Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
12-04-2023, 15:50
İran Suriyaya hərbi texnika gətirmək üçün zəlzələdən istifadə edir - İddia


İran Suriyaya hərbi texnika gətirmək üçün zəlzələdən istifadə edir - İddia

"İran strateji müttəfiqi Suriyaya silah və hərbi texnika gətirmək üçün zəlzələdən xilasetmə uçuşlarından istifadə edib". Bu barədə "Reuters" agentliyi şəxsi mənbələrinə istinadən yazıb. Bildirilib ki, məqsəd Suriya prezidenti Bəşər Əsədi gücləndirmək və ölkə ordusunu İsrail qarşısında hazırlıqlı hala gətirməkdir. Təchizatlara Suriyanın vətəndaş müharibəsində İran tərəfindən təmin edilmiş hava hücumundan müdafiə sisteminin planlı təkmilləşdirilməsi üçün lazım olan qabaqcıl rabitə avadanlığı, radar batareyaları və ehtiyat hissələri daxildir. İranın zəlzələlərdən sonra Suriyaya hərbi texnika daşımaq üçün humanitar yardım təyyarələrindən istifadə edib-etmədiyini soruşduqda, İranın Nyu-Yorkda yerləşən BMT-dəki missiyası belə cavab verib: “Bu, doğru deyil”.
12-04-2023, 15:05
Ukrayna rəsmiləri yayılan videoalara münasibət bildirdi


Ukrayna rəsmiləri yayılan videoalara münasibət bildirdi

Ukraynalı hərbi əsirlərə amansız işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ukraynanın dövlət rəsmiləri CNN-in yaydığı, ukraynalı hərbçilərin başının kəsildiyi iddia edilən videolara münasibət bildirib. "Dünyada heç kimin gözardı edə bilməyəcəyi bir şey var: Necə də asanlıqla öldürürlər", - Ukrayna prezidenti Volodimir Zelenski deyib. Ukrayna XİN başçısı Dmitri Kuleba isə bildirib ki, bu videolardan sonra Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi absurddur. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri videolar barədə söyləyib: “Biz bu qeyri-insanları tapacağıq”.
12-04-2023, 14:46
Ukrayna əsgərlərinin başının kəsildiyi videolar yayılıb


Ukrayna əsgərlərinin başının kəsildiyi videolar yayılıb

CNN Ukrayna əsgərlərinin başlarının kəsildiyi iddia edilən 2 videonu üzə çıxarıb. Mətbuat orqanı hər 2 videonun çəkildiyi yeri müstəqil olaraq yoxlaya bilməyib. Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak şok görüntülərə belə reaksiya verib: “Hər şeyin cavabı və məsuliyyəti olacaq. Ukraynalı döyüşçünün başının kəsildiyi video qorxu yaymaq üçün ictimaiyyətə açıqlanıb". "Bu, Rusiya adlı terrorçu ölkənin bütün mahiyyətini nümayiş etdirir", - Ukrayna Prezident Ofisi rəhbərinin kommunikasiyalar üzrə müşaviri Daria Zarina deyib.
12-04-2023, 14:40
Vardanyanı döyən deputatla bağlı cinayət işi açıldı


Vardanyanı döyən deputatla bağlı cinayət işi açıldı

Ermənistan parlamenti 65 lehinə səslə baş prokurorun deputat Mher Saakyana qarşı cinayət işinin başlanması ilə bağlı müraciətini təsdiqləyib. Deputatın toxunulmazlığından məhrum edilməsi məsələsi müzakirə olunmayıb. Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, bunun üçün yeni vəsatətin müzakirəsi və qəbulu tələb olunur. Qeyd edək ki, martın 31-də parlamentdə müxalifət nümayəndəsi Mher Saakyan ilə deputat Vladimir Vardanyan arasında insident yaşanıb.
12-04-2023, 14:29
ABŞ Lavrovun toplantıya qatılması üçün hələ də viza verməyib - XİN


