Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
7-08-2022, 13:48
"Nur Ocağı" Tahirə Tapdığın şeirlərini təqdim edir:


"Nur Ocağı" Tahirə Tapdığın şeirlərini təqdim edir:

Sevgilim

Hörüklərin necə burulub qəşəng,
Ay üzün elə bil körpə bir mələk,
Göydən yerə enən yağış-yağmurtək,
Axır gözlərindən yaşlar, sevgilim.
***
Bir gül olsan dodağına qonaram,
Bülbül kimi bağrım başın dağlaram,
Aşiqinəm eşq oduna yanaram,
Pərvanətək şam oduna, sevgilim.
***
Ürəyimi necə ovsunladın sən,
Nə gecəm var,nə gündüzüm,ey gülüm.
Özün burda mənsə səndən uzaqda
Necə dözüm bu məlala, sevgilim ?
***
Hicran dərdi başqa dərddən betərdi ,
Ayrılığın ürəyimi didərdi,
Mənim ömrüm bir quş kimi keçərdi ,
İnsaf eylə,məhəbbətə,sevgilim.
***
Gəl,birlikdə sənlə çıxalım düzə,
Mən də pünhan-pünhan baxıb üzünə,
Sən də danışasan, mən də sözünə
Ahəstəcə qulaq asan,sevgilim.
Ahəstəcə qulaq asam,sevgilim.
Ey, təbiət !
Bahardır hər tərəf yaşıla bənzər,
Çiçəklər düzülmüş üstünə zər-zər,
İnsanı yaşadır bu gözəlliklər,
Gül-çiçək çəmənə verəndə zinət,
Sən necə gözəlsən,sən ey,təbiət!
***
Cavanlar yığışır bulaq başına
Baxırlar bulağın gur axışına,
Yenicə başlayan yaz yağışına,
Üzlərdən tökülür ülfət,sədaqət,
Sən necə gözəlsən, sən ey təbiət!
***
Ağaclar yam-yaşıl, yarpaqlar qönçə,
Körpəcə fidanlar verir əl-ələ,
Hər bir yan sevinir gülər bir üzlə,
Yer göyə üz tutub edir itaət,
De, necə gözəlsən sən ey təbiət!
***
Yağış çisəkləyib nəğmə söylədi,
Güllər pöhrələyib nə isə dedi,
Bənövşə boylanıb ürəkdən dindi,
Üzlərdən-gözlərdən yağır ülviyyət,
Sən, necə gözəlsən, sən ey təbiət!
***
Yağ,ey göylər qızı,yağ, ey qar,yağış
Qoy heç bürüməsin cismini qarğış,
Bərəkət gətirən isminə alqış,
Yoxmu aramızda heç hörmət, izzət
Sən necə gözəlsən, sən ,ey təbiət!
***
A dostlar, sevinin bu ülviyyətdən,
Həm yağan yağışdan əsən küləkdən
Təbiət adında gözəl mələkdən
Umdum bu dünyada ismət, ləyaqət
Sən necə gözəlsən, sən ey təbiət !
***
Sənmisən qəlbimi əlimdən alan
Gözəllik libasın çiyninə salan
Bütün ömrüm boyu mənimlə qalan
Bax budur içimdən gələn şeiriyyət
Sən necə gözəlsən, sən ey təbiət!
***
Təbiət adında bir qızsan göyçək,
Nazənin bir gözəl, ismi bir mələk,
Baharda gözəllik donunu geycək,
Gəlişin gətirdi bərəkət,nemət,
Sən necə gözəlsən, sən ey təbiət!
Ey göylər günəşi, ey ay-ulduzlar,
Sizsiz göylərimiz işıqsız qalar,
Səxavət göstərin, ey göylər, yerə
Torpaq təbiətə gözəllik verə.
Azərbaycan
Dağlarının başı qarlı,
Ormanları heyva, narlı,
İnsanları iftixarlı,
Qürurludur bütün zaman
Azərbaycan, Azərbaycan!
***
Gəl bir olaq bu savaşla,
Döyüşərək canla-başla,
Bayrağımız gur alqışla,
Dalğalansın ucalıqdan,
Azərbaycan, Azərbaycan!
***
Qonaqlıdı el-obası,
Göllərində su sonası,
Düzündə ceyran balası,
Vüsət alır ürək ondan,
Azərbaycan, Azərbaycan!
***
Çöllərində nərgiz gülü,
Zəmidə sarı sünbülu,
Cəh-cəh vuranda bülbülü,
Qoy söz açaq bu bahardan
Azərbaycan,Azərbaycan!
***
Tənəkləri çətir-çətir,
Sac çörəyi pendir, fətir.
Doymadıqca yenə gətir,
Bir arzum var yaradandan
Xoşbəxt olsun, Azərbaycan!
***
Dolma,dovğa,göy kətəsi,
Boldur göyü-göyərtisi,
Toyuq ətinin beçəsi,
Doymaq olmur heç dadından,
Azərbaycan, Azərbaycan!
***
Nənələrin nehrə yağı,
Süfrəsində axşamçağı,
Yeyəndə balla-qaymağı,
Su içəsən bulaqlardan,
Dadı getmir dodaqlardan.
***
Dağlarının zirvəsi qar,
Qıjhaqıjla axır Qar-qar,
Könlüm gör nələr arzular,
Bir an gedər uzaqlara,
Yaranışdan sabahlara.
***
Azərbaycan sən bir çiçək ,
Çiçəklərin ləçək-ləçək,
Gözəllərin gözəl-göyçək.
Yığışıb bulaq başına,
Baxır ulduz sayrışına.
***
Qalib gəldin sən ümidsən,
Bir işıqlı gələcəksən,
Sən həmişə bizimləsən.
Torpaqların sanki mərcan,
Azərbaycan, Azərbaycan!
***
Torpağını qucaqlarkən,
Qucağında qoy ölüm mən,
Gündən-günə çiçəklənən ,
Vətənimə qurbandır can,
Azərbaycan, Azərbaycan!
***
Biz bilirik bu diyar da,
Olmamışdır daldalarda
Yaşa dolur bu minvalla,
Qalacaqdır adın sənin,
Bu əbədi keçmişlərin.
***
Bir vətənin özünə bax,
Hər çeşməsi axan bulaq,
İstəyirsən bir gün qalaq ,
Gəzək güllü yamacları ,
Bir aləmdir turacları.
***
Qarış-qarış gəzirik biz ,
Təngiməsin nəfəsimiz ,
Vətən deyə ürəyimiz,
Vurur tez-tez,vurur hərdən
Vətənimə məhəbbətdən.
***
Çıxdıq Murov yaylağına,
Qaya-qıpçaq oylağına,
Sən baxdıqca bayrağına,
Qoy sevinsin cümlə cahan
Azərbaycan, Azərbaycan!
***
Torpaqları naxış-naxış,
Bu vətənə sən də qarış,
Nənəm deyər bir qarlı qış,
Nağılları baş alardı,
Sobada ardıc yanardı.
***
Qara qızıl məskənimdir,
Məmləkətim ürəyimdir,
Min arzum min diləyimdir,
Poladdandır qolun sənin,
Açiq olsun yolun sənin.
********
Qarabağın Azərbaycan,
Hər zərrəsi cana dərman ,
Səsin gəlsə deyəm "hay can",
Ürək gülsün bu avazdan,
Görüşərik biz bir azdan.
***
Qoy söz açaq biz kimlərdən,
Nəsimidən,Füzulidən,
Yaxın-uzaq keçmişlərdən,
Sən bu gündən o yana bax,
Dahilərin nur saçacaq.
***
Cavad xanı yada salaq,
Pənah xandan qoy danışaq,
Düymə-düymə,saçaq-saçaq,
Yazılmışdır hər daşına,
Tarixlərin yaddaşına.
***
Göy-göl, Kəpəzin qoynunda,
Həmi qarda həm çovğunda,
Gecə-gündüz yatır burda,
Sən gözəllik məskənisən,
İlk sevgimin əzəlisən.
***
Əziz Bakı, əziz şəhər,
Biz gəlmişik səhər-səhər,
Neyləyim ki,mən birtəhər ,
Qalxım bayraq meydanına,
Od düşsün düşmən canına.
***
Qalibiyyət səninlədir,
Bəs kədərin sənin nədir?
Olmaya kı şəhidlərdir?
Ah, olmasın qəmin sənin,
Ümidlidir gələcəyin.
***
Sən bir dolan Naftalanı,
Torpağının qatı qanı,
Bir məlhəmdir,sən də tanı,
Yüz min dərdin dərmanıdır.
Hələ bunlar harasıdır?
***
Söylə, yadındamı başıbəlalı
Necə ağlayırdı Göyçə mahalı?
Ötən illərimiz qanlı-qadalı,
Tarix də dil açdı qərinələrdən,
Həm doğma elimdən, həm də nələrdən .
***
Dilican dərəsi, Damcılı bulaq,
Səfalı bir yerdir, gəzməli oylaq,
Camalına baxır,sevinir qonaq,
Saz tutur,söz qoşur şairlər bu an,
Baxıb sevincindən gül, Azərbaycan.
***
Vətənimdir böyük Xəzər,
Köksündəki mərcan və zər,
Sahilində ellər gəzər,
Səni sevir ürəkdən can,
Azərbaycan, Azərbaycan!
***
Bölünmüşdür o tay,bu tay
Çönündə sol,dönündə sağ
Gülüstanla çəkdilər dağ,
Vüqarını əymə bir an
Azərbaycan, Azərbaycan!
***
Uca-uca dağ döşündə,
Yazılmışdır zirvəsində
Hər başlanğıc cümləsində
Oxunacaq zaman-zaman,
Azərbaycan, Azərbaycan!
***
Tarixlərdə qoymusan ad,
Düşmənlər istəsə imdad,
Qoparsa da onlar fəryad,
Aman vermə, sən düşmənə,
İnsaflı da olsan belə !

