"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 7-02-2020, 08:47
Nazim Hikmətin poetik dilinin tədqiqi

Turan Azər qızı Hüseynova “Nazim Hikmətin şeir dilinin leksikası”(“Avropa”, 2016) monoqrafiyasının epiqrafında göstərir ki, “bu kitabı babam Tofiq Hacıyev və əmim İsmayıl Hacıyevin əziz xatirələrinə ithaf edirəm.” Məncə, bu cümlədə ikitərəfli məntiq var. Birincisi odur ki, müəllif kitabı babasının və əmisinin xatirələrinə həsr etdiyini qeyd edir. İkincisi isə özünü onda göstərir ki, akademik Tofiq Hacıyev görkəmli dilçi-türkoloq, İsmayıl Hacıyev isə həyatdan nakam getmiş dəyərli yazıçı – insan könlünü riqqətə gətirən bədii əsərlər müəllifi idi. Monoqrafiya isə bir ədibin - türk şairi və nasiri Nazim Hikmətin poetik dilinin incəliklərinə həsr olunub. Məhz bu baxımdan düşündükdə bu kitabda dilçi-türkoloq Tofiq müəllimin də, görkəmli ədəbi sima nakam yazar İsmayıl Hacıyevin də ruhlarının anılması tamamilə məntiqlidir.
İ.Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının qərarına əsasən işıq üzü görən kitabda önsöz yerinə akademik Tofiq Hacıyevin 19 aprel 2002-ci ildə “Ədəbiyyat qəzeti”ndə gedən “Dadını çıxara-çıxara kədərlənən Nazim” adlı yazısı verilmişdir. Bu yazı da burada təsadüfi deyildir. Burada N.Hikmət poeziyasının dil özəlliklərinin çözülməsi fonunda şəxsiyyətinin də üstünə işıq düşür ki, bu da sanki bədii əsərdəki ekspozisiya rolunu oynayır: “Nazimi Vətənindən getməkdə qınayanlar, hətta ona etibarsız deyənlər də var. Ancaq onun poeziyasının baş qəhrəmanı həmişə Ata vətəni olub. Onun qürbət yaradıcılığı üzrə Türkiyənin siyasi tarixini yazmaq olar. 1959-cu ildə Moskvada yazırdı (“Onu” deyəndə vətəni nəzərdə tutur):
Onu didik-didik didiklədilər,
Saçlarından tutub sürüklədilər,
Götürüb kafirə: “Buyur” dedilər,
Bəylər, bu vətənə nasıl qıydınız?
Bu o zaman idi ki, beynəlxalq imperializm ayrı-ayrı siyasi xadimlərin vasitəsilə Türkiyəni didişdirirdi. O tamam Nazim Hikmət vətəni ilə birlikdə idi.
N.Hikmət N.Nərimanovun taleyini təkrar elədi. N.Nərimanov nizamnaməsinə, proqramına inanaraq hesab edirdi ki, bolşevizm Rusiya imperiyasındakı xalqlara milli azadlıq verəcək. İnandı və səmimiyyətinin qurbanı oldu. N.Hikmət də kommunistlərin sözünə inanırdı ki, Sovetlər İttifaqı dünyanın bütün xırda və asılı dövlətləri, o cümlədən Türkiyəni müstəmləkəçi kapitalist dövlətlərin əsarətindən qurtaracaq. Qırmızı bolşevizm onun məsləkini əfsunladı.
Nazim Hikmət faciə qəhrəmanıdır. Faciə qəhrəmanı müsbət obraz sayılır - bəşəri estetika belə təsdiqləyir. Otello Dezdemonanı – sevgilisini boğur. Cinayətkar olur. Bu cinayətkar ən çox sevdiyi bir həyatı məhv edir. Özünü də öldürür. Buna görə də müsbət insan rütbəsi alır. N.Hikmət vətəninin dərdini demək, car çəkmək üçün kənara çəkilir. O, sevgilisi vətəni atır və deməli, cinayət işləyir. Ancaq özünü qəriblik cəhənnəminə məhkum edir və bu cəhənnəmdə ölür. Bununla o özü-özünə cəza vermiş olur. Vətəndən kənardakı ömrü nalə-sızıltı içində keçdiyindən, vətənsizlik odunda həsrətlə yandığından bu yanğını sevgi kimi qəbul etdiyindən, o özünə bəraət qazandırmış olur. O, qürbətdə Leylasının (vətəninin) sevgisi ilə yaşayır – onun yaşamağı yanmaq, qovrulmaqdır. O, bu Leylanın eşqi ilə Məcnun olub səhralara – Sovetlər Birliyinin tikanlı sərhədləri içinə düşür..
