Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
28-03-2023, 21:15
Çin Rusiyaya zirehli gödəkçələr istehsalına kömək edir


Çin Rusiyaya zirehli gödəkçələr istehsalına kömək edir

Çin Rusiyaya zirehli gödəkçələr istehsal etməyə kömək edir. Bu barədə "Politico" nəşri yazıb. Bildirilir ki, Çinin köməyi ilə istehsal edilən zirehli gödəkçələr Ukraynadakı müharibədə istifadə olunur. 2022-ci ildə bir neçə Çin şirkəti, o cümlədən Pekində yerləşən KLASS şirkəti zirehli gödəkçələrdə istifadə edilən komponentləri Rusiyaya göndərib.
28-03-2023, 21:06
Etirazçılar Makronu istefa verməyə çağırır


Etirazçılar Makronu istefa verməyə çağırır

Fransada pensiya haqqında qanuna etirazlar səngimək bilmir. Etirazçılar pensiya islahatlarının ləğvini tələb edir, eyni zamanda prezident Emmanuel Makronu istefaya çağırır. Daha əvvəl xəbər verildiyi kimi, Fransanın ən böyük şəhərlərində 2023-cü ilin yanvarından etirazlar keçirilir, pensiya islahatının təsdiq edildiyi mart ayından aksiyalar daha kütləvi hal almağa başlayıb. Xatırladaq ki, 2023-cü ilin martında Fransa hökuməti ölkədə pensiya yaşının iki il artırılaraq 64 yaşa çatdırılması barədə qərarı təsdiqləyib.
28-03-2023, 13:59
İran nüvə sazişinin bərpasına dair Qərblə gizi danışıqlar aparıb


İran nüvə sazişinin bərpasına dair Qərblə gizi danışıqlar aparıb

İran hakimiyyətinin nümayəndələri 2015-ci il nüvə sazişinin bərpası və amerikalı məhbusların azad edilməsinə dair Qərb rəsmiləri ilə gizli danışıqlar aparıb. Bu barədə "Middle East Eye" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin mənbələri bildirib ki, son həftələrdə Əli Xamneiyə yaxın şəxslər tərəfindən aparılan danışıqlar barədə İran Prezidenti İbrahim Rəisi hökumətinə məlumat verilməyib. Məlumata görə, Avropada aparılan danışıqlara Həsən Ruhani dövründə xarici işlər nazirinin keçmiş müavini işləmiş Abbas Əraqçi rəhbərlik edib. Hazırda Əraqçi Ali Rəhbərə məsləhət verən İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibidir.
28-03-2023, 13:54
Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi təsdiqlədi


Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi təsdiqlədi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini təsdiqləyib. Bu barədə Tokayev sərəncam imzalayıb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətə dəstək verməklə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin iqtisadi inkişafına kömək etməkdir.Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Təşkilatın baş qərargahı İstanbulda olacaq. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir.
28-03-2023, 13:46
Özbəkistanda insan ölümü ilə nəticələnən partlayış baş verib


Özbəkistanda insan ölümü ilə nəticələnən partlayış baş verib

Özbəkistanın Səmərqənd vilayətində partlayış olub. Hadisə vilayətin Kəttəkurqan rayonunda qeydə alınıb. Belə ki, yaşayış binasında partlayışın baş verməsi nəticəsində 4 nəfər həyatını itirib. Araşdırmalarla məlum olub ki, partlayışın səbəbi qaz sızması olub. Qaz sobası yandırılan anda baş verən partlayış yaşlı cütlük və onların iki azyaşlı nəvəsinin həyatına son qoyub. Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.
28-03-2023, 13:42
Almaniya Ukraynaya yardımı artırmağı planlaşdırır


