Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
27-03-2023, 16:46
NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb - Patruşev


NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb - Patruşev

"NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb, Kiyevi peyk və dronlardan istifadə edərək kəşfiyyat məlumatı ilə təmin edib". Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. "Vaşinqton əslində başqa ölkələrin suverenliyini tapdalayır və dünyanın əsas diktatorudur. NATO ölkələri Ukraynadakı münaqişənin tərəfidir, əsas məqsədlərini - Rusiyanın məğlubiyyətini və onun daha da parçalanmasını gizlətmirlər. NATO peyklər və PUA-lar vasitəsilə Kiyevi kəşfiyyat məlumatları ilə təmin edir. ABŞ müharibələrin sayında çempion oldu və ölkələrin suverenliklərini pozdu", - deyə Patruşev söyləyib.
27-03-2023, 16:42
ABŞ prezidenti Suriyada qoşunları saxlamağı düşünür


ABŞ prezidenti Suriyada qoşunları saxlamağı düşünür

ABŞ prezidenti Co Bayden Suriyada Amerika qoşunlarının mövcudluğunu saxlamağı planlaşdırır. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib. “Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada qeyd edilən qruplaşmaya qarşı vuruşan 1000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ canlıdır”, - deyə Kirbi vurğulayıb. Qeyd edək ki, ABŞ hazırda Suriyada kiçik hərbi birləşmələr saxlayır. Onlar neft və qaz yataqlarını nəzarətdə saxlayır. Rəsmi Dəməşq həmin qüvvələrin öz ərazisindən çıxarılmasını tələb edib.
27-03-2023, 15:02
İsrail Prezidenti etirazçılara çağırış etdi


İsrail Prezidenti etirazçılara çağırış etdi

İsrail Prezidenti İsxaq Hersoq baş nazir Benyamin Netanyahu və hökumətini ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmağa çağırıb. Bu barədə o, özünün twitter hesabında yazıb. Prezident bildirib ki, davam edən etirazlar fonunda İsrailin təhlükəsizliyi və iqtisadiyyatı təhdid altındadır. Hersoq qeyd edib ki, Knessetin (parlament) bütün fraksiyaları “ölkə vətəndaşlarını hər şeydən üstün tutmalı və gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməlidir”. "İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, - Prezident bəyan edib. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
26-03-2023, 23:09
Belarus ərazisindəki nüvə silahları Avropaya təhlükədir - Borrel


Belarus ərazisindəki nüvə silahları Avropaya təhlükədir - Borrel

Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi Avropanın təhlükəsizliyinə təhdiddir. Bu barədə Avropa İttifaqının baş diplomatı Cozep Borrel bildirib. "Belarus hələ də bunu dayandıra bilər, onların seçimi var", - o qeyd edib. Borrel ,həmçinin qeyd edib ki, Aİ Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab olaraq yeni sanksiyalar tətbiq etməyə hazırdır.
26-03-2023, 22:38
Türkmənistanda parlament seçkiləri başa çatdı


Türkmənistanda parlament seçkiləri başa çatdı

Türkmənistanda parlament seçkiləri sona çatıb. Bu barədə TASS məlumat yayıb. Səslər sayıldıqdan sonra rəsmi nəticələr elan ediləcək.
26-03-2023, 22:35
Putin Mariupol şəhərinə səfərindən danışdı


Putin Mariupol şəhərinə səfərindən danışdı

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Mariupol şəhərinə (Rusiya tərəfindən işğal edilib - red.) səfərindən danışıb. Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Putin minik avtomobili ilə Mariupola gedərkən təhlükəsizlik kəməri taxmayıb. "Belə daha yaxşı idi. Zərurət yaranarsa, maşından sürətli şəkildə düşmək mümkün olsun deyə belə etmişdim", - Putin deyib.
26-03-2023, 22:31
Ukrayna sülh danışıqlarında razılığa gəlməlidir - Macarıstan XİN