Tahirə Tapdıq
6-08-2022, 11:21
"Nur ocağı" qrupu Fəqan Ağdamlının şeirləni təqdim edir:


"Nur ocağı" qrupu Fəqan Ağdamlının şeirləni təqdim edir:
Şəhid Orxan
(Şəhid qardaşım Dadaşov Orxan Vaqif oğluna ithaf edirəm)
Can Orxanım, dur məzardan,
Sənin yatan vaxtın deyil.
Ürək yanır ahi-zardan,
Sənin yatan vaxtın deyil.
...
Nə göz yumdun, nə açdın ki?!
Bülbül çəmən dolaşdı ki?
İyirmi dörd nə yaşdı ki?
Sənin yatan vaxtın deyil.
...
Bu gün sənin ad günündür,
Cənnətdəki şad günündür.
Səni edək yad, günündür,
Sənin yatan vaxtın deyil.
...
Qurban verdin sən özünü,
Dərdin alım, aç gözünü.
Allah gördü nur üzünü,
Sənin yatan vaxtın deyil.
...
Dərdə dözmür can, ağlayır,
Hər tərəf, hər yan ağlayır,
Ürəyimiz qan ağlayır,
Sənin yatan vaxtın deyil.

Oğluma nəsihət
Dinlə sözlərimi, yaxşı qulaq as,
Haramdan uzaq dur, bil, olmaz, oğlum.
Quyunun özünün suyu yoxdusa,
Ona su tökməklə göl olmaz, oğlum.
...
Özündən böyüyə buyruq söyləmə,
Zatı qırıqlarla dostluq eyləmə.
Qanqalı bəsləyib qulluq eyləmə,
Hər çiçək açandan gül olmaz, oğlum.
...
Çörəyi halalca yeyib atalar,
Düşmənin belini əyib atalar,
"El gücü, sel gücü" deyib atalar,
Eldə nankor varsa, sel olmaz, oğlum.
...
İnsan var, öyrənib çapıb-talasın,
İnsan da var şəri xeyrə calasın.
Götürüb saxlarsan tülkü balasın,
Sığalla, tumarla, fil olmaz, oğlum.
...
Dərd-qəm çəkənlərin beli bükülər,
Daxmanın yerində saray tikilər.
Baxma ki, ağzından qızıl tökülər,
Hər insan ürəyi ləl olmaz, oğlum.
...
Eylə, gəl, Allaha ibadətini,
Sən aç gözlərinin bəsirətini.
Dərk etsən atanın nəsihətini,
Bax, onda başına kül olmaz, oğlum.

Atamdır
Ay ata, bürüyüb qəm-kədər məni,
Hər yetən aldadır nə təhər məni.
Atam danlasa da o qədər məni,
Gəlmədim üzünə, susdum, atamdır.
...
Gözümün nurudur, çırağımdır o,
Həyat yollarında mayağımdır o.
Hər zaman arxamdır, dayağımdır o,
Alınmaz, yenilməz postum atamdır.
...
Allahım, atamı salma pis hala,
Qoyma ki, üzündə kədər iz sala.
Ömrümdən kəs, onun ömrünə cala
Ocağım atamdır, tüstüm atamdır.
...
Fəqan, ağ olmadın ata üzünə,
Hər zaman baxmısan onun sözünə.
Qohum da özünə, dost da özünə,
Dünyada ən sadiq dostum atamdır.

Ağlaram
Biçənim tapılmır, dolmuş zəmiyəm,
Mən özüm özümün dərdi, qəmiyəm.
Eşqin dəryasında nəhəng gəmiyəm,
Məni tərk eyləsən batıb, ağlaram.
...
Səni çox sevirəm, ay boyu bəstə,
Gözlərim yollarda, qulağım səsdə.
Bu sevgim canımı edərsə xəstə,
Ölüncə yataqda yatıb, ağlaram.
...
Kömək et yükümü at əllərimdən,
Sevinc dəryasında bat əllərimdən,
Bərk yapış, nə olar, tut əllərimdən,
Fərəhdən arzuma çatıb, ağlaram.
...
Qırılsa məhəbbət sazımın simi,
Mən necə söylərəm nakam eşqimi?
Ağlımı itirib dəlilər kimi,
Başımı nə iləsə qatıb, ağlaram.

Qaytar
Hər il bir yaş gəlir yaşımın üstə,
Ömür divarımın daşının üstə.
Anam layla desin başımın üstə,
Qaytar, illər, məni geriyə qaytar.
...
Ətiri, qoxusu gedib obamın,
Daha tüstüsü də çıxmır sobamın.
Əlindən tutaydım qoca babamın,
Qaytar, illər, məni geriyə qaytar.
...
De, hansı padşah öz taxtında qaldı?
Sonunda məzarı bəxtində qaldı.
Bərəkət halallıq vaxtında qaldı,
Qaytar, illər, məni geriyə qaytar.
...
İnsanlar bu qədər zay olmayırdı,
Ağıllı dəliyə tay olmayırdı.
Kənddə yas düşəndə, toy olmayırdı.
Qaytar, illər, məni geriyə qaytar.
...
Dərdlər bağrın yarır, ağdamlı Fəqan.
Keçmişin axtarır ağdamlı Fəqan,
Hər gecə yalvarır ağdamlı Fəqan,
Qaytar, illər, məni geriyə qaytar.
--

6-08-2022, 10:06
Aytac Qayıbova yazır:


Aytac Qayıbova

"Bir Əslim varmış"
I Hissə
Yaddaşının hər hissəsində yenə eyni şeylər canlanırdı. Eyni fəsil, o yağışlı kənd səhəri, güzün gəlişiylə ətrafa yaydığı külək qarışıq möhtəşəm ətir... Kəndlərdə güz göz oxşayan təbiəti ilahi mükəmməliyyətlə təsvir edirdi, həm də bir ərazidə yox, bu bütün bağlarda və sahələrdə belə idi. Gənc əsgər gözünü pəncərədən eyni nöqtəyə zilləyərək saatlarla hərəkətsiz dayanaraq düşünər, ya da xatirələrinə axıb gedərdi. Bu hal onu vərəm dispanserinə gətirdikləri gündən indiyədək heç dəyişməmişdi. Əslində bu gənc əsgər hər kəsin diqqət mərkəzinə çevrilmişdi. Hər kəsi bir sual maraqlandırırdı. Hətta hər kəsin özünə uyğun təxminləri də az deyildi. “Görəsən, hərbi hissədə şəraitsizlikdənmi bu hala düşüb?” və ya “Bəlkə, əvvəldən çətinliklərlə böyüyüb sonra da əsgərlik daha da ağır keçib onun üçün” kimi müxtəlif fikirlər dispanserdə həkimlər və digər işçilər arasında hallanırdı.
Mənim də diqqətim ancaq ona hakim kəsilmişdi. Yox, yox, bu diqqət qətiyyən yaraşıqlı olduğu üçün deyildi. Bəlkə də, sadəcə hekayəsini bilmək istəyirdim. Düzünü desəm o, bu dispanserdə və əsla çölə çıxmadığı, tənhalığın divarlarını əsir aldığı bu palatada belə yaraşığını itirməmişdi. Bəli, yalan deyə bilmərəm, o olduqca yaraşıqlı və diqqət çəkici biri idi. Xüsusən də gözləri...
Onu tanımırdım, lakin, gözlərinə tək bir dəfə cəsarət edib baxa bilmişdim. Elə həmin andaca o qəlbi titrətməyi bacaran gözlərində fəryad qoparan dəhşətli bir keçmişin olduğunu görmüşdüm. Xeyr, əsla fərqli bir niyyətim yox idi, gözlərinə də təsadüf nəticəsində baxmışdım. O, bu dispanserə gəldiyi ilk gündən ona mən nəzarət edirdim. Hətta desəm ki, o, bura gəldikdən sonra mən hər gecə dispanserdə növbəyə qalıram yalan olmaz. Bilmirəm niyəsini, ancaq onu tək buraxmaq istəmirəm. Düzdü, o, danışmırdı mənimlə, heç kimlə danışmırdı. Ara-sıra için-için ağladığını görmüşdüm..
Ancaq gördüyümü ona bəlli etməmişdim. Onu elə görəndə ürəyimdə hiss etdiyim sızıltının səbəbi də mənə məlum deyil, heç sorğulamıram da. Yenə yadıma düşdü o gün, gözlərinə baxdığım həmin gün...
Heç kimlə danışmayan, səsi çıxmayan bu əsgər ilk dəfə o gecə səsini çıxarmışdı. Yaxınlaşıb nə dediyini eşitmək istədim. Tək bir söz çıxdı ağzından...
“Əslim...”
Gerisi sükunət oldu. Əlinə toxundum, cəld gözlərini açdı, bax, elə o qısa andaca o gözlərin gözəlliyini və içində qopan fırtınaları gördüm.
O gecədən sonra ona qarşı daha diqqətli davranıram, əvvəlcə bir neçə saat tək qalsa da, indi hər dəqiqə onu izləyirəm. O dinmir, danışmır, düzdü. Ancaq mən hiss edirəm ki, Əslim hər kimdirsə bir kəlmədən ibarət deyil...

