15-01-2023, 16:59
Nepalda baş vermiş təyyarə qəzası kütləvi insan ölümünə səbəb olduNepaldakı təyyarə qəzası zamanı təyyarədəki insanlar həyatını itirib. Bu barədə "News 18" telekanalına yerli hakimiyyət nümayəndələri məlumat verib. Təyyarənin göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olmaqla, ümumilikdə 72 nəfər olub faciəvi qəza nəticəsində həlak olublar. Xilas olan 2 nəfərin də vəziyyəti ağırdır. Qeyd edilib ki, sərnişinlərdən 10-u xarici ölkələrin vətəndaşlarıdır.
15-01-2023, 16:48
Kanadanın baş nazirindən Ukraynaya dəstək mesajıKanadanın baş naziri Castin Trüdo Rusiyanın Ukraynadakı mülki hədəfləri növbəti dəfə atəşə tutmasına və Dneprdə çoxmərtəbəli yaşayış binasına hücumuna reaksiya verib. O, twitter səhifəsindəki paylaşımında Rusiyanın yaşayış binasına zərbə endirməsini qətiyyətlə pisləyib. "Rusiyanın Dneprdə yaşayış binalarına hücumları iyrənc və tamamilə qəbuledilməzdir. Kanada bu cür zorakılığı qeyd-şərtsiz pisləyir. Biz Ukrayna xalqını dəstəkləyirik və onlara lazım olan dəstəyi göstərməyə davam edəcəyik", - deyə paylaşımda bildirilib. Qeyd edək ki, Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb. Partlayış yerində axtarış-xilasetmə işləri davam edir, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
15-01-2023, 16:44
İbrahim Kalından İsveç və Finlandiyaya xəbərdarlıq mesajıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib. Kalın parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədin təsdiqi üçün az vaxt qaldığını açıqlayıb. "Bizdə növbəti parlament seçkiləri yaxınlaşdığı üçün vaxt məsələsi var. İsveç və Finlandiya NATO-ya tezliklə üzv olmaq istəyirsə, onların 2 ay və 2 ay yarım vaxtı qalıb", - deyə Ərdoğanın sözçüsü vurğulayıb. Qeyd edək ki, NATO-ya üzvlük alyans çərçivəsində konsensus yolu ilə mümkün olduğu üçün İsveç və Finlandiyanın təşkilata qoşulmasına Türkiyənin razılığı lazımdır. Rəsmi Ankara terrorla mübarizədə əməkdaşlıqdan yayındığı üçün bu iki ölkənin üzvlük prosesini dəstəkləmirdi. Daha sonra əldə olunan razılaşmaya görə, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Türkiyə onların NATO-ya üzvlüyünə etiraz etməyəcəyini bəyan edib.
15-01-2023, 16:36
Bu səbəbə görə Ukraynaya hərbi yardım göstərilməyəcək - TbilisiGürcüstanın hökumət başçısının müavini Teya Sulukuani Rusiya-Ukrayna müharibəsi haqqında yeni açıqlama verib. O, ölkəsinin Ukraynaya hərbi yardım etməyəcəyini bəyan edib. Baş nazirin müavini bunu müharibəyə qoşulmaq istəməməklə əlaqələndirib. "Tbilisi bu münaqişəyə cəlb olunmaq istəmir. Buna görə də Ukraynaya hərbi yardım göstərilməyəcək", - deyə Sulukiani söyləyib. Qeyd edək ki, Ukrayna Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu zamanı rəsmi Tbilisiyə yardım göndərmişdi.
15-01-2023, 15:44
Rusiyada bazar yandı Rusiyanın Samara vilayətindəki bazar yanğını zamanı bir nəfər həyatını itirib. Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, yanğının baş verdiyi ərazidən 1 kişi meyiti tapılıb. Hazırda axtarış-xilasetmə qrupunun işlərini davam etdirdiyi qeyd olunub.
15-01-2023, 15:40
Almaniya Ukraynaya hərbi dəstək yolladıAlmaniya Ukraynaya növbəti hərbi yardımını təhvil verib. Bu barədə Almaniya Federal Hökuməti məlumat yayıb. Hərbi yardıma dörd mina təmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil, 120 mobil istilik sistemi daxildir. Məlumata görə, yaxın vaxtlarda Ukraynaya sursatla birlikdə 40 “Marder” piyada döyüş maşını, raketlərlə birlikdə “Patriot” və 100 min ilkin tibbi yardım dəsti verilməsi planlaşdırılır. Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il fevralın 24-dən bəri Ukraynaya 12 milyard avrodan çox hərbi yardım edib.
15-01-2023, 00:27
“Böyük razılaşma” əldə olunarsa, Ukraynadakı münaqişə bitəcəkRusiya ilə Qərb arasında “böyük razılaşma” əldə olunarsa, Ukraynadakı münaqişəyə son qoyulacaq. Bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib. Onun sözlərinə görə, əsas məsələ Rusiyanın Qərblə, ilk növbədə ABŞ-la yeni saziş bağlamaq istədiyi daha geniş geosiyasi mənzərədir. “Əks halda müharibə uzun müddət davam edəcək, xərclər daha da artacaq, hər iki tərəfdən böyük itkilər olacaq. İstədiyimiz hər iki tərəf arasında neytral mövqeyimizi saxlamaq, onları bu müharibəni necə dayandırmaq barədə ciddi söhbət üçün bir araya gətirməkdir”, - Türkiyə rəsmisi bildirib.
15-01-2023, 00:23
İsveç və Finlandiya hələlik NATO-ya üzv ola bilməyəcəkİsveç və Finlandiyanın iyun ayına qədər NATO-ya üzv ola bilməyəcəyi ehtimalı var. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. “Onlar bizə deyirlər ki, yeni qanunlar tam olaraq qüvvəyə minəcək, iyun ayına qədər yekunlaşacaq, lakin onların daha tez edə biləcəkləri bəzi şeylər ola bilər”, - deyə Kalın İstanbulda xarici jurnalistlərə açıqlamasında söyləyib. Türkiyə rəsmisi, həmçinin qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaları onların nə qədər sürətlə və ciddi addımlar atmasından asılıdır.
15-01-2023, 00:19
Dneprdə yaşayış binası raketlə vuruldu Rusiya hərbçiləri Dneprdə yaşayış binasını raketlə vurublar. Dinc sakinlər dağıntılar altında qalıb. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko teleqram kanalında yazıb.“Sadəcə vəhşilikdir, binanın ən azı bir bloku yoxdur, dağıntılar altında istirahət günü evində olan insanlar var", - deyə Timoşenko bildirib. Onun sözlərinə görə, Fövqəladə Hallar Dövlət Xidməti və digər qurumlar hadisə yerində işləyirlər. İrimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.
15-01-2023, 00:15
Rusiyaya qarşı görülən tədbirlər effektli olmadı - İbrahim KalınTürkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsiz qaldığını bildirib. Bu barədə o, Rusiya mətbuatına müsahibəsində deyib. O, vurğulayıb ki, Türkiyə münaqişə tərəflərinə bərabər mövqedən yanaşır. Kalının sözlərinə görə, Ankara Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq, çünki bu sanksiyalar Rusiyanın özündən çox Türkiyə iqtisadiyyatına ziyan vuracaq. “Qərbin Rusiyaya qarşı indiyədək gördüyü tədbirlər effektli olmayıb. Onlar nə Rusiyanın hərəkətlərini dəyişdirdilər, nə də ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı verdilər", - deyə Kalın qeyd edib.