Azarkeşlər klubun bazasına hücum etdilər .....                        Roma Papasından Ukrayna və Qəzza ilə bağlı çağırış .....                        "Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi .....                        Britaniya kəşfiyyatının gözlənilən ilk qadın rəhbəri .....                        Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi .....                        Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan .....                        Ermənistanda valideynlər şagirdləri məktəbə buraxmır .....                        Rusiya Ukraynada hərbi əməliyyatları bərpa etdi .....                        Magistraturaya qəbul imtahanı yekunlaşdı .....                       
6-10-2022, 22:38
Türkiyə Rusiyadan qaz alışını azaldır


Türkiyə Rusiyadan qaz alışını azaldır

Türkiyə Rusiyadan qazı digər tədarükçülərin xeyrinə dayandırmağa başlayıb. Butov.az xəbər verir ki, iyul ayında Türkiyə Rusiyadan yanacaq idxalını illik müqayisədə 37,2 faiz azaldıb. Enerji Bazarını Tənzimləmə Qurumunun aylıq hesabatında qeyd edilib ki, Ankara İran və Azərbaycandan qaz alışını müvafiq olaraq 37,5 və 31,5 faiz artırıb. Bununla yanaşı, Rusiya Türkiyəyə qaz tədarükündə lider olaraq qalır və Ankaranı 1,44 milyard kubmetr qazla təmin edib. Türkiyəyə qaz idxalının 870 və 710 milyon kubmetri isə müvafiq olaraq İran və Azərbaycanın payına düşüb. Ümumilikdə, 2022-ci ilin iyul ayında Türkiyə 2021-ci ilin eyni ayı ilə müqayisədə 15,7 faiz az qaz alıb - idxal 4,05 milyard kubmetrdən 3,41 milyard kubmetrə düşüb. Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatına görə, ay ərzində ölkəyə boru kəmərləri ilə təqribən 3,02 milyard kubmetr, dəniz yolu ilə isə 383 milyon kubmetr qaz mayeləşdirilmiş formada daxil olub. Bu göstəricilər boru kəmərləri idxalının 13 faiz, mayeləşdirilmiş idxalının isə 32,6 faiz azaldığını göstərir. Eyni zamanda, Türkiyə ümumi qaz istehlakını illik müqayisədə 27,5 faiz azaldaraq 2,78 milyard kubmetrə çatdıra bilib. Ölkə bu nəticəni elektrik stansiyalarında qazdan istifadəni azaltmaqla - məişət istehlakı artsa da - əldə edib. Bundan əlavə, ölkədə yanacaq ehtiyatları artırılıb - 2022-ci ilin iyulunda anbarlardakı qazın həcmi 20,6 faiz artaraq 3,37 milyard kubmetrə çatıb. Sentyabrda məlum olub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən qaza 25 faiz endirim, eləcə də tədarükün bir hissəsini öz valyutası olan türk lirəsi ilə ödəmək imkanı istəmək niyyətindədir. İnformasiya mənbələri təsdiqləyib ki, oktyabrda Türkiyə və Rusiya yanacaq tədarükünün dəyərini aktiv şəkildə müzakirə edir.
6-10-2022, 22:34
Türkiyə İsrailə səfir təyin etdi


Türkiyə İsrailə səfir təyin etdi

Türkiyə İsrailə səfir təyin edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ankaranın İsraildəki səfiri Şakir Özkan Torunlar olacaq. Məlumata görə, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş konsulu və Fələstində səfir vəzifələrində çalışıb. Qeyd edək ki, bir müddət əvvəl İrit Lilian İsrailin Türkiyədəki səfiri təyin olunmuşdu. Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.
6-10-2022, 22:20
“Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən reaksiya


“Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən reaksiya

Xocəvəndin işğaldan azad olunmuş Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması dəhşətli hadisədir. Bunu Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lamber deyib. Fransalı deputat bildirib ki, kütləvi məzarlıqlar Ermənistanın hərbi cinayətlərini göstərir:"Naməlum qəbirlərin tapılması, oradakı mənzərə sadəcə dəhşətdir. Dünyanın bu bölgəsində son 30 ildə baş vermiş hadisələrin tarixi həqiqəti üzərində sülh bərqərar olmalıdır. Tarixi ədalət bərpa olmalı, dünya həqiqəti görməlidir. Ona görə də hər kəs sülh istəməlidir, başqa yol yoxdur. Ermənistan ordusunun işğalı zamanı öldürülən azərbaycanlıların son günlərdə aşkar edilmiş kütləvi məzarları nə qədər reallıqların gizlədildiyini sübut edir. On minlərlə insanın ölümünə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olan dramatik faktlarla bağlı tarixi həqiqətləri hər kəs bilməlidir. Azərbaycanın bir çox itkin düşmüş mülki vətəndaş və əsgərlərindən hələ də məlumat yoxdur. Ümid edirik ki, dünya reallığı görəcək”. Qeyd edək ki, Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
6-10-2022, 22:17
Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı


Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı

Ermənistan Müdafiə Nazirliyi gözlənilməz xərclərə görə 1 milyard 805 milyon dram (təxminən 4,4 milyon dollar) alacaq. Butov.az xəbər verir ki, müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib. Nazirliyin izahatında qeyd olunduğu kimi, cari fəaliyyətin təmin edilməsi üçün ilkin əhəmiyyət kəsb edən gözlənilməz xərclərlə əlaqədar vəsaitlərin ayrılmasına ehtiyac yaranıb. Xatırladaq ki, Ermənistanın 2022-ci il üçün müdafiə büdcəsi 11% artaraq, təxminən 345 milyard dram (indiki məzənnə ilə - təxminən 850 milyon dollar) müəyyən edilib.
6-10-2022, 22:10
Rusiyanın daha 330 hərbçisi məhv edilib


Rusiyanın daha 330 hərbçisi məhv edilib

Ukrayna ordusu müharibə başlayandan bəri Rusiyanın 61 330 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, son sutka ərzində 330 rusiyalı hərbçi zərərsizləşdirilib. Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2449 tank, 5064 zirehli maşın, 1424 artilleriya sistemi, 344 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 helikopter, 1047 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 854 avtomobil və avtoçən, 134 xüsusi texnikadan ibarətdir. Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
5-10-2022, 20:54
Ermənistanda nazir istefa verdi


Ermənistanda nazir istefa verdi

Ermənistanın ədliyyə naziri Karen Andreasyan vəzifəsindən istefa verib. Bu barədə o, özü məlumat yayıb.“Bu gün mənim Ermənistanın ədliyyə naziri vəzifəsində son günümdür”, - Andreasyan yazıb. Lakin o istefasının səbəbini açıqlamayıb.
5-10-2022, 20:52
Kılıçdaroğlu Ərdoğana uduzdu - Təzminat ödəyəcək


Kılıçdaroğlu Ərdoğana uduzdu - Təzminat ödəyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu çıxışlarının birində şəxsi hüquqlarının pozulması iddiası ilə məhkəməyə verib. Butov.az xəbər verir ki, məhkəmə bu gün keçirilib. İclasda Ərdoğan və Kılıçdaroğlunun vəkilləri iştirak ediblər. Kılıçdaroğlunun vəkili ittihamların əsassız olduğunu və rədd edilməsinin istəyib. Ancaq məhkəmə vəkilin qaldırdığı vəsatəti rədd edərək, Kılıçdaroğlunun Ərdoğana 50 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.
5-10-2022, 20:50
Litvalı diplomat Rusiyadan qovuldu


Litvalı diplomat Rusiyadan qovuldu

Rusiya cavab addımı olaraq litvalı diplomatı ölkədən çıxarıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin saytında yerləşdirilmiş bəyanatda bildirilib ki, Litvanın qeyri-dost addımlarına cavab olaraq Rusiya əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.
5-10-2022, 20:48
Qaytarılan hərbçilərə işgəncə verilməyib - Ermənistan rəsmisi


Qaytarılan hərbçilərə işgəncə verilməyib - Ermənistan rəsmisi

Azərbaycan tərəfindən Ermənistana qaytarılan hərbçilərdən 10-u hazırda müstəntiqlər tərəfindən dindirilir, digərlərinin müalicəsi davam edir. Bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib. Onun sözlərinə görə, müalicəsi davam hərbçilər reabilitasiyadan sonra dindiriləcəklər. Tadevosyanın sözlərinə görə, geri qayıdan əsgərlər arasında ağır yaralı olmayıb, bəzilərində yüngül qəlpə yaraları var, əsirlikdə onlara işgəncə verilməyib. Xatırladaq ki, oktyabrın 4-də Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə 17 hərbçini Ermənistana qaytarıb.
5-10-2022, 20:44
Türkiyədə yenidən meşə yanğınları başladı


Türkiyədə yenidən meşə yanğınları başladı

Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda güclü meşə yanğını baş verib. Butov.az xəbər verir ki, yanğının səbəbləri hələlik bəlli deyil. Yanğının söndürülməsinə xüsusi təyyarələr, helikopterlər və yanğınsöndürən avtomobillər cəlb olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!