Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 12-07-2018, 12:24
Dəyanət Osmanlı:"İTİRMƏK QORXUSU"

Dəyanət Osmanlı

İnsan özü özünə qənim kəsiləndə milli faciələrə yol açılır. Öz torpağında özünü dayaqsız hiss edirsən. Hər addımda yer sanki ayağın altından qaçır. Öləndə torpaq da qəbul eləmir. Yad bu fürsəti ötürmədən göz qırpımında dəyərləndirir. Sonra sənə üzlü qonaq kimi baxır, mənəvi, sosial, siyasi təzyiqləri artırır. Dözə-dözə içində itirmək təhlükəsi yaranır, sonra doğmalaşıb özünə möhkəm yer eləyir. Daha doğrusu, itirməyə öyrəşirsən. Bu qorxu böyüdükcə mütiləşirsən. Və sənin üçün doğmalıq, qeyrət kəsb edən dəyərlər əhəmiyyətini itirir. Millətdən mənasız bir topluma çevrilirsən. Nə özünü, nə topağını qoruya bilirsən. Onda ayılırsan ki, həyatın və zamanın sənə miras qoyduğu sərvətlər, qürur əldən gedib. Və sən bu fani dünyada yararsız bir şeyə çevrilmisən. Çünki halal torpağın özünlə birgə peşkəş verilib. Özü də kimlərin əliylə - dost-doğma insanların. Bütün bunların çözülməyə ehtiyac olan dolaşıq tarixi kökləri var.
Borçalılar əsrlərdir nəsillərin qanları bahasına öz milli kimliyini, haqqını, dilini, dinini, ənənələrini qoruya bilib. Yad əhatəsində (və idarəçiliyi altında!). Azərbaycan Ensiklopediyasında belə bir cümlə var: “Borçalı mahalı Azərbaycan, bəzən də Gürcü feodallarının vassallığına çevrilsə də, çox zaman müstəqilliyini saxlaya bilmişdi.” Amma indi zaman da təzyiq-təsir vasitələri də başqadır. İnsan geni və xarakterlərinə görə yeni təsirlər, münasibətlər müəyyənləşib tətbiq olunur. Dünya ictimai, iqtisadi baxımından qloballaşsa da, milli, dini və siyasi cəhətdən daha sürətlə mühafizəkarlaşır.
Nadirqulu şah və digər hökmdarlar haqqında çox tərifli əsərlər yazılıb. Şah obrazlarına dair milli qəhrəmanlıq dastanları statusunda tarixi və bədii materiallar kifayət qədərdir. Biz qəhrəman obrazı yaratmaqda mahirik. Nadirin şahlıq dövrü ilə bağlı ziddiyyətli və işıqlandırılmamış məqamlar çoxdur. Onun döyüş istedadını heç zaman önəmli müzakirə predmeti saymamışam və xüsusən də söhbət milli faciələrdən, onun səbəb və tarixi qaynaqlarından gedərkən.
Öncə deyim ki, bizim tarixçilər tarixi faktların bilinməyən məqamlarının ardıyca getməkdənsə, əsas gücü yeni tədqiqatlara yönəltməkdənsə, bir-iki məlum faktın ətrafında çoxsaylı mülahizələr yürüdürlər. Eyni mövzuya aid tədqiqatların əksərində bir-birini təkrarlayan fakt və mənbələr, bolluca pafos və mülahizələr var. Bu da nəticə etibarilə keçmiş haqqında haçalı, qeyri-dəqiq fikirlərə yol açır. Tarixə isə təkzibolunmaz sübutlar lazımdır. Biz bugünkü tarixi necə yazmaq məsuliyyətinin gələcək qarşısında hesabat, etibarlılıq məsələsi olduğunu dərk etməliyik.
Borçalı həmişə Azərbaycan-Gürcüstan-Ermənistan arasında böyük mübahisələr doğurub. Əksər hallarda da Azərbaycan güzəştə gedib, itirib. Şurəddin Məmmədli “Paralanmiş Borçalı...” kitabında ötən əsrin önlərində Borçalının yenidən bölüşdürülməsindən bəhs edərək yazır: ”Güney Qafqazın hər üç cümhuriyyəti müstəqillik qazanan kimi ermənilərin Borçalı uğrunda da kampaniyası genişləndi, “böyük Ermənistan” hərəkatı vüsət götürdü, Tiflis, hətta Gürcüstanın göbəyindəki Qori də bu üzdəniraq “böyük Ermənistan”ın bir hissəsi hesab edilirdi”...
