Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                       
Tarix : 20-01-2024, 16:39
BİR ŞEİRİN TARİXÇƏSİ


BİR ŞEİRİN TARİXÇƏSİ

1967-ci ildə Aşıq Hüseyn Saraçlı Ağbaba mahalına səfər edir. Ustad Təpəköy kəndində konsert verərkən bir nəfər cavan oğlan ayağa durub, aşığa üz tutur:
- Ustad, olarmı sizə bir sual verim?
Aşıq Hüseyn Saraçlı:
- Buyur!
- Ustad, niyə bığınız qaradı, saçınız ağ.
Aşıq Hüseyn Saraçlı bığlarını eşib soruşur:
- Bala evlisənmi?
Oğlan:
Bəli, ustad ailəliyəm, iki uşağım var.
Aşıq Hüseyn Saraçlı:
- Onda de görüm, uşaq anadan olanda başında saç olurmu?
Oğlan:
- Bəli, ustad, olur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs bığı olurmu?
Oğlan:
- Xeyr, ustad, olmur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs neçə ildən sonra, insana bığ gəlir ?
Oğlan:
- Ustad, şübhəsiz ki, 18 ildən sonra.
Aşıq Hüseyn Saraçlı:
- Deməli, bığım saçımdan cavandı. Ona görə qaradır,18 ildən sonra da bığlarım ağaracaq.
Beləliklə, Hüseyn Saraçlı orada ikən “Bığlarım” şeirini qoşur.

Baş da, saç da bizə irsi-mirasdı,
Öz gücünü başdan alır bığlarım.
Başım kimi qeylü-qala düşməyib,
Ona görə cavan qalıb bığlarım.

Ərşi-gürşü, yeri-göyü baş bilər,
Bu dünyada hər bir şeyi baş bilər.
Qoca aşıq bığı saçdan baş bilər,
Çox bığsıza bir dərd olub bığlarım.

Dedilər ki, bel büküldü, ay haray,
Ay Saraçlı, diş töküldü, ay haray.
Elə bildim düşmən güldü, ay haray,
Sən deməynən, bir tük salıb bığlarım.

Alıntı Aşıq Nurəddin Qasımlının 2001-ci ildə lentə alınmış söyləməsindəndir.

Hazırladı: Rəşad SARAÇLI
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024


Paylaş



Bölmə: Borçalı / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!