26-03-2023, 15:15
Qərb Ukraynanı gizli şəkildə silahla təmin edir, lakin.. - Putin“Qərb Ukraynanı gizli şəkildə silahla təmin edir, lakin Rusiya hərbçiləri onu çatdırılma prosesində məhv etməyə çalışırlar”. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Bizim hərbçilər haradasa buna nail olur, haradasa yox. Gecələr gizli şəkildə aparırlar", - o əlavə edib.“Heç kəsin şübhəsi olmasın ki, kimsə sadəcə olaraq biganədir, silah tədarükünə icazə verir və sair. Xeyr, əlbəttə”, - Putin vurğulayıb.
26-03-2023, 15:10
Putin çinli həmkarıyla danışıqlarının detallarını açıqladıMartın 20-də Moskvada keçirilən Rusiya və Çin liderlərinin görüşü zamanı tərəflərin qeyri-rəsmi söhbətinin əsas mövzusu Pekinin Ukrayna ilə bağlı planı olub. Bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb. “Kaminin yanında oturub çay içərək, biz yavaş-yavaş hər şeyi danışdıq. Dünyadakı vəziyyəti və müxtəlif aspektləri müzakirə etdik. Söhbət 4 saat davam etdi. Söhbətin nəticəsi qarşılıqlı məmnunluq oldu", - deyə Putin bildirib. Qeyd edək ki, ötən həftə Çin lideri Si Tsinpin Rusiyaya səfər etmişdi.
26-03-2023, 14:55
Rusiya və Ermənistanı birləşdirən yol bağlandıRusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar hərəkət qadağası tətbiq edilib. Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.
26-03-2023, 14:51
Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb - ƏrdoğanTürkiyə İsveç üçün NATO qapılarını bağlamayıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Hər şey Stokholmun addımlarından asılıdır", - Türkiyə lideri bildirib. Qeyd edək ki, Türkiyə Finlandiyanın NATO-ya üzv olmasına razılıq versə də, İsveçin üzv olmasına razılıq verməyib.
25-03-2023, 23:47
Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb - ƏrdoğanTürkiyə İsveç üçün NATO qapılarını bağlamayıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Hər şey Stokholmun addımlarından asılıdır", - Türkiyə lideri bildirib. Qeyd edək ki, Türkiyə Finlandiyanın NATO-ya üzv olmasına razılıq versə də, İsveçin üzv olmasına razılıq verməyib.
25-03-2023, 23:42
Aİ Rusiyaya sanksiya tətbiq etməkdən yorulub - Polşa naziriAvropa İttifaqı (Aİ) Rusiyaya yeni sanksiyalar tətbiq etməkdən yorulub. Bunu Polşanın baş naziri Mateuş Moravieski RMF FM-ə müsahibəsində bildirib. O yeni sanksiyalar məsələsinin yaxın həftələrdə Aİ-nin gündəminə qayıdacağını deyib. “Bu gün əlavə sanksiyalara istək azdır. Düşünürəm ki, yorğunluq var”, - Baş nazir qeyd edib. Martın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, 11-ci sanksiyaları paketində Aİ əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməyə qarşı mübarizəyə diqqət yetirmək niyyətindədir.
25-03-2023, 23:39
İran ABŞ-ın hücumlarına dərhal cavab verəcək - Keyvan Xosrəviİran Suriyada ABŞ-ın hədəf aldığı bazalara hücumlara dərhal cavab verəcək. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi bildirib. O, ABŞ qüvvələrinin Suriyada olmasının qanunsuz olduğunu bildirib: "ABŞ Suriyanın bir hissəsində qeyri-qanuni işğalının nəticələrindən qaçmağa çalışır. Bu ölkənin ordusu İrana qarşı saxta ittihamlar irəli sürür". Qeyd edək ki, son bir neçə gündə ABŞ Suriyada İran hədəflərinə zərbələr endirib.
25-03-2023, 23:36
Belarusa taktiki nüvə silahları yerləşdirəcəyik - PutinRusiya Belarusda taktiki nüvə silahları yerləşdirəcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib. O qeyd edib ki, Rusiya iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdıracaq. Putinin sözlərinə görə, Rusiya Federasiyası artıq nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini Belarusa verib. Putin deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə nüvə silahının yerləşdirilməsini istəyib. Onun sözlərinə görə, Rusiyada müdafiə sənayesi çox sürətlə inkişaf edir və ölkə Ukraynaya tədarük ediləndən üç dəfə çox sursat istehsal edəcək.
25-03-2023, 23:10
Zəlzələdə dağılan binaları tikən şübhəlilərin sayı 317-ə çatıbTürkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluğa yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
25-03-2023, 17:18
Zəlzələdə dağılan binaları tikən şübhəlilərin sayı 317-ə çatıbTürkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluğa yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.