II Hissə
Orxanı uzun müddət idi ki, görmürdüm. Necə deyərlər göz görməyəndə ürək bir təhər onsuzluğa dözür. Görmürdüm deyə unutduğumu, hətta nifrət etdiyimi belə düşünməyə başladığım bir zamanda qarşıma çıxdı...
Dispanserə gəlmək üçün evdən çıxmışdım, dan yeri təzə-təzə ağarmağa başlayırdı. Gənc əsgəri tək buraxmamaq üçün evə ara-bir gəlirdim və bu gün də, o günlərdən biri idi. O yatandan sonra dispanserdən cəmi bir neçə saatlıq çıxmışdım. Beynimin bir nöqtəsi «Əslimə» zillənmişdi. Elə onları düşünə-düşünə yağışın nəmləndirdiyi boş səki ilə addımlayırdım. Fikrim o qədər dağınıq idi ki, metroya necə çatdığımın fərqində olmamışam. Artıq metronun içindəydim və biraz sonra mənə bütün keçmişi, qırılıb tökülmüş həyatımın canıma batıracağı şüşə parçalarıyla dolu qocaman bir boşluğu gətirəcək olan o qatarı gözləyirdim. Qatar gələndə tez-tələsik sıxlıqda qalmamaq üçün birtəhər daxil olmuşdum içəri.
Ancaq 5 dəqiqə sonra 2-ci stansiyada mənə aramsız baxan gözləri gördüm..
Yanılmamışdım, bu baxışlar 3 il əvvəl heçnəsiz ayrılmağı istəyən və məni tərk edən nişanlıma aid idi...
Orxanla biz möcüzəvi şəkildə tanış olmuşduq. Onu tanıdıqdan sonra özümü illər öncə qeybə çəkilib sonra əsl xoşbəxtliyi taparaq yenidən dünyaya addım atan şahzadə kimi hiss edirdim. Nişanımız hər şeyin çox gözəl davam etdiyi günlərdən birində oldu. Artıq layiq olmadığım mükəmməl xoşbəxtliyin bir parçası olduğuma əmin idim. Sonra isə hekayəmiz bitdi. Sən demə artıq şahzadənin yuxudan oyanmaq vaxtı çatıbmış və yuxum bitmişdi. Məndən heçnəsiz çıxıb getmişdi. Sadəcə bir cümlə qalmışdı ondan geridə, bir də o cümlənin olduğu zərfdə nişan üzüyünü qoymuşdu...
Günlər, aylar, illər keçdi. Hər gün eyni əziyyəti çəkdim, özümü günahlandırdım, ancaq nə qədər düşünsəm də hər dəfəsində heç bir səhvim olmadığı qənaətinə gəldim...
Sayaqlayaraq, ağlayaraq oyandığım gecələrin sayı hesabı yox idi. Bir neçə ay psixoloji dəstək aldım və az da olsa özümə gələ bildim. Dispanserdə çalışmağa başladım, bəlkə insanlara köməyim dəyərsə yenidən xoşbəxt olaram, deyə uşaqca bir düşüncəyə qapılmışdım...
3 il... Dağ boyda dağlar çəkən bu 3 ildən sonra köhnə bir qatar şahidim qisminə yazıldı axirətimçün...
Artıq bu qatar da, mənə hər gün eyni acını daddıracaqdı...
III Hissə
Otağa daxil olduğum zaman gözlərimin şişib qızardığından xəbərsiz idim. Danışmayacağını bilsəm belə bu dəfə mən danışmaq istəyirdim. Çünki ondan yaxşı heç kim qulaq asa bilməzdi mənə. Hər kəs özünü bilmiş kimi aparır, ilk cümləmi bitirən kimi ağıl verməyə başlayırdı və bu məni narahat edirdi. Odur ki, anlayış gözləməsəm belə sadəcə dinlənməyə ehtiyacım olduğunu bilirdim və mən o gün ikinci dəfə həyatımın şokunu yaşayacaqdım. Bilmirəm məni bu qədər dağınıq gördüyü üçünmü ya yazığı gəldiyi üçünmü bir addım atdı.
Əslində onu da qınamıram, çünki hər zaman ona belə dayanma, həyat davam edir, sağalacaqsan, hər şey yaxşı olacaq deyən məni ilk dəfə bu halda görürdü. Oturub hər şeyi danışmağa hazırlaşırdım ki, birdən astaca dilləndi...
“Mən “şəhər” sözünün ancaq radiolarda, kasetlərdə eşidildiyi çox ucqar bir kənddə dünyaya gəlmişəm. Baxmayaraq ki, kənd üçün ən yaxşı imkana sahib olan insan mənim atam idi, ancaq heç vaxt təhsildən, kitabdan ya da hər hansı bir müasirlikdən danışa bilməzdik. 5 qızdan sonra doğulan evin 6-cı övladıydım. Atam imkanlı olmağından savayı çox da qəddar idi. Mənim anam gözlərimin qabağında öldü...
Doğumu səbirsizliklə gözlənən uşaq olsam da, heç vaxt qayğı görmədim. Məni tək sevən vardı, o da atam tərəfindən hər gün döyülə-döyülə son nəfəsini odun sobasının maşasını qanıyla yuyan anam idi. Heç vaxt bilmədim atamın anamdan nə istədiyini, nəyi verib ala bilmədiyini. Anam rəhmətə gedən zaman hələ çox balacaydım, ancaq o kiçik əllərimlə anamın saçlarına sığal çəkərək sonra tərpənmədiyini görüb yaxasını silkələyərək onu oyatmağa çalışdığımı heç vaxt unutmadım. Hər dəfə bir “Ana” deyə çağırışımda harda olsa harayıma çatan anam artıq özümü öldürsəm belə gəlməyəcəkdi.
Zaman keçdi və mən nifrətlə böyüdüm, ancaq heç vaxt ağlıma gəlməzdi ki, atam ona olan nifrətimi canımdan çox sevdiyim ikinci qadını da məndən almaqla son həddə çatdıracaq...”
Sonrasında yenə də susdu və çox soruşub, yalvarsam da bir cümlə xaricində heçnə demədi. Lakin, o bir cümlə belə məni bu gün ikinci dəfə yıxmağa kifayət etdi.
“Bir gün xəbər gəldi ki, sevdiyim qız ögey anam olub...”
IV Hissə
Bir neçə gün danışması üçün israr etsəm də heçnə demədi. Nə vaxt başımı qatacaq bir şey tapmayıb boş qalsam, beynimi o son cümlə: “ Bir gün xəbər gəldi ki, sevdiyim qız ögey anam olub....” məhv edirdi. Əslində israrlarımın faydasız olduğunu bilirdim. Çünki o, çox fərqliydi sadəcə özü istəsə danışardı ya da dinləyərdi, başqa heç nəyə baxmazdı. Məncə onu yavaş-yavaş tanımağa başlamışdım. Bir gecə özümü 2-3 saatlıq yatmaq üçün keçdiyim boş bir palatada yuxunun qollarına təslim etmişdim. Neçə saat keçmişdi bilmirəm ancaq qan-tər içində ağlayaraq oyandığımı yaxşı xatırlayıram. Düşündüm ki, bəlkə onun yanına gedim, ancaq sonra yatmış olduğunu xatırladım və çarəsizcə səhərin açılmağını gözləməyə başladım. Cəmi yarım saat səbr edə bildim, yatmış olarsa geri qayıdacaqdım. Otağının qapısını açıb içəri keçəndə yerində yox idi. Pəncərənin kənarından “ Yarım saat gec gəldin...” deyə səs gəldi.
Bir anlıq diksinib geri çəkilsəm də “keç otur, danış. Bu gün sıra səndədi”- dedi. Dəfələrlə gələcəyimi hardan bildiyini soruşsam da yenə səs yox idi. Sözünü deyib yenə sükuta qərq olmuşdu. Dərin bir nəfəs alıb, günlər əvvələ qayıtdım, beynimin hücrələrində zamanı o köhnə qatara tərəf çevirdim. Gedəcəyim stansiyaya çatmağıma 5 stansiya qalmış olsa belə, Orxanı gördüyüm andan sonrakı stansiyada qatardan düşdüm. Sanki nəfəs almağı unutmuşdum. Heçnə düşünə bilmirdim. Ancaq daha sonrasında keşkə o qatara heç minməsəydim dedizdirəcək o qədər şey oldu ki...
Arxamca Orxan da, düşmüşdü qatardan və mən bunu ancaq oturacaqda oturub özümə gəlməyə çalışarkən fərq etmişdim. Daha ayağa qalxıb uzaqlaşmaq üçün belə gücüm yox idi. Qalıb nə deyəcəyinə qulaq asmağa məcbur idim. Sanki çox gözəl şeylər deyəcəkmiş, çıxıb getdiyi üçün üzr istəyib son bir şans istəyəcəkmiş kimi dərin bir nəfəs alıb bədənimin hər nöqtəsinə sancacağı şüşə parçalarının yerini müəyyənləşdirirdi və mən bunu başa düşmək üçün olduqca gecikmişdim..
“Necəsən?”,- dedi mənə. Məni qoyub gedən, 3 il sonra qarşılaşdığım nişanlım mənə “Necəsən?” - dedi sadəcə. Keçən neçə əzab dolu illəri bir kəlməyə sığışdırmağı necə bacardı axı?! Ancaq mən niyə heyrətlənirəm axı, o nələr-nələr etməyi özünə sığışdıra bilən insan idi. Bu onun üçün nəydi ki...
Mənimlə tanış olan zaman internat evində böyüdüyünü, ailəsi və keçmişiylə bağlı heç nəyi bilmədiyini və heç vaxt dadmadığı ailə sevgisini, istiliyini ikimizdə ilk dəfə daddığını demişdi. Ancaq, hər biri bir yalanmış. Nəinki ata və anasının varlığını hətta yoldaşı və qızının varlığını da gizləyibmiş...
Həmin an nələr hiss etdiyimi təsvir edəcək sözüm, hərəkətim hətta mimika və jestlərim belə məğlub olub çarəsizliklə barışır. Mən o gün ona yox, özümə nifrət etdim. Mən necə hər gün başqasının həyat yoldaşını, atasını gözləmişəm? Necə onu nə olursa olsun bağışlayaram demişəm?...
30 saniyəyə kimi hərəkətsizcə baxdım üzünə və son bir cümlə deyərək arxama baxmadan cəld addımlarla və nəfəsimi kəsən, daxilimdəki məğlubiyyətlə dayanan qatara minərək gözlərimi yerə dikdim...
“Necə bu qədər alçala bildin axı?...”
Davamı gələn sayımızda...
"Bütöv Azərbaycan" qəzeti
5 avqust 2022-ci il
6-08-2022, 09:55
"Nur Ocağı" Səlbi Baxışın şeirlərini təqdim edir:


"Nur Ocağı" Səlbi Baxışın şeirlərini təqdim edir:

Qocalıram mən

Məhəbbət selinə düçar oldu baxt,
Könül sarayında quruldu tac- taxt.
Gəl çıx, ay sevgilim, gözləməyir vaxt,
Düşür qara saça yavaş-yavaş dən,
Eşqimlə baş-başa qocalıram mən.

Xəstəyəm, yataqda tükənib gücüm,
Vüsala çatmadım, göynəyir içim,
Yarıma söyləyin, köç edir köçüm,
Yollara boylandım yox gələn-gedən,
Eşqimlə baş-başa qocalıram mən.

Leyli tək sevməyən eşqi nə qanır,
O, dəli sevdanı oyuncaq sanır,
Qəlb evim alışır, gizliçə yanır,
De, necə dözsün ki, ürəkdən sevən,
Eşqimlə baş-başa qocalıram mən.

Gəl, mənim ürəyim, gəl, qovuşaq biz,
Dalaşıb, küsüşək, həm barışaq biz.
Bu eşqin odunda, bir alışaq biz,
Gəlməsən quruyar, solar göy çəmən,
Eşqimlə baş-başa qocalıram mən.

Getdikçə enəcək qüruba Günəş,
Səlbini yandırar düşdüyü atəş,
Soz verdin, gəlmədin, söylə, niyə bəs?
Şam təki əridim, eh, günü-gündən,
Eşqimlə baş-başa qocalıram mən.

