Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
5-04-2023, 23:39
Çexiyadan Ukraynaya 33 milyon dollarlıq yardım


Çexiyadan Ukraynaya 33 milyon dollarlıq yardım

Çexiya Ukraynaya 33 milyon dollara yaxın hərbi yardım etməyi planlaşdırır. Bu barədə Çexiyanın müdafiə naziri Yana Çernoxova məlumat verib. Ukraynaya veriləcək silahların siyahısı Çexiya Prezidenti Petr Pavloya təqdim edilib. "Baş Qərargah rəisi Karel Rzehka ilə birlikdə planlaşdırdığımız yardımın həcmi təxminən 33 milyon dollar təşkil edir. Bu, maliyyə yardımı deyil, hələ də anbarlarımızda olan hərbi vasitələrdir, bizim ehtiyacımız yoxdur. Ordu həqiqətən öz müdafiə qabiliyyətinə zərər vermədən bu silahları Ukraynaya göndərə bilər”, - açıqlamada deyilir.
5-04-2023, 23:12
Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyirik, amma.. - Çexiya XİN


Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyirik, amma.. - Çexiya XİN

Çexiya Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləyir, lakin hesab edir ki, təkcə bu addım Rusiya təcavüzünə qarşı Kiyevin problemlərini həll etməyəcək. Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. "Əlbəttə, biz Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəkləyirik. Amma bu, Ukraynanın problemini avtomatik həll edəcək bir şey deyil", - XİN başçısı deyib. Lipavski hesab edir ki, NATO-ya üzv ölkələr Ukraynaya yardımın artırılmasına, o cümlədən hərbi texnika fonduna pul ayrılmasına diqqət yetirməlidirlər. Çexiya XİN rəhbəri Ukraynanın Alyansa qoşulmasının uzaq perspektiv olduğunu vurğulayıb.
5-04-2023, 23:01
Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski


Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski

"Baxmutda vəziyyət indi ağırdır, lakin düşmən şəhərə nəzarət etmir". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfəri zamanı deyib. Prezident qeyd edib ki, şəhərdə vəziyyət hər gün dəyişir və orada hər gün müxtəlif silahlardan, artilleriyadan istifadə olunur, vaxtaşırı silah qıtlığı yaranır. "Operativ vəziyyətə general Sırski rəhbərlik edir. Təbii ki, onun üçün əsas olan şəxsi heyəti qorumaqdır. Mənim üçün də əsas məsələ ordumuzu itirməməkdir. Və təbii ki, şəxsi heyəti itirmək təhlükəsi yaranarsa, müvafiq düzgün qərarlar veriləcək”, - o bildirib.
5-04-2023, 16:55
Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski


Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski

"Baxmutda vəziyyət indi ağırdır, lakin düşmən şəhərə nəzarət etmir". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfəri zamanı deyib. Prezident qeyd edib ki, şəhərdə vəziyyət hər gün dəyişir və orada hər gün müxtəlif silahlardan, artilleriyadan istifadə olunur, vaxtaşırı silah qıtlığı yaranır. "Operativ vəziyyətə general Sırski rəhbərlik edir. Təbii ki, onun üçün əsas olan şəxsi heyəti qorumaqdır. Mənim üçün də əsas məsələ ordumuzu itirməməkdir. Və təbii ki, şəxsi heyəti itirmək təhlükəsi yaranarsa, müvafiq düzgün qərarlar veriləcək”, - o bildirib.
5-04-2023, 16:51
İranda məktəbli qızlar kütləvi şəkildə zəhərləndi


