13-01-2023, 19:21
Paşinyan seçimini etməlidir - Kreml “Rusiya prezidenti Vladimir Putinin başı Ukraynadakı işğalçı müharibəyə qarışıb. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə səsləndirdiyi açıqlamalarına Rusiya prezidentinin sözçüsü Dmitri Peksov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova cavab veriblər”. Bunu Nikol Paşinyanın son günlərdəki anti-Rusiya açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib. Siyasi şərhçi xatırladıb ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova son mətbuat konfransında Kremlin Paşinyana mesajını təxminən bu şəkildə göndərib: “Bizimləsən, yoxsa Qərbləsən?”. “Paşinyan bu suala konkret cavab verə bilmir. Əlbəttə, Paşinyan daxilən Qərblədir, ancaq Ermənistanın və erməni separatizminin reallıqlarını nəzərə alaraq Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır. Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək, Zaxarovanın təbirincə desək, seçimini etməlidir. Seçim Paşinyanın mətbuat konfransında elan etdiklərinin reallaşdırmasından keçir:
1. Ermənistan KTMT-yə üzvlükdən imtina etməli;
2. Kremldən Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvini istəməlidir”.
13-01-2023, 19:05
Macarıstanın baş naziri Almaniyanı tənqid etdiMacarıstanın baş naziri Viktor Orban Almaniyanı tənqid edib. Orbanın tənqidi Rusiyaya qarşı sanksiyalarla bağlı olub. "Almaniyanın siyasəti və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin addımları məndə mədəni şok yaradıb. Alman praktikliyi haqqında mif dağıldı. Sanksiyalarla bağlı hesablamalar səhv aparılıb, onlar uğursuz olub", - deyə baş nazir söyləyib. Qeyd edək ki, Macarıstan baş naziri Avropa məkanında Rusiyayönümlü olmaqda tənqid edilən siyasətçidir.
13-01-2023, 16:34
İranda yeni etirazlar dalğalanmağa başlayıbİranın hüquq mühafizə orqanlarının etirazçılara qarşı qəddar davranışı yeni növ etiraz aksiyasının yaranmasına səbəb olub. Tehrandakı çoxmərtəbəli binaların sakinləri evlərinin işıqlarını söndürərək eyvana çıxır və “Diktatora ölüm”, “Qadınlara azadlıq”, “Rədd olsun islam dövləti” şüarları səsləndirirlər. Etirazçıların bu taktikasının mahiyyəti daha az insanın həbs edilməsinə nail olmaqdır. Qaranlığa qərq olan böyük yaşayış komplekslərində etirazçıların səsi bütün Tehrana yayılır. Təhlükəsizlik qüvvələri belə aksiyanın qarşısını almaqda çətinlik çəkirlər. Hər gecə təkrarlanan bu aksiya ictimaiyyətin hakimiyyətlə barışmayacağını göstərir. Aksiya iştirakçılarına qarşı repressiya, həbs və edamlar insanları rejim əleyhinə daha genişmiqyaslı etirazlara sövq edib. Ötən gecə Tehranda, İsfahanda, Bəndər-Abbasda, Kirmanda, Zəncanda və digər böyük şəhərlərdə aksiyalar keçirilib və polislə qarşıdurma yaranıb. Bununla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya və Avropanın başqa şəhərlərində İran diasporunun nümayəndələri də aksiyalar keçirib, beynəlxalq ictimaiyyətdən edam və həbsləri dayandırmağı tələb ediblər. Sosial şəbəkələrin İran seqmentində qeyd olunur ki, insanlar tələblərinin nəzərə alınmayaraq onlara “xarici dövlətlərin casusu” adı verilməsi gərginliyi daha da artırır. Bütün bunlardan başqa, beynəlxalq təcridin daha da artması və yeni sanksiyaların tətbiqi İran hakimiyyətini dalana dirəyib. Çıxış yolunu xarici dövlətləri ittiham etməkdə görən rejim baş örtüyü qadağasını nisbətən yumşaltsa da, sabitliyi hələ də bərpa edə bilmir. Artıq İran ictimaiyyətinin hakimiyyətdən tələbi tam siyasi xarakter daşımağa başlayıb. İnsanlar nəinki belə quruluşda yaşamaq istəmir, eləcə də hakimiyyətin ideoloji xəttini də qəbul etmirlər.