Ukrayna sülh danışıqlarında razılığa gəlməlidir - Macarıstan XİN

"Sülh danışıqlarına çağırış o demək deyil ki, Rusiya ələ keçirmiş olduğu Ukraynanın bütün bölgələrini alacaq". Bu fikirləri AP-yə müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. "Müharibəni dayandırmaq və danışıqlar masası arxasına oturmaq o demək deyil ki, siz status-kvonu qəbul edirsiniz. Müharibə dayanıb sülh danışıqları başlayanda sərhədlərin cəbhə xəttinin keçdiyi yerdə olması qətiyyən vacib deyil. Biz bunu öz tariximizdən bilirik”, - Siyarto bildirib. O, atəşkəsə dərhal başlamağın vacib olduğunu bəyan edib.
26-03-2023, 15:40
Trampdan ABŞ dəyərləndirməsi - Banan respublikasına çevrilib


Trumpdan ABŞ dəyərləndirməsi - Banan respublikasına çevrilib

"ABŞ banan respublikasına çevrilib". Bunu ölkənin sabiq prezidenti Donald Tramp deyib. "Üçüncü dünya ölkələrindən biri, banan respublikası - biz belə olduq", - deyə o bildirib. Tramp ABŞ-ın ən aktual problemləri arasında sərhədlərin mühafizəsi, seçki sistemi və hüquq-mühafizə orqanlarının siyasi silaha çevrilməsi məsələlərini xüsusi qeyd edib.
26-03-2023, 15:36
Moldovada dövlət dilinin dəyişdirilməsiylə bağlı qalmaqal yaşanıb


Moldovada dövlət dilinin dəyişdirilməsiylə bağlı qalmaqal yaşanıb

Moldova Prezidenti Maya Sandu ötən günlərdə dövlət dilinin Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib. "Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Sandu bildirib. Bundan əvvəl parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Sözügedən qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib. Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Belə ki, sənəd birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb. Qeyd edək ki, qanun layihəsinə əsasən, “Moldova dili” sözləri “rumın dili” ilə əvəz edilib. Onu da bildirək ki, Moldovanın məktəb və universitetlərində rumın dili tədris edilir. Kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız rusların nəzarəti altında olan Dnestryanı bölgədə tədris olunur. Moldovalı jurnalist Julia Semenov müzakirələrə səbəb olan qanunla bağlı danışıb. O bildirib ki, dilin adının dəyişdirilməsinin heç bir mənası yoxdur. “Bizdə rəsmi dil Rumın dilidir, parlament iki həftə əvvəl müzakirə edib və artıq qanunu təsdiqləyiblər. Əvvəl Moldova adı var idi, amma eyni dildir. Bəziləri belə qərarın verilməsinə qəzəblənirlər. Onların da başında ruslar dayanır. Çünki dilin adı məsələsini geosiyasətlə əlaqələndirirlər. Digər tərəfdən ölkədə olan ruspərəstlər bunun Moldova dövlətini məhv etmək məqsədi daşıdığını düşünürlər. Eyni zamanda bunu böyük bir iş kimi görməyən kütlə də var. Üçüncü tərəf isə qərarın verilməsinə sevinir”, - deyə jurnalist vurğulayıb.
26-03-2023, 15:30
Zəlzələ bölgəsində 54 minə yaxın evin tikintisinə başlanılıb


Zəlzələ bölgəsində 54 minə yaxın evin tikintisinə başlanılıb

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum zəlzələ bölgəsində görülən işlərlə bağlı məlumat verib. Nazir bu barədə twitter səhifəsində yazıb. "İndiyədək zəlzələ bölgəsində 53 830 evin tikinti prosesinə başlamışıq. Artıq onlardan 22 min 467-nin təməlini qoymuşuq. Canlanma və quruculuq prosesimizlə 11 şəhərimizdə yeni bir şəhərsalma dastanı yazacağıq!", - deyə o bildirib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!