Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
16-03-2023, 14:21
Türkiyədə sel qurbanlarının sayı 15-ə çatdı


Türkiyədə sel qurbanlarının sayı 15-ə çatdı

Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb. Şanlıurfada ölən daha bir nəfərin meyiti tapılıb. Ümumilikdə, Adıyaman və Şanlıurfada seldə ölənlərin sayı 15 nəfər çatıb.
16-03-2023, 14:14
Suriya işğal olunmuş Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıdı


Suriya işğal olunmuş Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıdı

Suriya işğal olunan Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıyıb. Bunu Suriya prezidenti Bəşər Əsəd açıqlayıb. "Rəsmi Dəməşq Rusiyanı yeni sərhədinlərdə tanıyır", - deyə o bildirib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
15-03-2023, 23:44
Ərdoğanın namizədliyi üçün imza toplanılmağa başlanılıb


Ərdoğanın namizədliyi üçün imza toplanılmağa başlanılıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sabah qapalı iclas keçirəcək. İclas zamanı Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı qərar veriləcək. Bildirilir ki, partiya artıq Ərdoğanın prezidentliyə namizədliyi üçün deputatlardan imza toplamağa başlayıb. MHP-nin də Ərdoğan üçün imza toplayacağı və qrup qərarı verəcəyi gözlənilir. Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
15-03-2023, 23:39
Finlandiyanın NATO-ya daxil olmasıyla bağlı qərar bu tarixdə açıqlanacaq


Finlandiyanın NATO-ya daxil olmasıyla bağlı qərar bu tarixdə açıqlanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 17-də Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Ankaranın mövqeyi barədə məlumat verəcək. Bu barədə Finlandiya prezidenti Sauli Niinistö bildirib. Onun sözlərinə görə, Türkiyə Finlandiyanın Alyansa üzvlüyünü təsdiqləməyə hazırdır. Qeyd edək ki, martın 17-də Finlandiya prezidenti İstanbulda Türkiyə prezidenti ilə görüşəcək. Niinistö deyib ki, Türkiyə Finlandiyanın NATO üzvlüyünü ratifikasiya etməyə hazırlaşır. Məlumata əsasən, Türkiyə rəsmiləri Ankaranın qərarını elan etmək üçün Finlandiya Prezidentinin İstanbulda olmasını tələb edib.
15-03-2023, 23:25
Rusiyanın müdafiə naziri suriyalı həmkarı ilə görüşüb


Rusiyanın müdafiə naziri suriyalı həmkarı ilə görüşüb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada suriyalı həmkarı Mahmud Abbasla görüşüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Şoyqu Suriyanın beynəlxalq terrorçulardan azad edilməsi istiqamətində görülən işlərdən danışıb. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da müzakirə edilib.
15-03-2023, 21:54
Putin suriyalı həmkarı ilə görüşdü


Putin suriyalı həmkarı ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Görüş Kreml sarayında keçirilib. Görüş zamanı terrorizmlə mübarizə, ikitərəfli əlaqələr müzakirə olunub. Əsəd zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiyaya təşəkkür edib.
15-03-2023, 21:52
Özbəkistan prezidenti Türkiyəyə səfərə çıxdı


Özbəkistan prezidenti Türkiyəyə səfərə çıxdı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. O, martın 16-da keçiriləcək Türk Dövlətləri Təşkilatının fövqəladə zirvə görüşündə iştirak edəcək.
15-03-2023, 16:15
Rusiya ələ keçirdiyi ABŞ silahlarını Tehrana təhvil verib


Rusiya ələ keçirdiyi ABŞ silahlarını Tehrana təhvil verib

Rusiya Ukraynada ələ keçirilən ABŞ istehsalı silahların nümunələrini Tehrana təhvil verib. Bu barədə CNN Pentaqondakı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, iranlı ekspertlər ABŞ silahlarını ətraflı tədqiq edir. ABŞ rəsmiləri isə bildiriblər ki, Amerikanın “Javelin” tank əleyhinə raket komplekslərinin nümunələri Tehranın əlinə keçib. Ukrayna Silahlı Qüvvələri bu silahlardan bir neçəsini döyüş meydanını tərk etmək məcburiyyətində qalıb. İranın Ukraynada ələ keçirilən Amerika silahlarından hər hansı birinin sürətini çıxarıb-çıxarmadığı məlum deyil. Keçmişdə Tehran ələ keçirilən Amerika silah sistemlərini kopyalamağı bacarıb.
15-03-2023, 16:05
Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyəcək


Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyəcək

Türkiyə parlamenti aprelin ortalarına qədər Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edəcək. Bu barədə "Reuters" mənbələrinə istinadən yazıb. Məlumata görə, Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətinə İsveçin müraciətindən ayrıca baxılması planlaşdırılır. Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinstö Türkiyəyə səfər edəcək və həmkarı Rəcəb Tayyib Ərdoğanla NATO-ya üzvlük məsələsini müzakirə edəcək.
15-03-2023, 16:01
Pakistanın sabiq nazirini həbs edə bilmədilər


Pakistanın sabiq nazirini həbs edə bilmədilər

Pakistanın sabiq baş naziri İmran Xanın dəstəkçiləri ilə polislər arasında toqquşma yaşanıb. Tərəfdarları siyasətçinin həbs edilməsinə imkan verməyiblər. Bildirilib ki, insident zamanı azı 62 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!