İranda məktəbli qızlar kütləvi şəkildə zəhərləndi

İranda Novruz bayramı tətilinin başa çatmasından və təhsil müəssisələrinin açılmasından sonra məktəbli qızlara kimyəvi hücumlar yenidən başlayıb. Bazar ertəsi və çərşənbə axşamı ölkə daxilində ən azı beş məktəb hədəfə alınıb. Məktəbli qızlar binalara buraxılan kimyəvi maddələrdən zəhərləniblər. Urmiya və Nəqədə şəhərlərində, Təbriz və İsfahanda məktəblərə hücumlar barədə məlumat yayılıb. ISNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, təkcə Təbrizdən 20 qız tələbə tənəffüs əlamətləri və nəfəs darlığı ilə xəstəxanaya aparılıb. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. Məlumata görə, indiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib. İran rəsmiləri qızların kütləvi zəhərlənməsinə görə xarici qüvvələri günahlandırır və bunun ölkənin düşmənləri tərəfindən törədildiyini bildirirlər.
5-04-2023, 16:35
Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq - Zelenski


Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Polşada mühüm açıqlama verib. Zelenski gələcəkdə Ukrayna ilə Polşa arasında heç bir sərhəd olmayacağını bəyan edib. "Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq. Siyasi, iqtisadi və daha çox vacib olan tarixi sərhədlər aradan qalxacaq. Ancaq bunun üçün hələ qalib gəlmək lazımdır. Bunun üçün bir az daha sıx şəkildə irəli getməliyik", - deyə o bildirib.
5-04-2023, 13:24
Krımı 5-7 aya geri qaytaracayıq - Podolyak


Krımı 5-7 aya geri qaytaracayıq - Podolyak

"Ukrayna Krımı 5-7 aya geri qaytaracaq". Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Krım. Reali”yə müsahibəsində deyib. O qeyd edib ki, Rusiya Federasiyasının ələ keçirilən yarımadanı saxlamaq üçün resursları yoxdur və onun sözlərinə görə, müharibənin məntiqi Krımın işğaldan azad edilməsinin bu müddət ərzində baş tutacağını göstərir. “Biz mütləq çox qısa müddətdə Krımda olacağıq, tarixi baxımdan 5-7 aya geri alacağıq”, - o əlavə edib. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.
5-04-2023, 13:08
Qazaxıstandan Putinin həbsiylə bağlı açıqlama


Qazaxıstandan Putinin həbsiylə bağlı açıqlama

Qazaxıstan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri baş tutacağı təqdirdə onu həbs etməyəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevin sözlərinə görə, rəsmi Astana Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu imzalamayıb və məhkəmənin son qərarlarına baxmayaraq, bu sənəd respublikaya şamil edilmir. Qeyd edək ki, bundan əvvəl Macarıstan Putinin ölkəyə gələcəyi halda onu həbs etməyəcəyini, Almaniya isə həbs edəcəyini elan etmişdi. Ermənistan Konstitusiya Məhkəməsi isə martın sonunda BCM qarşısında öhdəliklərini tanıyı, bu da Putini öz ərazisində həbs etməyə imkan verir. Amma Ermənistan parlamentindən bildirilib ki, hakim partiya və komandanın Putini beynəlxalq məhkəməyə təhvil vermək niyyəti yoxdur.
5-04-2023, 13:04
İranda hicab qaydalarına əməl etməyən qadınlar metroya buraxılmadı


İranda hicab qaydalarına əməl etməyən qadınlar metroya buraxılmadı

İranda hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər artıb. Aprelin 4-də İsfahan şəhərində hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilməyib. İsfahan metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" məzmunlu xəbərdarlıq bildirişləri yerləşdirilib. Məlumata görə, bir neçə stansiyada metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.
4-04-2023, 23:11
Amerikada bunun baş verdiyinə inana bilmirəm - Trampdan həbsinə ilk reaksiya


Amerikada bunun baş verdiyinə inana bilmirəm - Trampdan həbsinə ilk reaksiya

"Manhetten məhkəmə binasına doğru gedirik". Bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb. "Məni həbs edəcəklər. Mən Amerikada bunun baş verdiyinə inana bilmirəm”, - keçmiş prezident vurğulayıb. Qeyd edək ki, bu gün yerli məhkəmə ABŞ-ın sabiq prezidenti Donald Trampın qiyabi həbsinə qərar verib. Bu qərar onun həbsxanaya salınması demək deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!