Beləcə, Tofiq müəllim özünəxas akademik üslubda Nazim Hikmətin yaradıcılığı ilə müvazi şəkildə şəxsiyyətinə də aydınlıq gətirir ki, bu da Turan Hüseynovanın araşdırdığı ədəbi simanın – Nazim Hikmətin şeir dilinin leksikası monoqrafiyasına giriş açarı təəssüratı aşılayır.
Turan xanımın əsərə yazdığı giriş də bu tanıtmanın miqyasını bir qədər də genişləndirir: “Nazim Hikmətin şeir yaradıcılığı ilə yanaşı dəyərli nəsr və dram əsərləri də vardır. Düzdür, şairin səkkizcildlik yaradıcılığının ancaq iki cildi şeirlərdən ibarətdir. Bununla belə, N.Hikmət dramaturq, nasir-romançı olmaqdan daha çox şair kimi tanınır. Buna görə də ilk olaraq onun şeir dilinin tədqiqata cəlb edilməsi dilçilikdə aktual problemlərdəndir. Belə ki, Nazim Hikmət dilinin qrammatikası, morfologiyası ilə bağlı maraqlı xüsusiyyətlər vardır. Bunu nəzərə alaraq şairin şeir dilinin leksikasının tədqiqi elmi baxımdan daha aktualdır. N.Hikmətin ədəbi türkcənin ümumi mənzərəsini əks etdirən lüğət tərkibi şairin dilinin bədiiliyini tədqiq etmək üçün zəngin material verir.
Dilin mütəhərrikliyi, müasirliyi ilə ən çox səciyyələnən hissəsi lüğət tərkibidir. Bədii söz ustaları da öz sənətkarlıqlarını məhz sözlə davranışlarında, sözləri üslubi keyfiyyətlərlə yükləmələrində göstərirlər...
Tədqiqatın məqsədi N.Hikmətin şeir dilinin lüğət tutumu haqqında təsəvvür yaratmaqdır. N.Hikmətin türk şeir dilinin qəliz osmanlı dilindən xilas olmasında öz payı vardır. Bu cəhətdən o, sadə türkcədə yazan Məhəmməd Əminin, xüsusilə həm poeziya müəllimi, həm də bilavasitə məktəb müəllimi olmuş Yəhya Kamalın yolunu izləmişdir. Nazim Hikmətin dilində tarixi təkamül özünü göstərir. Belə ki, onun leksikonunda Moskva təhsilin nə qədərki (1921) dili ilə sonrakı dövr arasında ciddi fərq görünür. İlk yaradıcılıq mərhələsində onun dili geniş kütlənin anlamadığı ərəb, fars sözlərindən uzaqlaşması ilə səciyyələnir. Sonrakı dövrdə onun dilinə rus və Avropa dillərindən xeyli söz daxil olur. Həm də bu Avropa sözləri əvvəllərdən Türkiyə türkcəsində olan ənənəvi leksik vahidlər olmayıb, bilavasitə ruscanın mənimsəyib işlətdiyi Avropa sözləridir. Bu dəqiqdir ki, Türkiyə türkcəsinə keçən ilk rus sözləri məhz N.Hikmətin dili ilə keçmişdir.