Yazıçı-publisist Şərif Kərimli “Borçalılar güclü Gürcüstanda yaşamaq istəyirlər” adlı yazısında gürcü mənbələrinə istinadən maraqlı məlumatlar verir: "İveria" qəzetinin 1890-cı il 16-17 noyabr nömrəsində Gürcüstanın görkəmli ictimai xadimi, yazıçı İlya Çavçavadzenin “Borçalos Mazra” (Borçalı Qəzası) məqaləsində deyilirdi: “Borçalı qəzası Tiflisdən güney tərəfdə yerləşir. Bu qəza ilə Tiflis, Qazax və Axalkələk qəzaları həmsərhəddir. Böyüklüyünə görə Borçalı qəzası bütün Tiflis qubernyasının qəzaları içində, demək olar ki, ikinci yeri tutur. Qəza dörd nahiyəyə: Loru, Borçalı, Trialet və Yekaterinenfeld nahiyələrinə bölünür. Ərazisinin böyüklüyünə və əhalisinin çoxluğuna görə birinci yeri Loru nahiyəsi, sonra Trialet nahiyəsi tutur...”
Müəllif daha sonra yazır: “Bəli, 1918-19-cu illərdə Ermənistan və Gürcüstan arasında (guya Azərbaycana qətiyyən dəxli yoxmuş...) mübahisəli zona kimi yiyəsiz qalmış Borçalının Loru-Pəmbək bölgələrini ələ keçirən və 1988-ci ildə burada yaşayan borçalıları “Yerevanskie azerbaydjansı” – “yeraz” adı ilə öz doğma yurd-yuvalarından didərgin salan ermənilər, daha sonra Zəngəzura, Göyçəyə yiyələndilər. “İştah diş altındadır” prinsipi ilə Azərbaycanın və Gürcüstanın digər torpaqlarına tamah saldılar və başları nökərçilik etdikləri imperiya qüvvələrinin qoltuğunda ola-ola Dağlıq Qarabağa göz dikdilər... İndi də Gürcüstanın Borçalı bölgəsinin bəzi bölgələrini ələ keçirməyə çalışırlar.“
Tariximiz üzərində həmişə saxtakar əməliyyatlar aparılıb. Plan-layihə sovet ideoloqlarının olsa da, icraçıları çox vaxt öz içimizdəki qeyri-milli təfəkkürlü alimlər olublar. Belələri etdikləri saxtakarlıq müqabilində ən yüksək elmi titullar əldə ediblər. Kitabxanalar onların yalançı və xəyanətkar cızmaqaraları ilə doludur.
Maraqlı bir sual ortaya çıxır: ermənilər niyə başqa millətlərə qarşı bu iddialara çox da düşmürlər?
Çünki onlar daim boşluq və müdafiəsiz olan yerləri axtarır, görür və o yerlərə güclü hücumlar təşkil edirlər. Nəzəri cəhətdən bu savaşı udduqdan sonra torpaqlarını, tarixlərini, mədəniyyətlərini bizim içimizdə doğub-törəmiş “qardaşlarının” hesabına faktiki cəhətdən zənginləşdirirlər.
Bu yazıda məqsədim tarixi mühakimə və müzakirə etməkdən uzaqdır. Sadəcə, şəxsiyyətlərin millətin həyatında, tarixində qoyduğu izlərlə bağlı bəzi məsələlərə mövqeyimi bildirmək fikrindəyəm.
Nadirqulu şah şəxsi xarakterindən gələn eqoları, qüsurları hakimiyyətə, idarəçiliyə gətirib. Səfəvililiyi düşmən və hakimiyyətə rəqib sayırdı. Bu yolda o qədər kinli davranmışdır ki, bəzən maneələri belə dəyərləndirmədən məhv edirdi. Onun dövründən bəhs edən yazılı mənbələrdə konkret olaraq Borçalı ilə ilgili (xüsusilə onun parçalanması və bölüşdürülməsi!) üst-üstə düşən məqamlar kifayət qədərdir.
