18-11-2022, 17:33
Rusiyada uçuş qadağasının vaxtı uzadıldıRusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb.
Butov.az xəbər verir ki, Rosaviasiya 11 aeroportda uçuşlara məhdudiyyət rejimini 2022-ci il noyabrın 27-dək uzadıb. Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına aiddir. Xatırladaq ki, Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.
18-11-2022, 17:20
Şimali Koreya Yaponiyaya raket atdıŞimali Koreyanın atdığı qitələrarası raket Yaponiyanın Hokkaydo adasından təqribən 200 kilometr qərbə düşüb. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, raket adi trayektoriya ilə uçacağı təqdirdə 15 min kilometr məsafəni qət edərək ABŞ ərazisinə çata bilər. Yaponiyanın müdafiə naziri Yasukazu Hamada deyib ki, dünən yerli vaxtla saat 10:14-də buraxılan raket saat 11:23-də dənizə düşüb. Raketin uçuş müddəti 69 dəqiqə təşkil edib. İlkin məlumatlara əsasən, 6 min kilometr maksimal hündürlüyə qalxan raket min kilometr məsafə qət edib. Raketin buraxılışından sonra ABŞ hərbi-hava qüvvələrinin Aomori prefekturasında yerləşən Misava bazasında həyəcan siqnalı verilib.
18-11-2022, 17:14
İstanbul terroruna görə 17 nəfər həbs olunduTürkiyənin İstanbul şəhərində noyabrın 13-də terror aktı törətməkdə şübhəli bilinən 17 nəfər həbs olunub.
Butov.az xəbər verir ki, həbs olunanlar arasında terror aktını törədən Suriyaəsilli qadın Əhləm Əlbəşir də var. Türkiyə polisi ümumilikdə terror aktında iştirak etməkdə şübhəli bilinən 51 nəfəri saxlayıb. Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub.
18-11-2022, 17:09
Qəzzada dəhşətli yanğın - 21 nəfər öldü Qəzza zolağında ziyafət keçirilən binada güclü yanğın baş verib. Hadisə nəticəsində azı 21 nəfər ölüb. Qəzza zolağının şimalındakı Cabalia qaçqın düşərgəsində yerləşən yaşayış binası tamamilə yanıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Lakin xəsarət alanların sayı barədə məlumat verilməyib. Qeyd edək ki, Cabalia 2,3 milyon insanın yaşadığı səkkiz qaçqın düşərgəsindən biridir.
17-11-2022, 22:51
Pelosi vəzifədən getdiyini açıqladıABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi vəzifəsini tərk edəcək. Bu barədə o, palatada çıxışı zamanı bildirib. Pelosi qeyd edib ki, Demokrat fraksiyaya yeni nəslin rəhbərlik etməsi lazımdır. "Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram” , - o deyib. Bundan əlavə, Pelosi ABŞ Konqresində qalıb işləməyə davam edəcəyini söyləyib.
17-11-2022, 22:50
İrana qarşı sanksiyalar genişləndirildiABŞ İranın neft sektoru ilə işləyən 13 şirkətə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyin saytında məlumat yayılıb. Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir. Sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.
17-11-2022, 22:47
Nazir helikopter qəzasında öldüMeksikanın mərkəzi Aquaskalientes əyalətində helikopter qəzaya uğrayıb.
Butov.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb. Ölənlərin biri Meksikanın ictimai təhlükəsizlik naziri Porfirio Xavyer Sançes Mendozadır. Ölkənin şimalında baş verən qəzanın səbəbi bəlli deyil.
17-11-2022, 22:32
İrandan Türkiyəyə terrorçular keçdi - Biri öldürüldü İran sərhədindən Türkiyəyə daxil olan 2 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Muş bölgəsində terrorçularla Türkiyə komandoları arasında toqquşma yaşanıb. Qarşıdurma zamanı İran sərhədindən Türkiyəyə daxil olan 2 PKK/KCK terrorçusundan birinin ölü, digərinin isə sağ ələ keçirildiyi qeyd edilib.
17-11-2022, 22:21
İranda etirazçılar generalı öldürdüİranda kütləvi etirazlar davam edir. Bu gün Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb.
Butov.az xəbər verir ki, general ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb. Hazırda generalı öldürən şəxslərin axtarışı davam edir.
17-11-2022, 16:50
Kiyevdə İranın PUA-ları vurulduUkraynanın paytaxtı Kiyev şəhərində İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatları məhv edilib. Bu barədə Kiyevin Hərbi Administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər zərərsizləşdirilib. Məlumata görə, son bir saat ərzində Kiyev üzərində Rusiyanın azı iki qanadlı raketi vurulub. Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları zərərsizləşdirilib.