Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
22-02-2023, 00:29
Bayden Moldovaya dəstək dolu çıxış etdi


Bayden Moldovaya dəstək dolu çıxış etdi

Moldova vətəndaşları qətiyyətlidirlər, demokratiyaya doğru irəliləmək, Avropa ölkələrinə qoşulmaq istəyirlər. Bunu Varşavada çıxışı zamanı ABŞ prezidenti Co Bayden deyib. "Moldova vətəndaşları qətiyyət nümayiş etdirirlər. Bu ölkədə insanlar azad olmaq istəyirlər”, - Bayden bildirib. ABŞ lideri qeyd edib ki, Moldova Prezident Maya Sandu bu mübarizəyə rəhbərlik edir. "O, bu gün buradadır. Mən sizi və azadlıqsevər Moldova xalqını dəstəkləməkdən qürur duyuram", - ABŞ prezidenti deyib.
22-02-2023, 00:25
Bayden Putinə və rus xalqına müraciət ünvanladı


Bayden Putinə və rus xalqına müraciət ünvanladı

ABŞ prezidenti Co Baydenin Varşavada çıxış edib. Bu barədə Ağ Ev məlumat yayıb. Bayden çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə və rus xalqına müraciət ünvanlayıb. O, çıxışının əvvəlində Rusiyanın Ukraynadakı hərbi əməliyyatının ABŞ, Avropa İttifaqı və NATO üçün sınaq olduğunu bildirib.

[media=https://youtu.be/H98gJ1OruBo]
22-02-2023, 00:21
Rusiya XİN nümayəndəsindən Ermənistandakı Aİ missiyasına etiraz


Rusiya XİN nümayəndəsindən Ermənistandakı Aİ missiyasına etiraz

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı aparıb. Bu barədə TASS agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Rusiya rəsmisi bildirib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti normallaşdırmağa kömək etmir. Həmçinin qeyd olunub ki, Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur.
22-02-2023, 00:14
Ukraynada ölən dinc əhalinin sayı 8 mini keçib


Ukraynada ölən dinc əhalinin sayı 8 mini keçib

Ukraynada müharibə başlayandan bəri 8000-dən çox dinc sakin ölüb. Bu barədə BMT-nin hesabatında qeyd olunub. Bildirilib ki, Rusiyanın zərbələri nəticəsində 13 000-dən çox insan yaralanıb. BMT-nin məlumatına görə, bu rəqəm yalnız sənədləşdirilmiş ölümlərdir, amma reallıqda mülki itkilər daha çoxdur. Belə ki, hələ də Rusiya qoşunlarının işğalı altında olan Mariupolda öldürülənlərlə bağlı təşkilatda heç bir məlumat yoxdur.
22-02-2023, 00:10
Çin liderinin Rusiyaya səfəri gözlənilir


Çin liderinin Rusiyaya səfəri gözlənilir

Çin lideri Si Cinpin Rusiyaya səfər etməyi planlaşdırır. Bu barədə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Çin lideri Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Səfər yaxın aylarda baş tutacaq.
22-02-2023, 00:07
Türkiyədə zəlzələ qurbanlarının sayı 42 mini keçdi


Türkiyədə zəlzələ qurbanlarının sayı 42 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, indiyədək zəlzələ bölgəsindən 448 018 vətəndaş təxliyə olunub. Məlumata görə, Kahramanmaraş və Hatay zəlzələlərindən sonra 7242 afterşok qeydə alınıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
21-02-2023, 17:07
Rusiya ordusu Xersonu güclü atəşə tutur - Zelenski


Rusiya ordusu Xersonu güclü atəşə tutur - Zelenski

"Rusiya ordusu Xersonu güclü atəşə tutur. Yenə dinc əhalini amansızcasına qətlə yetirir". Bunu Ukrayna prezidenti Volodimir Zelenski rəsmi "Telegram" kanalında yazıb. "Avtomobil parkı, yaşayış məntəqələri, hündürmərtəbəli bina və ictimai nəqliyyat dayanacağına ziyan dəyib. Bu terror aktları təəssüf ki, ölüm və yaralanmalar ilə nəticələnib. Yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Dünyanın Rusiya qəddarlığının və təcavüzünün sərhəd tanımadığını bir an belə unutmağa haqqı yoxdur. Terror dövləti xalqımıza və Ukraynaya qarşı törətdiyi bütün qeyri-insani cinayətlərə görə məsuliyyət daşıyacaq", - deyə o vurğulayıb. Qeyd edək ki, Xersona raket atılması nəticəsində azı 6 nəfər həyatını itirib.
21-02-2023, 17:04
Rusiyanın bu addımından təəssüf hissi keçiririk - Stoltenberq


Rusiyanın bu addımından təəssüf hissi keçiririk - Stoltenberq

NATO baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsindən çıxması barədə elanını şərh edib. O, Rusiyanın mövqeyinə təəssüfləndiyini və bunu düzgün qərar saymadığını deyib. "Biz Rusiyanın bu addımından təəssüf hissi keçiririk", - Stoltenberq əlavə edib. Xatırladaq ki, Putin bu barədə bu gün Federal Məclisə illik müraciət edərkən danışmışdı.
21-02-2023, 16:59
Ərdoğan Türkiyənin Osmaniyə şəhərinə gedib


Ərdoğan Türkiyənin Osmaniyə şəhərinə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalı ilə birlikdə zəlzələnin təsir etdiyi Osmaniyə şəhərinə gedib. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Onlar Osmaniyədən sonra Qaziantepə səfər edəcək. Ərdoğanın zəlzələdən təsirlənən vətəndaşlarla görüşəcəyi bildirilir.
21-02-2023, 16:56
Qərb bizə qarşı təkcə hərbi deyil, iqtisadi cəbhə də yaradıb - Putin


Qərb bizə qarşı təkcə hərbi deyil, iqtisadi cəbhə də yaradıb - Putin

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik mesajlarını elan etməyə başlayıb. Rusiyanın dövlət başçısı paytaxtın “Qostini Dvor” sarayında ölkədəki vəziyyətin qiymətləndirilməsini və gələcək üçün əsas vəzifələrə baxışını ortaya qoyur. Putin səfərbər edilmiş və digər hərbi qulluqçular, o cümlədən könüllülər üçün hər altı aydan bir iki həftəlik məzuniyyət təyin etməyi tapşırıb. O deyib ki, səfərbərliyə alınanların dəstəyi ilə bağlı bütün məsələlər öz həllini tapmayıb. "Əməliyyat zamanı real döyüş təcrübəsi əvəzolunmazdır və bu, Rusiya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün gələcək addımlarda əsas olmalıdır. Nüvə çəkindiriciliyi qüvvələrinin ən son sistemlərlə təchiz olunma səviyyəsi 90%-dən çoxdur, lakin bu səviyyə bütün orduda olmalıdır. Müdafiə müəssisələrinin işçiləri üçün güzəştli kirayə mənzil proqramının işə salınmasına ehtiyac var", - Putin söyləyib. "Qərb Rusiya Federasiyasına qarşı təkcə hərbi deyil, həm də iqtisadi cəbhə yaradıb, lakin heç bir yerdə heç nəyə nail olmayıb və heç nə əldə etməyəcək", - o əlavə edib. Putin əmin edib ki, keçmişin “yağ yerinə silah” istehsalı kimi səhvləri təkrarlanmayacaq: "Rusiyanın müdafiəsi ən mühüm prioritetdir, lakin onu inkişaf etdirmək üçün keçmişin səhvlərini təkrarlamaq və iqtisadiyyatı məhv etmək olmaz".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!