ABŞ Lavrovun toplantıya qatılması üçün hələ də viza verməyib - XİN

"Rusiya XİN başçısı Sergey Lavrov və ölkəmizin nümayəndə heyətinə bu ay ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Təhlükəsizlik Şurasının toplantılarına qatılmaq üçün viza hələ verilməyib". Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib. "Moskva jurnalist Evan Gerşkoviç barəsində qanunvericiliyə uyğun hərəkət edir. Biz bu mövzu ilə bağlı təzyiqləri qəbul etmirik. Rusiya Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin buraxılması barədə ABŞ-ı xəbərdar edib. Sənədlərin sızma məsələsi də saxta və çaşdırma məqsədi güdə bilər", - deyə o bildirib.
11-04-2023, 23:30
Aİ Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarıdır


Aİ Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarıdır

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazın çiçəklənməsində, sülh və sabitliyin təmin olunmasında maraqlıdır. Bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə “Cənubi Qafqazda təhlükəsizlik: Aİ-nin rolu nədir?” mövzusunda müzakirə zamanı deyib. O qeyd edib ki, sabitliyin təmin olunmasında Aİ-nin iştirak etməsi heç kimə qarşı deyil: "Cənubi Qafqaz bizim qonşuluğumuzdadır və burada sülh və sabitlik istəyirik. Bu prosesdə iştirakımız heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Cənubi Qafqaz qonşu regiondur və biz burada sülh və sabitlik arzulayırıq”. Klaarın sözlərinə görə, Brüsseldə liderlər bir çox mövzuda müzakirələr aparıb və müəyyən razılıq əldə olunub.
11-04-2023, 23:24
Rusiya ombudsmanı İnsan Hüquqları üzrə Avropa Şəbəkəsindən uzaqlaşdırıldı


Rusiya ombudsmanı İnsan Hüquqları üzrə Avropa Şəbəkəsindən uzaqlaşdırıldı

Rusiya ombudsmanı Tatyana Moskalkova İnsan Hüquqları üzrə Milli İnstitutların Avropa Şəbəkəsindən kənarlaşdırılıb. Bu barədə NEXTA məlumat yayıb. Bildirilib ki, Moskalkovanın xaric edilməsi təşkilat tarixində ilk presedentdir. Bunun Rusiyanın işğalçılıq siyasətinə etiraz əlaməti daşıdığı deyilir. Qeyd edək ki, 67 yaşlı ombudsman 2016-cı ildən bu postu tutur.
11-04-2023, 23:00
Gürcülərin yarıdan çoxu siyasi qüvvələrə inanmır - Deputat


Gürcülərin yarıdan çoxu siyasi qüvvələrə inanmır - Deputat

Gürcüstan vətəndaşlarının yarıdan çoxu heç bir siyasi qüvvəyə inanmır. Bu barədə Gürcüstan parlamentinin müxalifəti təmsil edən deputatı Xatia Dekanoidze məlumat verib. “Əhalinin 61%-i heç bir partiyaya, o cümlədən, müxalifətə inanmır. Ona görə də bizdə belə dalğalanmalar var. Səhər bir şey deyirik, axşam başqa şey. Düşünürəm ki, bu hekayə çox kədərlidir”, - deyə Dekanoidze ölkədəki siyasi mühitdən narazılığını ifadə edib.
11-04-2023, 20:30
Ermənistan parlamentinin iclası vaxtından əvvəl başa çatıb


Ermənistan parlamentinin iclası vaxtından əvvəl başa çatıb

Ermənistan parlamentinin iclası vaxtından əvvəl başa çatıb. Bu barədə Ermənistan parlamentinin sədr müavini Hakop Arşakyan bildirib. İclasın dayandırılmasına səbəb sərhəddə yaşanan gərginlikdir. "Ermənistan sərhədində vəziyyət narahatlıq doğurur”, - deyə o qeyd edib. Arşakyanın məlumatına görə, Ermənistan parlamentinin iclası aprelin 12-ə təxirə salınıb. Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Ermənistan ordusunun xeyli sayda itki verdiyi bildirilir.
11-04-2023, 17:30
Sabiq prezidentin vəkilləri Strasburq məhkəməsinə müraciət etdi


Sabiq prezidentin vəkilləri Strasburq məhkəməsinə müraciət etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkilləri onun azadlığa buraxılması üçün Strasburq məhkəməsinə müraciət ediblər. Bu barədə vəkillərdən biri Şalva Xaçapuridze sosial şəbəkələrdə məlumat verib. Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunduqdan sonra aclıq aksiyasına başlayıb. O, 2022-ci ilin may ayından bəri Vivamed klinikasında müalicə alır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!