10-10-2022, 15:01
Putin Krım körpüsündəki partlayışa görə Ukraynanı ittiham etdi Rusiya Prezidenti Vladimir Putin Krım və Rusiya ərazisini birləşdirən körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib.
Butov.az xəbər verir ki, Kremlin "Telegram" kanalında yayılan videoda Putin hadisəni terror aktı adlandırıb."Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və sifariş edilib”, - Rusiya Prezidenti deyib. Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşüb. Komitə rəhbəri Putinə körpüdə baş vermiş partlayış və yanğınla bağlı araşdırmanın nəticələrini təqdim edib. 19 kilometr uzunluğunda olan Krım körpüsündə dünən baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
9-10-2022, 19:46
Luqanskın 7 kəndi işğaldan azad olunduUkrayna ordusu Luqansk vilayətində 7 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə vilayətin rəhbəri Sergey Qaydai məlumat yayıb. Bildirilib ki, Novolyubovka, Nevskoye, Qrekovka, Novoeqorovka, Nadejda, Andreevka və Stelmaxovka kəndləri ruslardan təmizlənib. Qaydai azad edilən ərazilərdən foto da paylaşıb.
9-10-2022, 19:37
XİN başçısından İran əleyhinə çağırışAlmaniyanın xarici işlər naziri Annalena Berbok İranla bağlı çağırış edib.
Butov.az xəbər verir ki, XİN başçısı etirazçılara qarşı zorakılıq hərəkətlərinə görə məsuliyyət daşıyan İran hakimiyyətinin Avropa İttifaqına girişinə qadağa qoyulmasına və aktivlərinin dondurulmasına çağırıb:“Biz Aİ-nin bu qəddar repressiyaya görə məsuliyyət daşıyanlara giriş qadağası qoymasını, habelə onların Aİ-dəki aktivlərini dondurmasını təmin edəcəyik”.
9-10-2022, 18:36
ABŞ Ukraynaya yeni raket sistemləri göndərirAmerika Birləşmiş Ştatları ən son NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya çatdırmaq niyyətindədir.
Butov.az xəbər verir ki, Kiyev NASAMS zenit-raket kompleksinin iki batareyasını ala bilər. Amerikalılar üçün bu, 182 milyon dollara başa gələcək. İki batareya ilə birlikdə Ukrayna səkkiz buraxılış qurğusu və radarlarla təchiz edilmiş komanda məntəqəsi alacaq. HHM sisteminin yaxın iki ay ərzində çatdırılması gözlənilir.
9-10-2022, 18:08

9-10-2022, 17:39

9-10-2022, 17:34
İrəvanda partlayış oldu: Yaralılar var Ermənistanın paytaxtı İrəvanın Baqratunyats küçəsində yerləşən hosteldə partlayış olub. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra güclü yanğın başlayıb. Yanğının söndürülməsinə yanğınsöndürən briqadası cəlb olunub.
9-10-2022, 17:03
Tehran Qafanda baş konsulluğu niyə açıb? - İranlı nazir danışdıİranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Ermənistanın Qafan şəhərində ilk baş konsulluq açmasından danışıb.
Butov.az-ın məlumatına görə, nazir bildirib ki, Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açılıb.“Bu qərar sayəsində biz yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, - deyə Hüseyn Əmir Abdollahian əlavə edib. Onun sözlərinə görə, İranın 13-cü hökuməti bölgədə iqtisadi siyasəti gücləndirməyi, Şimal-Cənub tranzit yolunun dinamikliyini hədəf seçib. Xatırladaq ki, İran Qafanda baş konsulluğu bu ilin avqustunda açıb.
9-10-2022, 16:55
Zaporojyeyə raket hücumu: 17 ölü, 40 yaralı varUkraynanın Zaporojye şəhəri raket hücumuna məruz qalıb.
Butov.az xəbər verir ki, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində 17 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Dağıntılar altında qalanların olduğu bildirilir. Hazırda ərazidə xilasetmə işləri aparılır.
9-10-2022, 16:52
Ermənistanda 13 minə yaxın hərbçiyə cinayət işi açılıbErmənistan ordusunun 12 600 hərbçisinə qarşı 1600-ə yaxın cinayət işi açıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan bildirib. Onun sözlərinə görə, ordudakı hərbi cinayətlərlə əlaqədar 883 nəfərə, 78 zabit, 150 müqaviləli hərbi qulluqçu, 491 ehtiyatda olan hərbçi, 36 çağırışçı və 128 mülki şəxsə ittiham elan olunub. Cinayət işlərindən 152-nin ibtidai istintaqı yekunlaşıb. Bundan əlavə, 29 şəxs barəsində 23 iş məhkəməyə göndərilib, cinayət işləri ilə bağlı 17 mindən çox şəxs dindirilib.