Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 11-09-2015, 12:14
BEŞ QARDAŞIN NAĞILI


Yusif Millətoğlunun “Nərgiz” nəşriyyatı tərəfindən çapdan çıxan yeni kitabı belə adlanır.

Ənənəvi xalq nağıllarından fərqli olaraq “Biri vardı, biri yoxdu...” ifadələri ilə bağlamır. Əslində nağıllarımızda işlədilən bu ifadələr yalnız “gəlişi gözəl” sözlər deyildi. Nağılların dilinə yalnız şirinlik qatmırdı, eyni zamanda böyük məna ifadə edirdi. Nağılçılar, nağıl müəllifləri bununla demək istəyirdilər ki, mənim danışdıqlarımın biri əfsanədi, biri gerçək, var olan – gerçək, yox olan – əfsanə. Yarısı əfsanədi, yarısı həqiqət. Bəzən də real həqiqətlər əfsanələşib, nağıllaşıb...

Mənim sizə danışdığım bu kitab isə real həqiqətləri – 1988-1993-cü illərdə Qarabağ bölgəsində adı igidlik sinvoluna çevrilmiş döyüşçülərimizdən biri olan Tahir İmran oğlu Əliyevin və onun qardaşları Zakirin, Sabirin, Zahidin və Sahibin keçdiyi rəşadətli döyüş yoluna həsr edilmişdir.

“Beş qardaşın nağılı”nı yazmaqda müəllifin məqsədi qəhrəman döyüşçü Tahir Əliyevlə bağlı bu gün yaddaşlarda yaşayan reallıqları özündə əks etdirən xatirələri əbədiləşdirmək, Tahir və onun qardaşlarının mənfur düşmənlərimizə qarşı mübarizədəki rolunu, keçdikləri şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə ola biləcək məqamlarını tarixləşdirməkdir. Öyrənilməli, nəticə çıxarmalı gerçəklikləri gələcək nəsillərə çatdırmaqdır.
BEŞ QARDAŞIN NAĞILI

İmran kişi beş oğul və üç qız atası olub. Onun ailəsi cəbhədəki “atəşkəs”ədək (12 may, 1994-cü il) düşmən üzərindəki qələbə üçün, Vətən üçün nə lazımdırsa edib. “Beş qardaşın nağılı” adlı poemada bu ailənin müharibədəki fəaliyyətini işıqlandırmağa çalışan müəllif poemanın sonluğunu belə bitirir.

...Biri vardı, biri yox,

Beş oğuldan üçü yox...

Heç də nağıl deyildir

Danışdığım hadisə.

Olaylara, bilin ki,

Nağıl kimi yanaşdım

Onları nağıl edib

Mən sizlərə danışdım.

Bu beş qardaş əksər ailələrin oğullarından fərqləndiyi kimi, beş qardaşın içərisində Tahir də döyüşlərdəki cəsarəti ilə seçilirdi. Ona görə də kitabı cəsarətlə “Tahirin döyüş səlnaməsi” də adlandırmaq olar.

Tarixi mənbəələr sübut edir ki, Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir 1748-ci ildə Bayat qalasını, 1751-ci ildə Şahbulaq qalasını, 1756-cı ildə Şuşa qalasını tikdirmiş və bununla da Qarabağda hərbi-siyasi mövqeyini möhkəmləndirmiş, Şuşanı xanlığın inzibati mərkəzinə çevirmişdir. Elə o vaxtlardan da tarixi-coğrafi məkanımız olan Qarabağın tacı Şuşa, ürəyi isə Ağdam adlanmağa başlanmışdır.

Təbii ki, Ağdam şəhərinin, o cümlədən bütövlükdə Ağdam rayonunun 1988-ci ildən mənfur qonşularımızın xalqımıza qarşı başladıqları müharibədə hərbi-strateji əhəmiyyətini bilməyən insan tapmaq çətindir. Ermənilərin xalqımıza qarşı qaldırdıqları ərazi iddiaları, Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikasının ərazisi) 1988-ci ilin yanvarından 1991-ci ilin avqust ayınadək davam edən soydaşlarımızın ata-baba torpaqlarından sonuncu deportasiyasına ilk etirazını bildirən, 1988-ci ilin fevral ayının 24-də Ağdam-Əsgəran təmas xəttində Ağdam əhalisi olmuşdur və həmin gün rayon ilk şəhidlərini verməklə (Əli və Bəxtiyar adlı məktəblilər) düşmənlərimizin iddiaları ilə barışmayacağını nümayiş etdirdi. Həmin qanlı tarix bu gün də davam etməkdə olan Qarabağ müharibəsinin başlanğıcı kimi tarixə yazılmışdır.

