Qonşuluq şəraitində yaşamağa çalışmalıyıq .....                        Tramp Putinlə nələrdən danışdı... .....                        Güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq .....                        Paşinyan Qələbə Paradında iştirak edəcək .....                        İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - TAM MƏTN .....                        Gəncənin bombalanması əmrini ondan aldım - Araik ad çəkdi .....                        Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI .....                        Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO .....                        Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək .....                       
17-09-2022, 14:36
Kupyansk ruslardan azad edildi


Kupyansk ruslardan azad edildi

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Butov.az xəbər verir ki, bu barədə KRAKEN hərbi bölməsinin komandiri Sergey Veliçko açıqlama verib. Veliçko deyib ki, Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb:"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi". Komandir əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.
17-09-2022, 14:31
Ərdoğan ABŞ-a yola düşdü


Ərdoğan ABŞ-a yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib. Bu barədə TRT telekanalı məlumat yayıb. Dövlət başçısı Nyu-York şəhərində BMT Baş Assambleyasının iclasında iştirak edəcək. Məlumata görə, Ərdoğan ABŞ Prezidenti Co Bayden daxil olmaq bir sıra görüşlər keçirəcək.
17-09-2022, 14:29
Çin liderindən rəngli inqilab xəbərdarlığı - Dəstək istədi


Çin liderindən rəngli inqilab xəbərdarlığı - Dəstək istədi

Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında üzv ölkələrə rəngli inqilablarla bağlı xəbərdarlıq edib. Butov.az xəbər verir ki, o, təşkilata üzv ölkələri "rəngli inqilab" adlandırılan xalq üsyanlarının qızışdırılmasının qarşısını almaqda bir-birini dəstəkləməyə çağırıb. O, həmçinin bildirib ki, Çin qarşıdakı 5 il ərzində üzv ölkələrin hüquq-mühafizə orqanlarının 2000 əməkdaşına təlim keçəcək və antiterror işlərinə yönəlmiş təlim bazası yaradacaq. Çinin inkişaf etməkdə olan ölkələrə 1,5 milyard yuan (214 milyon dollar) dəyərində taxıl və digər növ yardımlar verəcəyini söyləyən Si Cinpin ölkəsinin iqtisadiyyatının dayanıqlı olduğunu vurğulayıb.
17-09-2022, 14:26
Rusiya Avstraliyaya sanksiya tətbiq etdi


Rusiya Avstraliyaya sanksiya tətbiq etdi

Rusiya Avstraliyanın 41 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Qara siyahı"ya salınan şəxslərin əksəriyyəti jurnalistdir. Bundan başqa, siyahıya Avstraliyanın müdafiə sənayesinin nümayəndələri də daxil edilib. Sanksiya siyahısında olan şəxslərin Rusiyaya girişi qeyri-müəyyən müddətə qadağan edilib. İyulun 1-də Avstraliya 16 rusiyalı iş adamı və məmuruna qarşı sanksiya tətbiq edib.
16-09-2022, 18:52
2 nəfər ölüb, 55 nəfər yaralanıb - Qırğızıstan yeni məlumat yaydı


2 nəfər ölüb, 55 nəfər yaralanıb - Qırğızıstan yeni məlumat yaydı

Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş vermiş münaqişənin nəticələri barədə yeni məlumat yayıb. Butov.az xəbər verir ki, nazirliyin məlumatına görə, Tacikistanla münaqişə zamanı 2 Qırğızıstan vətəndaşı ölüb, 55 nəfər yaralanıb. Xatırladaq ki, bü gün səhər Qırğızstan-Tacikistan sərhədində atəşkəs yenidən pozulub. Daha sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarov tacikistanlı həmkarı İmomali Rahmonla sərhəddəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar. İki ölkə lideri atəşi dayandırmağa, qoşunların təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar. İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq.
16-09-2022, 18:36
Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdi


Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdi

Dünyada səhiyyə sistemləri koronavirusun yeni, daha təhlükəli ştamının yaranmasına reaksiya verməyə hazır olmalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlərə dair proqramının direktoru Maykl Rayan deyib. Rayan dünyada COVID-19-a qarşı mübarizədə vəziyyətin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, planetimizin əhalisinin xeyli hissəsi hələ də vaksinasiya olunmayıb.“Daha yoluxucu və virulent olan yeni ştamın yaranması bizi geri çəkilməyə vadar edə bilər. Biz sayıqlığı qorumalıyıq. Səhiyyə sistemləri buna reaksiya verməyə hazır olmalıdırlar. Əgər koronavirusun yeni variantı əmələ gələrsə, onu xarakterizə etmək üçün qat-qat çox vaxt lazım gələ bilər", - deyə ÜST rəsmisi vurğulayıb.
16-09-2022, 18:19
Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədi


Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri dəqiqləşib. Butov.az xəbər verir ki, Pelosi İrəvana səfər edəcəyi barədə məlumatı təsdiqləyib. "Ermənistana səyahət planımın ictimaiyyətə açıqlanmasından xəbərsiz idim",- deyə Pelosi bildirib. O, səfərlə bağlı əlavə məlumat verməyib. Lakin xarici KİV-də yer alan xəbərlərə görə, qalmaqallı spikerin Ermənistana səfəri həftəsonuna planlaşdırılır.
16-09-2022, 18:16
Qırğızıstan və Tacikistan prezidentləri Səmərqənddə görüşdülər


Qırğızıstan və Tacikistan prezidentləri Səmərqənddə görüşdülər

Qırğız Respublikasının Prezidenti Sadır Japarov və tacikistanlı həmkarı İmomali Rahmon Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar. Bu barədə Qırğız KİV-ləri məlumat yayıb. Bildirilib ki, iki ölkə liderləri atəşi dayandırmaq, qoşunların və vasitələrin təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar. İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq. Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan Hökumətlərarası Komissiyasının işinin sürətləndirilməsi haqqında da razılıq əldə edilib.
16-09-2022, 18:07
Separatçı “baş prokuror” partlayışda öldü


Separatçı “baş prokuror” partlayışda öldü

Rusiya tərəfindən Ukraynanın işğal olunmuş ərazilərində elan olunmuş separatçı “Luqansk xalq respublikası”nın “baş prokuroru” Sergey Qorenko partlayışda ölüb. Butov.az xəbər verir ki, hadisə “LXR”in “baş prokurorluğu”nun binasında baş verib. Sergey Qorenko partlayıcı qurğunun işə düşməsi nəticəsində ölüb. Partlayış sentyabrın 16-da günorta saatlarında baş verib.
16-09-2022, 17:59
BMT-də kritik müzakirələr - Hansı ölkə Ermənistana dəstək olub…


BMT-də kritik müzakirələr - Hansı ölkə Ermənistana dəstək olub…

Ermənistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına ünvanladığı məktubu əsasında ötən gün şuranın toplantısı keçirilib. Butov.az xəbər verir ki, toplantıda Azərbaycan və Ermənistan sərhədində yaranan gərgin vəziyyət müzakirə edilib. İclasda müzakirələr açıq rejimdə aparılıb və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan çıxışları dinlənilib.
Daha sonra toplantıda ayrı-ayrı ölkələrin təmsilçiləri çıxış ediblər. Bəzi ölkələrin nümayəndələrinin çıxışları onların münaqişə ilə bağlı mövqeyini ortaya qoyub. Belə ki, Hindistan nümayəndəsi sərhəddə baş verən hadisələdən narahat olduğunu bildirib. O, çıxışı zamanı açıq-aşkar işğalçı Ermənistana dəstəyini ifadə edib.“Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan sərhədində olan gərginliyi izləyir və hadisələrdən narahatdır. Biz təcavüzkar tərəfi (Hindistan nümayəndəsi təcavüzkar dedikdə Azərbaycanı nəzərdə tutur-red) hərbi əməliyyatları dayandırmağa çağırırıq. Hindistan beynəlxalq hüquqa və ölkələrin suverənliyinə hörmətlə yanaşır. Beynəlxalq səviyyədə tanınan sərhədləri tanıyır”. Çin Xalq Respublikasının nümayəndəsi isə rəsmi Pekinin iki ölkə arasında münasibətlərin Qarabağ münaqişəsi çərçivəsində həll olunmasına diqqət çəkib:"Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Qarabağ münaqişəsinin həllindən ayrılmazdır". ABŞ nümayəndəsi isə münasibətlərin sadəcə diplomatik yolla həllinə tərəfdar olduqlarını söyləyib:“Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli ola bilməz. Bu, sadəcə diplomatik yolla həll olunacaq məsələdir”. Daha sonra Fransa nümayəndəsi çıxış edərək, gözlənildiyi kimi Ermənistanın müdafiəsinə qalxıb: “Biz Azərbaycanı qoşunlarını əvvəlki mövqelərinə çəkməyə çağırırıq, Ermənistanın ərazi bütövlüyü qorunmalıdır”. İrlandiya nümayəndəsi iki ölkə arsında atəşkəsin əldə olunmasını alqışlayıb:“Azərbaycan və Ermənistan arasında atəşkəs xəbərini alqışlayırıq. Atəşkəsə və əvvəlki beynəlxalq müqavilələrə hörmət etməyə çağırırıq”.
Ardınca Rusiya nümayəndəsi söz alaraq, digər həmkarları kimi tərəfləri dialoqa səsləyib: “Azərbaycanı və Ermənistanı təmkinli olmağa çağırırıq. Məsələ tərəflər arasında dialoq formatında həll olunmalıdır”. Sonda BMT nümayəndəsi Bakı və İrəvan arasında gərginlik üçün təcili işlər görülməli olduğunu diqqətə çatdırıb:“Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq üçün təcili və konkret addımlar atmağa çağırırıq”. Müzakirələrdən sonra iclas başa çatıb. Lakin Ermənistan gözlədiyi nəticəni əldə edə bilməyib. BMT-nin iclasında hər hansı qətnamə qəbul olunmayıb, sadəcə təklif və tövsiyə xarakterli mesajlar səsləndirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!