Ay oğul

Deyildi həyatda yaşamaq asan,
Atdığın addimda olmasın nöqsan,
Gərəkdi çətində azmasın insan,
Dilinə yalan söz gəlməsin, oğul!

Bu yollar kol-koslu, daşlı- kəsəkli,
Talelər dumanlı, çənli, küləkli.
Hələ sən cavansan, arzu-diləkli,
Dilinə yalan söz gəlməsin, oğul!

Çox da eh, inanma dosta, yoldaşa,
Məkirli yanaşır qardaş-qardaşa,
Riyasız, hiyləsiz həyatda yaşa,
Dilinə yalan söz gəlməsin, oğul!

Vicdanı gəl satma şöhrətə-şana,
Vəsvəsə salsa da, uyma şeytana,
Həyatda tuş gəlmə, naşı, nadana,
Dilinə yalan söz gəlməsin, oğul!

Yalan vədə verib, söz kəsmə, bala,
Qərarı verəndə tələsmə, bala.
Nahaqdan yel təki, gəl əsmə, bala,
Dilinə yalan söz gəlmısin, oğul!

Səcdə qıl Rəbbinə, boynuna qurban,
Allaha ürəkdən gətir sən iman,
Hər müşkül işini, o, edər asan,
Dilinə yalan söz gəlməsin, oğul!

Söndürmə, ananın gur çırağını,
Qurutma çiçəkli, güllü bağını,
Qoy alım, hər kəsdən xoş sorağını,
Dilinə yalan söz gəlməsin, oğul!

Qurban bayramınız mübarək!

Ey göylər, ulduzlar əsən o yellər,
Dağlardan, dərədən sürünən sellər,
Qohumlar - qardaşlar, a doğma ellər,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Hər evdə, ocaqda kəsilsin qurban,
Kasıba pay versin xeyirxah insan,
Paklansın əməllər, daşlansın şeytan,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Bağ-baxçanız bol bar-bəhər gətirsin,
Allah ruzinizi sizə yetirsin,
Yağıştək yağdirsın, yerdə bitirsin,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Nişanlı qizlara qurbanlıq getsin,
Arzu qanad açsın, ömrü şad etsin,
Nisgilli, həsrətli günlər ötüşsün,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Sevgi, məhəbbətlə döyünsün ürək,
Qönçətək gül açsın hər arzu, dilək
Həyatda dostunuz qoy olsun mələk,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Könlümdə qışdı

Hər kəs "bahar gəldi" desə də yalan,
Könlümdə yaz deyil, hələ də qışdı,
Ürəyi qan ağlar bəxtikəm olan,
Üzüm gülsə belə gözlərim yaşdı,
Könlümdə yaz deyil, hələ də qışdı.

Sevdamın tək yanan odu qəlbimdə,
Qönçə güllər əkdim soldu qəlbimdə,
Sağalmaz bir yara oldu qəlbimdə,
Acılar boy verib başımdan aşdı,
Könlümdə yaz deyil, hələ də qışdı.

Qəlbim yorğun düşüb çəkəmmir qəmi,
Sünbülüm dən tutmur quruyur zəmi,
Kədər, qüssə ilə yüklənib gəmi,
İçimdə bir tufan boylanıb daşdı,
Könülmdə yaz deyil, hələ də qışdı.

Nə əksəm də bitmir, cücərmir Allah,
Görəsən mən harda eylədim günah?
Səlbi güman etmir açıla sabah,
Xəyalım, ay gülüm, qəmə sirdaşdı,
Könlümdə yaz deyil, hələ də qışdı.

Yaşa, var ol, Azərbaycan!

Köksün altda dəryalar var,
Qara qızıl, neftin yatar,
Bağ-bağatın çox məhsuldar,
Hər bir yanın, bax, gülüstan
Yaşa, var ol, Azərbaycan!

İldırımlar şimşək çaxsın,
Düşmənləri oda yaxsın,
Kəm baxanın gözü cıxsın,
Torpaqları suvardı qan,
Yaşa, var ol, Azərbaycan!

Keçməkeşli hər bir anın,
Qırılmazdı qol-qanadın,
Tarixlərə yazdın adın,
Ərənlərin mərd, qəhrəman,
Yaşa, var ol, Azərbaycan!

Yer üzünün sən gözüsən,
Kaman, tarın şən sözüsən,
Cənnətimin lap özüsən,
Nələr gördü qoca cahan,
Yaşa, var ol, Azərbaycan!

Sıx meşələr oylağındı,
Dağ döşləri yaylağındı,
Şirin barlı bağlarındı,
Günəşlidi baxsan haçan,
Yaşa, var ol, Azərbaycan!

Əvəzsizdi sədaqətim,
Sonsuz sevgim, məhəbbətim.
Səninlədi, bil, şöhrətim,
Sənə qurban olsun bu can,
Yaşa, var ol, Azərbaycan!

Bu xalq, bu bəşər

Kimi dindirirsən ağlayir zar-zar,
Qan içib, bac alır qəddar zülümkar,
Susub könüllərdə, sarı simli tar,
Od-alov içində hər igid əsgər,
Abad həyat istər bu xalq, bu bəşər.

Yarı ac, yarı tox keçınər millət,
Təki müharibə olmasın əlbət.
Yurdu viran etmək bumu ədalət?!
İnsanlar evindən düşüb dərbədər,
Abad həyat istər bu xalq, bu bəşər.

Dünyanın elə bil çırağı söndü,
Döyüş meydanına bu həyat döndü.
Torpağım qəmlidi çökülən gündü,
Bitmir, tükənməyir çəkdiyi dərd-sər,
Abad həyat istər bu xalq, bu bəşər.

Yetər, qan töküldü gəlin düz yola,
Ana layla deyir saç yola-yola,
Əlləri qoynunda deyir;-"can bala",
Torpağa gömülür cəsur ərənlər,
Abad həyat istər by xalq, bu bəşər.

Yansın od-alovda kin, sihah - sursat,
Sülh, barış qoyulsun hər nəğməyə ad,
Səlbi, sən də arzu, muradına çat,
Qönçə gül açılsın, əlvan çiçək dər,
Abad həyat istər, bu xalq, bu bəşər
.
Həyat

Yaz olmuşam qış olmuşam,
Ildən -ilə daşınmışam,
Gələn gündən qoşulmuşam,
Bu həyatın köçündəyəm.

Olmuş insan dərdlə tanış,
Bağrı necə yarılmamış?
Bir çətindən sıyrılmamış,
Gòrdùm yenə küncündəyəm.

Vaxt olmadı dərdi əyəm,
Qazancımı rahat yeyəm,
Kirpik çaldım əkindəyəm,
Baş qaşıdım biçindəyəm.

Səlbi, sanki həyat dava,
Hər kəs çalır bir cùr hava,
Köz üstündə dünya tava,
Mən də onun içindəyəm.
Səlbi Baxış

5-08-2022, 08:34
“AND OLSUN QƏLƏMƏ” VƏ İNSAN ÖMRÜ

“AND OLSUN QƏLƏMƏ” VƏ İNSAN ÖMRÜ
(Ayətxan Ziyad İsgəndərov haqqında)
Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.
Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən-orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.
Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:
- 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi qapalı səhmdar cəmiyyət), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;
- 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olmuşdur. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün də uğurla davam etdirilməkdədir;
- 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunmuşdur. Yola saldığı son 6 ildə 60-dan artıq beynəlxalq və respublika elmi konfransına qatılmış, oxucularına 6-dan artıq monoqrafiya və dərs vəsaiti ərməğan etmişdir.
Bir cəhəti xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev-azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli lider Heydər Əliyevin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.
Bu məqam üçün gəlin tanış olaq:

Kimdir Ayətxan Ziyad İsgəndərov?
Bu sualı ilk olaraq “Bu mənəm-Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandır¬mışdır. Kitab 5 bölümdən ibarətdir: 1. “Mən kiməm?”; 2. “Ayətxan Ziyad dostların, qələm yoldaşlarının deyimlərində”; 3. a) “Kitabları haqqında yazılmışdır”, b) “Haqqında söz yazdığı kitablar”; 4. “İnsanın doğum tarixinin sirləri” və “Yaddaşları yaşadır fotolar”.
QISA ARAYIŞ
1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, 1969-cu ildə orta təhsilini başa çatdırmışdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) ştatdankənar müxbiri (1970-1976) olaraq yaradıcılıqla məşğul olmuşdur. 1975-1976-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəşriyyatında, 1976-1994-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azər¬bay¬can məktəbi” jurnalında, “Respub¬li¬ka”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəze¬tlərində, 15.09.2004 - 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dir¬çəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkə¬zi¬¬nin rəhbəri) çalışmışdır.
A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlı olmuşdur. Yanvar 2007 - fevral 2015-ci illərdə “Gənc müəllim” qəzetinin redaktoru olmuşdur. 2015-ci ilin martından ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.

AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projek¬toru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri və s. ictimai işlərdə çalışmışdır;
- 1979-cu ildə Gənc Jurna¬list¬lə¬rin II Ümumit¬ti¬faq Qurul¬tayının nü¬ma-yəndəsi olmuşdur (Moskva şə¬hə¬rində keçirilmişdir), Ümumittifaq Teleradio Veriliş¬ləri Komitəsində (Moskva) yaradıcılıq təcrübəsi keç¬mış, kosmonavtların Bayka¬nur Kosmodromunda (Moskva) olmuşdur;
- Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixləşdirən efir materialları ilə çıxış etmişdir.
- AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarıdır.
- 2000-ci il parlament seçkilərində deputat¬lı¬ğa namizəd olmuşdur.
- “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.
- Haqqında vikipediya yaradılmışdır.
1980-ci ildən SSRİ Jurnalistlər İtti¬faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay¬can Yazıçılar Birliyinin üzvüdür.
İki əsrin mükafatları:

- 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fər¬manını almışdır;
- Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa¬nə¬yə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitab¬çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).
- Hərbi-vətənpərvərlik mövzusun¬da yazan jur¬nalistlərin yaradıcılıq müsabi¬qəsində “Ədalət” qəze¬tinin xüsusi mükafatını almışdır;
- 2012-ci ildə «Əsrin ziyalı¬ları» Xey¬riyyə İcti¬mai Birliyinin «İlin alimi - İlin ziyalı¬sı» diplomuna,
- 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,
- 2021-ci ildə “Ziyadar” Mükafatına la¬yiq görülmüşdür.
Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.
ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq bey¬nə¬lxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.
İşıq üzü görmüş kitabları:
1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Ba¬kı-2001, 400 səh.
2. “Mən¬dən sonra...”. Şeir, hekayə, publisistika.
Bakı-“ULU”-2010, 616 səh.
3. “Qazyanlı Mir¬həbi ağa. ADPU-2010, 132 səh. (araşdirma xarakterlidir).
4. “Qaz¬yan¬lı Mirhəbi ağa” (təkrar nəşr). Bakı-“ULU”-2010, 149 səh. (araşdirma xarakterlidir)
5. “Hər hökmü za¬man verir”. Kiçik povestlər. Bakı-2010, 100 səh.
6. “Şamaxının Kürdə¬mic kəndi. Tarix, publi¬¬si¬s¬tika, rəvayət”.
Bakı-2014, 70x100 1/16, 536 səh. Monoqrafiya.
7. “ADPU-da qalan izim”. Bakı-2014, 400 səh.
8. “Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh. Monoqrafiya.
9. “Dədə Qorqud” ün¬va¬¬nında sözüm” (el¬mi məqalələr. Mart 2015-2017-ci il).
Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.
10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... –
dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.
11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... –
dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92
səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.
12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (heka¬yə,
povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi - 2019, 463 səh.
13. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.
14. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.
Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.
15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.
16. Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində. 200 səh. Monoqrafiya.
17. Elmi mübahisələr: mülahizələr, qənaətlər.
Nəşrə hazır daha 9 kitabı vəsait çatışmazlığına görə uzun illərdir işıq üzünə həsrət qalıb.
Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir.
Bütün bu əzmkarlıq, qələmə fəda edilmiş 53 il qarşılığında imkanlarımız daxilində Ayətxan müəllimin fədakarlığını qiymətləndirməyə çalışmışıq. Beləki, tərəfimizdən elmi araşdırmaçılıq fəaliyyətinə görə “Vintsas”, 53 illik ədəbi-bədii yaradıcılığı nəzərə alınmaqla “Bayram Bayramov” Mükafatlarına layiq görülmüşdür. Yuxarıda yazımın “Qısa arayış” bölümündə qeyd olunduğu kimi Ayətxan müəllimin doğum günü 15 oktyabrda olacaq qarşıda qosqoca iki ay var bu münasibətlə imkanlı şəxsləri nəşrə hazır kitablarının çapına dəstək olmağa, əlaqədar təşkilat və qrumları isə onun qələmə, yazıya xərclədiyi günlərin xoş xatirəsi ola biləcək əlamətdar işlər görməyə çağırıram. Söna qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və söhbətimi artıq çoxdan Haqqın dərgahına varmış digər dəyərli ziyalımız Cabir Novruzun ibrətamiz misraları ilə bitirmək istəyirəm:
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

30.07.2022. Bakı.
Zaur USTAC
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist
.

29-07-2022, 20:03
"Nur Ocağı" Qulu İsmayılov Xaləddin oğlunun şeirlərini təqdim edir:


"Nur Ocağı" Qulu İsmayılov Xaləddin oğlunun şeirlərini təqdim edir:
(Qulu Xaləddinoğlu)

VƏTƏN
Ana yurdun torpağının,
Hər qarışı,daşı Vətən.
Dünya qızıl bir üzüksə,
O,üzüyün qaşı Vətən.

Odur əsil sevgili yar,
Onsuz mənə gen dünya dar,
Ürəyimdə nə sevda var,
Hamısının başı Vətən.

Sərt küləklər əssə yandan,
Can ayrılsa əziz candan,
Əgər ayrı düşsəm ondan,
Gözlərimin yaşı Vətən.

KÜSÜB MƏNDƏN
Nə vaxtdır qələmdən gen gəzdiyimdən,
Qələm küsüb məndən,söz küsüb məndən.
Vəsf etmirəm deyə hüsnünə şeir,
Bir aybəniz sima-üz küsüb məndən.

Qayğılar o qədər başımı qatıb,
Çağlayan ilhamım elə bil yatıb,
Yollar da aparmır əlimdən tutub,
Cığır küsüb məndən,iz küsüb məndən.

Şeirlər azalıb,say vermir daha,
Sanki,"ilham pərim" pay vermir daha,
Dağlar da səsimə hay vermir daha,
Dərə küsüb məndən,düz küsüb məndən.

Misralar lal olub,dinmir,danışmır,
Təbim incik düşüb,mənlə barışmır,
Bir vaxt yanan ocaq indi alışmır,
Alov küsüb məndən,köz küsüb məndən.

GƏNCLİYİ
Necə oldu,harda qaldı bilmədim,
Çox axtardım,tapammadım gəncliyi.
O hey oldu atlı,mənsə piyada,
Çapıb getdi,tutammadım gəncliyi.

Gedən gündən dünyam oldu qaranlıq,
Sevinc susdu,qəm eylədi fironluq,
İstəsəm də geri dönə bir anlıq,
Ömrə bir də qatammadım gəncliyi.

Aramızdan aylar,illər ötsə də,
Yarı yolda qoyub məni getsə də,
Gözlərimdən həmişəlik itsə də,
Ürəyimdən atammadım gəncliyi.

TƏLƏSDİM
Bir zaman gəncliyə qovuşmaq üçün,
Böyümək istədim,yaşa tələsdim,
Anlamadım gedən ömürdən gedir,
Yuxarı can atdım,başa tələsdim.

Həyat yollarında durmadan qaçdım,
Xəyalımda aya,ulduza uçdum,
Gəncliyin başına min oyun açdım,
Yazı yolda qoyub,qışa tələsdim.

Xatirəyə dönüb itən günlərə,
Ömürdən xəbərsiz bitən günlərə,
Durna qatarıtək ötən günlərə,
Sevinclə,kədərlə qoşa tələsdim.

Görəndə ömürün çoxu gedibdir,
İllər saçlarımı bəyaz edibdir,
Qocalıq xəlvəti məni güdübdür,
Onda ayıldım ki,boşa tələsdim.

BAŞQADIR
İstərsə sonradan yüzünü sev sən,
İlk eşqin ləzzəti,dadı başqadır.
Qəlbinə,ruhuna hakim kəsilən,
Hisslərin doğması,yadı başqadır.

Xəyalından getməz nurlu ay üzü,
Daim xatırlanar söhbəti,sözü,
Ürəkdə alışan alovu,közü,
İçini yandıran odu başqadır.

Sevda yollarına ilk dəfə çıxan,
Sənə məhəbbətin gözüylə baxan,
Qəlbini əbədi odlara yaxan,
O ülvi sevginin adı başqadır.

YAZDIM
Nə zaman əlimə qələm götürdüm,
Şeiri duyğuma uyğun,tən yazdım.
"Ilham pərim" cuşa gəldiyi anda,
Təb vadar edəndə,gərəkdən yazdım.

Hər zaman oturdum,durdum ər ilə,
Duz-çörək kəsmədim namərd biriylə,
Mərdin süfrəsində alın təriylə,
Halal qazandığı çörəkdən yazdım.

Qələmə verdiyim əhdi pozmadım,
Səmtimi düz tutdum,yolda azmadım,
Yazmaq xatirinə şeir yazmadım,
Nə yazdımsa onu ürəkdən yazdım.
İSTƏDİM
Yaşadığım bu həyatda,
Nə şöhrət,nə şan istədim.
Nə var-dövlət,zəngin həyat,
Nə süni ad-san istədim.

Nur olsun deyə gözümə,
İşıq salsın yol,izimə,
Səhərləri mən üzümə,
Xoş açılan dan istədim.

Arzuladım hey baharı,
Sevmədim heç baran,qarı,
Bir-birinə insanları,
Ola mehriban istədim.

Səsləyərək mələkləri,
Etdim arzu,diləkləri,
Soyuq əsən küləkləri,
Keçə məndən yan istədim.

Özümü dərk edən andan,
İstəmədim çox şey ondan,
Hey duamda Yaradandan,
Əsas sağlam can istədim.

VAXTIDIR
Nə qədər istəsə daha coşammaz,
Artıq, dalğaların senən vaxtıdır.
Hərarəti azdır,qızdırmır yeri,
Günəşin qüruba enən vaxtıdır.

Daha yox əvvəlki,o odlu baxış,
Günlərim ömürə vurmayır naxış,
Dəyəmi isladır yağanda yağış,
Köçümün geriyə dönən vaxtıdır.

Aşıq,bir hava çal xəyala dalım,
Ötən günlərimi bir yada salım,
Mən də şeir deyim ay qadan alım,
Könlümün susmayıb,dinən vaxtıdır
GƏLƏCƏM
Məndən küsüb,üz döndərən,a kəndim!
Bir gün sənlə barışmağa gələcəm.
Mənə əziz,doğma olan kəslərin,
Cərgəsinə qarışmağa gələcəm.

Dərəsindən,təpəsindən keçməyə,
Yer belləyib,dağlarda ot biçməyə,
Bulaqların gözündən su içməyə,
Təbiətlə qovuşmağa gələcəm.

Vəfalı dost,bir mehriban üz olub,
Niyyəti saf,əqidəsi düz olub,
Yurdu sevən ürəklərdə köz olub,
Ocaq kimi alışmağa gələcəm.

O əvvəlki şən-şuxluğum ta yoxdu,
Dərdim var ki,ürəyimə bir oxdu,
Deyiləsi söhbət çoxdu,söz çoxdu,
Dərdlərimi danışmağa gələcəm.

Gələcəyəm üzə gələn bu yazda,
Yolumu gözləsin qoy telli saz da,
Boynumda haqqı var onun bir az da,
Elim üçün çalışmağa gələcəm.
29-07-2022, 10:20
"Nur Ocağı" Nailə Şahverdinin şeirlərini təqdim edir:


"Nur Ocağı" Nailə Şahverdinin şeirlərini təqdim edir:

ANANIN YUXUSU
Yuxuda görmüşdü ana oğlunu,
Düşmənlə vuruşan igid əsgəri.
Bu döyüş səhnəsi qorxutdu onu,
Dəhşətli yuxuyla açdı səhəri.
Ananın ürəyi sıxıldı yaman,
Başının üstünü aldı qəm - kədər.
Yenə də qəlbində var idi güman,
Oğlundan alacaq yaxşı bir xəbər.
Bu bir həqiqətdir, bir acı gerçək,
Inamı səhv oldu, ümidi soldu.
Oğlunu bayrağa bükülmüş görcək,
Ana fəryad etdi, saçını yoldu.
Ağlama anacan, qoparma fəryad,
Bu dərdi dağ belə daşıya bilməz.
Hər kəsə əzizdir, şirindir övlad,
Göylərdə yaşayar, şəhidlər ölməz.
UCALIR GÖYLƏRDƏ ŞANLI BAYRAĞIN
Gözün aydın olsun, ey ana Vətən,
Geriyə çəkildi o azğın düşmən.
İşğalda deyilsən, nəhayət ki, sən.
Azad nəfəs alır çəmənin, dağın,
Ucalır göylərə şanlı bayrağın.

