Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi .....                        Əməkdar artistlərin oğlu teatra rəhbər gətirildi .....                        Brilliyant Dadaşovanın yoldaşına yüksək vəzifə verildi .....                        Bu ölkədə 50 min hərbçi həm də xarici ölkə vətəndaşıdır .....                        Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir .....                       
1-05-2023, 11:30
Rusiyadan Ermənistana qazın nəqli dayandırıldı


Rusiyadan Ermənistana qazın nəqli dayandırıldı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Gazprom Armenia” ASC-nin mətbuat xidməti məlumat yayıb. Şirkətdən verilən məlumata görə, bu, mayın 1-dən 4-dək “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır. Bildirilib ki, Ermənistanda istehlakçıların qaz təchizatı hazırda daxili ehtiyatlar hesabına həyata keçirilir.
1-05-2023, 11:00
Afrika hakimiyyətindən Rusiyaya xəbərdarlıq


Afrika hakimiyyətindən Rusiyaya xəbərdarlıq

Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Rusiya Federasiyasına qeyri-rəsmi xəbərdarlıq edib ki, prezident Vladimir Putin BRİKS sammiti üçün ölkəyə səfər edərsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında onu həbs edəcəklər. Bu barədə "The Sunday Times" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, CAR hakimiyyəti Kremli səfər ideyasından imtina etməyə razı salmağa çalışır. Adları açıqlanmayan yüksək vəzifəli məmurlar qeyd ediblər ki, Pretoriya Moskva ilə danışıqlar aparır və Putinə videobağlantı vasitəsilə BRİKS sammitində iştirak etməyi təklif edib. "Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura gələrsə, həbs etməli olacağıq", - CAR hakimiyyət nümayəndəsi bildirib.
1-05-2023, 10:30
İngiltərənin sabiq baş naziri dövlətə 15 min dollar ödəməlidir


İngiltərənin sabiq baş naziri dövlətə 15 min dollar ödəməlidir

Böyük Britaniyanın sabiq baş naziri Liz Trass dövlətə 15 min dollar ödəməlidir. Bu vəsait Trass vəzifədə olarkən "Chevening House"dan yoxa çıxan başmaq, qida, içkilər və digər şeylərə görə hesablanıb. Qanun layihəsinə əsasən, xərclərin onun siyasi fəaliyyəti ilə bağlı xərclər olmadığı təqdirdə Trass pulu ödəməli olacaq. Nəşr yazır ki, sabiq baş nazir yaxın çevrəsi ilə görüşlər üçün "Chevening House"dan istifadə edirdi və bu, tez-tez axşam əyləncələrinə çevrilirdi. Hələlik Trass xərcləri əsaslandırmağa müvəffəq olmayıb.
30-04-2023, 16:45
Çexiya prezidentindən ukraynalı həmkarına tərif dolu ifadələr


Çexiya prezidentindən ukraynalı həmkarına tərif dolu ifadələr

"O, daha az gülür, amma milləti necə xilas edəcəyini dəqiq bilir". Bunu Çexiya prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenski haqqında deyib. "Zelenski balaca, amma böyük adamdır. O, çaşqın görünəndə belə, nə vaxt və necə edəcəyini dəqiq bilir. Zelenskinin əvvəlkindən qat-qat az güldüyünü fərq etdim. Onun gülümsəmək üçün çox səbəbi yoxdur. Həmkarıma və bütün ukraynalılara arzu edirəm ki, onlar yenidən gülümsəsinlər”, - Çexiya lideri bildirib. Peter Pavel Kiyev və Dneprdə olub, burada hərbçilərin və raket zərbələri qurbanlarının xatirəsini ehtiramla yad edib. O, Ukrayna ordusuna məxsus hərbi texnikanın üzərinə "Rusiya, evinə get!" ifadəsini yazıb.