13-01-2023, 16:30
Zaxarovadan ABŞ-a təklifRusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin pullu informasiya resurslarına media məkanında onun üzərində ciddi işləməyi tapşırdığını açıqlayıb. Zaxarova ABŞ-ın onu hədəf aldığına eyham vurub. Nazirlik sözçüsü qeyd edib ki, Dövlət Departamentinin saytında onun üstünə qırmızı hərflərlə "yalan" sözü yazılmış şəkilləri yerləşdirilib. “Deyirlər ki, Zaxarova əvvəllər yaxşı idi, indi isə pis olub. Mən sizi məyus edəcəyəm: Mən heç vaxt çox yaxşı olmamışam", - Rusiya XİN rəsmi nümayəndəsi deyib. Zaxarova ABŞ-a eksperiment keçirməyi təklif edib. O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin narkotikdən istifadə etdiyini bildirib və Dövlət Departamentinin bunu inkar edib-etməyəcəyini görmək istədiyini bəyan edib.
13-01-2023, 15:14
Türkiyə miqrantların xəyatını xilas etdiTürkiyənin sahil-mühafizə xidməti 12 qanunsuz miqrantın həyatını xilas edib. Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində köməksiz vəziyyətdə olan miqrantlar sudan çıxarılıb. Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sularına doğru hərəkətə sövq edilən miqrantlar "TCSG-84" qayığı vasitəsilə sahilə gətirilib. Miqrantlara zəruri yardım göstərildikdən sonra onların miqrasiya mərkəzinə təhvil verildiyi bildirilib.
12-01-2023, 21:39
“Mən üzr istəməyə ehtiyac görmürəm” - Emmanuel MakronFransa Prezidenti Emmanuel Makron Əlcəzairdən üzr istəməyəcəyini bəyan edib. Bu barədə o, “Le Point” qəzetinə müsahibəsində deyib. Makron iki ölkəni barışdırmaq yolunda birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu ilə görüşmək istədiyini vurğulayıb. “Mən üzr istəməyə ehtiyac görmürəm. Məsələ bu deyil. Belə jest bütün əlaqələri qıra bilər”, - deyə Fransa lideri bildirib. Qeyd edək ki, Fransa Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib. Qırğınlar 1 milyon 500 min vətəndaşının ölümü ilə nəticələnib.
12-01-2023, 21:35
İstanbulda güclü partlayış baş veribTürkiyənin İstanbul şəhərində yerləşən biznes mərkəzində partlayış olub. Hadisə biznes mərkəzində fəaliyyət göstərən tekstil istehsalı atelyesində baş verib. İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində yaralananların olduğu bildirilir.
12-01-2023, 21:33
Almaniyadan Moldovaya hərbi yardımAlmaniya Moldovaya zirehli maşınlar hədiyyə edib. Bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkəyə 19 ədəd “Piranha” zirehli personal daşıyıcıları göndərilib. Göndərilən maşınların üzərində pulemyot quraşdırılmayıb. Zirehli maşınlar Moldovaya təmənnasız verilib, Moldova tərəfi zirehli texnikanın üzərinə pulemyotlar quraşdıracaq.
12-01-2023, 21:22
İrandan İsveçə etiraz - Səfir XİN-ə çağırıldıİran bəzi Avropa ölkələrinin “müdaxiləçi bəyanatlarına” cavab olaraq, Avropa Şurasının müvəqqəti prezidenti olan İsveçin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsveçin Tehrandakı səfiri Mattias Lentzin nazirliyə çağırıldığı və bəzi qurumlar tərəfindən İranın daxili işlərinə müdaxiləni pislədiyi bildirilib. Açıqlamada nazirliyə çağırılan Lentzdən İranın etiraz notasını Avropa tərəflərinə çatdırması istənildiyi, İsveç səfirinin Tehranın etirazını Brüsselə əks etdirəcəyi barədə məlumat verdiyi bildirilib.
12-01-2023, 21:18
Ermənistanın Xarici İşlər Nazirliyi KTMT-yə cavab verdi Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) cavab verib. Bu barədə Ermənistan XİN-in rəsmi nümayəndəsi Vaan Hunanyan "Civilnet"ə danışıb. "İlk növbədə qeyd etmək istərdik ki, KTMT-nin işçi orqanı kimi, katibliyin kompetensiyasına təşkilatın ali orqanının üzvlərinin bəyanatlarını şərh etmək uyğun deyil. KTMT-yə üzv dövlətlər katiblikdən qərar və fəaliyyətləri barədə anlayış gözləmirlər. Katibliyin vəzifələri nizamnamədə dəqiq şəkildə təsbit olunub. Bu, təşkilatının oqranlarına təşkilati, analitik, konsultativ və informasiya dəstəyi göstərməkdən ibarətdir. Yeni baş katibi belə halların bir daha təkrarlanmaması üçün fatktla bağlı yoxlanışa çağırırıq", - deyə Hunanyan bəyan edib. Qeyd edək ki, KTMT-nin katibliyi Ermənistan baş naziri Nikol Paşinyanın hərbi alyansın 2023-cü ildə ölkə ərazisində hərbi təlimlər keçirməsindən imtina olunması barədə açıqlamasını tənqid edən şərh yaymışdı.