Sülh əldə elədik, bu da bir gerçək,
Fərəhlən, ağsaqqal, sevin, ağbirçək!
Hər bağın, hər bağçan açsın gül-çiçək,
Nur saçsın hər zaman sənin çırağın.
Ucalır göylərə şanlı bayrağın.

Çoxdan gözləyirdik bu gözəl anı,
Zəfərlə qurtaran bu şad zamanı.
Heç kimə vermədik Azərbaycanı.
Qoy yansın əbədi odun, ocağın,
Ucalır göylərdə şanlı bayrağın.

Mərd, igid oğullar dağıdır, sökür,
Düşmən təslim olur, belini bükür.
Azadıq, xoşbaxtıq Allaha şükür!
Yenə də bizimdir cənnət torpağın,
Ucalır göylərə şanlı bayrağın.

YARPAQLAR
Əsir dayanmadan şiddətlə külək,
Payız – yarpaqları başıma tökür.
Yaşımın üstünə yaş qoyur fələk,
Xəlvətcə ömrümün binasın sökür.
Hər yaşım artdıqca qocalıram mən,
Bir gün görəcəksən məni ağbirçək.
Saçıma dən düşüb, üzülüb bədən,
Amma ki, yaşamaq istəyir ürək.
Alır verdiyini geriyə torpaq,
Torpaqdan yaranan torpağa gedir.
Mənimtək zavallı bir sarı yarpaq,
Həyatdan doymadan onu tərk edir.

QOCALMA, ANA
Yaş üstə yaş gəlir, böyümüşəm mən.
Saçıma dən düşür, qırışır üzüm.
Yenə qulluğumda dayanmısan sən,
Təşəkkür etməyə çatmayır sözüm.

Etdin gəncliyini sən mənə qurban,
Nənnimin başında yuxusuz qaldın.
Mən hər yıxılanda deyərək"ay can",
Bağrına basaraq, könlümü aldın.

Təzədən yaz gəlib, açılır güllər,
Saçır öz ətrini çiçək hər yana.
Həftənin boyundan boy alır illər,
Bircə istəyim var, qocalma, Ana!!!

SƏN ALIN YAZIMSAN
Tez açan çiçəklər çox erkən solur,
Gəncliyin həzzi də lap qısa olur...
Demə sevgilimsən: - həsrətimsən de,
Sən alın yazımsan, qismətimsən de.
Nə qədər yansa da tonqal da sönür,
Atəşə nə düşsə tez külə dönür...
Demə alovumsan: - xiffətimsən de,
Sən alın yazımsan, qismətimsən de.
Zaman ömrümüzdən sıyrılıb gedir,
Cavanlıq anbaan bizi tərk edir...
Əbədi dünyamsan, cənnətimsən de,
Sən alın yazımsan, qismətimsən de.
SEVİRƏM SƏNİ
Sən oldun canımdan əziz, doğma can,
Yarama məlhəmsən, dərdimə dərman,
Səni qismətimə yazıb Yaradan,
Sən nə yaxşı varsan, sevirəm səni.

Ən çətin anımda yanımda qaldın,
Mənimlə bir yerdə saralıb soldun,
Sən qürub vaxtımın şəfəqi oldun,
Sən nə yaxşı varsan, sevirəm səni.

Dilimdə ah-nalə, qəlbimdə həsrət,
Gözümdə gündüz də olmuşdu zülmət.
Sən mənə bəxş etdin sevinc, səadət,
Sən nə yaxşı varsan, sevirəm səni.

Sənsiz bir qəfəsdi bu dünya mənə,
Hər bir kəs möhtacdır onu sevənə,
Allaha min şükür rast gəldim sənə,
Sən nə yaxşı varsan, sevirəm səni.
ALLAH DƏRGAHINDA
Yalvardım Allaha qorusun səni,
Səndən uzaq etsin dərdi, kədəri.
Yəqin ki, Yaradan eşidər məni,
Odur nizamlayan qəmi-qəhəri.
Qəlbinə dolmasın heç zaman təlaş,
Tanrı hər bir işdə köməyin olsun.
Üzündə gül açsın təbəssümün kaş
Sevinclə, fərəhlə ürəyin dolsun.
Sükuta dönməsin sinəndə həsrət,
Ömrünə yar olsun bizi yaradan.
Yurd-yuva salmasın gözündə heyrət,
O, səni qorusun bəladan hər an.

29-07-2022, 09:47
SƏN YARATDIN ŞEİRİMİZİN VƏTƏNİN


SƏN YARATDIN ŞEİRİMİZİN VƏTƏNİN

Ramiz Qusarçaylının səs-küyə səbəb olan, hadisəyə çevrilən yeni yazdığı “VƏTƏN” poeması kitabı taleyimizin və tariximizin qan yaddaşı və ruhunu əks etdirən vətənçiliyin anatomiyasıdır.Oxucu auditoriyasının böyük marağına səbəb olan bu kitab yüksək tiraj və satış sayına görə son illərin nəşrləri sırasında ən çox oxunan və reklam olunan çap məhsuludur.Nəfis tərtibat və yüksək poliqrafiya üsulu ilə nəşr olunan “Vətən” poemasını geniş anlamda həm də türklüyün İbrət Manifesti adlandırmaq olar! İbrət dərslərindən qazandıqlarımız qədər də gələcək nəsillərə verəcəklərimizin fövqündə yalnız və yalnız bir amil dayanır: Türkün yol xəritəsi!
Üçüncü min ilin fiziki varlığının yuxarı “sam” hissəsində, yəni baş qafasında yerləşən sağlı-sollu, habelə onurğa beyinlərində ən çox çaşdırılmış Saq türklüyü və Ata kultunu xilas eləmək...Çünki hər birimizin üzərində “Tarix” adlanan provokasiyalar həyata keçirirlər. Ən əsası onlardan xilas olmaqdır. Xilas olmağın yollarını isə Ramiz Qusarçaylı öz poemasında Tanrıdan gələn ilahi şeir misralarıyla böyük həvəslə qələmə almışdır. Bu mənada müəllif bizlərə çox ağır və şərəfli missiyanı daşımağı, o cümlədən, üzərimizə düşən yükü sona qədər çəkə biləcəyimizə And içməyimizi tövsiyə edir.
O, qaladığı Türk ocağını öz şeirləriylə sönməyə qoymur.Onu alovlandırır, qızışdırır, şölələndirir. Nə yaxşı ki, bu ocağın közü təkcə özümüzü yox, dünyanın hər tərəfinə səpələnmiş milyonlarla soydaşımızın Vətən sevgisini sönməyə qoymur. Bu gün o sevgini Günəş işığı qədər qəlblərdə şölələndirən Ramiz Qusarçaylı taleyimizin yeni poeziya vətəninin təməlini qoyur. Ürəklə deyə bilərəm ki, dahi söz peyğəmbərimiz Məhəmməd Füzulinin yaratdığı vətən fəlsəfəsinin bir közü də məhz Ramiz Qusarçaylının elə özüdür.
Gəl, gəzək tarixin mənbələrini,
Gəzək Vətən-Vətən türbələrini,
Gəzək kitab-kitab kitabələri,
Gəzək yazı-yazı sərdabələri,
Keçək Midiyadan, Mannadan bir də,
Dolaşaq tarixin ucqar yerini,
Açıb günə sərək arxivlərini...


İdeologiya hər bir xalqın tarix boyu düşüncələrinin yekunu və fəlsəfi tamlığıdır. Bu tamlıq isə bir xalqın poetik düşüncə tərzini və gen yaddaşında bəşəri hissin anatomiyasını formalaşdırır. Azərbaycan xalqının milli ideologiya və vətənçilik ideyasının kökündə poeziyanın rolu mən deyərdim ki, siyasi dünyagörüşün rolu qədərdi. Daha doğrusu, bir az da ondan üstündür.
Absurd həyat həqiqətlərini hər bir xalqın öz dilində təhdəlşüur məna qatlarına o dilin gücü ilə yerləşdirmək şairdən böyük məharət, ustalıq, sərrastlıq və səliqəlilik tələb edir. Əgər Azərbaycan türk dili Xl –ci əsrdən vətənçiliyin əsas qayəsi sayılırsa Ramiz Qusarçaylının bu dilin imkanları çərçivəsində qələmə aldığı “Vətən” poeması dediklərimizi mütləq mənada təsdiq etmiş olur.

Türkün Tanrı dili öz dili idi,
Qopuz dili idi,
saz dili idi,
O boyda cövlanın,
cəngin içində,
O boyda ləngərin,
rəngin içində,
Türkün təlim dili müqəddəs savaş,
Türkün savaş dili dərs dili idi,
Ancaq...
dövlət dili fars dili idi...(?!)

Vətən məsələsini ədəbiyyatda ilk dəfə qabardan Abasqulu ağa Bakıxanov olub. O, “Gülüstani-irəm” əsərində vahid Vətən problemini qoyub və bölünmüş Vətənin faciəsini göstərib.
XlX əsrdə Azərbaycan tarixi ədalətsizlik nəticəsində ikiyə bölünərək Rus və Fars imperiyaları tərəfindən işğal edildi. Vətənçilik Azərbaycan ziyalılarının təfəkküründə bu işğaldan sonra gündəmə gəldi. Əslində vətənimiz ikiyə yox, ona qədər bəlkə də iki yüz yerə parçalanmışdı. Bir ucu Arazdan yuxarı Arran (Kürün şimalındakı Şirvan, cənubundakı Albaniya – Ərsaq) Arazdan aşağıdakı Midiya (Mada-Batı) Arran-İran və Midiyanın qərbindəki qədim Borçalı (indiki Gürcüstan, Ermənistan və Urmiya –Rum mahalı) nəzərdə tutulur. Dərbəddən Börü (pers) körfəzinədək olan bir hissə böyük Cavidin xarakterizə elədiyi kimi “atəşlə suyun öpüşdüyü” müqəddəs məkana qədər hissə-hissə alınaraq 2 milyon 800 mim kv.k. dən 114.000 kv.k. qədər azalmışdı. Söylədiklərimiz əsərdə şeirin diliylə diqqətdən yayınmır.
Arazdan bu tayda,-
Azərbaycanda,
Damarı Dərbənddə,
qanı Şirvanda,
Bir əli dənizdə, bir əli dağda,
Ruhu göy üzündə,
canı torpaqda,
Sığınıb bir halal ocağa, oda,
Tarıxi qədim bir coğrafiyada,
Gözündə qığılcım,
cəngində vüqar,
Tayfalar varıydı,-
Cəsur tayfalar.