Mirzə Yusif Qarabağinin (1798-1864) «Tarixi-Safi» əsərində Borçalı faciəsi haqqında belə bir məlumat var: «Hicri 1148-ci (1736) ildə, İran şahı seçmək üçün Muğan səhrasında çağırılmış böyük qurultaya Nadir şahın əmri və fərmanı ilə hər bir ölkədən camaat toplanmışdı. Gəncə xanları isə Nadir şah dövlətinin tərkibinə daxil olmağa razı deyildilər. Və hətta təbliğ edirdilər ki, Səfəvi övladlarından başqa heç kimi şahlığa seçməsinlər. Buna görə də qəzəbli və kinli Nadir şah səltənətinə keçdikdən və müstəqil şah olduqdan sonra dərhal Gəncə xanlarını məhv etmək qərarına gəldi və get-gedə onların səlahiyyətlərini əlindən aldı, sonra Qazax və Borçalı ellərinin ixtiyarını da onlardan alıb Gürcüstan valisinə verdi».
Həmin dövrdə Kartli-Kaxet çarlığı İran ərazisi hesab olunurdu. Nadir şah hakimiyyətə gəldikdən sonra 12 min ailəni (təqribən 50 min nəfər) Borçalıdan Xorasana sürgün etdi. Bu öz millətinə qarşı əsl repressiya idi! Öz yurdlarından didərgin düşən, öldürülən nəsillərin torpağının kimlərə pay-püş edilməsi məlum məsələdir. İndi o torpaqların bir hissəsində ermənilər və b. millətlər yaşayırlar.
Mirzə Adıgözəlbəy 1845-ci ildə qələmə aldığı «Qarabağnamə» əsərində Borçalının Nadir şahın qəzəbinin qurbanı olduğunu qeyd edir: «Ziyad oğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına görə Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva görmədi. Qazax və Borçalı ellərini öz xanları ilə bərabər Gürcüstan əmirliyinə və uca mərtəbəli valinin hökmünə tabe etdi».
Günümüzün tarixi mənbələrinin birində Nadir şahın dövründən “XVIII əsrin 30-cu və 40-cı illərinin birinci yarısı Azərbaycan tarixinə ağır bir dövr kimi” (Azərbaycan tarixi. Bakı. Azərnəşr, 1994, s. 515) deyə bəhs edilir. Sabir Rüstəmxanlının yazmış olduğu “Ölüm zirvəsi” romanında Borçalı və İrəvanın yad əllərə keçməsi faciəsinə, dövrün yaralı faktlarına bir milli-vətənpərvər ziyalı münasibəti vardır. “1736-cı ilin martında toplanmış yığıncaqda (qurultayda) Nadirin özünü İran şahı elan etməsi”ni (Azərbaycan tarixi. s.514) S.Rüstəmxanlı “Sonun başlanğıcı” kimi qələmə verir. Və belə qənaət irəli sürür ki, müasir tarixi faciələrimizin böyük əksəriyyətinin özülü Nadir şahın siyasəti ilə bağlıdır. Nadir şah Muğan qurultayını da qılıncla əldə etdiyi hakimiyyətini qanuniləşdirmək üçün çağırır. Səfəvilər sülaləsinə qarşı düşmənçilik münasibəti, hakimiyyəti Avşarlar sülaləsi ilə əvəz etməsi xalq içində narazılıq yaradır.
İndi bir çox yazarlar Nadirqulu şahı milli qəhrəman, türklük uğrunda döyüşən sərkərdə kimi qələmə verməyə cəhd edirlər. Ağa Məhəmməd şah Qacarı da həmçinin. Sual olunur: Nadirqulu Hindistana, Qacar Qarabağa nə üçün yürüş etmişdilər? Bəlkə ələ keçirdikləri qənimətləri Azərbaycanın xəzinəsinə dolduracaqdılar? Xeyr! Onlar Azərbaycan türkü olsalar da İran adlı fars dövlətinin fars təfəkkürlü şahları idilər. Azərbaycanı isə bu dövlətin tərkibinə qataraq bir bəylərbəyliyi statusu ilə məhdudlaşdırıb, yürüş meydanına çevirmişdilər. Təbiidir ki, bu şahların haqqındakı araşdırmalar da əsasən fars dilində və fars mövqeyindən yazılıb.
