Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
4-03-2023, 14:40
Qarlı tufan 10 nəfərin həyatına soy qoydu


Qarlı tufan 10 nəfərin həyatına soy qoydu

ABŞ-ın bir sıra ştatlarına qarla müşayiət olunan güclü tufan nəticəsində azı on nəfər ölüb. Bu barədə CNN məlumat yayıb. Məlumata görə, təbiət hadisəsi nəticəsində 1,2 milyondan çox amerikalı elektrik enerjisindən məhrum qalıb. Xüsusilə, Kaliforniyada güclü qar səbəbindən 13 əyalətdə fövqəladə vəziyyət elan edilib. Texas və Pensilvaniya güclü küləklə əlaqədar təcili xəbərdarlıq edib. Kaliforniyanın bəzi ərazilərində qar yığınları ikinci mərtəbənin pəncərələrinə qədər böyüyüb.
3-03-2023, 23:47
Lavrovun çıxışı salondakı insanların gülüşünə səbəb olub


Lavrovun çıxışı salondakı insanların gülüşünə səbəb olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən panel iclasında çıxış edib. XİN başçısı Yeni Dehlidə keçirilən tədbirdə Rusiyaya qarşı müharibə başladıldığını bildirib. O deyib ki, "Rusiya üzləşdiyi müharibənin qarşısını almağa çalışır". Lavrovun çıxışı salondakı iştirakçıların gülüşünə səbəb olub. Qeyd edək ki, Rusiyanın XİN başçısı Seygey Lavrov Hindistanda “Böyük iyirmilik” (G20) qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Zirvə görüşündə iştirak edib. Onun müharibə ilə bağlı çıxışı Qərb mediasında sərt tənqidlərə tuş gəlib. Lavrovun guya Rusiyanın hücuma məruz qalmasını bildirməsi, Moskvanın Ukraynada apardığı müharibəyə özünəməxsus şəkildə haqq qazandırmaq niyyəti kimi qiymətləndirilib.
3-03-2023, 23:44
Kadırovun səhhətində ciddi problemlər yaranıb


Kadırovun səhhətində ciddi problemlər yaranıb

Çeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı bildirilir. Kadırov son videolarında kökəlmiş, şişkin görünür və bəzən gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Məlumata görə, çeçen lider rusiyalı həkimlərə etibar etməyib və Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana xüsusi həkim gətirib. Digər iddiaya əsasən, Kadırov səhhətində yaranmış problem səbəbindən Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də parlamentdəki çıxışına qatıla bilməyib.
3-03-2023, 23:42
ABŞ-dan Ukraynaya 400 milyonluq hərbi yardım paketi


ABŞ-dan Ukraynaya 400 milyonluq hərbi yardım paketi

ABŞ Ukrayna üçün 400 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Yeni paketə HIMARS sistemləri və artilleriya qurğuları üçün döyüş sursatı, “Bradley” döyüş maşınları üçün sursat və ponton körpüləri daxildir.
3-03-2023, 23:40
Serbiya Ukraynanı silahla təmin edəcəyini açıqladı


Serbiya Ukraynanı silahla təmin edəcəyini açıqladı

Serbiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynanı sursatla təmin etmədiyini açıqlayıb. Bu barədə nazirlik mətbuata bəyanatla çıxış edib. “Serbiyadan olan müəssisələr Ukraynaya silah və hərbi texnika tədarük etməyiblər”, - rəsmi məlumatda deyilir. Xatırladaq ki, Rusiya mətbuatında Serbiyanın Ukraynaya "Qrad" mərmiləri verməsi barədə məlumat yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vəziyyəti izlədiklərini söyləyib.
3-03-2023, 22:23
Aİ Ukraynaya 5700 günəş paneli verməyi planlaşdırıb


Aİ Ukraynaya 5700 günəş paneli verməyi planlaşdırıb

Avropa İttifaqı Ukraynaya 5700 günəş paneli verəcək. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Layen məlumat yayıb. “Mən Ukrayna ilə onun enerji təhlükəsizliyi üçün vacib olan bərpa olunan enerji mənbələri üzərində işləyəcəyimə söz vermişəm”, - deyib. Avropa Komissiyasının sədri bildirib ki, 5700 günəş panelindən ibarət ilk partiya tezliklə Ukraynaya göndəriləcək.
3-03-2023, 22:20
Zelenski avropalı XİN rəhbərləri ilə görüşüb


Zelenski avropalı XİN rəhbərləri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın xarici işlər naziri Vopke Hoekstra və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Zelenski Niderlandın XİN başçısı ilə Haaqada Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üzrə Beynəlxalq Mərkəzin yaradılmasını müzakirə edib. Estoniyanın xarici işlər naziri ilə söhbət zamanı isə Rusiyaya qarşı sanksiyaların daha da artırılmasının vacibliyi müzakirə olunub.
3-03-2023, 22:04
Borrel Rusiyanın G20-dən çıxarılmasını istəmir


Borrel Rusiyanın G20-dən çıxarılmasını istəmir

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanın G20-dən çıxarılmasını istəmir. Borrel Moskva ilə diplomatik münasibətlərdə irəliləyiş gördüyünü bildirib. Ali nümayəndə bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun G20 ölkələri xarici işlər nazirlərinin Dehlidə keçirilən iclasında əvvəlki görüşdən fərqli olaraq, Qərb dövlətləri Rusiyanı tənqid edən zaman zalda qalması ilə əsaslandırıb. Belə ki, ötən il Rusiya tənqid olunarkən Sergey Lavrov yığıncağı tərk etmişdi. Borrelin fikrincə, bu, kiçik, amma vacib irəliləyişdir: "Biz danışmağa davam etməliyik, yaxud danışmasaq, heç olmasa dinləməliyik".
3-03-2023, 21:59
Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcək


Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcək

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcək. Bu barədə twitter səhifəsində türkiyəli jurnalist İsmail Saymaz yazıb. O, iddiasını CHP-dəki mənbələrdən əldə etdiyi informasiyaya istinadən bölüşüb. Belə ki, Kılıçdaroğlunun seçkilərdə namizəd kimi iştirak etmək qərarının üzərində durduğu vurğulanıb. Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir. İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.
3-03-2023, 21:55
Özbəkistan prezidenti qazaxıstanlı həmkarı danışıqlar aparıb


Özbəkistan prezidenti qazaxıstanlı həmkarı danışıqlar aparıb

Özbəkistan prezidenti Şavkat Mirziyoyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev görüşüblər. Görüş Mirziyoyevin Qazaxıstana səfəri çərçivəsində Şımkənd şəhərində keçirilib. Tərəflər Kasım-Jomart Tokayevin 2022-ci ilin dekabrında Daşkəndə dövlət səfəri nəticəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Prezidentlər ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər. Həmçinin qarşılıqlı ticarətin artırılması, investisiyaların cəlb edilməsi, sənaye, enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!