Bu minvalla T.A.Hüseynova N.Hikmətin şeir dilinin səciyyəvi əlamətlərinə diqqəti çəkir, hətta Türkiyə türkcəsində sərbəst şeirin bilavasitə Nazim Hikmətlə başlandığını göstərib, tədqiqatına “Nazim Hikmətin sərbəst şeirə qədərki dilinin leksikası” adlı fəsillə başlanğıc verir. Bu fəslin
“N.Hikmətin ilk yaradıcılığı dövründə tarixi-ədəbi şərait” adlı ilk paraqrafını müəllif aşağıdakı cümlələrlə başlayır:
“Nazim Hikmətin işlətdiyi və özünə milli qayə saydığı sadə, aydın türkcə, xalqın, geniş kütlənin anlayacağı ədəbi-bədii türkcə uğrunda gedən fəal mübarizə Nazim Hikmətə qədər yarım əsrdən çox yol gəlmişdi. Tənzimatçılar öndə Namiq Kamal olmaqla dilin sadəliyinə ədəbi-estetik qayə kimi, ictimai-nəzəri düşüncə ilə yanaşmış, həm də bu ideyanı bilavasitə əməli iş kimi öz qələm təcrübələri ilə gerçəkləşdirmişdilər, istədiklərinin örnəyini verirdilər, yəni söz adamı deyildilər, dediklərini işləri ilə əyani göstərirdilər. M.F.Axundzadə kimi Namiq Kamal da Avropa ədəbiyyatı tipində realist ədəbiyyat tərəfdarı idi. Mirzə Fətəli kimi onda da ərəb, fars sözlərinin bolluğu ilə yanaşı, Divan ədəbiyyatının dilindəki reallığa sığışmayan mübaliğələr, süni təşbehlər, ifadələr etiraz doğururdu. O, bu ifadələrin gerçək-realist insan dilinə uyğun gəlmədiyini söyləyir: deniz gönüllü, hançerini Merihin göğsüne saplamış kahramanlar; feleyi tərsinə çevirmiş də qədəh deyə önünə qoymuş; bağırdıkça arşıala sarsılır; boyu sərvdən uzun, beli qıldan incə, ağzı zərrədən ufak, kılıç kaşlı, qarğı kiprikli, geyik gözlü, yılan saçlı sevgililər və s. Əlbəttə, burada N.Kamalın əsas tənqid hədəfi şeir dilindəki qeyri-təbiilikdir. Yəni həyatda gerçək olaraq bu təsvirlərdəki hallar, mübaliğələr həqiqətən mümkün deyil. N.Kamalın modern Avropa ədəbiyyatından təsirlənərək gəldiyi bu qənaəti ondan əlli il sonra Azərbaycanın böyük satiriki M.Ə.Sabir təkrar edəcəkdi: Ey alnın ay, üzün günəş, ey qaşların kaman! Ceyran gözün, qarışqa xətin, kakilin ilan! Alma çənən, çənəndə zənəxdan dərin quyu, kipriklərin qamış, dodağın bal, tənin kətan! Boynun sürahi, boy-buxunun bir uca çinar, əndamın ağ gümüş, yanağın qırmızı ənar! Bu əlamətlərlə portretləşdirilmiş insan surətini Sabir də N.Kamal kimi bir qulyabanı obrazı sayır, qəh-qəhə çəkir: Xalın üzündə buğda, başında saçın qürab, qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!
N.Kamalın bu ideyası realist ədəbiyyat uğrunda mübarizənin əsasını təşkil edirdi. Bu realist ədəbiyyatın işi Divan ədəbiyyatının romantikasını göydən yerə endirmək idi. Bu “enmədə” Divan ədəbiyyatının əcnəbi leksika ilə zəngin olan, bəzən kütləvi anlaşmadan kənarda qalan yüksək üslublu dilini sadə, anlaşıqlı, ancaq ədəbi qrammatika, fonetika ilə (tələffüzlə) kütləviləşdirmək, geniş xalq kütləsinə çatdırmaq nəzərdə tutulurdu. Beləliklə, realist ədəbiyyat uğrunda mübarizə xalq dili əsasında ədəbi dil uğrunda mübarizə idi.
Tənqid hədəfi kimi götürülən Divan ədəbiyyatı dərin fəlsəfi ədəbiyyat idi, böyük intellekt ədəbiyyatı idi...
Belə düşünürəm ki, Turan xanımın araşdırdığı dövrün ədəbi-ictimai mənzərəsini bu cür dəqiqliklə qavrayıb izah etməsi tədqiqatında nail olacağı uğurun açarı kimi dəyərləndirməlidir. Bu zamankı dövrü Azərbaycan və Türkiyənin ədəbi simalarının fəaliyyətləri miqyasında – M.F.Axundov,
M.Ə.Sabir kimi realist qələm sahibləri ilə Türkiyədəki Tənzimatçıları müqayisəli şəkildə xarakterizə etməsi müəllifin ədəbi proseslərə əhatəli halda yanaşa bilməsindən xəbər verir. Məhz bu zəmin üzərində tədqiqatını davam etdirən Turan Hüseynova N.Hikmətin poetik yaradıcılıq yolunu diqqətlə izləyib, ədibin əlli illik yaradıcılıq dövrünün mükəmməl xarakterizəsini verməyə nail olmuşdur.
Nazim Hikmətin poetik dilinin tədqiqi


Şakir Albalıyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!