Əslində onlar da öz sələf-xələfləri kimi milli dövlətçilik deyil, dünya hökmranlığı sevdasına düşmüş istilaçı təfəkkürə sahib idilər. Biz arxivlərdən tarixin düzgün dərslərini axtarıb özümüzə hesabat verməliyik. İtirilmiş, yadlara hədiyyə olunmuş torpaqların, pərən-pərən olmuş nəsillərin günahını kimlər işlədib, millətə sağalmaz yaraları kimlər vurub. Tarixdən yaxşı dərs almaq üçün hələ açılmamış çox məqamlara aydınlıq gətirməliyik.
80-ci illərin sonlarında Qarabağda erməni təxribatları başlayanda Dövlət Filarmoniyasında böyük bir tədbir keçirilirdi. Şair-yazıçılar, alimlər erməni çörəkitirənliyi, xəyanəti, vəhşiliklərindən danışır və pisləyirdi. Düşmənə qarşı humanist davranışın acı nəticələri sadalanırdı. Çıxışların ümumi motivi unutqanlıq, peşmanlq, qınaqdan ibarət idi. Süleyman Rüstəm ayağa qalxıb əsəbi halda dedi: “Torpaqdan pay olmaz!” Xalq həmişə belə deyib, hökmdarlar isə heç vaxt hesablaşmayıb. O iclas özünüittihamın ən acınacaqlı mənzərəsi idi...
Əsl müstəqillik (və əbədilik) itirmək qorxusundan azad olmaqla qazanılır. Onda millət ölümdən belə çəkinmədən öz kutsal dəyərlərinə və həqiqi tarixinə sahib çıxır. Yaxud da ruhunun vətəni uğrunda mübarizə aparır. Məhz çevrəsi də bu xarakterinə görə onun tələblərini qəbul edir. Torpağının üstündə kimliyi, dili, mədəniyyəti, dəyərləri ilə birgə yaşamaq və ölmək haqqını tanımağa məcbur olur. Bütün bunları diqtə edən tarixi şərait və millətin özünəsahiblik duyğularıdır.
Səhvlərimiz, günahlarımız, unutqanlığımız xarakterimizdən irəli gəlir. Bəziləri düşmənçiliyə loyal münasibəti humanizm kimi dəyərləndirir. Özümüzə qarşı olan bütün pislikləri – qətliamları da, xəyanəti də, oğurluğu da... bağışlayırıq. Bu, unutqanlıqmı, qorxumu, humanistlikdirmi?
Belə unutqanlıq heç kimə başucalığı gətirməyib. Belə qorxu heç kimi xoşbəxt və sayğılı etməyib. Belə humanizm ancaq düşmənə lazım olan bir fürsətdir ki, yeni həmlələrə hazırlaşsın.
Yenə də qələm dostum Şərif Kərimlinin “Borçalılar güclü Gürcüstanda yaşamaq istəyirlər” məqaləsinə istinad etmək istərdim: “Etiraf etmək lazımdır ki, ermənilərin işğalçılıq siyasətinin bəhrə verməsində biz azərbaycanlıların və gürcülərin humanistliyi də öz əleyhimizə müəyyən qədər neqativ rol oynayıb. Vaxtilə İ.Çavşavadze yana-yana belə deyirdi: “Bir vaxt gələcək, içərimizə doluşmuş bu familiyasını dəyişmiş ermənilər biz gürcüləri barmaqla göstərib deyəcəklər: baxın, bunlar gürcüdür!”
Əslində düşmənə qarşı humanizm içində də bir itirmək qorxusu hissi vardır. Özünəxəyanət də elə itirmək qorxusu hissindən yaranır, sonradan nəsillərin həyatında sağalmaz fəsadlarıyla təzahür edir. Və ömür boyu günahlara görə insanı peşmanlıq müşayiət edir. Hər halda həyatımızda keçmişin mirası kimi özünü göstərən fəsadları, tarixin alayarımçıq işıqlandırılmış səhifələrində millətin üzqarası sayılan faktları görüb lənət demədən ötüşmək olmur.
Butov.az



Paylaş



Bölmə: Borçalı / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!