Almaniya Ukraynaya yardımı artırmağı planlaşdırır

Qarşıdakı bir neçə il ərzində Almaniya Ukraynaya hərbi yardımını 3 milyard avrodan 15 milyard avroya çatdırmağı planlaşdırır. Bu barədə “Spiegel” nəşri yazıb. Qeyd olunub ki, Ukraynanın 40-a yaxın Fransa istehsalı olan müasir "Mirage 2000-9" qırıcısı alacağı barədə də məlumatlar var. Almaniyanın müdafiə naziri Boris Pistorius isə Ukraynaya tədarük edilən "Leopard 2" tankları haqqında danışıb: "Söz verildi və çatdırıldı". Nazir bəyan edib ki, Almaniya tankları döyüş meydanında həlledici rol oynayacaq: "Bizə güvənə bilərsiniz".
28-03-2023, 13:39
Mən ABŞ prezidenti seçilənə qədər Ukraynada müharibə davam edəcək - Tramp


Mən ABŞ prezidenti seçilənə qədər Ukraynada müharibə davam edəcək - Tramp

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynadakı müharibədən danışıb. Tramp bildirib ki, o, ABŞ prezidenti seçilənə qədər Ukraynada müharibə çətin ki, bitsin. "Bu müddət ərzində nə baş verə biləcəyini təsəvvür edə bilmirəm. Əsas odur ki, müharibə dayandırılmalıdır, çünki Ukrayna məhv edilir”. O, prezident olacağı təqdirdə müharibəni 24 saata dayandıra biləcəyi ilə bağlı bəyanatını təkrarlayıb.“Bu, çox sadə səslənə bilər, lakin mən mahiyyətini açıqlamayacağam, çünki açıqlasam, sonra istifadə edə bilməyəcəm, nəticə verməyəcək”, - Tramp bildirib.
27-03-2023, 21:20
Rusiya İrana kibersilahlarla kömək edir - “Wall Street Journal” nəşri


Rusiya İrana kibersilahlarla kömək edir - “Wall Street Journal” nəşri

Rusiya pilotsuz uçuş aparatları (PUA) müqabilində İrana kibersilahlarla komək edir. Bu barədə "Wall Street Journal" nəşri yazıb. Nəşriin məlumatına görə, Moskva Tehranı rabitə-nəzarət avadanlığı, dinləmə cihazları, qabaqcıl foto avadanlıqları və yalan detektorları ilə təmin edir. Rusiya çox güman ki, müxaliflərin telefonlarını və sistemlərini sındırmaq üçün İranı daha təkmil proqram təminatı ilə təchiz edib. Nəşrin məlumatına görə, proqram təminatı Rusiyanın Proteus elmi-texniki mərkəzi tərəfindən təchiz edilib. Proteus texnologiyası İran hakimiyyətinə mobil rabitə üzərindən iranlıların mübadilə etdikləri məlumatları ələ keçirməyə imkan verə bilər.
27-03-2023, 21:08
Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzlüyünü təsdiqlədi


Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzlüyünü təsdiqlədi

Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edib. Macarıstanlı deputatlar Alyansın genişlənməsinə razılıq veriblər. Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasını Türkiyədən başqa bütün ölkələr təsdiqləyib. Türkiyə parlamentinin komitəsi Finlandiyaya razılıq verib, tezliklə üzvlük məsələsi plenar iclasda müzakirə ediləcək. İsveçin NATO-ya qəbul olması ilə bağlı qərar daha sonra veriləcək.
27-03-2023, 21:06
Çin Rusiyanın nüvə məsələsini dəstəkləmədi


Çin Rusiyanın nüvə məsələsini dəstəkləmədi

Çin Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsini dəstəkləmir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin bildirib. O qeyd edib ki, ötən il yanvarın 5-də nüvə silahına malik dövlətlərin liderləri birgə bəyanat yayıb, nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığını bildirib, bəyanatda nüvə silahına malik dövlətlər arasında müharibələrin qarşısının alınması və strateji risklərin aradan qaldırılmasının vacibliyi vurğulanıb. XİN rəsmisi vurğulayıb ki, bütün tərəflər Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylərə üstünlük verməlidir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdiriləcəyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!