30-04-2023, 15:00
Ukrayna “Baykar” ilə 3 illik müqavilə imzaladı


Ukrayna “Baykar” ilə 3 illik müqavilə imzaladı

Ukrayna Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı "Baykar" ilə 3 müqavilə imzalayıb. Bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin açıqlayıb. Onun sözlərinə görə, İstanbulda keçirilən Teknofest 2023 beynəlxalq aviasiya texnikası sərgisi çərçivəsində razılıq əldə olunub.
30-04-2023, 14:30
Rusiya Federasiyası ilə müharibə torta bənzəyir - Zelenski


Rusiya Federasiyası ilə müharibə torta bənzəyir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya ilə müharibəni bir dəfəyə yeyilə bilməyən böyük tortla müqayisə edib. O, belə bir müqayisəni ukraynalı jurnalist Dmitri Komarovla xüsusi layihə üçün müsahibəsində aparıb. "Rusiya Federasiyası ilə müharibə torta bənzəyir. Siz bütöv tortu bir dəfəyə yeyə bilməyəcəksiniz - ağzınızı cıracaqsınız, həcm baxımından. Rusiyada həcminə görə böyük bir ölkədir", - Zelenski deyib. "Ona görə də müharibə parçalara bölünməlidir. Və bunlar bir-birinin ardınca qələbələrdir. Bəzən paralel olur, lakin əksər hallarda ardıcıldır", - Ukrayna prezidenti bildirib.

30-04-2023, 13:30
Türkiyədə hərbiçi daşıyan avtobus aşdı - 45 nəfər xəsarət aldı


Türkiyədə hərbiçi daşıyan avtobus aşdı - 45 nəfər xəsarət aldı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Şırnak vilayətində baş verib. Belə ki, hərbçiləri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 2 əsgər həlak olub, daha 45 sərnişin isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.
30-04-2023, 12:30
Zelenski: “Mənim özümün də silahım var, mən atəş edə bilirəm”


Zelenski: “Mənim özümün də silahım var, mən atəş edə bilirəm”

Ukrayna prezidenti Volodimir Zelenski hər zaman yanında tapança gəzdirdiyini açıqlayıb. Bunu “The World Inside Out” kanalına müsahibəsində deyib. Zelenski bildirib ki, o, silahdan istifadə etməyi bacarır. “Bankovada (Ukrayna Prezidentinin və digər dövlət qurumlarının yerləşdiyi küçə - red.) müxtəlif nöqtələrdə silah, patron olan qutularımız var. Mənim özümün də silahım var, mən atəş edə bilirəm”, - Ukrayna lideri qeyd edib.
30-04-2023, 11:00
Paşinyan Blinkenlə telefonda bir sıra məsələləri müzakirə etdi


Paşinyan Blinkenlə telefonda bir sıra məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Telefon danışığı zamanı regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyət müzakirə olunub. Bundan əlavə, Ermənistan-Azərbaycan danışıqlar prosesi, o cümlədən Vaşinqtonda keçiriləcək müzakirələr ətrafında da fikir mübadiləsi aparılıb.
29-04-2023, 12:00
Fransadakı etiraz aksiyaları ölkəyə 1.6 milyon avro ziyan vurub


Fransadakı etiraz aksiyaları ölkəyə 1.6 milyon avro ziyan vurub

Fransada qalmaqallı pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyaları zamanı Paris şəhərinə dəyən ziyanın məbləği açıqlanıb. Bu barədə Parisin vitse-meri Emmanuel Qreqoir məlumat yayıb. O bildirib ki, pensiya islahatına qarşı etirazlar nəticəsində “şəhər infrastrukturuna dəymiş ziyan” 1,6 milyon avro qiymətləndirilir. Şəhər rəsmiləri etirazlardan sonra küçələrin təmizlənməsinə 536 min avro xərcləyib. Daha 106 min avro isə şlaqbaumların, avtobus dayanacaqlarının və bank pəncərələrinin təmirinə ayrılıb. Şəhər büdcəsinə ən çox baha başa gələn reklam lövhələrinin və mətbu köşklərin təmiri olub. Qeyd edək ki, aksiyalarda milyonlarla insan iştirak edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!