısında yox imiş .....                        Türkiyədə böyük qızıl yatağı aşkar edilib .....                        Prezidentin qızları şəhid anaları ilə birlikdə - FOTO .....                        Erməni yazıçılar istəsələr, sülh müzakirələri apararam - ANAR .....                        Markaryanın həbs müddətini uzadıldı .....                        Trampın gördüyü işlər açıqlandı - Siyahıda Azərbaycan da var .....                       
11-02-2023, 17:32
Ərdoğan zəlzələnin baş verdiyi növbəti bölgəyə üz tutub


Ərdoğan zəlzələnin baş verdiyi növbəti bölgəyə üz tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib. Ölkə lideri Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Ərdoğanın oradan Şanlıurfaya gedəcəyi gözlənilir. Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş və Hatayda olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edib. Ərdoğan daha sonra Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsinə baş çəkib.
11-02-2023, 16:36
Ermənistandan Türkiyəyə humanitar yardım


Ermənistandan Türkiyəyə humanitar yardım

Bu gün Ermənistan zəlzələ ilə bağlı Türkiyəyə humanitar yardım göndərib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, humanitar yardım daşıyan yük maşınları sərhəddəki Marqara körpüsündən keçərək zəlzələ baş verən bölgəyə doğru yola düşüb.
10-02-2023, 23:47
Zəlzələdə ölənlərin sayı 20 mini keçdi


Zəlzələdə ölənlərin sayı 20 mini keçdi

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 213 nəfərə çatıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Bildirilib ki, zəlzələ nəticəsində 80 052 nəfər yaralanıb.
10-02-2023, 23:15
İranda hərbi obyektə hücum edənlər həbs edildi


İranda hərbi obyektə hücum edənlər həbs edildi

İran kəşfiyyatçıları İsfahandakı hərbi obyektə hücumda iştirak edənləri həbs edib. Bu barədə "Farsnews" nəşri yazıb. “Yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinin sənaye mərkəzlərindən birində baş vermiş uğursuz təxribat cəhdinin əsas günahkarları müəyyən edilərək həbs edilib”, - deyə agentlik bildirib. Məlumata görə, hüquq-mühafizə orqanları hücumda İsrail agentlərinin əli olduğunu sübut ediblər. Xatırladaq ki, yanvarın 28-də İsfahandakı hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum edilib. İran rəsmilərinin məlumatına əsasən, hücum nəticəsində üç kvadrokopter vurulub, itki yoxdur.
10-02-2023, 23:02
Dağılan binanın tikintisiylə məşğul olan şəxs saxlanılıb


Dağılan binanın tikintisiylə məşğul olan şəxs saxlanılıb

Türkiyədə zəlzələ nəticəsində dağılan “Rönesans Residence” adlı binanın tikintisi ilə məşğul olan podratçı saxlanılıb. Bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, Hatay bölgəsində yerləşən binanın podratçısı xaricə getmək istəyərkən hava limanında saxlanılıb. İstanbul hava limanında saxlanılan şəxsin adı açıqlanmayıb. Hazırda onunla bağlı araşdırma aparıldığı bildirilir.
10-02-2023, 22:50
61 hərbiçinin meyiti Ukraynaya geri qaytarıldı


61 hərbiçinin meyiti Ukraynaya geri qaytarıldı

Daha 61 hərbçinin meyiti Ukraynaya geri qaytarılıb. Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb. Bildirilib ki, həlak olan 61 hərbçinin cəsədi Ukraynaya qaytarılıb və qohumlarına təhvil verilib. Cəsədlərin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına və beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq həyata keçirilib. Həmçinin qeyd olunub ki, itkin düşmüş şəxslər üzrə ofis fəaliyyətə başlayandan bəri 888 hərbçinin cəsədi geri qaytarılıb.
10-02-2023, 17:55
Zərərçəkmiş sakinlərə kirayə pulu veriləcək - Ərdoğan


Zərərçəkmiş sakinlərə kirayə pulu veriləcək - Ərdoğan

Türkiyədə zəlzələdən zərərçəkən sakinlərə kirayə pulu veriləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. "Zəlzələdə evi dağılan vətəndaşlarımıza dəstək üçün evlərinin kirayəsinə də yardım edəcəyik", - Prezident bildirib.


10-02-2023, 17:52
Tez bir zamanda dağılan əraziləri bərpa edəcəyik - Ərdoğan


Tez bir zamanda dağılan əraziləri bərpa edəcəyik - Ərdoğan

Ölkənin yenidən bərpa olunması üçün proqram hazırlanır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. "Tez bir zamanda proqrama başlayacağıq. İnşallah, bir il ərzində dağılan əraziləri yenidən bərpa edəcəyik. Bundan başqa dost qara gündə tanınar. Ölkəmizin çətin vaxtında bizə yardımçı olan dost, qardaş ölkələrə şəxsim və xalqım adına bir daha təşəkkür edirəm. Tezliklə çətin vəziyyətin öhdəsindən gələcəyik", - deyə Türkiyə lideri vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır.
10-02-2023, 17:49
Bu çətin vaxtda birlik olmaq lazımdır - Ərdoğan


Bu çətin vaxtda birlik olmaq lazımdır - Ərdoğan

"Xalqıma və bütün vətəndaşlarıma bildirirəm ki, bu çətin vaxtda birlik olmaq lazımdır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda xalqa müraciətində deyib. "Xalqımız çətin vaxtdan keçir, belə bir zamanda birlik olmaq lazımdır. Hazırda çətin vəziyyətdən istifadə edənlər cavab verəcək, xalqımdan da bu mövzuda dəstək istəyirəm. Bunu edənlərə prim vermək lazım deyil. Çünki bizim xalq alicənab xalqdır. Çətin vəziyyətimizdən istifadə edənlər gec-tez cavab verəcək", - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır. Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 18 991 nəfərə çatıb. Zəlzələdə yaralananların sayı 75 523 nəfərdir.
10-02-2023, 17:46
Azərbaycanın sülhməramlılara qarşı tənqidi mövqeyi bəllidir - Zaxarova


Azərbaycanın sülhməramlılara qarşı tənqidi mövqeyi bəllidir - Zaxarova

"Əgər bu bəyanat Avropa İttifaqının regiona cəlb olunmasına haqq qazandırmaq cəhdidirsə, bunu uğurlu saymaq olmaz". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-nin yeni missiyası ilə bağlı sözlərini şərh edərkən deyib. "Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində sülh Rusiya sülhməramlıları tərəfindən təmin edilir. Rusiya tərəfi heç vaxt Bakıdan bununla bağlı narahatlıq eşitməyib, üstəlik, Azərbaycanın bu məsələdə tənqidi mövqeyi məlumdur. Brüsseldə məqsəd regionda təhlükəsizlik sistemini dəyişməkdir, burada əsas məsələ Rusiya hərbçilərinin mövcudluğu və Ermənistanın KTMT-yə üzv olmasıdır. İnanmaq istərdim ki, İrəvan bunu başa düşür və nəzərə alır", - deyə XİN rəsmisi bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!