27-03-2023, 20:52
Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyirik - Bayden"ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyini bir daha təsdiqləyir". Bu fikir ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. "Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir", - ABŞ lideri bildirib.
27-03-2023, 20:46
İsrailin Gürcüstandakı səfiri fəaliyyətini dayandırdıİsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb. Bu barədə səfirliyin “Facebook” hesabında məlumat yayılıb. Səfirliyin fəaliyyətini dayandırmasına səbəb İsrialdə davam edən etiraz aksiyalarıdır. Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı ölkənin xaricdəki diplomatik missiyalarını etirazlara qoşulmağa çağırıb. ABŞ və Gürcüstan daxil olmaqla bir neçə ölkədəki səfirlik çağırışa cavab verib. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 20:27
İsraildəki səfirliklər də etirazçılara dəstək olduİsrailin ABŞ-dakı səfirliyinin əməkdaşları ölkədə keçirilən etiraz aksiyalarına dəstək veriblər. Bu barədə səfirlik məlumat yayıb. Bildirilib ki, səfirliyin əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək barədə çağırışına qoşulublar. İsrailin ən böyük həmkarlar ittifaqı dövlət qulluqçularını, eləcə də diplomatik nümayəndəlikləri tətil elan etməyə çağırıb. İsrailin İtaliya, Cənubi Afrika Respublikası, Belçika, Estoniya və Finlandiyadakı səfirlikləri etiraz əlaməti olaraq, bu gün fəaliyyət göstərməyəcəklərini bəyan ediblər. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 20:23
Etirazçılar İsrailin parlament binasına daxil olduİsraildə məhkəmə islahatlarına etiraz edən şəxslərdən bəziləri parlament binasına daxil olub. Bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb. Hazırda Knessetin binası qarşısında hökumət əleyhinə mitinq keçirilir. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 20:18
Fransa hər iki tərəfin versiyalarını eşidəcək - SenatorFransanın xarici işlər naziri Ketrin Kolonnanın gələn ay Azərbaycana səfəri gözlənilir. XİN başçısının Bakıda mühüm görüşlər keçirməsi planlaşdırılır. Məlumata görə, danışıqlarda Fransa-Azərbaycan münasibətləri ilə bərabər, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Cənubi Qafqaz səfərinə hazırlaşan Ketrin Kolonna Azərbaycanla yanaşı, Ermənistana da gedəcək. Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Quleni XİN başçısının Azərbaycana səfəri barədə gözləntilərini bölüşüb. Xanım senatorun sözlərinə görə, nazirin hər iki ölkəyə səfəri çox əhəmiyyətlidir. “Fransa rəsmisi, nəhayət, erməni təbliğatında boğulmaq əvəzinə hər iki tərəfin versiyalarını eşidə biləcək. Bildirmək istəyirəm ki, Ermənistan Rusiyaya silah embarqosunu pozanda və İran İslam Respublikasına dəstək verəndə Azərbaycan Avropa və Qərbin müttəfiqi olaraq qalır. Ona görə də bu nüanslara diqqət etmək lazımdır”, - deyə Natali Qule vurğulayıb.
27-03-2023, 19:49
Türkiyədə seçkilərlə bağlı püşkatma aprelin 2-də baş tutacaqTürkiyədə prezident seçkiləri ilə bağlı püşkatma mərasimi aprelin 2-də keçiriləcək. Püşkatma prosesi namizədlərin seçki siyahısında yerlərinin sıralanması ilə əlaqədardır. Məlumata görə, aprelin 11-dən sonra namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. AKP-nın seçki kampaniyalarına ilk olaraq paytaxt Ankaradan başlanılması gözlənilir. Eyni zamanda seçki kampaniyası ilə əlaqədar böyük mitinqlərin keçirilməsi planlaşdırılmır. Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri 14 may tarixində keçiriləcək. Seçkinin favorit namizədləri hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və "Millət ittifaqı"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu hesab olunur.
27-03-2023, 19:46
Putinin Türkiyəyə səfəriylə bağlı məlumatlar həqiqətə uyğun deyil - Peskov"Qərbin reaksiyası Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi planlarına təsir etməyəcək". Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. "Məlumatlar göstərir ki, "Şimal axını"na hücum dövlətlərin və onların xüsusi xidmət orqanlarının iştirakı olmadan həyata keçirilə bilməzdi. Qərb “Şimal axını” mövzusunu geri plana atmaq üçün bütün tədbirləri görür, lakin Rusiya Federasiyası buna imkan verməyəcək", - deyə o bildirib. "Putinin Türkiyəyə səfərinin hazırlığı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - deyə sözçü Rusiya prezidentinin Ankara səfəri barədə məlumatlara aydınlıq gətirib.
27-03-2023, 16:56
Fransada etirazçılar muzeyin girişlərini bağladıFransanın paytaxtı Parisdə mədəniyyət sektoru işçiləri mübahisəli pensiya islahatına qarşı etiraz aksiyası keçirib. Etirazçılar Luvr Muzeyinin girişlərini bağlayıb. Ümumi İş Birliyi (CGT) daxilindəki mədəniyyət işçiləri əllərində birlik bayraqları ilə muzeyin həyətindəki piramidanın qarşısına toplaşıblar. Muzeyin qapıları qarşısından keçərək girişləri kəsən izdiham “Biz geri çəkilməyəcəyik” sözləri yazılmış plakatlar qaldırıblar. Qeyd edək ki, martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
27-03-2023, 16:53
Rusiya İsrailin daxili işlərinə qarışmır - XİN müaviniRusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İsraildə baş verənlərə münasibət bildirib. O, Rusiyanın İsrailin daxili işlərinə qarışmadığını bəyan edib. "Biz istəyirik ki, vəziyyət siyasi prosedurlar çərçivəsində nizamlansın. Rusiyada İsraildə vəziyyətin gərginləşməsində ABŞ-ın mümkün izinə dair məlumat yoxdur, lakin Vaşinqtonun digər ölkələrin daxili işlərinə qarışması təbiidir", - deyə Boqdanov söyləyib. O əlavə edib ki, Moskva İsrail vətəndaşları, eləcə də oradakı Rusiya vətəndaşları üçün sabitlik və təhlükəsizliyə ümid edir. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 16:50
Rusiya Liviyadakı diplomatik missiyasını bərpa etmək niyyətindədirRusiyanın Liviyadakı səfiri Aydar Aqanin yenidən paytaxt Tripoliyə qayıdır. Rusiya Liviyada diplomatik missiyasının işini tam bərpa etmək niyyətindədir. Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, Moskva ölkədəki diplomatik missiyasının təhlükəsizliyini təmin etməyə ümid edir və bu, prioritet olaraq qalır. Qeyd edək ki, bundan əvvəl Boqdanov Liviyanın ikinci böyük şəhəri olan Benqazidə baş konsulluq açmağı planlaşdırdıqlarını bildirmişdi.