“Kəşkül”, “Əkinçi” qəzetlərində, ”Molla Nəsrəddin və “Füyuzat” jurnallarında ilk olaraq Azərbaycançılıq və Türkçülük ideyalarının təbliği vətənçilik epoxasının ilk təməl daşlarıni qoydu. Ramiz Qusarçaylının tarixi ədalətsizliyə münasibəti olduqca maraqlıdır.
Yeni rəng gəlirdi, çalar gəlirdi,
İctimai rəyə, siyasi rəyə,
Gəlirdi “Əkinçi”,
“Molla Nəsrəddin”,
“Müsəlman xeyriyyə cəmiyyətləri”,
Dövlət binaları,
“İsmayilliyyə”...
Dahi Firudin bəy Köçərli 1901-ci ildə özünün rusca ilk ədəbiyyat tarixini yazanda onun adını “Azərbaycan tatarlarının tarixi” adlandırır. O vaxt ruslar Azərbaycanlı sözünü çıxardıb “tatar” yazmışlar. Nəinki Azərbaycan sözünü, hətta XlX əsrin sonunda bu sözü xəritələrdən belə çıxardıb Qafqaz sözü ilə əvəz etmişdilər.
“Vətən” poemasında tariximizin keşməkeşli yollarına yeni baxış və analitik təhlil oxucunu vətənçilik qayəsində bir yerə toplayır. Bu birlik və həmrəylik çağrışı Vətənə səslənən şair harayıdır. Çünki Vətənin tarixi qudsal ruhların və kainatın tarixi qədərdir.
İlahi, zülmümüş Vətəni sevmək,
İlahi, ölümmüş Vətəni sevmək,
Sevən ürəklərə qara çəkiblər,
Vətən deyənlərin dili kəsilib,
Vətən deyənlərin başı kəsilib,
Vətən deyənləri dara çəkiblər,
Vətən deyənləri ağlar qoyublar,
Gözünün içində od qalayıblar,
Vətən deyənləri şaqqalayıblar.

Onu da qeyd etməliyəm ki, Azərbaycançılığı ilk dəfə Azərbaycan qayəsi adı ilə ictimai təfəkkürə Məhəmməd Əmin Rəsulzadə gətirmişdir. Müəllif əsərində bu məqamı da nəzərdən qaçırmamış, saf əxlaqına və təmiz vicdanına sadiq qalaraq tarix qarşısında öz münasibətini bildirmişdir. Gələcəkdə böyük və vahid Azərbaycan Cümhuriyyətinin yaranma nüvəsinin ilk poetik qığılcımı olan “Vətən” poeması əminəm ki, yeniliyin Ana yasası kimi misilsiz dəyərə layiq görüləcəkdir.
Böyük Məhəmməd Əmin Rəsulzadənin
Vətən harayından,
Vətən səsindən,
Vətənin Türk-islam iradəsindən,
Süzülüb gəlirdi ilk partiyalar,
İlk milli qurumlar,
milli şuralar,
Öndə “Müsəlman Gənclik Təşkilatı”ydı,
İlk milli azadlıq hərəkatıydı.

Tarixin dərin qatlarını vərəqləyən şair türkün söykökünü və yaranış bünövrəsinin rişələrini poetik duyğularla kəlmə-kəlmə, misra-misra qafiyələndirir.
Şumer,-
Altı min il eradan qabaq,
Tarixdə ən qədim sivilizasiya,
Qədim mədəniyyət, qədim od-ocaq,
İkiçayarası,-
Mesopotamiya.
Gəl,
gəzək Akkadi. Babilistanı,
Daş cizgilərində, gilyazılarda,
Yaşanır tarixin Şumer dastanı
Basma qəliblərdə. Mil yazılarda..
.
Şirin dili və axıcılığı olan bu poema tarixi-fəlsəfi baxımdan Azərbaycan ədəbiyyatının ən samballı poeziya nümunələrindən biri sayıla bilər. Keçmişlə bugünü və gələcəyi eyni istehkamda canlandıran şair yatmış tarıxın alt qatlarının psixoloji subyektlərini cəsarətlə açıb göstərmişdir. Şair alternativləri sevməyən tarixin doğru və düzgün, açıq və gizli sirlərini oxucuların müzakirəsinə verməklə yalanın həqiqət olmadığı qənaətini ortaya qoyaraq özünün sevdiyi Vətən idealına sadıq qalmışdır. Bu sadiqlikdə Ramiz Qusarçaylının tənhalığını və Vətən içində özünü qürbətdəki kimi hiss etməyini də qeyd etməmək insafsızlıq olardı. Əllbəttə, bu əlahəzrət tənhalıq Ramizin sözün həqiqi mənasında Ana Vətən hesab etdiyi müqəddəsliyə qanı və canı qədər rahib olmasından irəli gəlir.
Poeziya tükənəndə İnsan təklənir. İnsan təklənəndə cəmiyyət təklənir. Cəmiyyət təklənəndə isə Vətən təklənir. Ramiz poeziyanı Ruhun ehtiyacından daha çox “Vətən yaşasın”- deyə iliyinə qədər sevdiyi vətəni belə vəsf eləyir. Onun yolunda son nəfəsinədək əlindəki qələmlə vuruşmağa and içir.
Nə xırman bir, nə dən birdi,
Döyən min-min, bədən birdi,
Mən ha deyim Vətən birdi,-
İkidi Araz dilində”.


Əmir PƏHLƏVAN


24-07-2022, 08:46

"Nur Ocağı" Zaur Naqaninin şeirlərini-qəzəllərini təqdim edir:
"Nur Ocağı" Zaur Naqaninin şeirlərini-qəzəllərini təqdim edir:
Yazım.{qəzəl}
Ver mənə paslı qələm, sözlə vurum cila yazım,
Dünyanın gərdişini, gözüm dola-dola yazım.
*
Yazım o halına dəm, bir neçə dastan az olar,
Dərdini gizli çəkən, qəlbi yara qula, yazım.
*
Bu nə əyri , bu nə düz, anlamır heç kəs yerini,
Haqlılar haqq dilənir, haqqı ola-ola, yazım.
*
Var elə çarəsiz İnsan, dolanır hər günü ac,
Başını qatmaq üçün, qaçır sağa, sola, yazım
*
Dünənki yalan dönüb, bu gün doğru mizan qurur,
Söyləsin hap-gopunu, məndə bala-bala yazım.
*
Qamu bimar gəzir Allah, sənədir son ümüdİ,
Bu səbəb elminə aşkar, ver özün bəla, yazım.
*
Mənə yazdıqca gözəl, günləri şükründə qalıb,
Doymaz o zikrinə dil, İlham ala-ala yazım.

*********
Bu dünyanın.
Deyirlər ki, sev dünyanı, gözəldir,
Peşindəyəm, hələki bu güyanın.
Dünya hapdan-gopdan, dünya düzəldir,
De, nəyinə vurulum bu dünyanın?
***
De, nə deyim, nə danışım onunla?
Fərqi yoxdur, əvvəliylə, sonuyla,
Bir üz versəm, oynayacaq onuyla,
De, nəyinə vurulum bu dünyanın.?
***
Haqq çağırır, haqdan uzaq, gen gəzir,
Haqq itirib , "HAK,,dan uzaq , din gəzir,
Qiyamətdən qorxub, bucaq, tin gəzir,
De, nəyinə vurulum bu dünyanın?
***
Nəşələnib, itib başım tap deyır,
Tazı susub, dovşanlara qap deyir,
Yıxılanın kəs başını, xırp deyir,
De, nəyinə vurulum bu dünyanın?
***
Nə tənələr, vurdu mənə dinmədim,
Çox alçaldı, mən təninə enmədim,
Kədər səpdi, bircə - bircə dənlədim,
De, nəyinə vurulum bu dünyanın.?
***
Naqaniyəm, məcburam dolanmağa,
Tələsmirəm, gözlərinə dolmağa,
Yam - yamıara, gəzdirirsə "haftağa,,
De, nəyinə vurulum , bu dünyanın.?
Dünya düzələr.
Özümlə aparan, deyiləm naşı!
Dinləsin sükanın tutan kimsələr.
Keçib əyrilərin əlinə başı,
Düşsə düz əllərə, dünya düzələr.
****
Qaldı dəngil - düngül, gəda əlində,
Çürüdü, çürüyən qida əlində,
Düşdü zalimlərin, oda əlində,
Düşsə düz əllərə, dünya düzələr.
***
Duymadı kimsənin, bir kəlmə sözün,
Rüşvətlə bağladı, nadanlar gözün,
Oyuncaq eylədi, əllərdə özün,
Düşsə duz əllərə, dünya düzələr.
***
İtirib imanı - dini haçannan,
Dost olur, zinadan söhbət açannan,
Bir deyən varmıdır, uzaq qaç onnan?
Düşsə düz əllərə, dünya düzələr
***
Utanmır adının bir hərifindən,
Bilmir yarandığın, kim tərəfindən?
Həzz alır əyrinin "şin,, tərifindən,
Düşsə düz əllərə, dünya düzələr.
***
Aldanır uşaq tək, hər addım başı,
Getmir öz başına, deməsən "çoşı,,
Sürən bisavaddır, özü də naşı,
Düşsə düz əllərə, dünya düzələr.
***
Boyum çox qısadır, çatmır boyuna,
Deyəm qulağına düzün, oyana,
Naqani, bunları qoysaq bir yana,
Düşsə düz əllərə, dünya düzələr.