Hadisələrin ilkin mərhələsində SSRİ rəhbərliyinin ermənipərəst mövqeyi xalqımıza düşmən olan qüvvələrin daha da fəallaşmasına rəvac verdi.Beləliklə, ilk dəfə ermənilərin hiyləgərliklərindən adi narazılıqlar fonunda başlayan “inciklikləri”nin miqyası genişlənib müharibəyə və bu günkü məlum hadisələrə gətirib çıxardı. İlk gündən Ağdamın mərd oğulları düşmənlə barışmaz olduqlarını onlara qarşı apardıqları mübarizə ilə sübut etdilər. İlk yerli özünümüdafiə dəstələri burada yaradıldı. Təsadüfi deyildir ki, müstəqil Azərbaycan Respublikasının Milli Ordu quruculuğunun ilk addımları məhz Ağdamda atıldı. Mərhum Milli Qəhrəman, əfsanəvi sərkərdə kimi döyüşçülərin yaddaşında yaşayan Şirin Mirzəyev 1991-ci ilin noyabr ayında yaradılan Milli Ordu hissələrinin və “könüllülər” adlanan yerli özünümüdafiə hissələrinin hesabına peşəkarlıqla, itki vermədən bir çox yaşayış məntəqələrini düşməndən təmizlədi, Azərbaycan oğullarının nələrə qadir olduğunu və 1992-ci ilin hərbi uğurları üçün mənəvi-psixoloji coşqunluğun əsasını qoymuş oldu. Bir sözlə, Ağdam rayonunun əli silah tutan hər bir oğulu erməni-rus hərbi əməkdaşlığı nəticəsində rayon ərazisinin 1993-cü ilin iyun-iyul aylarınadək əsas hissəsinin işğalınadək düşmənə qarşı mərdliklə sinə gərdilər. Statistik məlumatlara əsasən deyə bilərik ki, Ağdam rayonu müharibədə bu günədək 6 min nəfərdən çox hərbi və mülki şəhid vermişdir. Onların sırasından adları qəhrəmanlıq rəmzinə çevirilən Şirin Mirzəyevin, Fred Asifin, Allahverdi Bağırovun da adları olan 16 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.

Qarabağ müharibəsində ağdamlıların rolu barəsində onlarca kitablar yazılmış, filmlər çəkilmişdir. Ancaq bizə elə gəlir ki, ümumilikdə Azərbaycan döyüşçülərinin, o cümlədən Ağdam igidlərinin müharibədəki rolu hələ kifayət qədər işıqlandırılmayıb, gənc nəslin vətənpərvərlik tərbiyəsində lazımi mənbəyə çevirilməmişdir.

Bu yaxınlarda nəşriyyatımızda şair, publisist, “Qızıl qələm” media mükafatı lauriyyatı Yusif Millətoğlunun “Beş qardaşın nağılı” adlı növbəti kitabı çap edilərək oxucularının ixtiyarına verilmişdir.

Kitabın əsasını Ağdam rayonunun Mərzili kəndindən olan Əliyev İmran Niyaz oğlunun beş oğlunun hamısının 1988-ci ildən sonrakı dövrdə düşmənlərimizə qarşı mübarizədə göstərdikləri qəhrəmanlıqlardan bəhs edilir. Əliyev Zakir İmran oğlunun 1992-ci ilin may ayının 7-də Abdal-Gülablı kəndinin müdafiəsi zamanı şəhid olmasından, Əliyev Tahir İmran oğlunun bölük komandiri kimi 1992-ci il sentyabr ayının 4-də Abdal kəndinə ermənilərin genişmiqyaslı hücumu zamanı 17 nəfər döyüşçümüzü düşmən mühasirəsinə düşməsinin qarşısını almaq üçün təkbaşına düşmən həmlələrini dəf edərkən itkin düşməsindən, Əliyev Sabir İmran oğlunun 1992-ci il sentyabr ayının 5-də (qardaşı Tahir Əliyevin itkin düşməsindən bir gün sonra) ermənilərin Mərzili kəndinə olan növbəti hücumu zamanı döyüşçü borcunu şərəflə yerinə yetirərkən şəhid olmasından, həmçinin, 1988-ci ildən 2014-cü ilin sonunadək nümunəvi döyüş yolu keçən, dəfələrlə Ali Baş Komandan və Müdafiə Nazirliyi tərəfindən döyüş şücaətinə görə təltif edilən bu gün isə mayor hərbi rütbəsi ilə istefada olan Əliyev Zahid İmran oğlundan və ailənin sonbeşiyi olan Əliyev Sahib İmran oğlunun müharibədəki fəaliyyətindən bəhs edilir.
BEŞ QARDAŞIN NAĞILI

Kitabdakı real faktlarla tanışlıqdan sonra hər bir həssas insan, diqqətli oxucu təsvir edilən və hadisələrdən heyrətlənməmək mümkün deyil. Oğlanlarının hamısını xeyr-dua ilə eyni vaxtda səngərlərə yola salan valideynlərə-beş igidin ataları İmran kişinin, anaları Telli xanımın dəyanətinə. Üç hərbi şəhid verən bu yeganə ailə bu gün Quzanlı qəsəbəsində yaşayır. Ahıl yaşların da olmasına baxmayaraq indi də nəvə-nəticələrinə itirdiklərindən sarsılmadan, sınmadan, üç qəhrəmanın dərdi önündə əyilmədən “Vətən sağ olsun” deyərək onları da oğlanlarının adına layiq şəkildə tərbiyə etmək üçün bacardıqlarını etməyə çalışırlar.

İmran Əliyevin ailəsinin torpaqlarımızın bütövlüyü uğrunda göstərdikləri fədakarlıqlar, bu ailənin qüruru nağıl hadisələrinə bənzədiyindən müəllif qardaşlara həsr etdiyi poemanın adı ilə kitabını da “Beş qardaşın nağılı” adlandırmışdır.

Beş qardaşın döyüş fəaliyyətini, bütün şəhidlərimizin döyüş yolunun, eləcə də adı Mərzili kəndinin qəhrəmanlıq simvoluna çevirilən Tahir Əliyevin tanıdılmasında xidməti olan hər kəsə təşəkkür düşür. Ancaq Ağdam rayonunun ən böyük kəndlərindən olan Mərzilinin davam etməkdə olan müharibədəki şəhid və itkinlərindən, xüsusilə də bir qəhrəman ailədən bəhs edən, gənclərin təlim-tərbiyə müəssisələrində böyüməkdə olan gənc nəslin hərbi və hərbi-vətənpərvərlik tərbiyəsində əvəzsiz rolu ola biləcək kitabın məhdud sayda olması (cəmi 300 nüsxə) gözlənilən deyildi. Ümid edirik ki, Ağdamın bir hissəsi olan Mərzili qəhrəmanlarını adına layiq şəkildə bütün respublikaya tanıtdırmaq üçün kitabın özünün və ya onun uşaq kitabxanası üçün nəşrə hazırlamaq təşəbbüsümüz rayon içtimaiyyəti, o cümlədən rayon rəhbərliyi tərəfindən dəstəklənəcəkdir.

Ağdam rayonu Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, müsiqisinə töhfə verən, onu inkişaf etdirən böyük şəxsiyyətlərin yurdudur. Ağdam dünya şöhrətli elm adamlarının, o cümlədən Xudu Məmmədovun, bu gün həmyerlimiz Lütfi Zadənin elmi irsinin varisi Rafiq Əliyevin ata ocağıdır. Bir sözlə, tarixi qədim, torpağı zəngin, strateji mövqeyi olduqca əlverişli, əhalisi işgüzarlığı ilə seçilən bu diyarsız Vətənimizin nə dünənini, nə də bu gününü təsəvvür etmək mümkün düyildir.

Təssüflər olsun ki, bu gün çox hissəsi işğala məruz qalan rayonlarımızdan biri kimi Ağdam rayonunun az bir hissəsi əlimizdədir. Rayon mərkəzi kimi Quzanlı qəsəbəsi günü-gündən inkişaf edən şəhərə çevirilməkdədir. Faktlara əsasən deyə bilərik ki, RİH-nə Raquf Məmmədovun başçı təyin olunmasından sonra rayonda gedən tikinti-quruculuq işləri daha da sürətlənmişdir. Yeni parkların salınması, Ağdamın simvoluna çevirilmiş “Çay evi”nin tikilib istifadəyə verilməsi, yaşıllıq zolaqlarının salınması, tez-tez mədəni-kütləvi tədbirlərin keçirilməsi rayonun bu gün diqqət çəkən yeniliklərindəndir. Ötən ildə ölkə başçısı cənab İlham Əliyevin Ağdamda olması, rayonda köçkün ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınması üçün sərəncamlar verməsi, rayonda sosial-iqtisadi inkişafı sürətləndirmək üçün ehtiyat fondundan maliyyə vəsaiti ayırması bölgəyə və bölgə əhalisinə olan qayğının ifadəsidir.

Ümid edirik ki, fəaliyyətə başladığı gündən rayonda mədəniyyətin, təhsilin inkişafına qayğısı ilə fərqlənən RİH-nin başçısı hörmətli Raquf Məmmədovun diqqət və qayğısı ilə rayonda tez-tez təşkil edilən mədəni-kütləvi tədbirlər sırasında Yusif Millətoğlunun “Beş qardaşın nağılı” adlı kitabının da təqdimat mərasimi keçiriləcək, Azərbaycan xalqının adına baş ucalığı gətirən bu günün gerçəklikləri sırasında üç oğul şəhid vermiş İmran Əliyevin ailəsi, onun oğlanlarının müharibədəki fəaliyyətləri olduğu kimi tanıdılacaqdır. Çünki ermənilərlə müharibənin bitmədiyi indiki dövrdə millətimizin fəxri olan belə ailələrin tanıdılması gənclərin vətənpərvərlik tərbiyəsində təbii ki, təsirsiz ötüşə bilməz. Dahi Üzeyir Hacıbəylinin bir fikrini xatırlatmaq yerinə düşər: “Azərbaycanı sevdirmək üçün onu tərifləməyə ehtiyac yoxdur, onu tanıtmaq lazımdır”.

Hidayət Musabəyli
Qəşəm İlqar


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!