Dünyaya aşiq.{qəzəl}
Özümü tərki cahan eylədim aşiq, sənə qalsın,
Uğruna bağrımı qan eylədim aşiq, sənə qalsın.
*
Məni dünya bələdi hər acıya, nisbəti dünya,
Ruzidən bəxtimi yan eylədi aşiq, sənə qalsın.
*
Səni öz halinə məftun eləyibdir, günü-gündən,
Bunu eşqinlə əyan eylədin aşiq, sənə qalsın.
*
Sənə girdabı verən kuyi yalannan, mədh edirlər,
Sözümü ziddinə-zənn eylədin aşiq, sənə qalsın.
*
Bilirəm başqa şirin hüsnü cəmalı, dili saysız,
Dadıb onsuzda ziyan eylədim aşiq, sənə qalsın.
*
Mən onu hər zaman öydüm nə səmərdi, gözüm ağlar?
Bu səbəbdirki bəyan eylədim aşiq, sənə qalsın.
*
Dönə min bağı gülüstanə yalandır, talan oldu,
Bu cavan ömrü xəzan eylədim aşiq, sənə qalsın.


A nazlım!

Yada düşən ilk xatirə kimisən,
Dili şəkər, əli nəzir, niyazlım,
Bir məsəl var, aya günə dönmüsən,
Gözlərini, gözüm gəzir a nazlım.
***
Xəyalım yoluna, düşər gecələr,
Yuxum qor götürüb, bişər gecələr,
Fikrin ürəyimi, deşər gecələr,
Ruhum fərağında azar, a nazlım.
***
Könlüm uçar, sən yadıma düşəndə,
Adın ürək adlı, dilbər güşəmdə,
İzin qalıb, sevincimdə, nəşəmdə,
Sənsizliyim, məni üzür, a nazlım.
***
Sən gedəli, dilim balsız, könlüm ac,
Dərd boynuma, dolanıb qulac-qulac,
Hərdən sənə yaman duyur ehtiyac,
Göynəməkdən qəlbim bezir, a nazlım.
***
Naz, qəmzəni at kənara, yaxın gəl,
Yel ol gülüm, saçlarıma toxun, gəl,
Sevgilimsən şən, yaramaz, həm dəcəl,
Şıltaqlığın verir huzur, a nazlım.

23-07-2022, 23:29
"Nur ocağı" Ramilə Əliyevanın şeirlərini təqdim edir:


"Nur ocağı" Ramilə Əliyevanın şeirlərini təqdim edir:

Yaşayır
İnsanoğlu bu dünyaya gələndən,
Bir qəribə güman ömrü yaşayır.
Yüksəkləri fəth eləmək istəyir,
Zirvələrdə duman ömrü yaşayır.
*
Bitmir sözü, tükənməyir arzusu,
Çiçək açır xoş niyyəti, duyğusu.
Məyus olur, bəzən sözün doğrusu,
Parçalanmış talan ömrü yaşayır.
*
Cəhd eyləyər, yuva qurar həvəslə,
Çalış, vuruş bu yuvanı sən bəslə.
Anlamayan, dinləməyən bir kəslə,
Bəzən küskün, yalan ömrü yaşayır.
*
Xatirələr dilləndirər ruhunu,
Təhlil edər yanlış ilə doğrunu.
Sarsılanda bu illərin yorğunu,
Əzrayıldan aman ömrü yaşayır.
*
Arzu sonsuz, ömür qısa, yol yarı,
İnsan qəlbi hey vəsf edər baharı,
Qarlı qışa düşəndə arzuları,
Şaxta çovğun, boran ömrü yaşayır.
*
Sual edər əvvəlini, sonunu,
Hey axtarar taleyinin yönünü.
Tapmayanda, itirəndə yolunu,
Bəlkələrdə qalan ömrü yaşayır...


Bilinməz

Qəribə dünyanın sakinləriyik,
Gecəsi bilinməz, günü bilinməz.
Düyğular qarışıq, hislər rəngbərəng,
Arzunun, istəyin yönü bilinməz.
*
İsıqlı sabahdan güc alan kəsin,
Yıxılan dikələn, ucalan kəsin,
Hər gün qətrə-qətrə qocalan kəsin,
Ömrünün əvvəli, sonu bilinməz.
*
Var-dövlət sahibi olanlar getdi,
Arzusu gözündə qalanlar getdi,
Bağçası baharda solanlar getdi,
O gedən köçlərin önü bilinməz.
*
Dünyanın min cürə gərdişi varmış,
Hər qəlbin duyğusu,vərdişi varmış,
Xeyirxah əməldə mərd işi varmış,
Sədası duyular, ünü bilinməz.


Düzəlmir

Bir bahar ömrünü yaşayır insan,
Taleyin boranı-qarı düzəlmir.
Qəlbində min arzu daşıyır insan,
Yarı düzəlsə də, yarı düzəlmir.
**
Dil açır qəlblərdə duyğu çələngi,
Dəyişir gözlərdə dünyanın rəngi,
Param-parça olmuş könlün ahəngi,
Yüz dəfə cilala, sarı düzəlmir.
**
Sevinc də, kədər də ömür payıdır,
Yorğun fikirlərim məni uyudur,
Ömrümüz bir karvan, sarvan yoludur,
Bağçamız xəzandır, barı düzəlmir.
**
Ey dünya, gəl durma mənim qəsdimə!
Ağrını-acını tökmə üstümə.
Mən qərib mehmanam, sənin qəsrinə,
Gəlmişəm sevincdən sarı,... düzəlmir.
**
Çalsın könüllərin xoş təranəsi,
Bürüsün ətrafı sevgi nəşəsi,
Qəlbində xoş niyyət daşıyan kəsin,
Deməsinlər heç vaxt halı düzəlmir.

Ucal Azərbaycanım
Ana yurdum, çiçəklənən diyarım,
Sənə bağlı duyğum, xoş arzularım,
Qoy var olsun elim, obam, mahalım,
Sabahından güc al, Azərbaycanım!
Ucaldıqca, ucal, Azərbaycanım!

Sən qəlbimin alovusan, odusan,
Sən eşqimin əzəl-axır adısan,
Sən dilimin bal damlayan dadısan,
Keçmişinlə qocal, Azərbaycanım!
Bu gününlə ucal, Azərbaycanım!

Dağlarının zirvəsində qar gözəl,
Yamaclarda gül toplayan yar gözəl,
Bağ-bağçanda heyva gözəl, nar gözəl,
Gözəllikdən bac al, Azərbaycanım!
Yüksəklərə ucal Azərbaycanım!

Çox yanlışlar durdu sənin qəsdinə,
Doğruları itirməyin qəsdi nə?
Mən qurbanam duruşuna, şəstinə,
Düşmənindən öc al, Azərbaycanım!
Sən tarix yaz, ucal Azərbaycanım!

Ey Vətənim, ey Yenilməz millətim,
Var-dövlətim, şan-şöhrətim, sərvətim,
Sənə bağlı saf duyğum, xoş niyyətim,
Zirvələrdə tac ol, Azərbaycanım!
Güdrətli ol, güc ol, Azərbaycanım!


Qocalıram mən
Qəribə istəkdir, qəribə duyğu,
Hər an varlığından güc alıram mən.
Qara saçlarına bəyazlar düşür,
Sən yaşa dolursan, qocalıram mən.
*
Güllərin ətrini verir nəfəsin,
Sənlə gözəlləşir, duyğum, həvəsim.
Ay məni, hər kəsdən qoruyan kəsim,
Sən varsan göylərə ucalıram mən.
*
Bir ömür həsr etdin mənə dünyada,
Bilmirəm neyləyim sənə dünyada,
Könlüm qərib sahil, kimsəsiz ada,
Bu qəmli taledən öc alıram mən.
*
Baxışın ruhuma qol-qanad verir,
Sən varsan həyat da mənə dad verir,
Hər kəs bu dünyaya bir cür ad verir,
Dünyanın yükündən bac alıram mən.
*
Yaşa ey ömrümün yorğun mələyi,
Qayğın, məhəbbətin ruhum gərəyi,
Dərdlərə dərmandı ana ürəyi,
Məlhəmsən sağalıb güc alıram mən!
Sən yaşa dolursan, qocalıram mən.

Ana
Sən mənim ömrümün yorğun mələyi,
Sən mənim damarda qanımsan, ana.
Sənin yoxluğuna dözməz ürəyim,
Saçımda bəyazım, ağımsan, ana.

İsti nəfəsinlə dünyam isindi,
Sevginlə, qayğınla qəlbim sevind,i
Sənsiz bir dünyada olmaq çətindi,
Həyata bağlanan bağımsan, ana.

Birgə addımladıq bu yollarda biz,
Yoruldu fikrimiz, əməllərimiz.
Axı neyləyərəm dünyada sənsiz?
Həm sevinc, həm kədər çağımsan, ana.

Payızda yuvadan köç edər quşlar,
Bir ömür sonlanar, bir ömür başlar,
Yarpaqlar tökülər, yağar yağışlar,
Artıq xəzan görmüş bağımsan, ana
21.10.2021.

ANA ÜRƏYİ
Sevgidən yaranıb sevinc payımdır,
Şeirimdi,nəğməmdi, duyğularımdı,
Gündüzlər günəşim, gecə ayımdı,
Sirli Kəhkəşandır, ana ürəyi.

Qayğısı tükənməz, istəyi sönməz,
Bağçası ətirli, gülləri solmaz.
Çalışar, vuruşar, yoruldum deməz,
Bir sirli məkandır, ana ürəyi.

Sarsılsan, yorulsan, yanlışa uysan,
Bir anda hər şeyin fərqinə varsan,
Hüzura, sevgiyə ehtiyac duysan,
Ən doğru ünvandır, ana ürəyi.

Varlığı dünyanın özü qədərdir,
Yoxluğu hüzündür, qəmdir, kədərdir,
Sakit bir limandır, coşqun Xəzərdir,
Dalğalı ümmandır, ana ürəyi.

Laylası həzindir, duyğusu dərin,
Baxar, hey yollara qəmli gözlərin,
Nigaran baxışın, müdrik sözlərin,
Dərdlərə dərmandır, ana ürəyi.
Təbibdir, loğmandır, ana ürəyi.

Sevgisini səxavətlə paylayar,
Kədərini ürəyində saxlayar,
Gecə-gündüz ümman kimi çağlayar,
Şeirdi, dastandı, ana ürəyi.
Bütöv bir cahandı, ana ürəyi.


07.03.2022.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!